Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir .....                     Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb .....                     Xarici kəşfiyyatlar, daxili təxribatlar... .....                     DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq .....                     Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib .....                     Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI .....                     Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? .....                     Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? .....                     Ter-Petrosyandan Paşinyana xəbərdarlıq .....                     Kreml FAKT QARŞISINDA .....                     Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? .....                     Tanınmış ekspert deputatı BİABIR ETDİ... .....                     Xırdalanda yolların təmirinə 1,5 milyon manat .....                     Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq .....                     Dilarənin bikinili fotoları... .....                     Gəncə təhsilini bazara çeviriblər... .....                     Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı .....                     Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: .....                     Almaniyada azərbaycanlı saxlanıldı: .....                     Daha bir dövlət teatrı rəhbərsiz qalıb .....                     Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... .....                     Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? .....                     Aqro monopolist TST Rüfətin gizli əməlləri .....                     Kreml Bakı və İrəvandan bunu gözləyir .....                     Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi .....                     Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub .....                     İşıq və qazdan sonra növbə suda: Limit gəlir .....                     Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib .....                     Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır .....                     İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş .....                     Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı .....                     DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə .....                     "Sözün bitdiyi an"da yeni aparıcı .....                     Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir .....                     Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü .....                     Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır .....                     Rusiya səfiri Almaniya XİN-ə çağırılıb .....                     “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə? .....                     Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb .....                     Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq .....                 

Şəmkirin "Polad Alemdar"ı rayonda necə ovqat formalaşdırır... - Deputat-başçı qovğası
Tarix: 27-04-2015, 10:46 | Çap et
Şəmkirin "Polad Alemdar"ı rayonda necə ovqat formalaşdırır...
Prezident İlham Əliyevin vaxtaşırı məmurlara vətəndaşlarla münasibətdə nəzakətli olmaq, sahibkarlara əlavə problem yaratmamaq və ən nəhayət özlərini məmura yaraşan tərzdə aparmaqla bağlı xəbərdarlıq etsə də, hələ də bu tələbləri eşitməyənlər var.

Yaxud da bəzi məmurlar bu xəbərdarlıqdan nəticə çaxarmayaraq, sadalananların hamısını həyata keçirir, hələ utanmadan da cəmiyyətə nümayiş etdirir. Son günlər isə həm ictimai rəydə, həm də mətbuatda ən çox müzakirə olunan məmurlardan biri də Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur.

İşdən qovma,
ya da konvert
Qısaca onu qeyd edək ki, ötən ilin oktyabrın 8-də Alimpaşa Adil oğlu Məmmədov Şəmkirin yeni icra başçısı təyin olunub. Bu təyinatadək Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləyib. Zamanında barəsində cinayət işi başlanmış bu məmur sahibkarların qorxulu yuxusuna çevrilmişdi. Sumqayıtda çalışarkən “sahibkarların qənimi” imicini qazanmış Alimpaşa Məmmədov sonradan Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Alimpaşa Məmmədov vergi sistemində elə bir xarakterdə formalaşıb ki, idarəçilikdən daha çox sahibkarlara divan tutmaq üzrə mütəxəsisləşib.
Şəmkirə icra başçısı təyin olunandan bəri A.Məmmədovdan narazılıqların sayı artmağa başlayıb. İş o yerə çatıb ki, sakinlər illərlə narazı qaldıqları keçmiş başçının ölənlərinə rəhmət oxumağa başlayıblar. Vergi sistemində В«divantutma” mütəxəsisinə çevrilən A.Məmmədov Şəmkirə düşər-düşməz sahibkarlara qarşı səlib yürüşünə başladı. В«Unikal”ın bu dövr ərzində yazdıqları bir-bir təsdiqlənməyə başladı. İlk vaxtlar böyük səs-küy çıxmasa da, qısa müddətdə sahibkarların sıxışdırılması prosesinə start verildi. Ən acınacaqlısı isə odur ki, A.Məmmədov dövlət idarələrinə də sahibkarlıq qurumları kimi yanaşmağa başladı.
Bu barədə В«Unikal”ı məlumatlandıran şəxs deyir ki, yeni başçı təyinatdan bir neçə gün keçəndən sonra rayondakı idarə və təşkilat rəhbərlərini toplayıb və onlara artıq yeni sistemlə işləyəcəklərini deyib. Deyilənlərə görə, başçı əsas strukturların rəhbərlərini tək-tək qəbul edib və onlara vəzifələrində qalmaq üçün konvert üsuluna keçmələrini deyib. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, A.Məmmədov bu üsulu vergidə işləyəndə də tətbiq edirdi, amma dövlət qurumlarının rəhbərlərinin də sahibkarlar kimi tasa otuzdurulması görünməmiş hadisə idi. Sözsüz ki, bu da rayonda ciddi narazılıq yaradıb, hər an proseslər nəzarətdən çıxa bilər. Qeyd olunanlarla bağlı müxtəlif mətbuat orqanlarında silsilə yazılar dərc olunub. İstər elektron, istərsə də yazılı mediada M.Məmmədovla bağlı kifayət qədər məlumatlar var.

Vergidəki vəzifə
mərtəbələri
Diqqət çəkən məqamlardan biri də odur ki, A.Məmmədovun karyerə xronologiyası olduqca qarışıqdır. Onun ən çox çalışdığı vergi sistemindəki yerdəyişmələri buna əyani sübutdur. Yəni, Şəmkirə icra başçısı göndərilənə qədər Alimpaşa Məmmədovun bioqrafiyası maraqlıdır. Belə ki, A.Məmmədov Salyan və Şəmkir rayon vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı, hazırda fəxri təqaüdçü olan Aslan Aslanovun təpkisi ilə uzaqlaşdırılıb. Ancaq sonradan nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edilib. Bir müddət burada işlədikdən sonra Səbail rayon Vergi İdarəsinə rəis təyin edilib. Burada bəzi nüfuzlu məmurların müəssisələrini qeyri-qanuni yoxladığına görə В«vurulub”. Bir müddət sonra 2 saylı Ərazi Vergilər İdarəsinə (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir) rəis göndərilib.
Ondan sonra isə Bakı Şəhər Vergilər Departamentinə rəis təyin edilib. A.Məmmədov 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi işləyərkən Sumqayıtda sahibkarlara sözün həqiqi mənasında divan tutub. İş adamları üçün müəyyən edilən “haqq” hesablanmış vergilərdən bir neçə dəfə çox olub. Buna görə də o, “sahibkarların qənimi” adını qazanıb. Onun paytaxtın vergi idarəsinin başına gətirilməsi nazirin düşünülmüş planı hesab edilirdi.

Deputat-başçı qovğası
Əgər A.Məmmədovla bağlı yazılar yalnız müxalifətöynümlü mediada getsəydi, bunu başa düşmək olardı. Amma məsələ ondadır ki, hakimiyyətə yaxın şəxslər də onunla yola getmirlər. Belə ki, deputat Etibar Hüseynov doğulduğu Şəmkir rayonunda baş verənlər barədə ciddi narazılığını ifadə edib. Hətta o icra başçısını açıq şəkildə tənqid etməkdən də çəkinməyib. O, bir müddət öncə Alimpaşa Məmmədovun fəaliyyətindən narazılığını özünün facebook səhifəsində yazmışdı. Sitat: “Bir sıra hüzr məclisləri ilə bağlı 3 gündür ki, Şəmkirdəyəm. Harada oturursan camaat bazar günü rayon mərkəzində keçirilən ”Bu şəhərdə”nin konsertindən danışır. Məlum olur ki, sən demə, yeni icra başçısı KVN və “Bu şəhərdə”nin qatı pərəstişkarıymış və konserti də şəxsən özü təşkil eləyib. Çox maraqlıdır ki, gecə-gündüz reklam olunmasına baxmayaraq, kassalarda bircə bilet belə satışa çıxarılmayıb. Bütün biletlər Alimpaşa müəllimin tərtib elədiyi siyahı əsasında büdcə təşkilatlarına paylanıb. Bəlkə də bütün bunlara əhəmiyyət verməmək də olardı. Ancaq biləndə ki, yeni başçı “Bu şəhərdə”nin konserti ilə əlaqədar (başı möhkəm qatışıq olduğuna görə) 10 gündür ki, heç kəsi qəbul eləmir… Bax bu hal təəssüf doğurur”.
Göründüyü kimi, icra başçısının səmərəsiz fəaliyyəti artıq hakimiyyətə yaxınlığı ilə seçilən deputatı da narahat edib.

Polad Alemdara
özənən başçı

Mili Məclisin deputatı Etibar Hüseynovun Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədovla bağlı sonuncu polemikası daha diqqət çəkdi. Demək olar ki, onun bu bənzətməsi bütün mediada yayımlandı və xeyli müzakirə olundu. Belə ki, E.Hüseynov icra başçısını Türkiyənin məşhur serial qəhrəmanı Polad Ələmdarla müqayisə edib: Deputat Şəmkirdə keçirilən, mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir barədə fikirlərini bölüşərkən belə deyib: “Artıq bir neçə gündür ki, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir. Matçın ortasında Polad Ələmdar ədasıyla təşrif buyurub səhnəyə qalxmaq, oyunçuların diqqətini yayındırıb özünlə gətirdiyin fotoqrafa poza vermək üçün Şəmkirin icra başçısı Alimpaşa Məmmədov olmaq lazımdı..”.
В«Unikal”ın əməkdaşı ilə söhbətləşən şəxs də deyib ki, A.Məmmədov həqiqətən də bəzi hərəkətləri ilə ədalı obraz yaratmağa çalışır. O, bununla həm diqqət mərkəzində olmaq, həm də ətrafdakıların ondan çəkinməsi üçün zəhmli aura yaratmaq istəyir.
Son olaraq onu da qeyd etmək lazımdır ki, A.Məmmədov icra başçısı təyin olunduğu gündən ən çox tənqid olunan və narazılıq yaradan başçılardan biridir. Qısa müddətdə idarəçilik sisteminə yad ünsürləri gətirməsi və bu qədər narazılığa səbəb olması Alipaşa Məmmədovu yuxarıların da gözündən salır. Hələlik onu qoruyan görünməz əllər A.Məmmədovun başı üzərindəki qara buludları qovmağa müvəffəq olur. Amma bu müdafiənin uzun çəkməyəcəyi qaçılmazdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30
Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12
DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09
Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52
Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49
Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45
Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Dünən, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Dünən, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Dünən, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Dünən, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Dünən, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Dünən, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Dünən, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Dünən, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Dünən, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Dünən, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Dünən, 16:43
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:41
İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Dünən, 16:38
Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Dünən, 16:34
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Dünən, 16:32
İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Dünən, 16:16
Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Dünən, 16:14
DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Dünən, 16:13
"Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Dünən, 16:11
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Dünən, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Dünən, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Dünən, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünən, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Dünən, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Dünən, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Dünən, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Dünən, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Dünən, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Dünən, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Dünən, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Dünən, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Dünən, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Dünən, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Dünən, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Dünən, 13:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru