DİA.AZ: - Redaksiyamıza bir qrup valideyn adından şikayət məktubu daxil olub. Narazı valideynlər DİA.AZ-a yazırlar:
"Biz Qaraçuxur qəsəbəsində yerləşən 146 saylı məktəbin direktoru Süleyman Zülfüqarovdan hara və kimə şikayət edək? Məktəbdə rüşvət baş alıb gedir. Rüşvət vermədiyimizə görə övladlarımızın oxuduğu sinfi də dağıtdı. Hansı müəllim ona pul verirsə, onun sinfini də saxlayır.
Patra pulu, fond pulu, süpürgəçi pulu, "müəllimlər günü" pulu, kitabxanaya hitab gəirməyin pulu... Hər şeyə görə pul tələb edir".
Daha sonra narazı valideynlər diaaz.space-a yazır: "Pul vermədiyimizə görə övladlarımızın oxuduğu 6-cı sinfi də dağıdıb. İndi kimsə uşağını 146 saylı məktəbə göndərmək istəmir. Biz tələb edirik ki, direktorun özbaşınalıqlarına son qoyulsun və dağılmış sinif yenidən bəröa olunsun".
diaaz.space bildirir ki, narazı valideynlər eyni zamanda Təhsil Naziri Mikayıl Cabbarovu da 146 saylı məktəbə dəvət edirlər ki, problemləri öz gözü ilə görsün.