“Bələdiyyə ilə icra hakimiyyəti əlbir olub...” - Ağcabədidən ŞİKAYƏT
Tarix: 13-03-2017, 09:35 | Çap et
 Ağcabədinin Hacıbədəlli kəndində yaşayan Qarabağ əlili Camal Tahirov düşünür ki, bu gedişlə, nəinki erməni girovluğundakı qardaşının və müharibədə həlak olmuş əmisi oğlunun, heç öz başının da çarəsini qıla bilməyəcək. Səbəb - xırdabuynuzlu heyvanların örüş yeri olan 3 hektar torpağın əlindən çıxmaq üzrə olmasıdır.
“Heyvan saxlayıb həlak olmuş əmioğlumun, girov düşmüş qardaşımın ailəsini saxlayıram. 6 ildir o torpaqdan istifadə edirəm. İndi hədələyirlər ki, torpağı boşalt, təhvil ver. Yoxsa ağır texnikanı gətirib özümüz kürüyəcəyik”.
“Bələdiyyə ilə icra hakimiyyəti əlbir olub...”
C. Tahirov deyir ki,bu torpaq sahəsini 6 il əvvəl ona elə kənd bələdiyyəsi özü verib. Beləcə, heyvandarlıqla məşğul olub həm özünü, həm də yaxınlarının ailəsini dolandıra bilərdi. Di gəl, indi torpaq ondan xəbərsiz başqasına satılıb:
“Bələdiyyə ilə icra hakimiyyəti əlbir olub, torpağı satıb. O torpaqda mənim tikilim və yüzlərlə heyvanım var. Ordan-burdan borc alaraq, heyvana verib torpağa buraxmışam ki, ailəm və yaxınlarımın ailəsi ac qalmasın. Bunlarsa məni hədələyirlər ki, tikilini söküb heyvanları da ora-bura dağıdacaqlar. Bunun adı özbaşınalıqdır. Bunu mənə deyən məmurlar rahat yaşasın deyə, düşmənlə üz-üzə dayanıb sağlamlığımı itirmişəm, qardaşımın, əmoğlumun gənc həyatı məhv olub, indi bunların münasibətini görəndə, sinəmə dağ çəkilir”.
“Bizim qarışacağımız yoxdur”
C. Tahirov bu məsələdə Ağcabədi Rayon İcra Hakimiyyətinin də əli olduğunu iddia edir. Ancaq icra hakimiyyətindən bildirilib ki, qurumun bələdiyyə torpaqlarına müdaxilə etmək səlahiyyəti yoxdur: “Getsin, problemi bələdiyyə ilə həll etsin. Bizim qarışacağımız yoxdur”.
Hacıbədəlli kənd bələdiyyəsindən deyirlər ki, Camal Tahirovun mübahisəli torpağa sənədi yoxdur: “Gətirsin icarə müqaviləsini göstərsin, getsin heyvanını otarsın. Ancaq bu adamın həmin sahədən istifadəyə heç bir sənədi yoxdur”.
Hüquqşünas yol göstərir
Hüquqşünas Vaqif Alıyev deyir, ortada çoxlu suallar var:
“Söhbət 5-6 sot sahədən getsəydi, anlamaq olardı. Ancaq bildiyim qədər, burada söhbət 3 hektarlıq ərazidən gedir. Bələdiyyə indiyədək bu boyda ərazidən sənədsiz istifadə edilməsinə göz yumub, nə sənədləşdirmə aparıb, nə də vaxtında torpağın boşaldılmasını tələb edib. Qanun deyir ki, əgər bələdiyyə ərazini hərraca çıxarırsa, yaxud icarəyə verirsə, üstünlük torpaqdan faktik istifadə edənə verilir. Yəni Camal Tahirova... Çünki torpaq onun istifadəsindədir və üstəlik, 6 il az müddət deyil. Əgər torpaq sahəsi dövlət ehtiyacları üçün götürülürsə, o zaman Camal Tahirova, əvəz olaraq, başqa torpaq sahəsi ayrılmalı və onunla icarə müqaviləsi bağlanmalıdır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50 |
|
|
|
• “Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44 |
|
|
|
• “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41 |
|
|
|
• Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33 |
|
|
|
• Qobuda SİRLİ TORPAQ... - BU NƏDİ BELƏ?
Bu gün, 12:29 |
|
|
|
• “Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” - ŞƏRH
Bu gün, 12:19 |
|
|
|
• Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? - AKTUAL
Bu gün, 12:16 |
|
|
|
• "Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” - ETİRAZ
Bu gün, 12:14 |
|
|
|
• “Bu maaşa onu almaq olur ki?” - məktəb bazarlığının bahalığından şikayətləndi
Bu gün, 12:12 |
|
|
|
• “Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” - Reabilistasiya mərkəzinin rəhbəri
Bu gün, 12:09 |
|
|
|
• Məhəmməd Mirzəliyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:05 |
|
|
|
• Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... - Paşinyan
Bu gün, 12:01 |
|
|
|
• “Qala Sığorta” səhmdarını gizlədir - İcazə verin, şübhələnək...
Bu gün, 11:59 |
|
|
|
• Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 11:55 |
|
|
|
• Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:54 |
|
|
|
• Avtomobillər üçün vergi güzəşti – Dövlət Proqramında nə yazılıb?
Bu gün, 11:51 |
|
|
|
• “Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Bu gün, 11:48 |
|
|
|
• Putindən Kadırova QADAĞA
Bu gün, 11:45 |
|
|
|
• Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir - FOTO
Bu gün, 11:43 |
|
|
|
• Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş - “Yatmış agent” versiyası
Bu gün, 11:38 |
|
|
|
• Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34 |
|
|
|
• Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31 |
|
|
|
• Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11 |
|
|
|
• AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07 |
|
|
|
• Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02 |
|
|
|
• “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54 |
|
|
|
• Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52 |
|
|
|
• "Buna ər dayanar?"
Bu gün, 10:46 |
|
|
|
• O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38 |
|
|
|
• Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28 |
|
|
|
• Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24 |
|
|
|
• Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18 |
|
|
|
• Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05 |
|
|
|
• Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04 |
|
|
|
• İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• “Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58 |
|
|
|
• Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51 |
|
|
|
• Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43 |
|
|
|
• İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36 |
|
|
|
• "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29 |
|
|
|
• `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28 |
|
|
|
• Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19 |
|
|
|
• Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01 |
|
|
|
• Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52 |
|
|
|
• Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33 |
|
|
|
• Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24 |
|
|
|
• “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21 |
|
|
|
• "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19 |
|
|
|
|