İrəvana verilən son möhlət .....                     Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir .....                     Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı .....                     Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib .....                     GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR .....                     Xocalı qatili “qəhrəman” elan edildi .....                     “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək .....                     Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır .....                     Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? .....                     "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib .....                     Paşinyandan şok açıqlama: .....                     Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? .....                     İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... .....                     Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? .....                     Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... .....                     Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… .....                     "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” .....                     Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... .....                     Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... .....                     Lerik sakini illərdir evinə yol tapa bilmir .....                     Binəqədidə özbaşına salınan binələr... .....                     Təki bütün kişilər mənim yoldaşım kimi olsun .....                     Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... .....                     “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” .....                     Kəlbəcərdə yük avtomobili aşıb, ölən var .....                     `Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? .....                     Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... .....                     ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı .....                     Novxanıdakı "La Chateau" restoranına getməyin! .....                     İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər .....                     Ordun varsa... YURDUN VAR! .....                     ABŞ səfirliyi izahat verməlidir .....                     “İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir .....                     160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... .....                     Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib .....                     Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu .....                     "Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" .....                     Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? .....                     Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib .....                     Tramp və Netanyahunun İran planı bu idi .....                 

“İlin ən yaxşı müəllimi” nazirə məktub yazdı - İttiham dolu MƏTN
Tarix: 5-08-2017, 14:11 | Çap et
“İlin ən yaxşı müəllimi” nazirə məktub yazdı
Cəlilabad rayon V.Mürsəlov adına Göytəpə şəhər 1 в„–-li tam orta məktəbin müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən biri Zaur Ələkbərov Təhsil naziri Mikayıl Cabbarova “Açıq Məktub”la müraciət edib. “AzPolitika”nın elektron poçtuna daxil olmuş məktubu, aktuallığını nəzərə alaraq, təqdim edirik:

“Hörmətli Cənab Nazir!
Mən – Ələkbərov Zaur Zakir oğlu Xocalı şəhərində anadan olmuşam. Məlum faciə zamanı yaxın qohumlarımızdan xeyli sayda (73 nəfər) şəhid vermişik, anam yaralanıb, əsir düşənlərimiz olub və çoxundan hələ də bugünkü günə qədər xəbər yoxdur. Həmin vaxt atam hərbi hissələrin birində könüllü olaraq xidmətə başladı. Döyüşlərin birində yaralansa da, bir müddət sonra mərhum Prezidentimiz, Ulu Öndər Heydər Əliyevin çağırışı ilə yenidən döyüşlərə qatılmışdır. Xidmət etdiyi hərbi hissə Cəlilabad rayon Göytəpə şəhərində yerləşdiyindən biz də burada məskunlaşdırıldıq. Göytəpə şəhər 1 в„–-li tam orta məktəbi bitirdikdən sonra 1996-cı ildə ADPU-nun Tarix fakültəsinə daxil olmuşam. 2000–ci ildə ADPU-nu bitirdikdən sonra təyinatım Cəlilabad rayonuna, özüm isə hərbi xidmətə yollanmışam. Düşmənlə sərhəd olan döyüş bölgəsində xidmət etmişəm. 2005-ci ildə Cəlilabad rayon V.Mürsəlov adına Göytəpə şəhər 1 в„–-li tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. İctimaiyyət arasında nüfuzum, əhali arasında hörmətim nəzərə alınaraq, Göytəpə şəhər ağsaqqallar şurasının təklifi ilə Göytəpə şəhər ərazi nümayəndəliyi tərəfindən mənə “Göytəpə şəhərinin Fəxri sakini” statusu verilmişdir. 2012-2013-cü illərdə “Mədəd Azərbaycan” MMC–nin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində keçirilən kurikulum təlimlərinin cənub bölgəsi və Biləsuvar rayonu üzrə əlaqələndirici-koordinatoru olmuşam. 2014-cu ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən biri olmuşam. Cəlilabad rayonunda elektron lövhəsi olan yeganə məktəbdə hələlik bu lövhədən istifadə edərək dərs deyən yeganə müəlliməm. Ailəliyəm, 3 qızım var. 2-ci qrup Qarabağ əlili olan valideynlərimlə birlikdə yaşayıram.

Həyatda indiyə qədər əldə etdiyim uğurların hamısı göydə Allahın, yerdə isə Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin köməyi ilə mümkün olub. Ali məktəblərdə məcburi köçkün uşaqlarına yaradılan imkan olmasayadı, bəlkə də heç zaman ali təhsil ala bilməzdim. Dövlət və onun rəhbəri güclü olanda bizim kimi ailələr də bundan yararlana bilir, əks təqdirdə heç bir şəxs sənə kömək etmir. Yadımdadır, hələ illər öncə dövlət müəssisələrindən birində Xocalıdan olduğumu bilən bir məmur, faciədən necə qurtulduğumuzu ürək ağrısı ilə yarım saat sorğu–sual etdikdən sonra məndən almaq istədiyim sənədin rüşvətini istədi…

trend_mikayil_cabbarov_281114

Heç kimə sirr deyil ki, ölkədəki qurumlarda nə qədər şəffaf şarait yaradılsa da, həmin qurumun rəhbərinin vicdanı olmasa orada heç bir nəticə əldə etmək olmur. Rüşvət həyatımıza o qədər nüfuz edib ki, hətta işə düzələn insanı işin əmək haqqısı deyil, gəliri maraqlandırır.
Həyat təcrübəmdə ilk dəfə şəffaf iş şəraiti ilə “Mədəd Azərbaycan” təşkilatında tanış olmuşam. Yüksək mədəniyyət və intellektual insanların birliyi olan bu təşkilatda insana insan kimi yanaşmağı, dəyər verməyi görmüşəm. O zaman təhsildə şəffaf olan yalnız bu cür təşkilatların fəaliyyəti idi.

Hörmətli Cənab Nazir!
Cənab Prezident Sizi təhsil naziri təyin etdikdən sonra, təhsilimizdə müsbətə doğru xeyli dəyişikliklər oldu. Gələcəyimizə ümidimiz artdı. Aparılmış islahatlar nəticəsində Bakı şəhərində birinci sinfə qəbul, mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu, direktorların müsabiqəsi, Regional Maliyyə İdarələrinin yaradılması və s. işləri hər kəs tərəfindən yüksək qiymətləndirilir. Vətəndaşlarımızın rahatlığı üçün hər cür şərait yaradılır. Məhz sizin şəffaf idarəçiliyinizin sayəsində “İlin ən yaxşı müəllimi” müsabiqəsində qaliblərdən biri olmuşam. İlin müəllimlərinə Cənab Prezidentin Sərəncamı ilə verilən 5000 manat pul mükafatını gec aldığıma görə məndən çox nazirlikdən tez-tez zəng edən xanımın narahatçılığı insanı heyran etməyə bilmirdi. Keçən il direktorların müsabiqəsində qalib olub, müəyyən səbəbdən müsahibə mərhələsinə gəlmədiyim üçün də eyni vəziyyət yaranmışdı. Zəng edən nazirlik işçisi səbəbini tam aydınlaşdırmamış və imtina məktubu almamış əlaqəni kəsməmişdi. Sizin gəlişiniz regionlarda hər kəsin ümidini artırmışdı. İnanırdıq ki, artıq “bazarkomu” xatırladan təhsil rəhbərlərindən canımızı qurtaracaqsınız. Doğrusu, düşünürdük ki, bu qədər müsbətə doğru iş gördüyünüz halda, əziyyətinizə qiymət verməyərək təhsilin vəziyyətini bərbad hala salan Elminaz Nadirova kimilər işdən uzaqlaşdırılacaq və ya belə şəxslər rəhbərlikdə vəzifə tutmağa cəsarət etməyəcəklər.

Hörmətli Cənab Nazir!
Mətbuatdan oxuduğuma görə Elminaz Nadirova əvvəllər işlədiyi şəhər 7 nömrəli məktəbdə yol verdiyi qüsurlara görə töhmət alıb və sonra RTŞ müdiri təyin olunub. Cəlilabad rayon təhsilində, yaxından tanımasam da Hafiz Cavadov, Nadir Babayev, Ərəstun Hüseynov kimi savadlı kadrlar var. Onlardan kimisə bu vəzifəyə qoyulmaması bir yana, Elminaz Nadirovanın onlara rəhbər təyin edilməsini ironiya kimi qəbul etməmək olmur. Buradakı bu cür təyinat istər-istəməz bütün məktəblərə də təsir göstərir. İşlədiyim V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbə ixtisasca geoloq olan səriştəsiz birinin, sonra isə ixtisasını bilməyən, danışıq qabiliyyəti olmayan digər birinin “nəyinsə” müqabilində direktor təyin olunması bir daha sübut edir ki, burada təhsildən başqa hər şey düşünülür. Digər bir problem: bu cür insanların rəhbərliyində məktəbə verilən invertarların miqdarı və dəyəri qat-qat şişirdilir, məktəbdə olan “ölü canlar” çoxalmaqda davam edir. Məktəblərdə adı olub, özü olmayan və məvacib kartları rəhbərlikdə olan işçilər var və bunlar rəsmi statistik məlumatda işləyən kimi gedirlər. Bu səbəbdən Cənab Prezidentimiz İlham Əliyev xalq qarşısında çıxış edərkən, işsizliyin azaldığını deyəndə çox adamlar bunu qəbul etmirlər. Məhz Elminaz Nadirova kimi məmurlarımızın sayəsində Cənab Prezidentimiz pis vəziyyətdə qalır, xalqın hökumətə etimadı azalır.

Cənab Nazir!
Cəlilabad təhsilindəki neqativ hallarla bağlı dəfələrlə nazirliyə müraciət olunduğunu və sonra həmin müraciətlərin araşdırılması üçün, RTŞвЂ“nin özünə göndərilməsi insanlarımızın dövlətə inamını və etimadını azaldır. Halbuki, Cənab Prezidentin 14 oktyabr 2016-cı il tarixli sərəncamında korrupsiya haqqında qanuna dəyişiklik edilərək “Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz” – deyilir.
Şikayətçiləri ya pulla, ya da qorxudaraq şikayətlərindən döndərirlər. Fikrindən dönməyənlərə qarşı qərəzli mövqe tutulur, fürsət düşdükcə əzirlər. Məktəbimizin müəllimlərindən şikayət edən şəxslərdən iki nəfərinin işi hələ də məhkəmədədir. Dövlət nümunəli olmayan sənədlə bağlı heç kim məhkəməyə verilmədiyi və nazirlik bu cür sənədi olanlarla bağlı humanist qərar çıxarmasına baxmayaraq, müəllimlərimizi məhz konstitusion hüququndan istifadə etdiklərinə görə incidirlər. Məktəbimizdə müəllimlərimizin dərs yükü normal olmadığı halda dərslər vakansiyaya çıxarılır. Buna görə etiraz edənlərə isə deyilir ki, nazirin göstərişidir. Əgər belədirsə nəyə görə RTŞ müdirinin himayədarlıq etdiyi və aylıq aldığı digər məktəblərdə vakansiya olduğu halda, gizlədilib vakant verilmir….

Hörmətli Cənab Nazir!
Cəlilabad təhsilinin bərbad vəziyyətə düşməsi haqqında əlimdə kifayyət qədər faktlar var. Bunları Sizinlə görüşsəm, açıqlayacam.
Müraciət etməkdə heç bir şəxsi qərəzim, xeyrim yoxdur və bunları təhsilimizin düzəlməsi üçün, şagirdlərimizin pulsuz (repetitorsuz) təhsil alması, neqativlərin aradan qaldırılması üçün edirəm. Əksinə, direktorluq müsabiqəsində iştirak etdiyim bir dönəmdə bu müraciətin mənim üçün zərərli ola biləcəyini düşünüb, məni bu müraciətimdən çəkindirmək istəyən insanlar belə oldu. Lakin mən vəzifəyə görə neqativlərə göz yuma bilmərəm və düşünürəm ki, ən yaxşı vəzifə neqativlərə biganə qalmamaq, dövlətinə və onun Prezidentinə xidmət etməkdir. İnanıram ki, təhsilimizi bərbad vəziyyətə salan şəxslər haqqında ölçü götürəcəksiniz.

Hörmətlə, Zaur Ələkbərov”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49
Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48
Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45
İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40
Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17
"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07
Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43
Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41
Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28
Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50
ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47
Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36
Ordun varsa... YURDUN VAR! - BU, FAKTDIR!
Bu gün, 09:31
ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Bu gün, 09:29
“İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir - SƏBƏB
Bu gün, 09:24
160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... - NARAZILIQ VAR...
Bu gün, 09:19
Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib - TƏFƏRRÜAT
Bu gün, 09:08
Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 09:00
"Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Bu gün, 08:59
Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? - ÇƏTİN Kİ...
Bu gün, 08:54
Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44
Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42
Bu məmurdan Prezidentə şikayət olundu - İTTİHAM VAR...
Bu gün, 07:40
Filoloqların sertifikasiya imtahanı təkrar keçirilməlidir - ÇÜNKİ...
Bu gün, 07:22
24 milyon vergi borcu var.. amma tenderlərdə MEYDAN SULAYIR - İcazə verin şübhələnək...
Bu gün, 07:19
'Kontakt Home' yenə də narazılıq yaradır - MÜRACİƏT
Bu gün, 07:15
"Sertifikasiya testini hazırlayan kim olubsa, onunla bağlı müvafiq ölçülər götürülməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:03
"Bu müharibənin Azərbaycan–İsrail münasibətlərinə aidiyyəti yoxdur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00
Gömrüyün itləri AC QALACAQ - Tender ləğv olundu
Bu gün, 06:54
Şəhriyar Laçınov dövlətə şərik gedir - BU DA FAKT...
Bu gün, 06:51
Tovuzda kollec direktoru ittiham olunur... - BU NƏDİ BELƏ?
Bu gün, 06:45
Şəbnəmi “dollar yağışı”na tutan ailə narkotacir imiş - həbs olunublar
Bu gün, 06:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru