Səlim Müslümovun daha bir işçisi saxtakarlıqda ittiham olunur - Saxta əlillik dərəcəsi verilir...
Tarix: 15-10-2014, 11:52 | Çap et
 "Bu gün Azərbaycanda həqiqətən əlil olan şəxslər əlillik vəsiqəsi ala bilmir. Əlillik statusunun sənədləşməsində bürokratik əngəllər var. Ona görə də belə halların qarşısının alınması üçün əlilliyin yenidən tərtibatlaşması məsələsi ortaya çıxır. Yəni birinci, ikinci və üçüncü qrup yox, fiziki imkanlar kateqoriyası ortaya düşməlidir. Bu məsələyə yenidən baxılmalıdır, inqilabi addımlar atılmalıdır. Belə olarkən obyektiv səbəbdən əlillərin sayı arta bilər. Həqiqətən əlil olan insanlar əlillik dərəcəsi alacaq. Bu səbəbdən əlillərin sayı arta bilər".
Bu sözləri Milli Məclisin sosial-siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli mətbuata verdiyi açıqlamalardan birində deyib. Komitə sədrinin vurğuladığı məsələ həqiqətən də, aktual problemlərdən biridir. Hazırda əlillik dərəcəsini müəyyən edən tibbi-sosial ekspert komissiyalarının əksəriyyətində qanunvericiliyin tələbləri kobud surətdə pozulur və saxta sənədlərlə əlillik statusu almaq istəyənlərə "yaşıl işıq" yandırılır. Qeyd edək ki, anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlillik statusu əldə edə bilər. Nizami rayon Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Kamil Məmmədov isə əlillik dərəcəsini mövcud qanunlara uyğun şəkildə yox öz bildiyi qaydada müəyyən edir. Əldə etdiyimiz məlumatlara görə, sədr əlillik dərəcələrinin müəyyənləşdirilməsi zamanı ciddi qüsurlara yol verir: "Son vaxtlar Nizami rayonunda qeyri-qanuni yollarla saxta əlillik dərəcəsi alan şəxslərin sayı xeyli artıb. Həmin vətəndaşlar komissiya sədri ilə əvvəlcədən razılıq əldə edirlər və onun "hörməti"ni çatdırıb əlillik dərəcəsi alırlar. Bundan başqa, Kamil müəllim əlil kateqoriyasına aid olan vətəndaşlara süni problemlər yaradır. O əmək qabiliyyətini itirən şəxs barəsində əlillik dərəcəsini təyin etməkdən boyun qaçırır və bunun müqabilində maraqlarının təmin olunmasını tələb edir. Fiziki qüsurlu şəxslərə əlillik dərəcəsinin verilməsi prosesi isə müxtəlif bəhanələrlə həyata keçirilmir. Bütün bunlar onu göstərir ki, həqiqi əlillər qalıb kənarda, saxta yollarla əlillik vəsiqəsi qazananlar dövlətdən müavinət və başqa imtiyazlar alırlar". Məlumatda o da bildirilir ki, əlillik dərəcəsi almaq üçün Nizami TSEK-ə müraciət edən və fiziki qüsurları olan şəxslər əliboş yola salınırlar: "Yataq xəstələri və digərləri komissiya rəhbərliyinə nəysə verməsələr, onlara pensiya təyin edilmir. Bu, Nizami Tibbi-Sosial Ekspert Komissiyasında sanki "ənənə" halını alıb. Komissiya rəhbərliyinin "tələb"lərini ödəyə bilməyən, yaxud ödəmək istəməyən vətəndaşların sənədlərinə baxılmır. Kamil Məmmədovun həyata keçirdiyi qanunsuz işlər əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun tibbi-sosial ekspert komissiyalarında mövcud olan xoşagəlməz hallara qarşı apardığı mübarizə tədbirləri ilə uzlaşmır. Nazir çalışır ki, bu sahədə səliqə-səhman, şəffaf mühit yaratsın, amma Kamil müəllim hansısa maraqlarını təmin etmək üçün qanunların əksinə gedir. Təbii ki, belə olan halda Nizami rayon Tibbi-Sosial Ekspert Komissiyasında şəffaflıqdan söhbət gedə bilməz. Komissiya sədrinin bu günə kimi göstərdiyi fəaliyyət dərindən araşdırılsa, onun neçə nəfərə saxta sənədlərlə əlillik dərəcəsi verdiyi üzə çıxar. Amma nəyəsə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul şəxsləri Kamil Məmmədovu cəzalandırmır". Xatırladaq ki, Səlim Müslümov nazir vəzifəsinin icrasına təzə başladığı vaxtlarda tibbi-sosial ekspert komissiyalarında islahatların davamlı olacağını bildirmişdi. Çox güman ki, Səlim Müslümovun Nizami TSEK-də baş verənlərdən xəbəri yoxdur. Ümid edirik ki, cənab nazir bu faktlarla tanış olandan sonra Kamil Məmmədovun tutduğu vəzifədən çıxarılması barədə əmr imzalayacaq. Qarşı tərəfin də münasibət bildirmək hüququ var. \\ gundelik-baki \\


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12 |
|
|
|
• Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49 |
|
|
|
• SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29 |
|
|
|
• “Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19 |
|
|
|
• Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07 |
|
|
|
• Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57 |
|
|
|
• Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54 |
|
|
|
• Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08 |
|
|
|
• Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05 |
|
|
|
• UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03 |
|
|
|
• "Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56 |
|
|
|
• Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52 |
|
|
|
• Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36 |
|
|
|
• Ermənistanda absurd savaş xəyalları... - NƏ QƏDƏR REALDIR...
Bu gün, 07:27 |
|
|
|
• Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
Bu gün, 07:25 |
|
|
|
• Revanşist ermənilər: nə qədər praqmatikdirlər? - AKTUAL
Bu gün, 07:16 |
|
|
|
• Zəngəzur dəhlizi an məsələsidir... - Görünəni odur ki...
Bu gün, 07:12 |
|
|
|
• Peşə təhsili siyasəti iflas həddində... - BU FAKTDIR...
Bu gün, 07:08 |
|
|
|
• Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? - Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
Bu gün, 07:02 |
|
|
|
• Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Bu gün, 06:55 |
|
|
|
• Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:46 |
|
|
|
• "Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" - ÇÜNKİ...
Bu gün, 06:44 |
|
|
|
• ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb - GƏLİŞMƏ
Bu gün, 06:40 |
|
|
|
• Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır – Azərbaycanı nə gözləyir?
Bu gün, 06:37 |
|
|
|
• "Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" - Tramp MALALAYIR
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib - KİV
Bu gün, 06:21 |
|
|
|
• ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib - “Bloomberg”
Bu gün, 01:43 |
|
|
|
• Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Dünən, 18:12 |
|
|
|
• Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Dünən, 18:06 |
|
|
|
• Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Dünən, 18:04 |
|
|
|
• “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:59 |
|
|
|
• “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Dünən, 17:57 |
|
|
|
• Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Dünən, 17:51 |
|
|
|
• "Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Dünən, 17:48 |
|
|
|
• Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• "Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Dünən, 17:37 |
|
|
|
• Porno saytın təsisçisi həbs olundu
Dünən, 17:19 |
|
|
|
• Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 17:13 |
|
|
|
• Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Dünən, 17:02 |
|
|
|
• İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Dünən, 16:58 |
|
|
|
• Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:49 |
|
|
|
• Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Dünən, 16:34 |
|
|
|
• Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Dünən, 16:18 |
|
|
|
• “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Dünən, 16:16 |
|
|
|
• Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Dünən, 16:09 |
|
|
|
• İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Dünən, 16:07 |
|
|
|
• Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Dünən, 16:04 |
|
|
|
• Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Dünən, 15:57 |
|
|
|
• Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Dünən, 15:49 |
|
|
|
• Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 15:45 |
|
|
|
|