BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb .....                     Separatizmlə mübarizədə çox vacib addım .....                     Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri .....                     Miri Yusifi bir də belə görün .....                     Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb .....                     İrəvandan Ağrı dağı ilə bağlı açıqlama .....                     Valideynlər direktora qarşı: DAVA AÇILDI... .....                     Yağışlı hava davam edəcək... .....                     Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi .....                     “Qarabağda yaşayan ermənilər potensial təhlükədir” .....                     “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi .....                     Çarəsizlikdən doğan ironiya .....                     Qobuda SİRLİ TORPAQ... .....                     “Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” .....                     Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? .....                     "Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” .....                     “Bu maaşa onu almaq olur ki?” .....                     “Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” .....                     Məhəmməd Mirzəliyə hökm oxundu .....                     Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... .....                     “Qala Sığorta” səhmdarını gizlədir .....                     Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? .....                     Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     Avtomobillər üçün vergi güzəşti .....                     “Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan” .....                     Putindən Kadırova .....                     Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir .....                     Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş .....                     Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: .....                     Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb .....                     Pomidor oğurlamağa getdilər .....                     AZAL turizm gününə özəl endirim kampaniyası elan edir .....                     Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                     Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? .....                     Türkiyənin də nüvə silahı olacaq .....                 

Qohumuna-dostuna vəzifə verən Avropa təhsilli nazir... - Nazir kürsüsü çoxlarını dəyişib...
Tarix: 2-06-2021, 09:37 | Çap et
Qohumuna-dostuna vəzifə verən Avropa təhsilli nazir...
“Dərviş Parisi partladır” filmində Hətəmxan ağa qardaşı oğlunun Avropa təhsili almasına qarşı çıxmırdı. O, inkişafı, gələcəyi Qərb təhsili almaqda görürdü. Dövrün bir sıra adamları belə fikirləşirdilər ki, nicat xarici təhsildədir.

“Dəli Kür” filmində də tərəqqi cəhalətdən qaçıb Qori seminariyasında oxumaqda görülürdü. Zəmanə dəyişdi, qərinələr ötdü, indi azərbaycanlı gənclərin Avropada təhsil almasında əngəl yoxdur, Qərbdə oxuyub gələnlərimiz də az deyil. Di gəl çi fayda?!
Elə bu Avropa təhsilini alanlardan, Hətəmxan ağanın xəyallarını gerçəkləşdirənlərdən biri bizim 5-ci təhsil nazirimiz Emin Əmrullayevdir.
Lakin gəlin görək Mərkəzi Avropa Universitetində, daha sonra Kolumbiya Universitetində oxumuş gənc nazirimiz Qərb təhsilinin “q” hərfini belə Azərbaycanda tətbiq edə bilibmi? - Birmənalı yox.
O halda soruşmamaq olmur ki, cənab vergilər naziri, təhsilimizə Misir Mərdanovdan keçid dövrü üçün rəhbərlik etmiş Mikayıl Cabbarov E.Əmrullayevi niyə bu xalqına canına urcah edib?!
Rubrika.Az sual edir ki, əgər Azərbaycan məktəblərində Avropa təhsilindən yüzmin kilometrlərlə uzaqda Misir Mərdanovdan qalma ənənələr hökm sürürsə, Hətəmxan ağanın görmək istədiyi Qərb təhsilli kadrlarımız vətənə qayıdışında bəs hansı nailiyyətləri əldə ediblər...
Bu ritorik suallara bir mühüm məlumatı əlavə etsək, Azərbaycan oxucusuna E.Əmrullayevin təhsil siyasəti tam aydın olacaq. Bəli, təhsil nazirimiz Qərb sistemindən kənar, əsl azərbaycanlısayağı üslubda kadr islahatları aparır. Belə ki, vaxtilə rəhbəri olduğu Təhsil İnstitutunda indi öz xalası qızına vəzifə verib. Bu tayfaçılıq, qohumbazlıq təfəkkürü Avropa təhsili alsan belə dəyişmir.
E.Əmrullayevin ikinci təyinatı haqda söz açaq - deyilənə görə Dərnəgül bazarında biznesi olan bir dostunu Təhsil Nazirliyində işə götürüb.
Əvvəllər vergi müfəttişləri ölkə təhsilini idarə edirdilərsə, indi Əmrullayevin təhsildən kənar olan yaxın çevrəsi nazirlikdə toplaşıb.
Əvəzində biz nəyin şahidiyik: təyinatında Mikayıl Cabbarov cənablarının təqdimatı rol oynayan Emin Əmrullayev bu zaman kəsiyində Azərbaycan təhsilində heç bir dəyişiklik edə bilməyib.
Onun yaxşı təhsil mütəxəssisi, bu sahəni nəzəri cəhətdən yüksək səviyyədə bildiyi qeyd olunur, lakin idarəçilik, praktika fərqlidir.
Odur ki, hazırda məktəblərdə ənənəvi bazar qaydaları, ali məktəblərdə “köhnə hamam, köhnə tas” yanaşması davam etməkdədir.
E.Əmirullayev isə yazırdı: “Mən özümü sizdən bilikli hesab edirəm, ən azı Bayıldan o tərəfdə təhsil almışam. Siz biliklərinizi harda və necə əldə etmisiniz?”
Bu suala Hətəmxan ağa sağ olsaydı, daha doğru-dürüst cavab verərdi, biz nə kərayik ki Bayıldan o tərəfdə oxumuş nazirə nəsə deyək?
Baxın, nazir ilk növbədə hansı dəyişiklikləri mütləq etməliydi: çirkaba, rüşvətə bulaşmış, rəhbərləri özlərini oliqarx kimi aparan, yerlərdə icra başçılarının əlaltısına çevrilən təhsil şöbələrinin ləğvi məsələsini qaldırmalıydı. Bu, E.Əmrullayevin təhsildə inqilabı ola bilərdi.
Ardınca, bir nazir kimi orta məktəblərdə tədris proqramlarının səviyyəsi, məktəb direktorlarının bürokratlığı haqda tədbir görməliydi.
Əmrullayev ali məktəblərdə təhsil haqlarının yüksək olması problemini qabartmalıydı. Onu da etməyib. Və pandemiya dövründə imtahandan kəsilən, ayrı-ayrı universitetlərdə rüşvət tələbi ilə üzləşən minlərlə tələbənin səsinə səs verməliydi.
Bunu da görməzdən gəlib. Bəs təhsil nazirinin kabinetində gündəlik məşğuliyyəti nədir? - biz ondan yox, təqdimatında xüsusi rolu olan cənab nazir Mikayıl Cabbarovdan soruşuruq...
Rubrika.Az yazır ki, təhsilin Avropada oxumuş gənclərin idarəçiliyində olmasına görə böyük ümidlər bəslənirdi. Mikayıl Cabbarov, Ceyhun Bayramov və son olaraq Emin Əmrullayev Misir Mərdanovdan fərqli olaraq Qərb görmüş kadrlardır.
Təhsildə reformlar üçün M.Cabbarov böyk bir cığır açmışdı, C.Bayramov isə bu yolu birtəhər baş vurmuşdu, E.Əmrullayev onlardan fərqli olaraq, birbaşa təhsil mütəxəssisidir deyə ondan daha ciddi gözləntilər varıydı.
Ancaq deyəsən yenə təhsildə “görüm-baxım”, “şirinlik”, “şapka” kimi folklorumuza, leksikonumuza, təhsil sektorumuza doğma sözlər qüvvədədir. Varislik ənənəsi davam edir. Kadrlar dəyişir. Amma yanaşma və keyfiyyət dəyişmir. Ona görə də kadr dəyişikliyi hələ islahat deyil. İslahat şüurlarda aparılmalıdır, islahat təfəkkürləri dəyişdirməlidir.
Məsələn, bu ilin martında Bakıda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində bir müəllim şagirdi döymüşdü. Əmrullayev isə məsələyə ənənəvi üsullarla yanaşdı. Belə ki, təhsil nazirinin müvafiq əmri ilə internat məktəbinin direktor müavini işdən azad olundu.
Məktəbin direktoru bir kənarda qalır, müavin cəza alır. Niyə? Axı, hamı bilir ki, bütün strukturlarda müavinlərin “vəzifəsi” rəhbərin kölgəsi olmaq, onun arxasınca gəzməkdir. Deməli, yanaşma dəyişməyib.
Deməli, direktor kiminsə nəyidir. Çünki bizim cəmiyyətdə təsadüfi adamlara vəzifə verilmir. Bəli, bu gün Azərbaycan təhsili reanimasiyadadır. Müalicəsi isə mümkün deyil. Çünki immunitet yoxdur. Son 25 ildə Azərbaycanın təhsil sistemi eksperimentlər poliqonuna çevrilib. Dünyada ilk ağla gələn hər ideya Azərbaycan təhsilində sınaqdan keçirilib. Tək bir faktı deyim ki, son 25 ildə ölkəmizdə ən çox beynəlxalq qrant alan sahə təhsil sistemidir.
Bu gün Azərbaycan təhsili son nəfəsini verir. Korrupsiya təhsil sisteminin iliyinə qədər işləyib. Uşaq bağçası-körpələr evindən başlayıb Elmlər Akademiyasına qədər bütün sistem rüşvətin məngənəsində boğulur. Doğrudur, indi rüşvətın adı dəyişdirilib. Uşaq bağçasında ona “şirinlik”, orta məktəbdə “fonda dəstək” deyirlər.
Ali məktəblərdə isə rüşvət leqallaşıb. Adı “təhsil haqqı” olub. İmtahandan kəsildin, əlavə ödəniş etməlisən, dərslərdən yayındın, əlavə pul yatırmalısan. Əmrullayev isə bu problemlərin həllində çox çarəsiz görünür. Onu bizə kim urcah elədi...
Rubrika.Az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Bu gün, 14:42
Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Bu gün, 14:40
Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Bu gün, 14:38
Miri Yusifi bir də belə görün - FOTO
Bu gün, 14:36
Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03
İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00
Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58
Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52
Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50
“Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44
“Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41
Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33
Qobuda SİRLİ TORPAQ... - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
“Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” - ŞƏRH
Bu gün, 12:19
Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? - AKTUAL
Bu gün, 12:16
"Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” - ETİRAZ
Bu gün, 12:14
“Bu maaşa onu almaq olur ki?” - məktəb bazarlığının bahalığından şikayətləndi
Bu gün, 12:12
“Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” - Reabilistasiya mərkəzinin rəhbəri
Bu gün, 12:09
Məhəmməd Mirzəliyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:05
Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... - Paşinyan
Bu gün, 12:01
“Qala Sığorta” səhmdarını gizlədir - İcazə verin, şübhələnək...
Bu gün, 11:59
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 11:55
Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:54
Avtomobillər üçün vergi güzəşti – Dövlət Proqramında nə yazılıb?
Bu gün, 11:51
“Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Bu gün, 11:48
Putindən Kadırova QADAĞA
Bu gün, 11:45
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir - FOTO
Bu gün, 11:43
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş - “Yatmış agent” versiyası
Bu gün, 11:38
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31
Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru