Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir .....                     Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır .....                     Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb .....                     “Atəşgah” Sığortada yeni təyinat .....                     Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? .....                     Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb .....                     Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb .....                     Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb .....                     Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR .....                     Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... .....                     Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib .....                     Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir .....                     "Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" .....                     Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər .....                     “Tramp yolu”nda gömrük xidməti .....                     İsrailin İrana növbəti hücumunun vaxtı bilindi .....                     AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği .....                     Ərdoğan Qətərə səfər edəcək .....                     Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: .....                     Rusiyada ikinci “Borodino döyüşü” .....                     Milli Paralimpiya Komitəsində yeni təyinat olub .....                     Pezeşkian İran xalqından üzr istədi .....                     Süleyman Mikayılov növbəti səyyar görüş keçirib .....                     “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” .....                     Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi .....                     “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” .....                     Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? .....                     ABB kartına pul qoyanların DİQQƏTİNƏ! .....                     Dəmir yollarında AVTORİTAR REJİM... .....                     “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ .....                     Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı .....                     Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi .....                     Paşinyanın “Kinder sürpriz”i .....                     Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü .....                     Masallı səhiyyəsi: Əgər belə davam edərsə... .....                     Praktik sülhün təməli qoyulur .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... .....                     SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... .....                 

“Zaminbank”ın filial müdiri Qarabağ əlilinin ailəsinə müsibət yaşadır – Kimsədən qorxmayan bankiri dövlət susdura biləcəkmi?
Tarix: 4-12-2014, 10:33 | Çap et
“Zaminbank”ın filial müdiri Qarabağ əlilinin ailəsinə müsibət yaşadır
DİA.AZ: - Özü ikinci qrup Qarabağ əlili olan Qənimət Rəhmanova ilə “Zaminbank”ın Göyçay filialının müdiri Ilqar Fərzəliyev arasında hazırda məhkəmə çəkişməsi gedir. Səbəb də budur ki, Qənimət Rəhmanovanın və ailənin digər üzvlərinin razılığı, imzası olmadan girov qoyulmuş və dəyəri təxminən 90-100 min manat olan evi əlindən alınıb. Indi Qənimət Rəhmanova bilmir ki, kirayə pulunu versin, birinci qrup Qarabağ əlili olmuş, evlənəndən cəmi il yarım sonra dünyasını dəyişən oğlunun həyat yoldaşı və körpə uşağını saxlamaq üçün çörək pulu tapsın, yoxsa notariat kontoru və digər qurumlarla əlaqələr vasitəsilə qanunsuzluq edib evini əlindən alanların cəzalandırılması, mülkünün geri qaytarılması üçün hüquq-mühafizə orqanlarının, məhkəmələrin yolunda qalsın...

Qənimət xanım deyir ki, Qarabağ döyüşlərində yaralanmış oğlu faktiki acından ölürdü. Ona görə də dövlət tərəfindən verilmiş torpaq sahəsində kiçik bir köşk tikdirib, xırda ticarətlə çörəkpulu qazanmaq istəyib. Bu məqsədlə də atası “Zaminbank”ın Göyçay filialının müdiri Ilqar Fərzəliyevin qəbulunda olub:

“Yoldaşım deyib ki, oğlumun və özümün pensiya kartlarımızı girov qoyaq, bizə kredit ayırın. Ilqar Fərzəliyev deyib ki, yox, mümkün deyil. Yoldaşıma təklif eləyib ki, evini oğlunun adına keçir, girov qoyaq, pul verim. Yoldaşım deyib ki, mənim evimdə o qədər külfətim var, necə eləyim? Ev kitabında 16 nəfərin qeydiyyatı var. Deyib ki, sən sadəcə, razılıq ərizəsi yaz, notarius-filan məsələləri mənlikdi. Beləcə, ev kitabında qeydiyyatda olanların heç birinin razılığı, imzası olmadan ev üç illik baş etibarnamə ilə oğlumun adına keçib və girov qoyulub, amma evdə qeydiyyatı olanların heç birinin imzası, razılığı olmadan. Evə Bankın sənədlərindən görünür ki, evimə 60 min pul qoyulub, 25 min verilib. O 25 minin də 500-ünü elə pulu götürəndə xidmət haqqı adıyla alıblar. Iki aylıq kredit ödənişini də elə pulu götürən kimi ödəyib. Köşk yarımçıq tikilmişdi ki, oğlum tamamilə yatağa düşdü, tikili yarımçıq qaldı. Materiallara verdiyimiz pul da arada getdi. 8 ay oğlum yataqda qaldı, bulyonu qaynadıb süzüb verməklə həmin müddətdə onu saxlayırdım. Oğlum evlənəndən düz il yarım sonra dünyasını dəyişdi. Onu da deyim ki, bankda ödəniləndən əlavə, sonradan da müəyyən məbləği banka ödəmişdik. Oğlum rəhmətə gedəndən sonra Ilqar Fərzəliyevə gedib yalvardım ki, qurban olum, cavan gəlinlə, körpə uşaqla bizi küçəyə atma, pulu ödəyəcəyik. Axı o körpənin atası bu vətənin yolunda canını qoyub... Dedim ki, həyat yoldaşım Əmək veteranıdır, yaxşı pensiya alır, həm onun, həm də özümün pensiya kartımı qoyum, banka olan borcumuz qurtarana qədər götürməyəcəm. Evimdə də nəyim varsa, satıb, pulunu ödəyəcəm. Dedi ki, sən nə danışırsan, evdən çıxmalısız. Hazırda 90-100 min qiyməti olan, bankın özünün də 60 minə dəyərləndirdiyi evimi 20 min 500 manata guya, satdı. Bizi polislər sürüyə-sürüyə evimizdən çıxarıb atdılar. Ilqar Fərzəliyevin yanına getdim, mənə dedi ki, get, kimə istəyirsən şikayət elə, lap elə prezidentinə də, mən heç kimdən qorxmuram...”

diaaz.space bildirir ki, Qənimət Rəhmanova Göyçay rayon məhkəməsinin onun evinin əlindən alınması haqda qərarından Şəki Apellyasiya Məhkəməsinə şikayət verib. Şəkidə bu iş üzrə qərar çıxarılana qədər baş prokuror Zakir Qaralov Ismayıllıda vətəndaşları qəbul edib. Qənimət xanım da onunla görüşə bilib, dərdini danışıb, sənədləri təqdim edib. Həmçinin ədliyyə naziri Fikrət Məmmədovun da qəbuluna düşə bilib. Bundan sonra Şəki Apellyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarıb. Qarşı tərəf - “Zaminbank”ın Göyçay filialının rəhbərliyi bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə işi yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəkidə bu dəfə də - bu il avqustun 28-də Qənimət Rəhmanovanın xeyrinə qərar çıxarılıb və iş yenidən baxılması üçün Göyçay rayon məhkəməsinə qaytarılıb. Burada noyabrın 27-də iş üzrə hazırlıq iclası keçirilib və məhkəmə iclası dekabrın 15-nə təyin olunub.

diaaz.space qeyd edir ki, Qənimət Rəhmanova banka olan borcunu qaytarmaqdan boyun qaçırmır: “Mənim oğlum ölüb, haqq dünyasındadır, ilk növbədə onun ruhuna görə mən borclu olduğu pulu qəpiyinə qədər qaytaracam. Məni yandıran Ilqar Fərzəliyevin insanlara qarşı bu dərəcədə qəddarlığıdır. O adamın qurbanı təkcə bizim ailə deyil, Göyçayda nə qədər mənim günümə saldığı ailələr var. Saxtakarlığın həddinə baxın ki, ikimərtəbəli, 5 sot həyəti olan, özünün 60 minə qiymətləndirdiyi evimi məhkəmə sənədlərində 2 otaqlı kiçik ev kimi göstərib. Mən o evi 3 uşağın ağzını evdə bağlayıb, pambıqda işləyə-işləyə tikdirmişdim, əlimdən aldılar. Belə Allahsızlıq olar?! Artıq 4-cü ildir ki, kirayələrdə qalmışam, o atasız körpəni, cavan gəlini küçələrdə necə qoyum?”

Qarşı tərəfi də dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05
Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02
Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... - 2023-24-cü illər aralığında...
Bu gün, 12:53
Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04
ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57
Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54
Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05
UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03
"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru