Bakıda güclü partlayış baş verib .....                     “Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!” .....                     Bakıda məktəb direktoru işçilərinə maşın yudurur .....                     Ermənistan və Çin XİN başçıları görüşdü .....                     “Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” .....                     AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib .....                     Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? .....                     Goranboyda bayrağımız niyə dalğalanmır? .....                     "Bununla bağlı bir məlumatım yoxdur" .....                     “Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” .....                     "Adam neçə dəfə sübut edər ki, dəvə deyil?" .....                     Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? .....                     Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb .....                     Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq .....                     Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır .....                     Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir .....                     “Pezeşkianla danışdım, inanmıram ki…” .....                     Xamenei: İran ABŞ üzərində qələbə qazandı .....                     ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib .....                     Xameneyi xalqa müraciət edəcək .....                     Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir .....                     Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır .....                     “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb .....                     İrəvana verilən son möhlət .....                     Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir .....                     Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı .....                     Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib .....                     GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR .....                     Xocalı qatili “qəhrəman” elan edildi .....                     “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək .....                     Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır .....                     Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? .....                     "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib .....                     Paşinyandan şok açıqlama: .....                     Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? .....                     İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... .....                     Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? .....                     Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... .....                     Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… .....                     "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” .....                 

“Beynəlxalq Bank məsələsində Samir Şərifov da məsuliyyət daşıyır, başqa səlahiyyətli şəxslər də” - Hacı İbrahim Nehrəmli
Tarix: 28-09-2016, 07:59 | Çap et
“Beynəlxalq Bank məsələsində Samir Şərifov da məsuliyyət daşıyır, başqa səlahiyyətli şəxslər də”
“Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmli ailə üzvləri ilə bərabər konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar Azərbaycanda keçirilən ümumxalq səsverməsində (referendum) iştirak edib.

Hacı İbrahim və onun ailə üzvləri - xanımı və 2 oğlu Bilgəh qəsəbəsində yerləşən 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 18 saylı seçki məntəqəsində səs veriblər. Prosesin ən maraqlı cəhəti isə onun məntəqəyə gül çələngi ilə gəlməsi olub.

“Yeni Müsavat”a müsahibəsində İ.Nehrəmli səsvermə günündəki bu qeyri-adi jesti, habelə gündəmdəki bəzi mövzular ətrafında danışdı.

- İbrahim bəy, səsverməyə bu cür qatılmaq öz ideyanız idi, ya piar menecerlərinizin tövsiyəsi ilə belə etdiniz?

- Mən hər bir hadisəyə qeyri-adi münasibət göstərirəm. İçimdən gəldi ki, bahalı maşınımı - "Rolls Royce" - sürüm, həyat yoldaşımı və uşaqlarımı da götürüm, gedək ailəlikcə, bir yerdə səs verək. İstədim ki, hamıdan fərqli olsun. Referendum, konstitusiya Azərbaycan üçün çox vacibdir. Ölkəmiz üçün vacib olan başqa bir məqam isə onun sabitliyidir. Stabillik olan yerdə pul da olur, yaxşı yaşayış da. Nəticədə ölkədə turizm də inkişaf edir, ölkədə xarici investisiya dövriyyəsi artır ki, bu da çox müsbət haldır. Ona görə də prezidentimizə bu səlahiyyətləri vermək çox lazımlı addımdır. Mən bunu ilk gündən alqışlayırdım. Ona görə də ürəklə getdim, gül çələngimi də apardım özümlə.

- Gül çələngini kimə verdiz içəridə?

- Konkret kiməsə vermədim ki. Dedim ki, salam, güllə gəlmişəm, olarmı? Dedilər, buyurun, elə bir qanun yoxdur ki, siz içəri gül çələngi ilə girə bilməzsiniz. Mən də çələngi götürüb girdim içəri, qoydum ordakı guşənin qabağına. Dedim ki, bu gözəl güllərə baxa-baxa seçkini keçirin, səsləri sayın, hesablayın, ovqatınız xoş olsun.

- Yəni bunun məntiqi nə idi ki?

- İçəri girən hər bir kəs bu gülləri görüb, əhval-ruhiyyəsini yaxşılaşdırsın. Məntiq bu idi. Amma yaxşı bir səsvermə idi. Şəffaf, ədalətli... Səs vermək istəyirsən? Al bülletenini, gir içəri, səsini ver. Bir adama yaxınlaşıb söz deyən yox idi.

- Maşını da özünüz sürüb gəlmişdiz seçkiyə?

- Xeyr. Sürücüm, köməkçim vardı. Arxamda da oğullarım, xanımım maşınla gəlirdilər. Dörd maşınla getmişdik. Hərə öz maşını ilə gəlmişdi seçkiyə.

- Bu mənzərə ilə mesaj vermək istəyirdiz ki, bankrot olmamısız?

- (Gülür) Əsla... Mən niyə bankrot olum ki? Bu gün Maliyyə Nazirliyinin hesabatlarına görə, mənim 2 milyard dəyərində əmlakım var. Əslində mən milyarderəm, amma tam rəsmiləşdirməmişik. Azərbaycanda iş adamı olaraq rüşvətsiz, öz ağlımla, zəhmətimlə özümə o sərvəti toplaya bilmişəm. Təkcə Xəzər adalarının 1 milyard 251 milyon 35 min 500 manat dəyəri var.

- Amma Xəzər adalarını sata bilmirsiz də..

- Niyə satıram ki? Xəzər adaları üçün oktyabr ayında investorların hamısı gələcək. 6 investor gələcək, görüşəcəyik, noyabr ayında işə başlayacağıq.

- Hazırda Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin məhkəməsi gedir. Sizin də o banka 400 milyon manat borcunuz vardı...

- Artıq yoxdur. Aqrokredit Banka keçmişəm, ilbəil ödəmələrimi edirəm. Mənim kreditlərim 2019-2020-ci ilə qədərdir. Onları da yavaş-yavaş ödəyəcəm. Yəni mənim heç bir bank ödəməsində gecikməm yoxdur, heç bir banka da ödənməmiş borcum yoxdur.

- Yəni sizi Cahangir Hacıyevin məhkəməsinə şahid, zərərçəkmiş qismində çağırmayacaqlar?

- Xeyr. Mənim cinayət işim olmadı axı. Mənim kreditlərimin vaxtı keçməmişdi. Mənim cəmi 1 milyon 350 min manat vaxtı keçmiş kreditim vardı. Gedib 1 milyon 500 min manat ödədim.

- Cahangir Hacıyevin məhkəməsini izləyə bilirsiz?

- İzləyirəm.

- Orda Cahangir Hacıyev bəyanat verir ki, “Samir Şərifov da mənimlə birgə müttəhimlər kürsüsündə oturmalıdır”. Siz prosesləri bilən adamsız. Nə dərəcədə doğru çağırışdır?

- O, Cahangir Hacıyevin öz işidir. Bu, onların daxili mətbəxi idi. Mən də o mətbəxi bilmirdim. Ona görə də indi fikir bildirib, müdaxilə edə bilmərəm. Amma bircə onu deyə bilərəm ki, Beynəlxalq Bank hamımızı “vurdu”. Təkcə Beynəlxalq Bankın yox, bütün bank sisteminin bir problemi var: Azərbaycanda bank sistemi öz öhdəliklərini yerinə yetirmir. Azərbaycanlı iş adamlarının bu gün yaşadığı bütün problemlərin başında banklar dayanır. Əlbəttə ki, burda maliyyə naziri də məsuliyyət daşıyır, başqaları da. Çünki onlar nəzarət etməlidirlər ki, banklar öz öhdəliklərini yerinə yetirsinlər. Onlara bunu söyləyən yoxdur. Məsələn, bank gəlib səndən 100 milyonluq obyekti girov götürür. Deyir ki, 80 milyon verməliyəm bunun əvəzində. Amma gətirib 8 milyon verir, sonra da pul vermir. Sən də gəlib deyirsən ki, qardaş, mən beton tökdürmüşəm, işim yarımçıq qalıb, nə edim? Deyir, gəl borcunu ödə. Ödəyə bilmirsən. O da ilin axırında gəlib sənə deyir ki, 2 milyon borcun yaranıb, gəl sənə kredit ayırım. Sonra da yazır ki, Hacı İbrahim 2 milyon ödədi. Bununla da sənin 10 milyon borcun oldu. O biri il yenə 2 milyon ayırır. Belə-belə sənin borcun artan silsilə şəklində gedir. Amma bu, iş adamını bankrot etdirmək, evini yıxmaq deməkdir. Axırda da aparıb onu cinayətkar gününə salır, üstünə maddə qoyurlar ki, sən dələduzluq etmisən, qanunu pozmusan.

- Sizcə, indiki mərhələdə bu problem həll olunubmu?

- Xeyr, Azərbaycanda bank sistemi düzəlməyib, düzəlməyəcək də. İnanmıram ki, hansısa bank gəlib deyə ki, mən öz öhdəliyimi yerinə yetirəcəm. Hələ bizdə o mədəniyyət inkişaf etməyib. Ona görə də banklarımız pis vəziyyətdədir. Onların iş adamına yanaşma tərzi düz deyil. Məmura yanaşma tərzi belədir ki, əgər o, rüşvət alırsa, banditdirsə, oğrudursa, çox ağıllı adamdır. Amma iş adamıdırsa, banditdir, oğrudur, quldurdur. Bu cür baxışla iş adamı ölkədə heç cür inkişaf edə bilməz.

- Bir iş adamı olaraq yaşadığınız bu problemlə bağlı dövlət başçısına müraciət etmək fikriniz varmı?

- Ölkə rəhbərliyi təkdir. Nə qədər adamı tutsun, cəzalandırsın? Biz ölkə rəhbərliyinə yardım etməliyik. Düşünürəm ki, bu referendumdan sonra çox adam ağıllanar, ağlını başına yığar, məsuliyyət hiss edər.

- Referendumdan sonra 3 vitse-prezidentin olacağı gözlənilir. O 3 nəfərin arasında kimləri görmək istəyərdiz?

- Birinci vitse-prezident yox, amma ikinci vitse-prezident olmaq istərdim. İş adamı kimi.

- Bəs birinci vitse-prezident olaraq kimi görmək istəyərdiz?

- O, mənim işim deyil. Cənab prezident kimi qoymaq istəsə, biz də onu dəstəkləyəcəyik. Amma vitse-prezidentlərdən birini iş adamlarından seçsəydilər, yaxşı olardı. Bununla da ölkədəki iş adamları özlərinə bir güvən tapardılar. Çünki bu halda onların qayğılarını, problemlərini prezidentə birbaşa çatdıran biri olacaq, onlar barəsində yanlış rəy çatdırmayacaq, yalan məlumat verməyəcəklər.

- Vitse-prezident olsanız, öncə hansı işləri görər, hansı islahatları edərsiniz?

- Cənab prezident qarşıma hansı vəzifəni qoysa, onu layiqincə yerinə yetirərdim. Bununla da həm cənab prezidentin, həm xalqın, həm də iş adamlarının etimadını doğruldardım. Əslində mən bu vəzifəni istəmirəm. Sadəcə, vitse-prezidentlərdən biri iş adamı olsun ki, iş adamlarına dəstək olsun.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda güclü partlayış baş verib
Dünən, 23:50
“Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!” - Ekspertdən ŞOK SÖZLƏR
Dünən, 23:25
Bakıda məktəb direktoru işçilərinə maşın yudurur - "Hər şeyin qiyməti var - verirsən, işin həll olunur"
Dünən, 23:22
Ermənistan və Çin XİN başçıları görüşdü
Dünən, 18:08
“Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” - İlahiyyatçıdan sərt mesaj
Dünən, 18:02
AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib - FOTO
Dünən, 17:59
Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? - AÇIQLAMA
Dünən, 17:51
Goranboyda bayrağımız niyə dalğalanmır? - AXI NİYƏ?
Dünən, 17:45
"Bununla bağlı bir məlumatım yoxdur" - O QAYIDIR?
Dünən, 17:42
“Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” - Paşinyan
Dünən, 17:37
"Adam neçə dəfə sübut edər ki, dəvə deyil?"
Dünən, 17:31
Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 17:20
Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb
Dünən, 17:14
Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
Dünən, 17:03
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Dünən, 15:08
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Dünən, 14:54
“Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Dünən, 14:49
Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Dünən, 14:40
ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Dünən, 14:34
Xameneyi xalqa müraciət edəcək
Dünən, 14:09
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Dünən, 14:02
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Dünən, 13:12
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Dünən, 13:09
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Dünən, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Dünən, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Dünən, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Dünən, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Dünən, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Dünən, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Dünən, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Dünən, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Dünən, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Dünən, 11:49
Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Dünən, 11:48
Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Dünən, 11:45
İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Dünən, 11:40
Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Dünən, 11:28
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Dünən, 11:20
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Dünən, 11:17
"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Dünən, 11:07
Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Dünən, 10:43
Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Dünən, 10:41
Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Dünən, 10:28
Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Dünən, 10:23
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Dünən, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Dünən, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Dünən, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Dünən, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Dünən, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Dünən, 09:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru