Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq .....                     Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır .....                     Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir .....                     “Pezeşkianla danışdım, inanmıram ki…” .....                     Xamenei: İran ABŞ üzərində qələbə qazandı .....                     ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib .....                     Xameneyi xalqa müraciət edəcək .....                     Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir .....                     Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır .....                     “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb .....                     İrəvana verilən son möhlət .....                     Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir .....                     Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı .....                     Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib .....                     GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR .....                     Xocalı qatili “qəhrəman” elan edildi .....                     “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək .....                     Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır .....                     Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? .....                     "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib .....                     Paşinyandan şok açıqlama: .....                     Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? .....                     İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... .....                     Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? .....                     Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... .....                     Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… .....                     "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” .....                     Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... .....                     Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... .....                     Lerik sakini illərdir evinə yol tapa bilmir .....                     Binəqədidə özbaşına salınan binələr... .....                     Təki bütün kişilər mənim yoldaşım kimi olsun .....                     Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... .....                     “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” .....                     Kəlbəcərdə yük avtomobili aşıb, ölən var .....                     `Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? .....                     Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... .....                     ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı .....                     Novxanıdakı "La Chateau" restoranına getməyin! .....                     İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər .....                 

"Əli Kərmili Universiteti qurtaranda "Azadlıq” qəzetinə muxbir kimi təyinat alıb” - YAP-çı deputat
Tarix: 23-08-2016, 08:57 | Çap et
"Əli Kərmili Universiteti qurtaranda "Azadlıq” qəzetinə muxbir kimi təyinat alıb”
"Azərbaycanda Referendum və digər məsələlərlə bağlı iqtidar-müxalifət görüşü keçiriləcək. Görüşün vaxtı yaxın zamanda müəyyənləşəcək”.
Bunu Unikal.org-a müqsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bəyan edib.

-Siyavuş müəllim, 22 avqustda Referendum üzrə təşviqat qrupları üçün müraciət müddətü başa çatdı. Bu və ya digər məsələlərlə bağlı fikirlərinizi öyrənmək istərdik. Referendum hazırlığını necə qiymətləndirirsiz?

-Ümumiyyətlə, Referendum ən ali aksiyadır. Bu aksiyada Azərbaycanın ali qanunvericiliyinə əlavə və dəyişikliklərin olunması nəzərdə tutulur. O da biləvasitə Azərbaycan xalqının maraqlarından irəli gəlir. Azərbaycanda olan inkişaf, ölkəmizin beynəlxalq konvensiyalara qoşulması, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, dövlət aparatının sisteminin təkminləşdirilməsi və digər məsələlərlə əlaqəlaqədar bu dəyişikliklər nəzərdə tutulur. Ümumilikdə 29 maddəyə 39 dəyişiklik nəzərdə tutulur. Bununla bağlı cənab prezident təşəbbüs qaydasında referendum keçirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Məhkəmə bu məsələyə baxıb qərar verdikdən sonra artıq təşəbbüs qrupları yaranıb. Təşviqat aparmaq üçün qruplar qeydiyyatdan keçdikdən sonra təşviqat qruplarına çevrilir. Yeni Azərbaycan Partiyasının (YAP) Referendumda iştirakı üçün təşəbbüs qrupu qeydiyyatdan keçərək artıq təşviqat qrupu kimi qeydiyyata alınıb. 40 mindən yuxarı imza toplayanaraq təqdim edib. 25 nəfər vəkil, 25 səlahiyyətli nümayəndə təyin edilibdir. O cümlədən Mərkəzi Seçki Komissiyasına (MSK) bir nəfər məşfərətçi səsvermə hüquqlu üzv, bir nəfər müşahidəçi təyin olunub. Artıq indi yerlərdə müşahidə aparacaq şəxslər müəyyənləşir.

Növbəti günlərdə müşahidəçilərin yerlərə təyin olunması üçün hazırda işlər gedir, həmçinin, respublikanın bütün ərazilərinə müşahidə aparacaq şəxsləri MSK-a təqim edəcəyik. Hər hansı bir qrup və yaxud təşkilat təşəbbüs qrupu yaradıb təşviqat qrupuna çevirilmək istəyirsə, Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilən Təqvim Planına əsasən, Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərini avqustun 22-si saat 18.00-dək müvafiq seçki komissiyasına təqdim etməlidir. Hələlik bir neçə təşkilatdan başqa MSK-ya sənədləri təqdim edən yoxdur. Bu baxımdan da növbbəti günlərdə təbliğat və təşviqatın aparılması işləri qrulacaq. Artıq YAP-ın təşviqat planları, plakatlar və digər işlər hazırlanır. O cümlədən keçiriləcək görüşlərin və iştirakçıların müəyyənləşdirilməsi işləri gedir. Bununla bağlı YAP gərgin iş aparır. Hesab edirəm ki, Azərbaycan xalqı bu il sentyabrın 26-na təyin olunmuş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referenduma gəlib SƏS verəcək.

YAP-dan olan millət vəkilləri və həmçinin hüquqşunaslardan ibarət 25 vəkillərin siyahısı artıq MSK-ya təqdim olunub və təsdiq edilibdir. Həmçinin 25 nəfər səlahiyyətli nümayəndə partiyadan olan millət vəkilləri, ziyalılar, tanınmış insanlardan ibarətdir. Həmçinin, Referendum üzrə bizim rayon seçki qərərgahlarının şöbələri fəaliyyət göstərir. Onlar da rayonda tanınmış ziyalıları bu işlərə cəlb edirlər. Çünki biz hər bir məntəqədə, dairədə bu işin təbliğatını yəni, izahını insanlara çatdırmaq istəyirik ki, burada hər hansı məsələ insanlara qaranlıq qalmasın.

-Qaranlıq qalan məsələlər varmı?

-Yox, bu hüquqi termindir. Hüquqi terminin şərhi var. Məsələn, Konstitusiyanın bir maddəsinin 5-10 səhifə şərhi var. Gərək onu oxuyub insanlara şərh etməyi bacarasan ki, insanlar başa düşsün.

Tutaq ki, biri sual verir, 18 yaşda necə deputat seçilə bilər? Gərək bunu şərh edəsən ki, burada söhbət 18 yaşda seçilməkdən getmir. Söhbət xalqın seçimindən gedir. Yəni, bir insanının 24 yaş 9 ayı varsa və yaşı 25 deyilsə, hazırkı Qanunla o seçilə bilməz. Qanunla bu məsələ qadağandır. Bu, 18 yaş da ona görə götürülür ki, 23, 24 yaş yarımda olan insan, əgər xalq istəyirsə, onun hörməti varsa, seçilə bilsin. Çünki bu seçkidir. O adam deputatlığa nazmizədliyini vermək üçün müəyyən müddət gözləmək məcburiyyətində qalsın. Bütün bunları gərək insanlara gərək şərh edəsən.

-Onda belə çıxır ki, əgər 18 yaşlı insanın xalq arasında və yaxud yaşadığı rayonda hörməti varsa və o namizədliyin verərsə, buna icazə veriləcək?

-Təbii ki...Yəni, insana təbii hüquqlar və ona verilən hüquqlar var. Təbii hüquqları insan doğulandan əldə edir. Bu yaşamaq hüququdur və digər hüquqlardır. Bir də var, insana qanunla verilən hüquqlar. Bunlardan biri seçmək və seçilmək hüququdur. Yaşı 18-ə çatan insan seçmək hüququnı əldə edir. Lakin hazırkı qanuna görə seçilmək hüququnda müəyyən məhdudiyyətlər var. Konstitusiyaya ediləcək dəyişiklikdən sonra bu məhdudiyyət götürüləcək. Niyə? İnsan 18 yaşında ən mühüm müqavilələr bağlamağı əldə edir. 18 yaşda insana öz taleyini həll edə biləcək ailə qurmaq, orduda xidmət etmək, təhsil almaq, mülkiyyətinə sərəncam vermək və digər hüquqlar verilirsə, o zaman niyə bu insanlara həmin yaşda seçilmək hüququnu verməyək? Ona görə də bu bilavasitə insan hüquqlarının qorunması üçün atılan addımdır.

-Ümumi götürdükdə, referendum bizə nə verəcək?

-Referendum qanunun təkmilləşdirilməsidir. Qanun mütəmmadi olaraq təkmilləşdirilməlidir. Biz mütəmmadi olaraq Milli Məclisdə Mülki Məcəlləyə, Mülki Prosesual Məcəlləyə, Cinayyət Məcəlləsinə və digər bu kimi qanunlarımıza əlavə və dəyişikliklər edirik. Çünki bu zamanın tələbindən irəli gəlir. Ölkə inkişaf etdikcə, yeni görüşlər, baxışlar yarandıqca, təzə münasibətlər formalaşdıqca qanun da tələb edir ki, bu münasibətlərin tənzimlənməsi üçün biz müvafiq qərarlar qəbul edək. O baxımdan da qərarlar, qanunlar qəbul olunanda onun istinad nöqtəsi Konstitusiya olur. Yəni, o əvvəlcə Konstitusiyada öz əksini tapmalı və bundan sonra digər qanunlara şamil olunmalıdır. Bu baxımdan da Konstitusiyaya verilən düzəlişlərin əksəriyyəti insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır. Vətəndaşların həyat tərzi ilə əlaqədar-telefon dinlənilməsi və digər məsələlər burada var ki, bunlara məhdudiyyətlər qoyulur. Vətəndaşların şəxsi həyatlarına toxunmaq olmaz. Dünyada terror hadisələri getdikcə artır. Bilirsiniz ki, dünyada nə qədər təhdidlər var. Ona görə də Konstitusiyaya bəzi dəyişikliklərin edilməsinə ehtiyac duyulur.

-Səsvermə yolu ilə Konstitusiya dəyişikliklər təsdiqlənərsə, bundan sonra idarəçilik sistemində ciddi dönüş gözləmək olarmı?

-Konstitusiyada tətbiq olunan əlavə dəyişikliklərə uyğun şəkildə də dövlətin idarə etmə sistemi davam etdiriləcək.

-Müxalifətin Referenduma münasibətini necə qiymətləndirirsiniz?

-Müxalifət bir rəng deyil. O baxımdan hərəsinin bir cür yanaşma tərzi var. Bir qrupu, ümumiyyətlə, Referendumda iştirak etmir. Digər qrupu Referendumla bağlı təşəbbüs qrupu yaradıb. Başqa bir qrupu Referendumun keçirilməsini müdafiə edir.

İştirak etməyən qüvvələr bu vaxta qədər konkret olaraq ortaya bir dənə də olsa təklif qoymayıblar. Ümumi qaydada bildiriblər ki, Referendumun keçirilməsi demokratiyanı pozur. Referendum monarxiya yaradır. Nədir bu monarxiya? Monarxiyanın üç forması var. Mütləq, Dualist, Konstitusiyalı monarxiya var. Sən burada nəyi nəzərdə tutursan? Monarxiya, Respublika, Prezident idarə üsulu, Parlamentli Respublika tamam başqa bir sisemdir. Əgər Azərbaycanda bütün institutlar seçki yolu ilə gedirsə burada hansı monarxiyadan söhbət gedə bilər? Proseslər seçki ilə olur. Xalq gəlir və seçir. Referenduma xalq gəlib səs verib dəstəkləyirsə, qəbul olunur, əks halda bu baş tutmur. Yəni, bu, birbaşa xalqın iradəsindən asılıdır. Bunun nəyinə monarxiya sistemi deyirlər? Çox yanlış, bayağı şəkildə, 1990-cı ilin səviyyəsindən çox uzağa getməyən bir şəkildə təbliğat aparırlar. Bunun nəticəsidir ki, onlar insanlar tərəfindən qəbul olunmur. Bir dəstə insan yığışıb Milli Şura adı ilə dərnək səviyyəsində tədbir keçirir. Fikir verin, bunlar adi bir toplantı keçirə bilmirlər. Mətbuata daim açıqlama verirlər ki, Milli Şura toplandı. Amma şəkillərə baxırsan prezident seçkilərində çəkdirdikləri fotoları mediaya ötürürlər.

Əgər toplanmısınızsa, öz yeni fotonu verin. Milli Şura bəyanat yayır. Bu sadəcə bir nəfərin yazdığı bəyanatdır. Mətbuatda da dərc edirlər ki, Milli Şura buna etiraz etdi. Üç nəfər də müsahibə verənləri var. Vəssəlam. Azərbaycan seçicisi onları dəstəkləmir. Azərbaycan xalqı özünü müxalifət adlandıran bir qrup şəxsin xislətinə, əməllərinə bələddir. Azərbaycanda 5 milyona yaxın seçici var. Referendumda təşviqat qrupu yaratmaq üçün 40 min imza tələb olunur. Burada da ümumi seçicilərin 0,1 faizdən az imzası tələb olunur. Bu gün onu toplayıb, təqdim edib təşfiqat qrupu kimi qeydiyyatdan keçə bilməyənlər hansı formada Referendumun əleyhinə fikir söyləyə bilər? Bir adi insanın istənilən qəzetdə, saytda məqaləsi çıxır. Görürsən ki, 70-80 min bu məqaləni oxuyan olur. Bunların bir məqalə səviyyəsində olan fəaliyyətləri də yoxdur. O baxımdan hesab edirəm ki, Referendumla bağlı xalq artıq öz seçimini edib.

-Müxalifət Azərbaycanda Referendumun keçirilməsinin qarşısını almaq üçün kütləvi aksiyaların keçiriləcəyini bəyan edir. Bəs, buna münasibətiniz necədir?

-İki aydır özlərini radikal müxalifət adlandıranlar car çəkirlər ki, etiraz aksiyası keçirəcəklər. Bunlarda aksiyaların keçirilməsi mövsümi xarakter daşıyır. Havalar gərək biraz sərinləşsin ki, onlar kütləvi aksiyalar keçirsinlər. Kütləvi aksiya keçirmələri üçün sərbəst toplaşmaq azadlığı haqqında qanun var. Qanun səviyyəsində bunlar harada istəyirlərsə aksiya keçirə bilərlər. Yerlər müəyyənləşdirilib. Şəhərin mərkəzində yer verilib. Bunlar hələ xəbərdarlıq edirlər. Ona görə ki, sosial bazaları yoxdur. Son mitinqləri də göstərdi ki, 200-300 insani güclə bir yerə toplayırlar. Həmin insanlar da öz qohum-əqrabalarıdır. Bu baxımdan da Azərbaycan cəmiyyəti üçün bunların kimliyi bəllidir. Ölkəmizdə olan iqtisadi inkişaf, ictimai-siyasi sabitlik, ölkəmizin beynəlxalq aləmdəki rolu, prezidentin fəaliyyəti, dövlətlər arası münasibətlərin qurulması və digər məsələrin hamısı Azərbaycan xalqının gözünün qarşısındadır. Azərbaycan xalqı görülən işlərə qiymət verir, boş danışığa yox.

-Əli Kərimlinin Referendumla bağlı çıxışlarını, münasibətlərini izləyirsinizmi?

-Bu adamın çıxışları uğursuz bir köşə yazısına bənzəyir. Azərbaycanda yaxşı köşə yazarlarımız var. Mən də çox diqqətlə və maraqla onları oxuyuram. Bunun da bir komputeridir, bir də özü. Harada oturursa, orada bir yazı yazıb yayımlayır. Əli Kərimli universiteti bitirəndə heç bir yerə yaramadığına görə təyinatını Azadlıq qəzetinə veriblər. Təyinatla "Azadlıq” qəzetinə muxbir işləməyə göndərilib. Əli Kərimli yenə də köhnə peşəsinə qayıdıb.

-Referendumla bağlı iqtidar-müxalifət görüşü nəzərdə tutulurmu?

-Ümumiyyətlə, biz bütün siyasi partiyalarla görüşməyə, istənilən məsələni müzakirə etməyə hazırıq. Bununla bağlı bir neçə dəfə görüşlər keçirilib. İndi də təkliflər daxil olmaqdadır.

-Ümumiyyətlə təkliflər Referendumla bağlıdır yoxsa...?

-Təkliflər başqa-başqa məsələlərlə bağlıdır. Amma ümumi qaydada bu sıralanma gedir. Daha vacibləri ön plana keçirilir. Bilirsiniz ki, bu müzakirələrin keçirilməsi üçün təkliflər Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP-ın partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənova təqdim olunur. Təkliflər ümumiləşdirilir.

-İqtidar-müxalifət görüşü yaxınlarda baş tuta bilərmi?

-Yaxın vaxtlarda iqtidar-müxalifət görüşünün vaxtı müəyyən olunacaq. Burada təkcə Referendumla bağlı müzakirələr deyil, ümumi görüşlər barədə də müzakirələrin aparılacağı nəzərdə tutulur.

-Beynəlxalq Təşkilatların Referendumun keçirilməsinə münasibəti necədir?

-Konstitusiyada yazılıb ki, hakimiyyətin mənbəyi xalqdır. Yəni, ölkədə Referendum keçirilməsi Azərbaycan xalqının iradəsindən irəli gəlir. İngiltərə Avropa İttifaqını yaradanlardandır. Amma bu gün Avropa İttifaqından çıxır. Hər hansı bir beynəlxalq təşkilat və ya qurum buna irad tutdumu? Yox. Böyük Britaniya Avropa İttifaqının müəyyən məsələlərinə qoşulmur. Fransa bir neçə Avropa Şurasının və Avropa Birliyinin Konvensiyalarına qoşulmur və imza atmayıb. Yəni hər bir dövlətin özünün öz qərarları var ki, o da onun xalqı tərəfindən müəyyənləşir. ABŞ öz seçkilərində ATƏT-i müşahidə etmək üçün seçkiyə buraxmır. Əgər Azərbaycan xalqı seçkini istəmirsə, gəlib seçkidə iştirak etmir və yaxud səs vermir. Kiminsə hardasa oturub bizə rəy verməsi ki, həmin maddə belə deyil, başqa cür olmalıdır, bu düzgün deyil. Avropanın bir sıra dövlətləri Parlament səviyyəsində qərar qəbul ediblər. Son qərara əsasən hicabla çimərliyə getmək, şəhərdə gəzmək olmaz. Soruşanda deyirlər ki, bu mənim xalqmın təhlükəsizliyi üçün verilən qərardır. Sən öz xalqının təhlükəsizliyini qoruyursan, bəs, mən öz xalqımın təhlükəsizliyini nəzərə almayım? Hər bir ölkə kimi biz də öz xalqımızın mənafeyini müdafiə edirik.

Bu günə qədər Beynəlxalq Təşkilatlardan Referendumun keçirilməsi ilə bağlı nə təklif, nə də ki, əleyhinə olan bir məsələ qoyulmayıb. Çünki ortaya çıxarılan məsələlər biləvasitə insan hüquq və azadlıqlarının qorunmasından irəli gəlir.

-Bəs beynəlxalq təşkilatlar müşahidə aparacaqlarmı?

-Bu artıq Mərkəzi Seçki Komissiyasının səlahiyyətinə daxil olan məsələdir. Onlar qarışılıqlı əlaqələr saxlayırlar, müraciətlər edirlər. Bu müraciətlər əsasında hansı təşkilat istəyirsə gəlib müşahidə aparır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
Bu gün, 17:03
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Bu gün, 15:08
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Bu gün, 14:54
“Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Bu gün, 14:49
Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Bu gün, 14:40
ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Bu gün, 14:34
Xameneyi xalqa müraciət edəcək
Bu gün, 14:09
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Bu gün, 14:02
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Bu gün, 13:12
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 13:09
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49
Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48
Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45
İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40
Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17
"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07
Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43
Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41
Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28
Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50
ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47
Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36
Ordun varsa... YURDUN VAR! - BU, FAKTDIR!
Bu gün, 09:31
ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Bu gün, 09:29
“İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir - SƏBƏB
Bu gün, 09:24
160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... - NARAZILIQ VAR...
Bu gün, 09:19
Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib - TƏFƏRRÜAT
Bu gün, 09:08
Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 09:00
"Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Bu gün, 08:59
Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? - ÇƏTİN Kİ...
Bu gün, 08:54
Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44
Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru