“Allah kəssin, belə yaxşılığınızı…” .....                     Qalmaqallı qohumları yenidən həbs edildi .....                     Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə .....                     İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb .....                     `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... .....                     Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb .....                     Bank deyil... əməlli-başlı möcüzədir... .....                     Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? .....                     Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... .....                     Fermerlər məhsullarını Bakıya gətirə bilmir .....                     “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... .....                     "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" .....                     Çətin payız: Rusiyanın raket terroru davam edəcək .....                     Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti .....                     2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… .....                     Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                 

Gəncədə bir İdman Sarayının tikintisini üç il uzatmaqda Niyazi Bayramovun məqsədi nə olub? - İLGİNC FAKTLAR
Tarix: 16-08-2021, 10:27 | Çap et
Gəncədə bir İdman Sarayının tikintisini üç il uzatmaqda Niyazi Bayramovun məqsədi nə olub?
Gəncə şəhərində İdman Sarayı inşa edilməsi haqqında sərəncamı Prezident İlham Əliyev hələ 13 noyabr 2017-ci ildə vermişdi. Sərəncama əsasən İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə şəhər İcra Hakimiyyətinə həvalə edilmişdi. İdman Sarayının tikintisinə 2018-ci ilin mart ayında, sabiq İcra başçısı Elmar Vəliyevin dönəmində başlanılıb. Gəncədəki məlum hadisələrdən sonra, 28 avqust 2018-ci ildən Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilir və İdman Sarayının sifarişçi funksiyaları da bir başçı kimi onun nəzarətinə keçir.

Bəs 2018-ci ilin mart ayından inşasına başlanan tikilidə işlər niyə ləng gedir və hər il külli miqdarda dövlət vəsaiti ayrılmasına baxmayaraq İdman Sarayının istifadəyə verilməsi nədən uzadılır?

Aktualinfo.org dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilmiş məlumatlar əsasısında apardığı araşdırmalara görə son üç il ərzində tender yolu ilə sözügedən idman sarayının tikintisinə külli miqdarda vəsaitin ayrıldığı üzə çıxır. Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən ən son tenderdə İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üzrə 5000000 manat məbləğində satınalma müqaviləsi 12.08.2021-ci il tarixdə “RÖVŞƏN OĞUZ QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilmiş məlumatlara görə Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə “Rövşən Oğuz Qrup” MMC ilə 09.04.2020-ci il tarixdə 4600000 manat, 06.10.2020-ci il tarixdə 1800000 manat, 19.03.2021-ci il tarixdə 9400000 manat, 12.08.2021-ci il taixdə 5000000 manat məbləğində satınalma müqavilələri bağlayıb ki, ümumi olaraq 20 800000 manat təşkil edir.

Göründüyü kimi bütün bu rəqəmlər İqtisadiyyat Nazirliyi kimi ciddi bir dövlət qurumunun rəsmi portalında yerləşdirilib. Yəni, demək istəyirik ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sözügedən portala yanlış, qeyri dəqiq məlumatlar yerləşdirməz. Bütün bunlar tenderlər keçirildikdən sonra qalib şirkətlə bağlanan müqavilələr üzrə ayrılan dövlət vəsaitləridir ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə satınalma prosedurları zamanı mütləq göstərilməlidir.

İcra Hakimiyyəti İdman Sarayının layihələndirilməsi işlərinə isə 30.04.2020-ci il tarixdə 400000 manat, 15.04.2021-ci il tarixdə isə tikintinin layihə-smeta səndlərinin hazırlanması ( əlavə və dəyişikliklərə əsasən) işlərinin satın alınması üzrə 418400 manat məbləğində satınalma müqavilələrini “BAŞAK PROJE VƏ DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Hələ Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə şəhərində İdman Sarayının tikintisinin davam etdirilməsi üçün 14 mart 2019-cu il tarixdə də “Rövşən Oğuz Qrup” MMC ilə 4000000,00 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdır. Bu da üst-üstə 25 milyon manata yaxın dövlət vəsaiti deməkdir.

Qeyd edək ki, kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RÖVŞƏN OĞUZ QRUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.04.2009-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ 1 , ev 8, “ADORE PLAZA”, 3-CÜ MƏRTƏBƏ, qanuni təmsilçisi kimi isə Mustafayev Hafiz Carı oğlu qeyd olunub.

Müqayisə etmək üçün “MİDA” MMC-nin elə Gəncə şəhərində, güzəştli mənzillərin tikintintisi üçün 14.09.2020-ci ildə elan etdiyi tenderlərə nəzər salmağımız kifayətdir. “MİDA” MMC tərəfindən Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi işləri üzrə keçirilmiş tenderlərdə 1 və 2 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisinə 6 333 947 manat, 3 və 4 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisinə 6 321 624.14 manat, 5 nömrəli 9 mərtəbəli 2 bloklu, 6 və 7 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisinə isə 8 858 274.43 manat vəsait ayrılıb.

Göründüyü kimi “MİDA” MMC 6,23 ha ərazidə ümumi olaraq 21 513 845 manata 2 bloklu, 9-12 mərtəbəli böyük bir yaşayış kompleksinin tikintisini artıq yekunlaşdırmaq üzrədir və yaxın gələcəkdə satışını təşkil edəcək.

Bəs necə olur ki, Gəncə şəhər İcra Hakimiyyəti 3 hektara yaxın ərazidə 25 milyon manat vəsait ayırılmasına baxmayaraq bir İdman Sarayının tikintisini üç ildir ki,başa çatdıra bilmir?

Biz bu məbləğə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə şəhər İcra Hakimiyyətinə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə ayrılan vəsaitləri əlavə etməmişik. Bu məqsədlə 24 iyun 2020-ci ildə 3,0 (üç) milyon manat vəsaitin ayrıldığı məlumdur. Daha əvvəllər isə nə qədər vəsait ayrılıb məlum deyil.

Qeyd edək ki, bir neçə gündən sonra Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edilməsinin üç ili tamam olacaq. Fəaliyyətə başladığı üç il ərzində bir İdman Sarayının tikintisini başa çatdıra bilməyən İcra başçısı haqqında nə düşünmək olar? Burada vəsait çatışmamazlığından söhbət gedə bilməz. Rəsmi dövlət qurumlarının yaydığı məlumatlardan da görsəndiyi kimi, hər il kifayət qədər vəsait ayrılıb. Gəncə şəhər İcra Hakimiyyəti istəsəydi işi ləngidən “Rövşən Oğuz Qrup” MMC ilə müqaviləyə xitam da verə bilərdi, yaxud növbəti müqavilələri başqa, daha çevik iş görən şirkətlərlə də bağlaya bilərdi. Amma göründüyü kimi, bütün bunların heç biri baş verməyib və Gəncədə İdman Sarayında tikinti işlərinin davam etdirilməsinə hələ də vəsait ayrılır. Təbii ki,burada vaxt Niyazi Bayramovun xeyrinə işləyir. Vaxt nə qədər çox uzadılsa, ona bir o qədər xeyirdir. Bu minvalla görəsən Niyazi Bayramova Gəncədə İdman Sarayının tikintisini yekunlaşdırmağa neçə il lazım olacaq?

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru