Diasporla İş üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Məmmədov Sabit Rasim oğlu özünə obyekt inşa etdirib.
Qlobal.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin baş məsləhətçisinin obyekti Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, döngə 7 ünvanında yerləşir.
Obyektin rəsmi sənədlərdə ümumi ərazisi 278 kvadrat metrdir.

İki mərtəbəli olan obyekt ticarət mərkəzi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Sabit Məmmədov 2023-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə ilə təltif olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Qanununa görə vəzifəli şəxslərin bizneslə məşğul olmaları qadağan edilir.