Şuşada külli miqdarda silah-sursat aşkarlanıb .....                     Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib .....                     54 milyonun talanmasında qohumları da iştirakçı olub .....                     Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır .....                     Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı .....                     Vilayətidən növbəti SƏRSƏMLƏMƏ .....                     Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə .....                     Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq .....                     "Aİ Türkiyəni razı sala bilməz" .....                     Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? .....                     Türkiyənin məşhur aktyoru intihara cəhd etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL .....                     Bakıda mərasim evlərində ehsan yeməyi .....                     Azərbaycanda qorxulu reallıq: .....                     “Unibank” bankomatını niyə düzəltmir? .....                     SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir .....                     Tovuzda da belə idi: İndi də buraları qarışdırır... .....                     Şəbnəm Tovuzlunun oğlu birinci oldu .....                     "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" .....                     Nərimanov Tibb Mərkəzində təmir bitmir .....                     AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır .....                     Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib .....                     Qarabağda ermənilərin gizli silah anbarları var .....                     Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib .....                     Münsaibətlərdəki AĞRI... .....                     Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq .....                     Rəsulzadənin ifadəsi ilə desək... .....                     “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” .....                     Geosiyasətin cinayət yolu... .....                     Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə .....                     İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur .....                     Hamı alır, amma risklərini bilmir .....                     Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib .....                     "İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" .....                     Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: .....                     Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib .....                     Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... .....                     BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb .....                     Separatizmlə mübarizədə çox vacib addım .....                 

"Azəriqaz" özünə yeni QAZANC YERİ TAPIB? - Yeni sayğaclar alınması vacibdirmi?
Tarix: 4-02-2021, 09:48 | Çap et
"Azəriqaz" özünə yeni QAZANC YERİ TAPIB?
“Yanvarın 22-də evdə olmamışıq, “Azəriqaz” işçiləri gəlib smartkart sayğacını söküb, yerinə mexaniki sayğac yerləşdiriblər”.

Bu barədə jurnalist Natiq Cavadlı “Facebook” statusunda yazıb.

O, sayğacın dəyişdirilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmədiyini və smartkart sayğacından hər hansı şikayətinin olmadığını deyib:

“10 ildən çoxdur smartkart sayğacı işlədirik, problem yaranmayıb. Məsələ ondadır ki, sayğac dəyişiləndə, akt yenilənməlidir və bu barədə “Azəriqaz”ın istehlakçıyla imzaladığı müqavilədə bildirilib. Nə müqaviləyə baxılıb, nə akt yenilənib. Qonşular etiraz etsə də, məhəl qoyulmayıb”.

Jurnalist deyir ki, “Azəriqaz” İstehsalat Birliyinin “qaynar xətti”nə və qurumun mətbuat xidməti ilə əlaqə saxlayandan 4 gün sonra yerli idarədən gəlib aktı təqdim ediblər:

“Ancaq sayğaca yenidən baxış keçirəndə, məlum oldu ki, iki yerdən sızma var, deməli, son 4 gündə dövlətə və mənə ziyan dəyib. Bəs bu ziyan kimin hesabına yazılacaq? Sualın cavabı açıq qalır”.

Yeni sayğac narazılıq yaradıb

Sumqayıtın bir sıra məhəllələrində qoyulan mexaniki sayğacla bağlı narazılıq var. Tarix müəllimi Vələd Qaraqoyunlu Meydan TV-yə danışıb ki, yaşadığı mənzilə qoyulan mexaniki sayğac smartkart sayğacından 10-15 manat civarında çox yazır:

“Sayğacı dəyişəndə də narazılıq etdim ki, normal işləyirsə, dəyişməyə nə ehtiyac var, cavab verdilər ki, 5 ildən bir sayğaclar dəyişməlidir”.

Oxşar durumla iqtisadçı Rövşən Ağayev də rastlaşıb. Bu barədə Meydan TV-yə danışan iqtisadçı bildirib ki, dekabrın 18-də yaşadığı mənzilin sayğacını dəyişib, kart sistemini ləğv ediblər:

“Yeni sayğac qoyulanda üzərində 200 kub işlənməmiş qaz vardı. Akt tərtib edildi və sayğacı dəyişən şəxslər növbəti ay ödəniş qəbzində həmin 200 kubun nəzərə alınacağını dedilər. Yanvarın 31-də qəbz gəlib, 743 kuba görə mənə 92 manat borc yazılıb. Ancaq fakt odur ki, dekabrın 18-də sayğac dəyişəndə mən 2200 kubluq güzəşt limitini keçməmişdim və sayğacdakı 200 kubun 100 kubu da güzəşt limitinə aid idi. Yəni real olaraq sayğacda 150 kub qalırdı və həcmlə mən ili başa vuraraq yenidən 10 qəpiklik güzəştli istehlaka qayıdacaqdım. Qəbzdən görünən odur ki, 92 manatın 44.1 manatı yanvar ayına düşür və 10 qəpiklik tariflə yazır. Sual yaranır: necə olur ki, mən yanvar ayı ərzində cəmi 440 kub işlədirəm, amma dekabrın son 12 günündə 48 manatlıq? Bəs sayğacda olan 200 kub hara getdi? "Azəriqaz"ın “qaynar xətt”i deyir, hələ onu nəzərə ala bilməyiblər, əziyyətə qatlaşın, gedin “Asan Kommun”ala, orda aydınlaşdırın”.

Yazı dərcə hazırlanarkən Rövşən Ağayev Meydan TV ilə əlaqə saxlayaraq bildirib ki, onun şikayətlərindən sonra 325 kub qazın dəyəri qaytarılıb.

“Sayğaclar normal işləyirsə, hökumətin yeni sayğaclar alması vacibdirmi?”

Rövşən Ağayev baş verənləri vətəndaşa qarşı böyük fırıldağın tərkib hissəsi sayır:

“Bir örnək deyim: 2002-ci ildə "Barmek" gələndə mənzillər sayğaclaşmadığından o zamankı dövlət şirkəti otağın ölçüsünə görə özlərinin havadan götürdükləri normativ əsasında pul yazırdı. "Barmek" sayğaclaşdırma apardı və mənə məktub göndərdi ki, sayğac istifadəyə başlayanadək filan qədər borcunuz qalıb, 1 il ərzində hissə-hissə ödəmək üçün sizə imkan tanıyırıq. 2-3 ay keçdi, artıq sayğac real olaraq nə qədər istehlak etdiyimizi təyin edirdi. Bu dəfə "Barmek"dən bir məktub da gəldi: monitorinq aparılıb, sayğac göstəriciləri nümayiş etdirir ki, sizə real istehlakınızdan artıq normativ təyin edilib və izafi borc yazılıb. Ona görə də əvvəlki dövr üzrə borclarınız silinir. Təsəvvür edirsiniz, elektron və rəqəmsal imkanların indikilərlə müqayisədə az qala yox səviyyədə olduğu bir vaxtda faktiki sayğac istehlakını əvvəlki dövrün havadan götürülüb yazılan istehlakı ilə müqayisə edəsən, vətəndaşa haqsız yazılmış borcu siləsən. “Barmek”i Azərbaycandan fırıldaqçı kimi qovdular. Amma indi kartla yüklədiyimiz halal pulumuzu it-bata salıb özümüzü qapılara salırlar, min cür fırıldaqdan çıxırlar. Sual yaranır, sayğaclar normal işləyirsə, hökumətin yeni sayğaclar alması vacibdirmi?”

Milli Məclisin deputatı Eldar Quliyev də smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsini yolverilməz hesab edib.

Bu barədə Pravda.az saytına danışan deputat bildirib ki, qazın pulunu kart vasitəsilə ödəyirlər:

"Ödədiyimiz məbləğə uyğun qaz verilir. Mexaniki sayğacların quraşdırılması o deməkdir ki, artıq köhnə sistemə qayıdırıq. Yəqin ki, mexaniki sayğaclara müdaxilə, hava vurmaq şansı böyükdür. Bu, fırıldaqçılıqdır. Qazı yandırırsan, istiliyi olmur. Məsələn, şəkərin şəkərlilik, kərə yağının yağlılıq dərəcəsi var. Qaz əvəzinə daha çox hava vururlar. Havanı vururlar, sayğac yazır, məbləğ şişir. Belə hallarla bağlı mütləq şikayət etmək lazımdır. İnsanları aldatmaq olmaz axı. Vicdanlı məmurlarla yanaşı vicdansız məmurlar da var. Xalqı incidənlər vicdansız məmurlardır”.

Sadalanan sualları cavablandıran “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov deyir ki, sayğacların dəyişilməsi təmsil etdiyi qurumun yox, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tələbidir:

“İstehlakçılardan kimdəsə dövlət yoxlanış müddəti 5 ilə çatırsa, həmin abonentlərdə sayğac dəyişilir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tələb edir ki, 5 ildən bir əhali abonentində sayğac yoxlamaya açılmalıdır”.

Mətbuat xidməti üçün “uyğun sual”

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat üzrə rəsmisi Günel Bəhramqızı ilə Meydan TV-nin sualını dinləmədən “indi danışa bilmirəm, işim çoxdur” cavabını verib.

Günel Bəhramqızına sualları “Whatsapp” vasitəsilə göndərildiyini xatırlatdıqda, o, “uyğun olsa, cavab verəcəm” deyərək telefonu qapadıb. Görünür, ötən bir neçə gündə mətbuat katibi sualı “uyğun” bilməyib, əks halda cavablandırardı.

Ceyhun Səfərov isə mexaniki sayğaclarla bağlı narazılığa belə reaksiya verib:

“Narazı qalan şəxs hər həftənin II-V günləri saat 13-17 radələrində mexaniki sayğacların işlənmə prosesinə baxa bilər. Həmin günləri Energetika Nazirliyinin, Metrologiya İnstitutunun nümayəndələri və mətbuat da dəvət olunur ki, proses şəffaf keçsin”.

Ceyhun Səfərov mexaniki sayğacların Almaniyanın “Zeyner” şirkətindən alındığını və tender keçirildiyini deyib:

“Sayğaclar ölkəyə gətirilir, Metrologiya İnstitutunun nümayəndələri baxandan sonra istismara qəbul edilir və dövlət reyestrinə salınır”.

“Yeni sayğaclar ondan ucuz başa gəlir”

“Olmazmı istehlakçıların razı qaldığı smartkart sayğacları istifadə olunsun” sualına mətbuat katibi “pandemiya dövründə enerji məsələləri ilə bağlı durum ürəkaçan olmayıb” cavabını verib:

“Ümumiyyətlə, bütün dünyada arzuolunmaz vəziyyət yarandı. Ona görə “Azəriqaz” İstehsalat Birliyi də daxil SOCAR sistemində olan bütün təşkilatlar öz xərclərinə və gəlirlərinə yenidən baxdı. Smartkart sayğacları 3 dəfə baha başa gəldiyindən hələlik onları almağı minimuma endirmişik. Yeni sayğaclar ondan ucuz başa gəlir, mexaniki-elektron sayğacdır, smartkart isə əvvəlcədən ödəniş sayğac idi, hər birinin özünəməxsus funksiyaları var. Əslində, mexaniki-elektron sayğacın üstünlüyü ondadır ki, onlayn ödəniş mümkündür, şirkətlər smartkart sayğaclarını onlayn ödənişə buraxmır”.

“Sayğacların qiyməti ictimaiyyətə açıqlanmalıdır”

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də hesab edir ki, vətəndaşın xəbəri olmadan sayğacın dəyişdirilməsi qanunsuzluqdur:

“Əvvəla, vətəndaşla akt imzalanmalı, ona sayğacın göstəricləri təqdim edilməlidir. Çünki sabah “Azəriqaz” İstehsalat Birliyi sayğaca daha çox yazıb dövləti və istehlakçını aldada bilərlər. İkinci problem odur ki, kartla olan sayğac işləyirsə, niyə dəyişilsin? Əgər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sayğacların 5 ildən bir dəyişdirilməsini tələb edirsə, bu barədə təlimatı ictimaiyyətə təqdim etsinlər. Ümumiyyətlə, dünyada sayğacların dəyişilməsi praktikası necədir, smartkart sayğacını aldıqları ölkədə praktika necədir, orda da 5 ildən sonra sayğac dəyişilir?” M.Əliyev yeni alınan mexaniki sayğacların qiymətinin də ictimaiyyətə açıqlanmasını vacib sayır:

“Sayğacın qiyməti və quraşdırması neçəyə başa gəlir, bu suala da cavab verilməlidir. Tender keçirildiyini deyirlər, amma tenderi də öz şirkətlərinə verirlər. Mexaniki sayğacların qiyməti 7-8 və 15 dollar civarındadır. Nazirlər Kabineti 2005-ci ildə keçirilən tenderi "Gəncə Cihazqayirma Zavodu" ASC-nə vermişdi, bir sayğac 50 dollara başa gəlirdi, araşdırdım, məlum oldu ki, 20 dollardır, yazandan sonra tender ləğv olundu. Bu barədə sualıma belə cavab verdilər ki, yerli istehsalçı olduğu üçün dəstək olurlar. Axı niyə istehlakçının hesabına ona dəstək verirlər? Ona görə də sayğacların dünya bazarındakı qiyməti öyrənilməlidir. Mexaniki sayğacla bağlı suallar az deyil və “Azəriqaz” İstehsalat Birliyi bunlara cavab verməlidir”.

Mehman Əliyev deyir ki, smartkart sayğacları “Azəriqaz” İstehsalat Birliyinə də, istehlakçıya da sərf edirdi:

“Əvvəla, pul ödəmirdinsə, qaz gəlmirdi. Vətəndaşın ödədiyi pul “Azəriqaz” İstehsalat Birliyinin balansına oturur, sanki istehlakçı birliyə kredit verir. Ola bilər ki, mən 100 manat karta pul yatırıb sayğaca köçürürəm və onu bir müddət istifadə etmirəm, amma vəsait artıq birliyin balansındadır. Həmin vəsaiti də “Azəriqaz” İstehsalat Birliyi hansısa istismar problemlərinə yönəldə bilər. Ən əsas amil insan amilidir, pulu karta və ordan da sayğaca ödəyirsənsə, qazın olacaq. Mexaniki sayğacda isə əksinədir, “Azəriqaz” İstehsalat Birliyinin işçisi gəlib pulun ödənmədiyini söyləyib qazını kəsəcək, yaxud artıq pul yazacaq, sövdələşməyə gedəcək. Bununla həm də “Azəriqaz” İstehsalat Birliyinin əlavə işçilərinin sayı artır. Smartkart sayğacda bunlar mümkün deyil, əksinə, “Azəriqaz” İstehsalat Birliyinin işçilərinin sayı azalır, vətəndaş birbaşa quruma kredit verib qaz alır”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Mehman Əliyevin səsləndirdiyi sualların bir qisminə cavab verib.

O, bir mexaniki-elektron sayğacın qiymətinin 70-90 manat civarında başa gəldiyini deyib:

“Orda sayğac dəstinin qiyməti hesablanır, onun içərisinə əymə, qutu da daxildir. Mexaniki-elektron sayğacın qiyməti 70-90 manat civarında dəyişir, bu, valyutadan da asılıdır və həm də şirkətin maliyyə göstəricilərində də dəyişikliklər də mümkündür”.

“İstehlakçının aldadılacağından şübhələnməsi üçün ciddi əsaslar var”

Multimedia Mərkəzinin direktoru Osman Gündüz yeni sayğacla bağlı şübhələrin kökündə bütün səlahiyyətlərin “Azəriqaz” İstehsalat Birliyində olduğunu düşünür:

“Əsas narahatlıq ondan ibarətdir ki, bütövlükdə “Azəriqaz” İstehsalat Birliyinin qaz sərfiyyatını hesablamaqla bağlı qurduğu nəhəng sistem-infrastruktur üzərində dövlət və ictimai nəzarət təkmilləşdirilməlidir. Hazırkı situasiya maraq toqquşmaları baxımından çox risklidir və istehlakçının aldadılacağından şübhələnməsi üçün ciddi əsaslar var. Birinci, xidməti təqdim edən “Azəriqaz” İstehsalat Birliyi özü sərfiyyatı ölçmək üçün xaricdən istədiyi sayğacı alır, sayğaca əlavə qurğuları özü qoşur. “Ölçmələrin vəhdəti haqqında" qanuna uyğun olaraq sayğacların ölçmə sınaqlarında maraqlı tərəflər təmsil olunmur, yəni aidiyyatı qurum özü iştirak edir. Ardınca məlumatları sayğacdan özü oxuyur, toplanan informasiyaları öz kanalları ilə öz mərkəzinə ötürür. İnformasiyanı özünün özəl proqram təminatı ilə yenidən serverlərində emal edir və nəhayət, bütün bunların sonunda istehlakçıya bildiriş verir. Təsəvvür edin ki, indi “Azəriqaz” İstehsalat Birliyi bu bəndlərdən yalnız birisinin, sayğacların necə işləməsi üzərində yoxlama aparmaq üçün narazıları və ictimaiyyəti dəvət edir. Bu, doğru bir yanaşma deyil”.

Osman Gündüzün fikrincə, təbii inhisar subyekti üçün bütün sadalanan pillələr üzrə mövcud idarəetmə forması yolverilməzdir:

“Hökumət aidiyyatı dövlət qurumları olan Antiinhisar Dövlət Xidməti, Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Metrologiya İnstitutu vasitəsilə bu sahədə tənzimləməni təkmilləşdirməlidir. Bütün səlahiyyətləri eyni bir quruma, xüsusilə də təbii inhisarçıya vermək risklər və maraq toqquşmaları yaradır. Ən azından sayğaclara nəzarət, sayğaclardakı məlumatların oxunması, ötürülməsi və emalı başqa quruma verilməlidir. Yəni səlahiyyətləri parçalamaq lazımdır. Bəli, “Azəriqaz” İstehsalat Birliyinin atdığı addımlarda qanunsuzluq tapmaq çətindir, çünki qanunlar quruma elə səlahiyyətlər verib. Ona görə idarəetməni kökündən dəyişmək lazımdır. Məsələn, təklif edirəm ki, sayğaca nəzarət, sayğacı oxumaq, məlumatı göndərmək, emal etmək, bildiriş vermək-bunlar ayrı qurumlarda olmalıdır. Aidiyyatı dövlət qurumu təbii inhisarçının informasiya sistemləri və proqram təminatlarını audit edib sertitikatlaşdırmalıdır”.

Onun sözlərinə görə, nəzarətçi başqa qurum olsa, dövlət mənafeyi baxımından mexaniki sayğacı gətirmək daha məqbuldur:

“Çünki mexaniki sayğac daha ucuzdur. Yaranan sual ondan ibarətdir ki, smart sayğaclar özünü nə dərəcədə doğrultmadı və yaxud tez köhnəldi ki, dəyişdin. Bəlkə daha 5 il də effektli işlətmək olardı. Məncə, Antiinhisar Dövlət Xidməti, Energetika Nazirliyinin və Metrologiya İnstitutu toplanıb birgə rəy verə bilərdilər ki, smartkart sayğaclardan bir müddət istifadə etmək olar”.

Osman Gündüz qeyd edib ki, bir müddət öncə Prezident inhisarçılıq və haqsız rəqabətin aradan qaldırılması istiqamətində ciddi tapşırıqlar vermişdi:

“Mövcud qanunvericiliyə görə təbii inhisarçının ən xırda hərəkətləri, ən xırda sövdələşmələri və ən adi qərarları Antiinhisar Dövlət Xidmətinin nəzarətində olmalıdır. Ümid edirəm, səlahiyyətli qurumlar və “Azəriqaz” İstehsalat Birliyi mövcud durumun fərqindədir və bu sektorda şəffaf, hesabatlı, effektiv idarəetmənin tətbiqi üçün zəruri addımlar atılacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Bu gün, 18:01
Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Bu gün, 18:00
54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Bu gün, 17:59
Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Bu gün, 17:55
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Bu gün, 17:45
Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Bu gün, 17:43
Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Bu gün, 17:39
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Bu gün, 17:32
"Aİ Türkiyəni razı sala bilməz" - Politico
Bu gün, 17:30
Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Bu gün, 17:28
Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Bu gün, 17:18
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 17:16
Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Bu gün, 17:15
Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Bu gün, 17:08
Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Bu gün, 17:03
“Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Bu gün, 16:50
SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Bu gün, 16:45
Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Bu gün, 16:42
Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Bu gün, 16:37
"Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Bu gün, 16:34
Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Bu gün, 16:14
AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Bu gün, 16:05
Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Bu gün, 16:02
Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Bu gün, 15:56
Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Bu gün, 15:53
Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Bu gün, 15:44
Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Bu gün, 15:42
Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Bu gün, 15:37
“Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Bu gün, 15:34
Geosiyasətin cinayət yolu... - AKTUAL
Bu gün, 15:23
Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Bu gün, 15:19
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 15:16
Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Bu gün, 15:12
Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:07
"İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Bu gün, 15:05
Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Bu gün, 15:03
Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Bu gün, 14:59
Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Bu gün, 14:51
BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Bu gün, 14:42
Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Bu gün, 14:40
Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Bu gün, 14:38
Miri Yusifi bir də belə görün - FOTO
Bu gün, 14:36
Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03
İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00
Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58
Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52
Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50
“Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44
“Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41
Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru