Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq .....                     "Aİ Türkiyəni razı sala bilməz" .....                     Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? .....                     Türkiyənin məşhur aktyoru intihara cəhd etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL .....                     Bakıda mərasim evlərində ehsan yeməyi .....                     Azərbaycanda qorxulu reallıq: .....                     “Unibank” bankomatını niyə düzəltmir? .....                     SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir .....                     Tovuzda da belə idi: İndi də buraları qarışdırır... .....                     Şəbnəm Tovuzlunun oğlu birinci oldu .....                     "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" .....                     Nərimanov Tibb Mərkəzində təmir bitmir .....                     AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır .....                     Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib .....                     Qarabağda ermənilərin gizli silah anbarları var .....                     Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib .....                     Münsaibətlərdəki AĞRI... .....                     Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq .....                     Rəsulzadənin ifadəsi ilə desək... .....                     “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” .....                     Geosiyasətin cinayət yolu... .....                     Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə .....                     İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur .....                     Hamı alır, amma risklərini bilmir .....                     Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib .....                     "İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" .....                     Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: .....                     Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib .....                     Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... .....                     BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb .....                     Separatizmlə mübarizədə çox vacib addım .....                     Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri .....                     Miri Yusifi bir də belə görün .....                     Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb .....                     İrəvandan Ağrı dağı ilə bağlı açıqlama .....                     Valideynlər direktora qarşı: DAVA AÇILDI... .....                     Yağışlı hava davam edəcək... .....                     Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi .....                 

MÜSLÜMOVUN ƏDALƏTSİZ VƏ ANTİ-MİLLİ “ƏBƏDİ İRSİ"... - Pensiya, sosial müavinət, əlillik təyinatındakı müşküllər nə zaman çözüləcək?
Tarix: 21-04-2021, 09:39 | Çap et
MÜSLÜMOVUN ƏDALƏTSİZ VƏ ANTİ-MİLLİ “ƏBƏDİ İRSİ"...
Azərbaycanın pensiya qanunvericiliyi ona edilən dəyişikliklərin, xüsusilə də mürəkkəb və anlaşılmaz dəyişikliklərin sayına görə Ginnesin rekordlar kitabına düşəcək qədər zəngindir. Ancaq nə yazıq ki, bu dəyişikliklər nəticə etibarilə rahat, əhali üçün əlçatan, anlaşılan, yaşlı, əlil, imkansız insanların rifahının yaxşılaşdırılmasına xidmət edən bir sistemin formalaşması ilə nəticələnməyib, əksinə, əhalinin ən çox şikayətçi olduğu bir sitemə çevrilib.

Bunu isbat etmək üçün uzağa getmədən, sadəcə küçəyə çıxıb 10-15 pensiyaçı arasında sorğu aparmaq kifayətdir.

Eynilə də əlillik dərəcəsinin təyinatı, əlillik müavinətlərinin, həmçinin ünvanlı sosial yardımların verilməsi, bölüşdürülməsi qaydaları və onların məbləği barədə də sorğu aparsanız eyni mənzərə ilə rastlaşarsınız- narazılıq, şikayət, etiraz.

Səlim Müslümovun dövründə, şəxsən özünün iştirakı ilə hazırlanan və keçilməz labirinti xatırladan pensiya qanununun o qədər əyər-əskiyi var ki, sadalamaqla bitməz.

Onun tətbiqi isə misal üçün şərəfli peşə sahibi adlandırdığımız müəllimi, eynilə də dövlət müəssisələrində işləmiş, aşağı əməkhaqqı almış həkimdən tutmuş fəhləyə qədər hamını “pensiya yaşına çatmış dilənçi” kökünə salıb. Çünki bu adamların aldıqları 200 manat civarındakı pensiya onların ayın bu başından o başına normal qidalanıb sağ-salamat çıxmasına imkan vermir, hələ bunun par-paltarı, dava-dərmanı, kommunal xərclərini və s. demirik.

Ancaq əvəzində polis, prokurorluq, vergi işçiləri, hakimlər, icra orqanlarında yüksək vəzifə tutmuş şəxslər, deputatlar və digər bu qəbildən olan şəxslər həddən artıq yüksək pensiya alırlar. Soruşan lazımdır ki, niyə, hansı xidmətlərinə görə?

Təbii ki, texniki baxımdan pensiya məbləğləri arasındakı fərq belə izah oluna bilər ki, sadaladığımız şəxslər əmək haqları yüksək olduğu üçün daha böyük pensiya kapitalı toplayıblar və buna görə də daha yüksək pensiya alırlar. Bəs o zaman hanı sosial ədalət prinsipi?

Məgər müəllimin, yaxud həkimin zəhməti, xalq qarşısındakı xidməti yuxarıda sadaladığımız peşə sahiblərindən azmı olub? Onların günahıdırmı ki, uzun illər boyu dövlətin onlara verdiyi rəsmi əmək haqqı qəpik-quruş olduğu üçün hesablarına yığılan pensiya kapitalı azdır?

Yaxud təkcə hansısa sahibkarın yanında çalışan və hər an işini itirmək qorxusundan aldığı əmək haqqının rəsmiləşdirilməsini tələb edə bilməyən, bununla da pensiya kapitalı yığılmayan vətəndaşmı günahkardır ki, ölkədə hələ də əmək qanunvericiliyi tam gücü ilə işləmir?

Ümumiyyətlə, əvvəlcə sərvətlərin ədalətli bölgüsü aparılmadan, insanlara normal iş, rəqabət mühiti, qazanc əldə etmək imkanları, eləcə də özəl sektora effektiv nəzarət-uçot sistemi yaradılmadan belə bir pensiya qanununun hazırlanması və tətbiqi müsbət nəticə verə bilməzdi və vermir də.

Söhbət pensiya kapitalından düşmüşkən, bir statistikaya xüsusi diqqət yetirməkdə fayda var. Azərbaycanda bütün ölümlərin 41 faizi 65 yaşa qədər insanların payına düşür. Həmçinin, vəfat edən hər 2 kişidən biri 65 yaşına çatmamış həyatını itirir. Bu, ölkəmizdə erkən ölümün yüksək, hətta kritik həddə olmasıyla yanaşı, həmin şəxslərin illər boyu topladığı pensiya kapitalının sonrakı taleyi barədə də düşünməyə əsas verir.

Faktiki olaraq, insan pensiya yaşına çatmamış vəfat edibsə, onun yığdığı pensiya kapitalının yalnız yığım hissəsi varislərinə ödənilir, sığorta hissəsi isə verilmir. 65 yaşa kimi, hətta kapital tam ödənilibsə belə, pensiyaçıya həmin vəsaitlər qaytarılmır. O, Sosial Müdafiə Fondunun gəlirləri hesab olunur və fondda qalır. Deməli, sığorta olunub, pensiya yaşına çatmadan rəhmətə gedən vətəndaşın pulu tam qaytarılmır. Bunu ədalətli saymaq olarmı?

Mövcud sistemin naqisliyi özünü həm də onda göstərir ki, işsizlər, iş axtara-axtara qocalanlar, günəmuzd işləyənlər, rəsmi maaşı, əmək müqaviləsiz olmayanlarla yanaşı işləyənlərin də əhəmiyyətli hissəsi 65 yaşına çatsa da belə pensiya deyil, 130 manat qocalıq müavinəti almalı olacaq.

Belə ki, ekspertlərin hesablamalarına görə, Azərbaycanda hazırda işləyən 1 milyon 691 min 800 nəfərin yarısının – 845 min 900 nəfərinin maaşının 343 manat və ondan aşağı olması onların gələcəkdə pensiya almasında böyük çətinliklər yaradacaq.

Məsələ ondadır ki, mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Bunladan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir.

Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir.

Əgər kimsə işləyirsə ayda, 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il, ayda 300 manat maaş alırsa onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il, ayda 350 manat maaş alırsa onun mimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il çalışması gərəkdir.

Bu hesablamalar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Əgər minimum pensiya məbləği 250 manat olarsa, onda minimum pensiya kapitalı 36 000 manata, əgər mimimum pensiya məbləği 300 manata qədər artırlarsa onda minimum pensiya kapitalı 43200 manata qalxacaq.

Yəni, bir şəxs uzun müddət işləyib hazırda tələb olunan 28800 manat minimum pensiya kapitalını yığsa da, sabah (məsələn, təqaüdə çıxmasına bir-iki il qalmış) minimum pensiya məbləği 50 manat artılarsa, dərhal pensiyaya almaq hüququndan məhrum olur. Belə pensiya sistemi anti-milli deyil, nədir?

Yaxud, olsun əlillik dərəcəsinin təyinatı və əlilliyə görə müavinətlərin məbləği. Müavinət məbləğlərinin çox aşağı olması və əlillərin normal yaşayışını təmin etməməsi birmənalıdır. Ancaq bəla bununla bitmir.

Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta əlillik təyinatlarının ləğvi istiqamətində ciddi iş aparıb, minlərlə saxta əlillik dərəcəsi alanlar müəyyənləşdirilib və nəticədə büdcənin on milyonlarla manat vəsaitinə qənaət edilib. Bu, çox yaxşı və təqdirəlayiq haldır. Nazirlər Kabinetinin ötən ilə dair hesabatında bildirilir ki, 2020-ci ildə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 13,2 min nəfər üzrə ilkin əlillik təyinatı aparılıb. Bu da 2019-cu illə müqayisədə 53 faiz azdır və saxtakarlıqla mübarizənin effektivliyini göstərir.

Lakin bu xeyirxah işi görənlər əlilliyə görə müavinətləri dayandırılan və bu səbəbdən Travmatologiya və Ortopediya İnstitutundan tutmuş Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə qədər bütün Həkim Ekspertiza Komissiyalarının qarşısındakı növbələrdə dayanan əlil, xəstə vətəndaşlarımızın durumuna da diqqət yetirsələr pis olmaz. Bu adamlardan müavinətlərinin bərpası üçün yenidən komissiyadan keçmələri tələb olunur. Olsun. Lakin eyni zamanda da onlara bildirilir ki, növbə böyük olduğundan komissiyanın qəbuluna ən yaxşı halda 4-5, pis halda 8-9 aya düşə biləcəksiniz. Nəticədə çoxları özlərinin yeganə gəlir mənbəyi olan əlillik müavinətindən aylarla məhrum edilirlər. Bu adamların həmin müddətdə nəylə dolanacağı, dava-dərman alacağı və s. isə görünür, heç kimi maraqlandırmır.

Olmazmı ki, müavinətlər yalnız müvafiq komissiyaların vətəndaşın özünün iştirakı ilə yoxlama keçirməsindən və əlilliyin saxta olduğu təsdiqlənəndən sonra dayandırılsın? Necə deyərlər, “qulağı kəsib saymaqdansa, sayıb sonra kəsmək” doğru olmazdımı?

Axı, hazırda ortada gerçəkdən əlil olduqları halda, aylarla növbə gözləməli olan və müavinətdən məhrum edilən minlərlə vətəndaşımız var. Bu, o deməkdir ki, qurunun oduna yaş da yanır. Deməli, belə çıxır ki, əlilliyə görə verilən müavinəti bir andaca ləğv etmək olar. Onun bərpası isə nəinki bir anda, bir gündə, heç bir ayda da yox, bir neçə ayda və bu templərlə bəlkə də bir il ərzində mümkün olacaq.

Ümumiyyətlə, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daxil müvafiq qurumlar tərəfindən sistematik hazırlıq işləri görülmədən, müraciətləri vaxtında və operativ şəkildə araşdıracaq, qiymətləndirəcək yetərli sayda komissiyalar yaradılmadan əlil müavinətlərini ucdantutma “baltalamaq” nə dərəcədə düzgün addımdır? Belə təəssürat yaranır ki, əsas məqsəd dövlətin sosial xərclərini ədalətli bölüşdürməkdən daha çox həmin vəsaitlərə mümkün qədər qənaət etmək, verilənləri də geri qaytarmaqdır.

Axı, Müslümovun, Ələkbərovun, yaxud Nağıyevin vaxtında kimlərəsə saxta əlillik dərəcəsi verilməsinin, müvafiq nəzarət qurumlarınınsa səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından buna göz yumulmasının cəzasını sıravi əlil vətəndaş niyə çəkməlidir?

Nədənsə, Əli Nağıyevdən tutmuş üzü bu tərəfə əhalidə əmək nazirlərinə qarşı heç vaxt simpatiya olmayıb. Yəqin ki, bunu həmin nazirlərin şəxsi keyfiyyətlərindən daha çox ümumilikdə sosial siyasət, pensiya, müavinət, sosial yardım sistemi şərtləndirir. Vəziyyəti müəyyən dərəcədə düzəltməli olan və ilk olaraq, müəyyən ümidlər doğuran elektron müraciət sistemi isə mükəmməllikdən xeyli uzaq olduğunu göstərdi...

Bəli, təəssüf ki, hazırda Səlim Müslümovdan qalma, şəxsən onun iştirakı və təşəbbüsü ilə hazırlanan pensiya qanunu qüvvədədir və işləyir. Görünən də odur ki, bundan imtina etmək fikirləri yoxdur.

Eynilə də əlilliyin, sosial müavinətlərin təyinatı qaydaları və məbləğlərində prinsip etibarilə ciddi dəyişiklik yoxdur. Yenə əvvəlki qədər olmasa da, bir çox hallarda süründürməçilik, haqsızlıq, biganəliklə qarşılaşmalı oluruq. Deməli, Səlim Müslümov getsə, hətta həbs olunsa da belə, onun ədalətsiz və müəyyən mənada anti-milli “irsi” qalır və yaşayır...
“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Bu gün, 17:32
"Aİ Türkiyəni razı sala bilməz" - Politico
Bu gün, 17:30
Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Bu gün, 17:28
Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Bu gün, 17:18
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 17:16
Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Bu gün, 17:15
Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Bu gün, 17:08
Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Bu gün, 17:03
“Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Bu gün, 16:50
SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Bu gün, 16:45
Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Bu gün, 16:42
Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Bu gün, 16:37
"Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Bu gün, 16:34
Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Bu gün, 16:14
AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Bu gün, 16:05
Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Bu gün, 16:02
Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Bu gün, 15:56
Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Bu gün, 15:53
Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Bu gün, 15:44
Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Bu gün, 15:42
Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Bu gün, 15:37
“Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Bu gün, 15:34
Geosiyasətin cinayət yolu... - AKTUAL
Bu gün, 15:23
Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Bu gün, 15:19
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 15:16
Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Bu gün, 15:12
Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:07
"İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Bu gün, 15:05
Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Bu gün, 15:03
Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Bu gün, 14:59
Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Bu gün, 14:51
BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Bu gün, 14:42
Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Bu gün, 14:40
Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Bu gün, 14:38
Miri Yusifi bir də belə görün - FOTO
Bu gün, 14:36
Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03
İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00
Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58
Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52
Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50
“Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44
“Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41
Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33
Qobuda SİRLİ TORPAQ... - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
“Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” - ŞƏRH
Bu gün, 12:19
Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? - AKTUAL
Bu gün, 12:16
"Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” - ETİRAZ
Bu gün, 12:14
“Bu maaşa onu almaq olur ki?” - məktəb bazarlığının bahalığından şikayətləndi
Bu gün, 12:12
“Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” - Reabilistasiya mərkəzinin rəhbəri
Bu gün, 12:09
Məhəmməd Mirzəliyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru