
KƏMALƏDDİN HEYDƏROV İSƏ “HEÇ NƏ YOXDUR” DEYİR
Zaqatala rayonu ərazisində bu gün qeydə alınmış üç yeraltı təkan nəticəsində 33 ev tamamilə dağılıb, 18 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə SalamNews-a Zaqatala Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.
Bildirilib ki, daha 200-ə yaxın ev qismən zədələnib, onlardan 40-ı inzibati obyektlərdir. Hazırda rayonun Fövqəladə Hallar üzrə Komisiyası zəlzələ nəticəsində xəsarət alanların siyahısını hazırlayır.
Xatırladaq ki, 7 bal gücündə ilk yeraltı təkan saat 9:40-da, ikinci 4,8 bal gücündə təkan saat 10:38, son təkan isə saat 10:40-da və 4,4 bal gücündə baş verib.