Geosiyasətin cinayət yolu... .....                     Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? .....                     Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR .....                     “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” .....                     Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq .....                     'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... .....                     “Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü .....                     Türkiyə-Ermənistan sərhədi açılır? .....                     Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı .....                     "Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" .....                     Xankəndində terror: NƏYƏ İŞARƏDİR? .....                     NATO-nun acizliyi: müharibə və rüsvayçılıq arasında seçim .....                     "Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" .....                     Naxçıvanda daha bir narazılıq... .....                     Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... .....                     "Hara, kimə şikayət edəcəyimizi bilmirik..." .....                     "Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." .....                     Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır .....                     "Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" .....                     "Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam" .....                     Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI .....                     Manatın taleyi necə olacaq? .....                     Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir .....                     Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır .....                     Şuşada külli miqdarda silah-sursat aşkarlanıb .....                     Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib .....                     54 milyonun talanmasında qohumları da iştirakçı olub .....                     Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır .....                     Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı .....                     Vilayətidən növbəti SƏRSƏMLƏMƏ .....                     Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə .....                     Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq .....                     "Aİ Türkiyəni razı sala bilməz" .....                     Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? .....                     Türkiyənin məşhur aktyoru intihara cəhd etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL .....                     Bakıda mərasim evlərində ehsan yeməyi .....                     Azərbaycanda qorxulu reallıq: .....                     “Unibank” bankomatını niyə düzəltmir? .....                 

"Əbülfəs Qarayevə məktub yazacam" - Şəkidən GİLEY
Tarix: 17-11-2017, 10:18 | Çap et
"Əbülfəs Qarayevə məktub yazacam"
Mərhum prezident Heydər Əliyev həmişə öz ətrafındakı insanlara deyirmiş ki, incəsənət, mədəniyyət adamlarını diqqətdən kənar qoymayın. Çünki onlar çox həssas olurlar və hər şeyə görə ətrafdan, cəmiyyətdən, həyatdan tez küsürlər.

Məhz buna görə də, ümummilli lider həmişə incəsənət aləminin insanlarına həssaslıqla, sevgi və hörmətlə yanaşır, onları incitməməyə, daim qayğı göstərməyə çalışırdı. Lakin təəssüflə qeyd etmək istəyirik ki, bəzən ölkənin məmur ordusu sırasında elə adamlar tapılır ki, onlar çox asanlıqla, ağına-bozuna baxmadan, bu cür insanların həssas tərəflərinə toxunur, onları həyatdan küsdürürlər. Eynilə Sputnik Azərbaycan-ın Şəkidən olan həmsöhbəti Məhəbbət Abbasova misalında olduğu kimi.
Şəkinin tarixən Azərbaycan mədəniyyətinin incilərindən olduğu kimsəyə sirr deyil. Rayonda indinin özündə də elə insanlar var ki, onlar həyatlarını incəsənətsiz təsəvvür edə bilmirlər.
Məhəbbət Abbasova 1976-cı ildən Əfsər Şəkili adına klubda çalışıb. Sonradan ali təhsil alıb yenidən həmin klubda müdir kimi fəaliyyətini davam etdirib. 2015-ci ilin dekabrından mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qərarı ilə mərkəzləşdirmə adı altında ölkə ərazisində yerləşən klub və kitabxanaların bir çoxu bağlanıb.
Həmin qərara əsasən, Şəkidə də 11 klub, 2 kitabxana qapadılıb. Onların sırasında Məhəbbət xanımın işlədiyi müəssisə də var idi. Ömrünün 40 ilini bu sahəyə həsr edən xanımın sözlərinə görə, rayonda elə klublar var ki, ayda bir dəfə qapısı açılır. Amma onların fəaliyyəti hələ də davam edir. Lakin onların klubu daim fəaliyyət göstərdiyi halda, bağlanıb.
"Mən mədəniyyət sahəsini çox sevirəm. Özümü başqa sahədə təsəvvür edə bilmirəm. Ömrümün 40 ili bu müəssisədə keçib. Bir igidin ömrünü yaşadım. Oranı evim, ocağım bildim" – deyir Məhəbbət xanım.
Klubun hansı səbəbdən bağlanmasına aydınlıq gətirmək üçün M. Abbasova dəfələrlə aidiyatı qurumlara müraciət etsə də, cavabsız qalıb: "Əmək Məcəlləsində qeyd olunub ki, uzun müddət bir sahədə çalışan şəxs özünün nöqsanı olmadan işdən uzaqlaşdırılarsa, o, işlə təmin olunmalıdır. İki ildir hər yerə müraciət etmişəm. Əvvəlcə icra başçısına müraciət etdim, o, çox laqeyd yanaşdı. Sonra məcbur olub Mehriban xanım Əliyevaya, habelə mədəniyyət və turizm nazirinə məktub yazdım".

"Mehriban xanımdan cavab gəlib. Təsəvvür edin, cavab gəlib, amma mənə xəbər verməyiblər. Bir gün yoldaşım Məşğulluq İdarəsinə gedib maraqlananda bilmişik ki, bizə cavab gəlib. Qurumdan bildirilib ki, işlə təmin olunum. Məşğulluq İdarəsi də məsələni bələdiyyəyə yönəldib. Bələdiyyə başçısı da deyir ki, "bizdə pul yoxdur". Mən onlardan pul istəmirəm, iş istəyirəm" — müsahibimiz danışır.
Məhəbbət xanım Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalovaya müraciət etsə də, şikayətinə baxılmayıb: "Mirvari xanım mənə dedi ki, "get, nə istəyirsən, elə". Dedim, "Mənim qol- qanadımı niyə qırırsız? Mən intihar etmək həddinə çatmışam". Seminarların birində qayıdıb dedi: "Heç kim məni hədələyə bilməz. Biri gəlib deyir, intihar edəcəm, filan. Vecimə deyil. Gedin, nə istəyirsiz, edin". Mən də dedim ki, Əbülfəs Qarayevə məktub yazacam. Özü məktubdan qabaq gedib nazirlə görüşmüşdü".
Həmsöhbətimizin işdən çıxarılmasının başlıca səbəbi onun ixtisasca filoloq olmasıdır: "Mənə arqument gətirirlər ki, "sənin ixtisasın uyğun gəlmir". İncəsənətin kökündə ədəbiyyat dayanır. Araşdırsan, mədəniyyət sahəsində çalışanların əksəriyyətinin incəsənətlə bağlılığı yoxdur. Tibb bacısı mədəniyyət evində çalışırsa, filoloq niyə işsiz qalmalıdır?"
Qadın bir neçə dəfə intihara cəhd etdiyini, lakin hər dəfə ailəsinin buna mane olduğunu bildirir: "Bir dəfə son həddə çatmışdım. Özümü öldürmək qərarına gəlmişdim. Oğlum bunu hiss eləmişdi. Qabağımda diz çöküb yalvardı, ağladı ki, "ana, qurban olum, eləmə, heç olmasa, məni fikirləş". Bir müddət özümə gələ bilmədim. Fikirləşdim ki, bircə oğlum var, axı niyə ona bu əzabı yaşatmalıyam. Amma məni də başa düşün, artıq gücüm qalmayıb, özümlə bacara bilmirəm".

Bunları danışdıqca Məhəbbət xanım göz yaşlarını saxlaya bilmir. Söhbətə qoşulan həyat yoldaşı Elxan Çələbi deyir ki, əgər oğlu intihar cəhdinin qarşısını almasaydı, Məhəbbət xanım çoxdan həyatda yox idi.

"Xanımım mədəniyyətə, incəsənətə çox bağlıdır. Ömrünü bu sahəyə həsr eləyib. Lakin məmur özbaşınalığı imkan vermir ki, o, sevdiyi işlə məşğul olsun. Üstəlik şəkər xəstəsidir. Bu vəziyyət onun psixikasına mənfi təsir göstərir. Özünə nə isə edəcək deyə, qorxudan biz də rahatlıq tapa bilmirik" – deyə Elxan Çələbi bildirir.
İndi M. Abbasovanın ailəsinin yeganə arzusu onun sevdiyi işlə məşğul olmasına şəraitin yaradılmasıdır. Maaşın azlığı, ya da heç olmaması bu ailə üçün bir o qədər də önəm daşımır. Əsas odur ki, Məhəbbət xanım gərəksiz bir insan kimi kənara atıldığını hiss etməsin. Dövlətin, əlaqədar qurumların, cəmiyyətin onun əməyinə ehtiyac duyduğunu, işləmək istəyinə hörmətlə yanaşdığını görsün.
Bu, həm də həyatdan əlini, ümidlərini üzmüş, yeganə istəyinin hər gün hamı kimi iş paltarlarını geyinib iş yerinə getmək, insanlarla təmas qurmaq, sevdiyi işi görmək olan bir qadının, bir ananın yenidən həyata sarılmasına böyük dəstək olardı.
Bu gün bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də boşluqların yaranmasının başlıca səbəblərindən biri həmin sahədə çalışan insanların öz peşələrinə marağının olmamasıdır. Bu peşələrə səmimi qəlbdən bağlanan insanları isə, təqribən Məhəbbət xanımın taleyi gözləyir. Rəhmətlik şair Qabil demişkən, "gərəksiz oluruq biz, səhv düşəndə yerimiz". Məhəbbət xanım da məsul şəxslərdən öz yerini tələb edir.

"Əbülfəs Qarayevə məktub yazacam"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22
Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14
“Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06
'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50
Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42
Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı - "Nəinki qələbəyə, heç heç-heçəyə belə ümid etmirəm"
Bu gün, 06:40
"Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" - Ekspertdən ETİRAZ
Bu gün, 06:36
Xankəndində terror: NƏYƏ İŞARƏDİR? - Görünəni odur ki...
Bu gün, 06:34
NATO-nun acizliyi: müharibə və rüsvayçılıq arasında seçim - NƏ ETMƏLİ?
Bu gün, 06:31
"Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" - ETİRAZ
Bu gün, 06:18
Naxçıvanda daha bir narazılıq... - sürücülər işsiz qaldı...
Bu gün, 06:10
Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:06
"Hara, kimə şikayət edəcəyimizi bilmirik..." - NARAZILIQ VAR...
Bu gün, 06:03
"Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır - GƏLİŞMƏ
Bu gün, 05:32
"Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" - partiya sədri
Bu gün, 05:30
"Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam"
Bu gün, 05:28
Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI və nifrət yağdırdı
Bu gün, 05:21
Manatın taleyi necə olacaq? - Mühüm məlumat
Bu gün, 05:17
Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir - Bu il isə...
Bu gün, 05:12
Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır - AÇIQLANDI
Bu gün, 05:06
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Dünən, 18:01
Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Dünən, 18:00
54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Dünən, 17:59
Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Dünən, 17:55
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Dünən, 17:45
Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Dünən, 17:43
Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Dünən, 17:39
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Dünən, 17:32
"Aİ Türkiyəni razı sala bilməz" - Politico
Dünən, 17:30
Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Dünən, 17:28
Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Dünən, 17:18
Azərbaycanda logistika şirkəti bağlanır
Dünən, 17:16
Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Dünən, 17:15
Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Dünən, 17:08
Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Dünən, 17:03
“Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Dünən, 16:50
SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Dünən, 16:45
Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Dünən, 16:42
Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Dünən, 16:37
"Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Dünən, 16:34
Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Dünən, 16:14
AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Dünən, 16:05
Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Dünən, 16:02
Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Dünən, 15:56
Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Dünən, 15:53
Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Dünən, 15:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru