Xarici kəşfiyyatlar, daxili təxribatlar... .....                     DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq .....                     Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib .....                     Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI .....                     Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? .....                     Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? .....                     Ter-Petrosyandan Paşinyana xəbərdarlıq .....                     Kreml FAKT QARŞISINDA .....                     Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? .....                     Tanınmış ekspert deputatı BİABIR ETDİ... .....                     Xırdalanda yolların təmirinə 1,5 milyon manat .....                     Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq .....                     Dilarənin bikinili fotoları... .....                     Gəncə təhsilini bazara çeviriblər... .....                     Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı .....                     Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: .....                     Almaniyada azərbaycanlı saxlanıldı: .....                     Daha bir dövlət teatrı rəhbərsiz qalıb .....                     Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... .....                     Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? .....                     Aqro monopolist TST Rüfətin gizli əməlləri .....                     Kreml Bakı və İrəvandan bunu gözləyir .....                     Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi .....                     Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub .....                     İşıq və qazdan sonra növbə suda: Limit gəlir .....                     Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib .....                     Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır .....                     İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş .....                     Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı .....                     DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə .....                     "Sözün bitdiyi an"da yeni aparıcı .....                     Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir .....                     Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü .....                     Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır .....                     Rusiya səfiri Almaniya XİN-ə çağırılıb .....                     “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə? .....                     Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb .....                     Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq .....                     “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? .....                     Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq .....                 

İcra başçısının adı milyonluq yeyintilərdə hallandırılır - Sakinlərə məxsus pay torpaqları talan olunub
Tarix: 20-04-2015, 13:32 | Çap et
İcra başçısının adı milyonluq yeyintilərdə hallandırılır
Beyləqan rayonunda məmur özbaşınalıqları dözülməz həddə çatıb. Bu barədə rayondakı mənbələrdən məlumat almışıq. 2012-ci ilin aprel ayından rayona rəhbərlik edən icra başçısı Vaqif Abdullayevin bir sıra qanunazidd işlərə qol qoyması, başqa sözlə desək, rayonun sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan irihəcmli vəsaitləri təyinatı üzrə xərcləməməsi beyləqanlıların etirazına səbəb olub.

Yerli sakinləri narahat edən əsas məsələlərdən biri isə pay torpaqlarının mənimsənilməsi və təyinatının qeyri-qanuni yolla dəyişdirilərək müxtəlif iş adamlarına satılmasıdır. Bu haqda az sonra məlumat verəcəyik. Qeyd edək ki, Torpaq Məcəlləsinə əsasən, Azərbaycanda torpaqlar məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq müxtəlif kateqoriyalara bölünür. Onlardan biri də fermer təsərrüfatlarının istifadə etdiyi kənd təsərrüfatı təyinatlı torpaqlardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə kənd təsərrüfatına yararlı torpaq sahələrinin həcmi 4,8 milyon hektardır. Kənd təsərrüfatı təyinatlı torpaqların 1,7 milyon hektarını əkin yerləri təşkil edir ki, bundan da 1,1 milyon hektarı suvarılandır. Qanunvericiliyə görə, torpaq xüsusi mülkiyyətə ölkə vətəndaşlarına və hüquqi şəxslərə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Bələdiyyə ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları, Azərbaycan vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar alqı-satqı müqavilələrinin predmeti ola bilər. Özəl mülkiyyətdə olan torpaq sahələri birbaşa, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri isə hərrac və müsabiqələr vasitəsilə satılır və ya icarəyə verilir. Məlum olduğu kimi, pay torpaqları torpaq islahatı dövründə qanunvericilik əsasında naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilib. Bu o deməkdir ki, pay torpağının hər hansı bir hissəsinin satılması üçün bütün ailə üzvlərinin razılığı tələb olunur. Bu baxımdan pay torpaqlarının satılması və ya icarəyə verilməsi ilə bağlı müqavilə notarial qaydada təsdiq olunması üçün torpağın məxsus olduğu ailənin bütün üzvlərinin iştirakı vacibdir. Etibarlı mənbənin sözlərinə görə isə icra başçısı qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq pay torpaqlarının ayrı-ayrı iş adamlarına satılmasına şərait yaradır: "Beyləqanın əksər kəndlərində vətəndaşlara məxsus pay torpaqları ayrı-ayrı iş adamlarına villa tikmələri, istirahət-əyləncə mərkəzləri yaratmaları üçün qanunsuz olaraq satılıb. Bu zaman əsl torpaq sahiblərinin hüquqları tapdanıb. Sənədlə yerli əhaliyə məxsus olan pay torpaqlarının bir hissəsində ayrı-ayrı imkanlı şəxslər özlərinə ya villa ucaldıblar, ya da istirahət mərkəzi, obyekt filan tikdiriblər. Bundan başqa, pay torpaqlarının bölünməsində saxtakarlıq və qanunsuzluğa yol verilib. Kənddə torpaq islahatları komissiya üzvləri tərəfindən bilərəkdən düzgün aparılmayıb və başqa prinsiplər üzrə həyata keçirilib. Pay torpaqlarının bölüşdürülməsində, həm də istifadəsində çoxsaylı nöqsanlar var. Torpaqların bir neçə hektarı bilərəkdən xəritəyə salınmayıb, gizlədilib. Buradakı kolxozlarda islahata gedən torpaq sahələrinin böyük əksəriyyəti əhaliyə verilməyib və vergisi də gizlədilir. Dövlət aktlarının əksəriyyəti rayonun icra başçısının göstərişi ilə əhalidən yığılır, yenidən islahat keçiriləcəyi bildirilir. Ancaq nəticə yoxdur". İcra başçısının dövlət büdcəsindən ayrılan vəsaitləri düzgün xərcləmədiyini deyən mənbə bildirdi ki, bütün bu kimi neqativ işlər Beyləqanda gərginliyin yaranmasına gətirib çıxarıb: "Aprelin 10-da Vaqif müəllimin rayona rəhbərlik etməsinin 3 ili tamam oldu. Amma bu illər ərzində o bizim üçün heç bir iş görməyib. Son illərdə Beyləqan Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsi bir qrup şəxs tərəfindən mənimsənilib. Odur ki, rayonun əksər kəndlərində müxtəlif problemlər hökm sürür. Əhaliyə normal şəkildə qaz, su və işıq verilmir. Əksər kəndlərdə yollar bərbad vəziyyətdədir". Xatırladaq ki, Beyləqan rayonunun Dünyamalılar kəndinin bir qrup sakini yolların yararsızlığına etiraz olaraq keçən il aksiya keçirib. Onlar İmişli-Daşburun avtomobil yolunu bağlayıb. Sakinlər yollara ayrılan büdcə pullarının yeyintisinə, məqsədəuyğun sərf edilməməsinə etiraz bildiriblər: "Büdcədən pul ayrılmasına baxmayaraq, Beyləqanın mərkəzi də daxil olmaqla, rayondakı əksər yollar bərbad vəziyyətdədir. Deyirlər, kanalizasiya çəkilsin, yollar düzələcək. Bilinmir kanalizasiyanın çəkilişi 1 il, ya 3 il çəkəcək. Amma kənd yollarının çəkilməsinə maneə yoxdur. Sadəcə, pulu yazıb, yeyirlər, adamlar da yayda tozun, qışda palçığın içərisində yaşamağa məcburdur". Etiraza baxmayaraq, rayon rəhbəri sakinlərin qarşısına çıxıb, onları narahat edən məsələləri dinləməmişdi. Mənbənin dediyinə görə, icra başçısı yalnız öz mənafeyini fikirləşir: "Biz acınacaqlı vəziyyətdə yaşayırıq, lakin onun özü, ailə üzvləri milyonluq villalarda kef çəkir. Soruşan yoxdur ki, ay məmur, sən Bakıdakı imarətləri, ticarət obyektlərini hansı pulla almısan? Dövlətin büdcəsini dağıtmaq ən böyük cinayət hesab olunmalıdır. Prezident vəsaiti ona görə ayırır ki, bölgələrimiz gözəlləşsin, əhalinin sosial durumu yaxşılaşsın və yeni iş yerləri açılsın. Təəssüf ki, bəzi məmurlar, o cümlədən bizim icra başçısı öz bildiyini edir". Bu arada, qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda adıçəkilən məmurla bağlı ilginc iddia ortaya atılıb. Bəzi saytların yazdığına əsasən, Beyləqan rayonunun 2014-cü il üçün nəzərdə tutulan büdcəsindən şəhərin daxilinin abadlaşdırılması, tikintisi və səkilərin yenilənməsi, işıq dirəklərinin dəyişdirilməsi və sair işlər üçün "Mirdamət-2008" MMC-yə 240 min manat ayrılıb: "Amma bu sənəd üzərində belədir. Həmin vəsaitlərin bir hissəsi silinib. Digər mənimsəmələr də olduğundan rəsmi şəkildə ayrılan vəsaitin yalnız 13 faizi "Mirdamət-2008" MMC-yə çatıb. Eşitdiyimə görə, bu işdə "Mirdamət-2008" MMC-nin Atamoğlan adlı rəhbəri ilə Beyləqan şəhər icra nümayəndəsi Azil Aslanovun da əli olub". Başqa bir xəbərə görə, 2 saylı uşaq bağçasının tikintisi zamanı da böyük yeyintiyə yol verilib. Bu haqda gələn saylarımızda ətraflı məlumat verməyə çalışacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Bu gün, 20:12
DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Bu gün, 20:09
Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Bu gün, 19:52
Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 19:49
Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Bu gün, 19:45
Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Bu gün, 19:43
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Bu gün, 18:03
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Bu gün, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Bu gün, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Bu gün, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Bu gün, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Bu gün, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Bu gün, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Bu gün, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Bu gün, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Bu gün, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Bu gün, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Bu gün, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Bu gün, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Bu gün, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Bu gün, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Bu gün, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Bu gün, 16:43
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:41
İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:38
Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Bu gün, 16:34
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Bu gün, 16:32
İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Bu gün, 16:16
Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Bu gün, 16:14
DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Bu gün, 16:13
"Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Bu gün, 16:11
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Bu gün, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Bu gün, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Bu gün, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Bu gün, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05
Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru