Arif Əsgərovla Etibar Pirverdiyevin arasında В«soyuq müharibəВ» - Məmur "razborka"sı
Tarix: 9-05-2014, 12:12 | Çap et
 В«Azərbaycan Dəmir YollarıВ» Qapalı Səhmdar Cəmiyyətinin (QCS) sədri Arif Əsgərovla В«AzərenerjiВ» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyevin münasibətləri kəskin pisləşib. Buna səbəb Etibar Pirverdiyevin nəzarəti altında olan "ATEF Şirkətlər Qrupu” MMC-nin В«Azərbaycan Dəmir Yolları” ilə arasındakı məhkəmə çəkişməsidir. Əldə etdiyimiz məlumatlara görə, Arif Əsgərovun rəhbəri olduğu qurumun şirkətə 306 min manat borcu var. Borc çəkişməsinə birinci instansiya məhkəməsində baxılıb. İş hazırda Apelyasiya Məhkəməsindədir. İddia hakim Kəmalə Abiyevanın sədrliyi ilə araşdırılır. Verilən məlumatda deyilir ki, В«AzərenerjiВ» rəhbərinə məxsus olan şirkət bir neçə il əvvəl В«Azərbaycan Dəmir YollarıВ»nın müxtəlif sifarişlərini həyata keçirib. Görülən işlərin müqabilində qurum rəsmiləri tərəfindən şirkətin bank hesabına müəyyən miqdarda vəsait keçirilsə də, 306 min manat ödənilməyib. Bu barədə bilgiyə sahib olan mənbənin bildirdiyinə görə, borcu ödəmək istəməyən QSC rəhbərliyinə şifahi formada xəbərdarlıq edilib: В«Amma Arif Əsgərov başda olmaqla cəmiyyətin heç bir səlahiyyətli nümayəndəsi buna məhəl qoymayıb. Pulu ala bilmədiklərini görən В«ATEFВ» rəhbərliyi bununla bağlı Etibar Pirverdiyevə məlumat verib. Onun işə qarışmasından sonra tərəflər arasındakı vəziyyət xeyli qəlizləşib. QSC sədri borcu qaytarmayacağını söyləyib və ASC rəhbəri məsələni məhkəmə yolu ilə həll edəcəklərini bildirib. Hazırda iş məhkəmədədir. Buna baxmayaraq, Etibar Pirverdiyev hər fürsətdə Arif Əsgərova zərbə endirməyə çalışır. Yuxarı orqanlarda möhkəm dayaqları olan В«AzərenerjiВ» rəhbəri Arif Əsgərovun imza atdığı qanunsuzluqlar haqqında məlumat toplayaraq yuxarılara çatdırırВ». Mənbə vurğulayır ki, son vaxtlar dəmir yolu nəqliyyatında yaranan bir sıra problemlər QSC sədrinin işini xeyli çətinə salıb: В«Məlum olduğu kimi, bu ildən ölkə ərazisində dəmir yolu tarifləri təxminən, 31 % artıb. Lakin bununla bağlı geniş açıqlama verilməyib və qiymət artımı əsaslandırılmayıb. Dəmir yolu nəqliyyatında baş verən qiymət artımını В«Azərbaycan Dəmir YollarıВ»nın nümayəndələri izah edə bilmir. Sərnişin və yük daşımalarında qiymətlərin dövlətlə razılaşdırılmadan artırılması yuxarıların etirazı ilə qarşılanıb. Bundan başqa, QSC-də əməkhaqlarının verilməsində ciddi problemlər müşahidə olunur. Bir müddət əvvəl bəzi şəxslər ixtisara düşüb. Qurumun peşəkar mütəxəssislərinin çoxu səbəbsiz yerə işdən çıxarılıblar. Bu kimi hallardan istifadə edən Etibar Pirverdiyev cənab Əsgərova öz gücünü göstərməyə çalışırВ». Onu da bildirək ki, QSC sədrinin adı В«vurulacaqВ» məmurların sırasında çəkilir. Buna səbəb olan amillərdən biri də В«Azərbaycan Dəmir YollarıВ»nda iri maliyyə fırıldağının üzə çıxmasıdır. Xatırladaq ki, qurumun marketinq şöbəsinin sabiq müdiri Rahib Hüseynov 48 milyon manatlıq yeyintidə ittiham edilərək həbs olunub. Bu məsələdə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da əlinin olduğu bildirilsə də, məmur övladı məsuliyyətə cəlb edilmədi. Halbuki, 28 yaşlı Elnar Əsgərovun rəhbəri olduğu "Liman Group” şirkəti QSC-nin tikinti layihələrinin əsas iştirakçısı olub. Yəni 48 milyon manatlıq yeyintidə məmur oğlunun iştirakının olması istisna edilmir. Bu arada, Arif Əsgərovun keçmişi ilə bağlı şok məlumatlar əldə etmişik. Məlumata görə, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlişi ilə birlikdə Arif Əsgərovun karyerasında çiçəklənmə dövrü başlayıb. Cəbhə hakimiyyətə gəldikdən sonra dəmiryolu idarəsinə əslən tovuzlu olan Eldar İsmayılov rəis təyin edilib. Eldar İsmayılov isə Arif Əsgərovla qohum olub. Onun dövründə Arif Əsgərov maliyyə xidmətinin rəis müavini vəzifəsindən həmin idarənin rəisi vəzifəsinə təyin edilib. Arif Əsgərovun keçmiş rəisi, onu vəzifədə irəli çəkən Eldar İsmayılovla indi də isti münasibətlərinin olduğu deyilir. Heydər Əliyev hakimiyyətə gələndən sonra isə Dövlət Dəmiryolu İdarəsinə Vahid Məmmədov rəis təyin edilib. Onun rəis təyin edilməsi ilə birlikdə Arif Əsgərov tutduğu vəzifədən azad edilib və Raya Abbasova adlı bir xanımla əvəzlənib. Uzun müddət işsiz qalan Əsgərov daha sonra kimlərinsə vasitəsilə bu sistemə yenidən bərpa olunub. Mənbə bildirir ki, Etibar Pirverdiyev məhz bu tip materialları yuxarılara təqdim etməklə QSC sədrinin vəzifə karyerasına son qoymaq istəyir. Tərəflər arasında davam edən В«soyuq müharibəВ»də üstünlük hələ ki, Etibar Pirverdiyevin tərəfindədir. Belə davam etsə, yaxın vaxtlarda Arif Əsgərovun vəzifədən azad olunması ilə bağlı sərəncam verilə bilər. Yazıda adı hallanan bütün tərəflərin mövqeyini işıqlandıra bilərik. \\ gundelik-baku \\


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Bu gün, 18:12 |
|
|
|
• Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Bu gün, 18:06 |
|
|
|
• Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Bu gün, 18:04 |
|
|
|
• “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:59 |
|
|
|
• “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Bu gün, 17:57 |
|
|
|
• Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Bu gün, 17:51 |
|
|
|
• "Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Bu gün, 17:48 |
|
|
|
• Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• "Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Bu gün, 17:37 |
|
|
|
• Porno saytın təsisçisi həbs olundu
Bu gün, 17:19 |
|
|
|
• Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 17:13 |
|
|
|
• Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Bu gün, 17:02 |
|
|
|
• İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Bu gün, 16:58 |
|
|
|
• Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Bu gün, 16:34 |
|
|
|
• Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Bu gün, 16:18 |
|
|
|
• “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Bu gün, 16:16 |
|
|
|
• Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Bu gün, 16:09 |
|
|
|
• İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Bu gün, 16:07 |
|
|
|
• Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Bu gün, 16:04 |
|
|
|
• Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Bu gün, 15:57 |
|
|
|
• Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 15:45 |
|
|
|
• Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Bu gün, 15:42 |
|
|
|
• Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Bu gün, 15:40 |
|
|
|
• Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Bu gün, 15:38 |
|
|
|
• Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Bu gün, 15:33 |
|
|
|
• Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Bu gün, 15:13 |
|
|
|
• Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07 |
|
|
|
• Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00 |
|
|
|
• Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58 |
|
|
|
• Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55 |
|
|
|
• ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36 |
|
|
|
• "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19 |
|
|
|
• Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16 |
|
|
|
• "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08 |
|
|
|
• Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01 |
|
|
|
• Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58 |
|
|
|
• Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45 |
|
|
|
• Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31 |
|
|
|
• Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22 |
|
|
|
• Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12 |
|
|
|
• 907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59 |
|
|
|
• Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56 |
|
|
|
• Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52 |
|
|
|
• Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47 |
|
|
|
• "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44 |
|
|
|
• “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40 |
|
|
|
|