RƏSMİ BAKIYA BEYNƏLXALQ ATƏŞ YAĞDIRILDI
Tarix: 19-04-2012, 12:40 | Çap et
DÖYÜLƏN JURNALİSİTİN DURUM AĞIRDIR
“Özümü çox narahat hiss edirəm. Ağrılarım dəhşətli əziyyət verir. Əsasən daxili orqanlarımda kəskin ağrılar var. Hətta bəzən dözə bilmirəm və həkimlər ağrıkəsici iynələr vurmasa ağrıdan huşumu itirirəm”, - dünən Sulutəpə qəsəbəsində uçurulan evləri çəkərkən Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən qəddarlıqla döyülən jurnalist İdrak Abbasov Turan-ın müxbirinə telefonla bildirib.
O, cəmi iki dəqiqə telefonla danışa bilib və danışıq zamanı kəskin ağrılardan əziyyət çəkdiyi hiss edilib.
Jurnalistin qardaşı Vaqif Abbasov Turan-a bildirib ki, İdrak dünən axşam saatlarında özünə gəlib. Gecə və səhər iki dəvə vəziyyəti ağırlaşıb, həkimlərin səyi nəticəsində onu sakitləşdirmək mümkün olub.
Öz növbəsində, jurnalisti müalicə edən həkim Almazxan Zeynalov Turan-a bildirib ki, hazırda İdrak Abbasovun vəziyyəti kafidir. “Sağ gözünün ətrafında, bədəninin müxtəlif yerlərində, o cümlədən bel və kürək nahiyələrində əziklər var. Jurnalist ətraflı müayinə olunub, müalicəsi davam etdirilir”, - o qeyd edib.
Onu da bildirək ki, bu arada Beynəlxalq təşkilatlar aprelin 18-də Sulutəpə qəsəbəsində İdrak Abbasovun və digər jurnalistlərin zorakılığa məruz qalmasına görə rəsmi Bakını tənqid edib.
Nyu York Jurnalistləri Müdafiə Komitəsi, Amnesty İnternational, Freedom House, bundan əvvəl isə “Sərhədsiz reportyorlar” İdrak Abbasovu vəhşicəsinə döyənlərin və digər reportyorlara hücum edənlərin dərhal cəzalandırılmasını tələb edib. Hücumda Dövlət Neft Şirkətinin təhlükəsizlik xidmətinin 20-yə yaxın əməkdaşı iştirak edib. Onlar jurnalistləri ən amansız üsullarla döyüblər.
“Məni futbol topu kimi ora-bura ataraq döydülər”, - ağır xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Abbasov telefonla bildirib.
Baş verənlərə baxmayaraq, ARDNŞ-nin mətbuat xidməti indiyədək ittihamlara cavab verməyib. Jurnalistləri Müdafiə Komitəsi hesab edir ki, polis baş verənləri sakitcə müşahidə edib və İ.Abbasovu, “Yeni Müsavat” qəzetinin reportyoru Günay Musayevanı, Liberty radiosunun müxbiri Esmira Cavadovanı, Qalib Həsənovu və Elnur Məmmədovu müdafiə etməyib.
“Biz öz işini yerinə yetirən İdraka və onun həmkarlarına vəhşicəsinə hücumdan şoka düşmüşük”, - Komitənin nümayəndəsi Nina Oqnyanova bildirib. “Əgər hakimiyyət Eurovision müsabiqəsinə beynəlxalq mətbuatı dəvət etmək istəyirsə, onda hücum faktını araşdırsın və göstərsin ki, jurnalistlərə qarşı kobudluq yolverilməzdir”, - o vurğulayıb.
“Hakimiyyət düşünür ki, Eurovision ərəfəsində gözəl şəkilləri yaymaqla müsbət imiç formalaşdırır. Lakin məlumdur ki, hakimiyyət ölkədə mənfi məqamların işıqlandırılması cəhdlərini açıq şəkildə boğur”, - Amnesty İnternational təşkilatının nümayəndəsi Con Dalussen bildirib.
“Azərbaycan mətbuat azadlığına hörmət etməlidir, Eurovision müsabiqəsinin təşkilatçısı – Avropa Yayım Birliyi jurnalistləri müdafiə etməlidir”, - Dalussen vurğulayıb.
“Günün günorta çağı təhlükəsizlik xidmətinin İdraka hücum edərək döyməsi Azərbaycanda cəzasızlıq atmosferindən və jurnalistlərin hüquqlarının açıq şəkildə pozulmasından xəbər verir”,- Human Rights Watch təşkilatının nümayəndəsi Hyu Vilyamson bildirib. O, Avropa Yayım Birliyini baş verənlərə öz münasibətini bildirməyə çağırıb.
Freedom House isə öz bəyanatında qeyd edib ki, Azərbaycan jurnalistlərin işləməsi üçün ən pis yerlərdən biri olaraq qalır, burada müstəqil mətbuat daim təqib olunur. İdrakla bağlı insident bu cür çoxsaylı hallardan biridir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib
Bu gün, 18:03 |
|
|
|
• İŞİD terror təşkilatının qurbanıyam - Suriya Prezidenti
Bu gün, 17:55 |
|
|
|
• Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək - TƏFƏRRÜAT
Bu gün, 17:54 |
|
|
|
• Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər - Şərtlər MƏLUM OLDU
Bu gün, 17:52 |
|
|
|
• ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər
Bu gün, 17:23 |
|
|
|
• DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... - İTTİHAM VAR...
Bu gün, 17:18 |
|
|
|
• İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Bu gün, 17:12 |
|
|
|
• ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər
Bu gün, 17:07 |
|
|
|
• Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 17:01 |
|
|
|
• Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Bu gün, 16:58 |
|
|
|
• Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Bu gün, 16:44 |
|
|
|
• Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Bu gün, 16:31 |
|
|
|
• Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Bu gün, 16:27 |
|
|
|
• Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Bu gün, 16:18 |
|
|
|
• TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Bu gün, 16:07 |
|
|
|
• AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Bu gün, 16:05 |
|
|
|
• Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:39 |
|
|
|
• İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Bu gün, 15:29 |
|
|
|
• “Piyadaların cərimələnməsi bərpa olunsun” - Tahir Kərimli
Bu gün, 15:22 |
|
|
|
• İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - NARAZILIQ VAR...
Bu gün, 15:12 |
|
|
|
• "Avrasiya üçbucağı"nın bir çox bucağı var - İNCƏLƏMƏ
Bu gün, 15:08 |
|
|
|
• Sərkisyan Azərbaycanla sərhəddə - FOTO
Bu gün, 14:57 |
|
|
|
• “KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? – 2,5 milyon xərclənəcək
Bu gün, 14:52 |
|
|
|
• AMB-nin daha bir tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:48 |
|
|
|
• Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir - KİV
Bu gün, 14:40 |
|
|
|
• Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi
Bu gün, 14:35 |
|
|
|
• Paşinyanın deputatı yerli müxalifət barədə: - Bütün müsbət şeylər onların yuxusunu qaçırır
Bu gün, 14:32 |
|
|
|
• Ukrayna ordusu İRƏLİLƏYİR – Rusiya ağır itkilər VERDİ
Bu gün, 13:40 |
|
|
|
• “Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTO
Bu gün, 13:32 |
|
|
|
• “Dəli küləyim”ə yeni nəfəs – Samira AliMaryam və PRoMetedən duet
Bu gün, 13:28 |
|
|
|
• Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”
Bu gün, 13:24 |
|
|
|
• AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Bu gün, 13:22 |
|
|
|
• Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Bu gün, 13:15 |
|
|
|
• Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 13:02 |
|
|
|
• “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Bu gün, 12:48 |
|
|
|
• Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:44 |
|
|
|
• “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14 |
|
|
|
• "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12 |
|
|
|
• Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09 |
|
|
|
• Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04 |
|
|
|
• TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01 |
|
|
|
• “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57 |
|
|
|
• Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53 |
|
|
|
• Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47 |
|
|
|
• Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33 |
|
|
|
• Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28 |
|
|
|
• Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11 |
|
|
|
|