YENİ BAŞÇILAR SAHİBKARLARA QARŞI
Tarix: 7-05-2012, 11:26 | Çap et
MİNGƏÇEVİRİN YENİ İCRA BAŞÇISI QUM KARXANASI DAVASINA GİRİŞİB
DİA.AZ: - Məlum olduğu kimi, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Xaləddin Şahmar oğlu İsgəndərovun Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzaladı. Bildirək ki, Xaləddin Şahmar oğlu İsgəndərov birbaşa olaraq fözqəladə hallar naziri Kəmaləddin Heydərovun adamıdır və zamanında Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin rəis müavini vəzifəsini tutub.
Məlumatlarda həmçinin Xaləddin İsgəndərovun vergilər naziri Fazil Məmmədovun yaxın qohumu olduğu da söylənilir və bildirilir ki, o, nazirin bacısının həyat yoldaşıdır.
Onu da xatırladaq ki, Binəqədi rayonuna indiyədək Milli Məclisin sədri Oqtay Əsədovun qudası Alı Qocayev başçılıq edib. O, prezident İlham Əliyevin az əvvəlimzaladığı sərəncamla vəzifəsindən azad olunaraq, Samuxa icra başçısı göndərilib.
Və bu xəbərlərin ardından yayılan məlumatlarda da qeyd olunurdu ki, Xaləddin İsgəndərovun Binəqədiyə rəhbər təyin edilməsilə əslində adıkeçən rayon əl dəyişdirmiş oldu. Belə ki, birbaşa olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyasına verilən Binəqədi eyni zamanda Oqtay Əsədovdan alınmış hesab olundu.
Onu da bildirək ki, Kəmalədin Heydərov son günlərdə Qəbələ rayonunu da əldən verib, amma bunun müqabilində ölkənin dördüncü iri şəhəri hesab olunan Mingəçeviri ələ keçirib. Hazırda Mingəçevirə rəhbərlik edən Niyazi Bayramov FHN şefinin adamı hesab olunur və nazir son günlər Mingəçsevirdə davamlı olaraq görünməkdədir. Bu barədə verdiyimiz məlumatımızda da bildirmişdik ki, Kəmaləddin Heydərov Mingçevirdəki köhnə balıq vətəgələrini də ələ keçirib və sözügedən obyektlər «Caspian Fish»in monapoliyası altındadır. Son məlumatlarda isə bildirilir ki, Kəmaləddin Heydərovun adından yeni icra başçısı Mingəçevirin sahibkarları üzərində də hökm etməyə başlayıb. Məlumatlı mənbənin bildirdiyinə görə, qum çıxarılan karxanaların sahiblərinə təzyiqlər edilir ki, onlar obyektlərini dəyər-dəyməzinə FHN şefinin adamlarına satsınlar. Bildirək ki, inşaat sektorunda Mingəçevir qumu kifayət qədər samballı imicə sahibdir. Bu isə o deməkdir ki, Kəmaləddin Heydərov Mingəçevirdəki qum karxanalarına göz dikməklə heç də boşuna həvəslənməyib.
Amma əsas olaylar Binəqədi rayonunda baş verir. Bu barədə məlumatı verən mötəbər qaynağın sözlərindən belə aydın olur ki, birbaşa olaraq iki nazirə - vergilər naziri Fazil Məmmədova və fövqəladə hallar naziri Kəmaləddin Heydərova güvənən Xaləddin İsgəndərov ilk günlərdən öz mizan-tərəzisini ortaya qoyaraq, hökmünü yeritməyə başlayıb. Amma yenə də köhnə vergi işçisi olan Xaləddin müəllim əvvəlki peşə xüsusiyyətlərini də davranışlarında hiss etdirməyə başlayıb.
Mötəbər mənbənin DİA.AZ-a bildirdiyiinə görə, yeni icra başçısı keçən həftə Binəqədi rayon icra hakimiyyətinin binasında yerli sahibkarlarla mini-görüş keçirib. Mənbənin söylədikləri: «Təbii ki, sahibkarların nə əqədr pul qazandığını Xaləddin İsgəndərov bir vergi işçisi kimi yaxşı bilir və onu kimsə aldada bilməz. Hətta özü ilə bərabər o, Binəqədi ərazisindəki iş yerlərinin statistikasını da çıxararaq, görüşə hazırlıqlı vəziyyətdə gəlibmiş».
Məlumatlara görə, sahibkarlara köhnə vergi işçisi kimi aylıq haqq qoyan Xaləddin İsgəndərov eyni zamanda bəzilərini əməlli-başlı məngənəyə də salıb: «Təbii ki, həmin «bəzilərinin» əsas günahları onların keçmiş icra başçısı Alı Qocayevə yaxın olmalarıdır. Xaləddin İsgəndərov da onların qarşısında daha ağır şərtlər qoyub. Bu isə o deməkdir ki, işləmək istəyirlərsə, «çətirlərini» dəyişməli olacaqlar».
Bildirək ki, bu gün bir çox dükan və macazalarda satışa çıxan «Baker» çörəklərini bişirən zavod da Binəqədi rayonu ərazisində yerləşir və əslində həmin zavodun Elçin adlı şəxs tərəfindən yönəldilməsi də simvolik xarakter daşıyır və zavod birbaşa olaraq Alı Qocayevə məxsusdur. Bunu gözəl bilən Xaləddin İsgəndərov həmin toplantıda ən çox «Baker» zavodunun işini tənqid hədəfinə tutmaqla yanaşı, mətbuatda da bu zavodun məhsullarının daha çox tənqid olunduğunu dilə gətirib: «Əslində, bununla başçı həm də «Baker»in rəhbərliyinə vaxt vermiş olub. Ya deyilən yüksək hədli aylıq haqqı çatdırmalıdır, ya da Binəqədidən daşınmalıdır».


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44 |
|
|
|
• TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42 |
|
|
|
• "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38 |
|
|
|
• "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32 |
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00 |
|
|
|
|