Ramiz Mehdiyevdən Cəmil Həsənliyə təəccüblü cavab - NƏ BAŞ VERİR?
Tarix: 6-04-2021, 10:05 | Çap et
 AMEA prezidenti Ramiz Mehdiyev Cəmil Həsənlinin səsləndirdiyi iddialarla bağlı akademiyanın rəsmi saytında açıqlama yayıb.
Axar.az xəbər verir ki, adətən, heç bir ittihama cavab verməməsi ilə seçilən akademikin Cəmil Həsənlinin bəlli ittihamına dərhal reaksiya verməsi təəccüblüdür.
Əvvəlcə, bəyanata diqqət edin:
“2 aprel 2021-ci il tarixində “Azadlıq” qəzetinin “Feysbuk” sosial şəbəkəsində Cəmil Həsənlinin 2009-cu ildə Azərbaycan-Türkiyə münasibətlərinə dair yazısı yerləşdirilmişdir. Yazıda Cəmil Həsənli guya 2009-cu ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyasının o dövrdəki rəhbəri Ramiz Mehdiyevin bir sıra millət vəkillərinə Türkiyə əleyhinə çıxışlar etməyə dair təlimatlar verdiyini bildirmişdir.
İctimaiyyətin diqqətinə çatdırmaq istəyirəm ki, Cəmil Həsənlinin bildirdikləri tamamilə böhtandır və qətiyyən həqiqətə uyğun deyil. Cənab Prezident İlham Əliyev tərəfindən mənə heç zaman belə bir tapşırıq verilməyib. Öz növbəmdə mən də heç bir millət vəkilinə bənzər məzmunda təlimat verməmişəm.
Cənab Prezident İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərini daim yüksək qiymətləndirmiş, “Bir millət, iki dövlət” prinsipinin əlaqələrimizin bütün sahələrində dərindən kök salmasına böyük töhfələr vermişdir.
Azərbaycan-Türkiyə münasibətləri hər iki ölkə üçün strateji əhəmiyyətə malikdir və qardaşlıq prinsipləri üzərində qurulmuşdur. Hər kəs bu əlaqələrin əhəmiyyətini dərk etməli, onların qorunmasına çalışmalı, kənar qüvvələrin təxribatlarına rəvac verməməlidir. Öz növbəmdə Cəmil Həsənlini belə bir həssas məsələdə bəyanatlarını yüz ölçüb bir biçməyə, daha məsuliyyətli davranmağa çağırıram”.
Əvvəla, açıqlamanın üslubu, akademikin Cəmil Həsənlini “belə bir həssas məsələdə” bəyanatını yüz ölçüb-bir biçməyə çağırması əlbəttə ki, qəribədir. Necə ola bilər ki, Ramiz Mehdiyev siyasi rəqib yox, düşmənçilik edən Cəmil Həsənliyə cavab verməyi - həm də bu cür tövsiyəvari - özünə sığışdırır?
İkincisi, İlham Əliyev yalnız Türkiyə ilə əlaqələrə üstünlük verən deyil, Türkiyə ilə əlaqələri məhz bu səviyyəyə qaldıran liderdir.
İlham Əliyevin 2014-cü ilin aprelində dediyi “Türkiyə burda yoxdur, ancaq mən burdayam” sözləri nəinki Azərbaycan və Türkiyə diplomatiyası tarixinə qürurla yazılıb, həm də qardaş Türkiyə ilə münasibətlərdə yeni səhifə açıb.
Həm İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı münasibətləri, həm də Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsi Cəmil Həsənlinin hansısa bəyanatı ilə ləkələnə bilməz.
O ki qaldı iki dövlət arasında münasibətlərin həssaslığına, bu həssaslıq – qarşılıqlı sayğı, sevgi və dəyər üzərində qurulub və onun indiki, keçmiş və gələcək zamanlara heç bir aidiyyəti yoxdur.
Üçüncüsü, Ramiz Mehdiyev daha geniş, bu münasibətləri açıqlaya bilən məqalə ilə də çıxış edə bilərdi – zatən onun adi bir tənqid qarşısında necə böyük reaksiya göstərdiyi hər kəsə bəllidir. Aradan da 3 gün keçib – yəni Cəmil Həsənlinin iddiasından. Əməllicə vaxtı vardı hörmətli akademikin.
Dördüncüsü, Ramiz Mehdiyev YAP-da paralel olaraq yüksək vəzifə tutub və onun YAP-çı deputatlara da bu baxımdan hansısa tövsiyələr verməsi normaldır. Bəs, YAP-çı deputatlara verdiyi “təlimatları” Cəmil Həsənli hardan bilib?
Əslində, bu açıqlama ilə Cəmil Həsənli özünü rüsvay edib. Dolayısı ilə təsdiqləyib ki, o, ya Ramiz Mehdiyevin kadrıdır və yaxud Ramiz Mehdiyevin tapşırıqlarını icra edən deputatlardan biri olub.
Beşincisi, doğrudan da belə bir “təlimat” olubsa, kim deyir ki, Ramiz Mehdiyev bunu Prezidentin göstərişi əsasında verib? Ramiz Mehdiyev bunu özbaşına edə bilməzdimi? Və ümumiyyətlə, Ramiz Mehdiyevin istiqaməti və siyasi oriyentasiyası kimin üçün şübhəlidir ki? Onun hara istiqamətləndiyini və hansı mərkəzlərlə “dost” olduğunu kim bilmir?
Yoxsa Cəmil Həsənli bilmir? Cəmil Həsənli nəyə işarə edir və nəyi xatırladır? R.Mehdiyevin narahatlığının səbəbi doğrudanmı “indiki həssas münasibətlərdir”, yoxsa tam ayrı mərkəzə istiqamətli gizli siyasi fəaliyyətinin aşkarlanmasıdır?..


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Bu gün, 18:01 |
|
|
|
• Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Bu gün, 18:00 |
|
|
|
• 54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Bu gün, 17:55 |
|
|
|
• Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Bu gün, 17:45 |
|
|
|
• Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Bu gün, 17:43 |
|
|
|
• Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Bu gün, 17:39 |
|
|
|
• Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Bu gün, 17:32 |
|
|
|
• "Aİ Türkiyəni razı sala bilməz" - Politico
Bu gün, 17:30 |
|
|
|
• Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Bu gün, 17:28 |
|
|
|
• Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Bu gün, 17:18 |
|
|
|
• Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 17:16 |
|
|
|
• Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Bu gün, 17:15 |
|
|
|
• Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Bu gün, 17:08 |
|
|
|
• Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Bu gün, 17:03 |
|
|
|
• “Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Bu gün, 16:50 |
|
|
|
• SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Bu gün, 16:45 |
|
|
|
• Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Bu gün, 16:42 |
|
|
|
• Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Bu gün, 16:37 |
|
|
|
• "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Bu gün, 16:34 |
|
|
|
• Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Bu gün, 16:14 |
|
|
|
• AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Bu gün, 16:05 |
|
|
|
• Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Bu gün, 16:02 |
|
|
|
• Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Bu gün, 15:56 |
|
|
|
• Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Bu gün, 15:53 |
|
|
|
• Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Bu gün, 15:44 |
|
|
|
• Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Bu gün, 15:42 |
|
|
|
• Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Bu gün, 15:37 |
|
|
|
• “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Bu gün, 15:34 |
|
|
|
• Geosiyasətin cinayət yolu... - AKTUAL
Bu gün, 15:23 |
|
|
|
• Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Bu gün, 15:19 |
|
|
|
• İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
• Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Bu gün, 15:12 |
|
|
|
• Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:07 |
|
|
|
• "İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Bu gün, 15:05 |
|
|
|
• Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Bu gün, 15:03 |
|
|
|
• Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Bu gün, 14:59 |
|
|
|
• Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Bu gün, 14:51 |
|
|
|
• BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Bu gün, 14:42 |
|
|
|
• Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Bu gün, 14:40 |
|
|
|
• Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Bu gün, 14:38 |
|
|
|
• Miri Yusifi bir də belə görün - FOTO
Bu gün, 14:36 |
|
|
|
• Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00 |
|
|
|
• Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58 |
|
|
|
• Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50 |
|
|
|
• “Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44 |
|
|
|
• “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41 |
|
|
|
• Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33 |
|
|
|
|