Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq .....                     Azərbaycanın 4 sığorta şirkətinin yığımları geriləyib .....                     “Azərlotereya”da yeni təyinat .....                     Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib .....                     Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT .....                     TƏCİLİ! Bütün dünyanı belə aldatdılar .....                     Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? .....                     Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu .....                     Başqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı .....                     Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib .....                     Tramp atəşkəs rejiminin pozulmamasını xahiş edib .....                     Naftalanda bu məktəbdə təhsildən başqa hər şey var... .....                     İran və Türkmənistan XİN başçıları Aşqabadda görüşüblər .....                     "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə .....                     AXC iqtidarına Naxçıvanla bağlı ağır ittihamlar .....                     Azərbaycandan qaçdı... indi də Ermənistanda hakimiyyətə gəlmək istəyir... .....                     "EV Azerbaijan" MMC nizamnamə kapitalını .....                     Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj .....                     Hünər Hadızadə nədən bu qədər HÜNƏRLİDİR? .....                     Keçmiş deputat bələdiyyə sədrini TOPA TUTDU... .....                     "16 yaşlı yeniyetmə bir qız özündən 20 yaş böyük, boşanmış və uşaqlı bir kişiyə qoşulub qaçır... .....                     Keçmiş nazirin təhsildə ÜSULİ-CƏDİD-İ .....                     Ermənistanın Çinlə bağlı planları... .....                     Adil Kərimlinin üz-üzə qaldığı XAOS .....                     Zəngəzur dəhlizi başqa adla geri qayıdır .....                     “Hell”in insan sağlamlığına zərəri .....                     İmişlinin başçısı ÖZBAŞINA QALIB .....                     Rəsmi Bakı sülh prosesinə ŞOU KİMİ BAXMIR... .....                     “Beverage Retail Group” QSC-nin 224 min manatdan artıq vergi borcu var .....                     Müəllimlərin sertifikasiyadan kəsilməsinin səbəbkarı onlardır .....                     “Paşinyan Türkiyə ilə yaxınlaşaraq Rusiyanın təzyiqinə davam gətirməyə çalışır” .....                     Bu gün Elçibəyin doğum günüdür .....                     İsrail də atəşkəsə eyni şərtlə razılaşıb .....                     İrandan gözlənilən açıqlama gəldi .....                     İsrail və İran tam atəşkəsə razılaşıblar .....                     İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi .....                     Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib .....                     Azərbaycan şou-biznesinin gizli faktları .....                     Qətər öz hava məkanını bağlayıb .....                     6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü .....                 

"Deputatların sayı 25-ə endirilsin..." - Danışa bilmirlərsə, maaş da almasınlar
Tarix: 18-01-2017, 08:55 | Çap et
"Deputatların sayı 25-ə endirilsin..."
Xəbər verildiyi kimi, deputatların etik davranış kodeksi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq .Bununla deputatların fəaliyyətlərində ,bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək, hətta lazım gələrsə ,buna hüquqi qiymət də veriləcək.

Belə bir addımın atılması nədən qaynaqlandı?

Məsələ burasındadır ki,son bir ildə bəzi deputatların çıxışları,açıqlamaları böyük qalmaqallarla müşayiət olundu.Bu cəmiyyətdə,sosial şəbəkələrdə,ölkə hüdudlarından kənarda pis qarşılandı.Hamıya nümünə olmalı bəzi deputatlarımızın fikirləri ciddi şəkildə onların özünün əleyhinə işlədi, Azərbaycan hakimiyyətini xoşa gəlməz durumla üz-üzə qoydu.

Vəziyyət o həddə çatıb ki,son vaxtlar bir-birinin ardınca bəzi millət vəkilləri onların danışmasına qadağa qoyulması barədə açıqlama verirlər. Kimisinə parlament rəhbərliyi, kimisinə partiya rəhbərliyi, kimisinə də ailə üzvləri tərəfindən qadağa qoyulduğu deyilir. Bu cür situasiyanın yaranması kifayət qədər absurd, eyni zamanda gülünc deyilmi?

Yeri gəlmişkən, yada salaq ki, “parlament” fransız sözü olub, mənası “danışmaq” deməkdir. Parlamentdə təmsil olunanların da əsas vəzifəsi danışmaq, müzakirə aparmaq, yeni-yeni qanunlar qəbul etmək və sairədir.

Onsuz da bizim millət vəkillərinin böyük əksəriyyəti öz seçicilərini layiqincə təmsil edə bilmir, onların problemlərinin qaldırılması və həll edilməsi, həmçinin əhəmiyyətli qanunların qəbul olunması üçün kifayət qədər səy göstərmirlər.İndi də danışmaqdan, hansısa məsələ barəsində fikir bildirməkdn imtina edirlərsə, onda onlar kimə və nəyə lazımdırlar?

Bəzi millət vəkillərinin danışmasına qadağa qoyulmasını şərtləndirən əsas səbəb elə onların özlərinin verdikləri son dərəcə məntiqsiz, yersiz,gülüş doğuran açıqlamalardır. Hərdən elə fikirlər səsləndirilir ki, adam onları eşidəndə mat-məəttəl qalır. İnana bilmirsən ki, bu sözləri deyən adam ziyalıdır, elm adamıdır, tanınmış qələm sahibidir , nəhayət, millət vəkilidir.

Bu yerdə bəzi millət vəkillərimizin bir sıra əcaib fikirlərini yada salmaq yerinə düşər: “Altıncı dəfə deputat seçildim, hər seçkidən sonra deputat vəsiqəsi gəzdirməkdən ləzzət alıram”, “müəllimlər aldığı maaşla dolana bilmirlərsə, işdən sonra gedib restoranda ofisiant işləsinlər”, “şəhərdə iş tapa bilmirlərsə, getsinlər kənddə soğan əksinlər”, “az yeyin, çox yemək insanı tez qocaldır”, “imkanı olmayan ayağını yorğanına görə uzatsın”, “ölkədən xaricə işləməyə gedənlər bu millətin “otxod”larıdır” və s. Bizcə bu sitatların əlavə şərhə ehtiyacı yoxdur, hər şey aydındır.

Bir maraqlı məqamı da qeyd etmək lazımdır ki, millətin nümayəndələrinə ayda 200-300 manatla, bəzən də daha az məbləğlə yaşamağı rəva görən millət vəkillərimiz 1500-2200 AZN civarındakı maaşlarına qane olmaq istəmir və məbləğin artırılmasının vacibliyini iddia edirlər. Nəzərə alsaq ki, əksər millət vəkillərinin geniş biznesi və çoxsaylı obyektləri var, hələ üstəlik “maklerlik” fəaliyyəti ilə də məşğul olurlar, onda əsl gerçəkliyi göz önündə canlandırmaq elə də çətin olmaz.

Məlum olduğu kimi, bir çox ölkələrlə yanaşı, Azərbaycanda da iqtisadi bohran yaşanır. Əvvəlki illərlə müqayisədə dünya bazarında neftin kəskin ucuzlaşması, milli vayutanın devalvasiyaya uğraması, ərzaq və digər gündəlik tələbat mallarının bir neçə dəfə bahalaşması əhalini çətin duruma salıb. Həm dövlət qurumlarında, həm də özəl sektorda ixtisaslar aparılır, çoxlu sayda idarə və müəssisələr fəaliyyətini dayandırır. Nəticədə də işsizlər ordusu yaranmağa başlayır.

Belə bir vəziyyətdə Azərbaycan parlamentindən – Milli Məclisdən faydalanmaq yerinə düşər. Hər kəsə məlumdur ki, MM-də təmsil olunan 125 millət vəkilindən maksimum 25-30-u aktiv fəaliyyətlə məşğuldur, yəni qanunların müzakirəsində və qəbulunda fəal iştirak edir, təklif verir,mübahisəli vəziyyətlərin yaranmaması üçün əvvəlcədən çağırışlar edir,seçiciləri ilə mütəmadi görüşlər keçirir, mümkün qədər onların problemlərinin həllinə çalışır. Yerdə qalanların isə nə MM-də səsi çıxır, nə də seçiciləri ilə maraqlanır. Belələri cəmiyyətdə lal-kar və faydasız deputat kimi tanınır.

Təklif edirik ki, indiki iqtisadi böhran şəraitində Milli Məclisə də “əl gəzdirilsin”, yəni ən fəal 25 millət vəkili fəaliyyətini davam etdirsin, qalan 100 nəfərin fəaliyyəti isə ya müvəqqəti dondurulsun, ya da fəaliyyətinə birdəfəlik xitam verilsin. Onların maaşlarına, maşınlarına, köməkçilərinə ,xarici səfərlərinə və digər xərclərinə ayrılan vəsait ölkənin iqtisadi inkişafına, yeni-yeni iş yerlərinin açılmasına xərclənsin. Bu barədə qərar qəbul edilərsə, növbəti seçkilərə də boş yerə milyonlar xərclənməz. Nəticədə həm dövlət qazanar, həm də millət,ictimayət bəzi deputatların boş –boş fikirlərinə vaxt ayrırıb ,sosial şəbəkələrdə uzun-uzadı yazışmaz.

Bəlkə də, kimlərsə bizim bu fikrimizə qeyri-ciddi təklif kimi yanaşacaq. Ancaq biz tam ciddiyik!..
Həsrət Gündoğan-Faktinfo.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
Azərbaycanın 4 sığorta şirkətinin yığımları geriləyib - SİYAHI
Bu gün, 10:40
“Azərlotereya”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:39
Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib - DETALLAR
Bu gün, 10:35
Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT - Ermənistanda gərginlik artır
Bu gün, 10:32
TƏCİLİ! Bütün dünyanı belə aldatdılar - Fordo əməliyyatının ŞOK DETALLARI
Bu gün, 10:23
Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? - AKTUAL
Bu gün, 10:20
Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu
Bu gün, 10:14
Başqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:40
Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib – Bakı təhsilində şok
Bu gün, 09:38
Tramp atəşkəs rejiminin pozulmamasını xahiş edib
Bu gün, 09:30
Naftalanda bu məktəbdə təhsildən başqa hər şey var... - İLGİNC İDDİALAR
Bu gün, 09:29
İran və Türkmənistan XİN başçıları Aşqabadda görüşüblər - “Tasnim”
Bu gün, 09:22
"İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə - Sərdar Cəlaloğlu
Bu gün, 09:15
AXC iqtidarına Naxçıvanla bağlı ağır ittihamlar – Sabiq baş nazir gizlinləri açdı
Bu gün, 09:13
Azərbaycandan qaçdı... indi də Ermənistanda hakimiyyətə gəlmək istəyir... - "İravunk"
Bu gün, 09:08
"EV Azerbaijan" MMC nizamnamə kapitalını - KƏSKİN AZALTDI
Bu gün, 09:04
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj - Sabit tarif təklifi qanuni pul oğurluğudur
Bu gün, 09:00
Hünər Hadızadə nədən bu qədər HÜNƏRLİDİR? - KİMƏ GÜVƏNİR Kİ?..
Bu gün, 08:58
Keçmiş deputat bələdiyyə sədrini TOPA TUTDU... - "Görün akademiklər kimin ümidinə qalıb?!"
Bu gün, 08:50
"16 yaşlı yeniyetmə bir qız özündən 20 yaş böyük, boşanmış və uşaqlı bir kişiyə qoşulub qaçır... - Cəmiyyət hara baxır?"
Bu gün, 08:41
Keçmiş nazirin təhsildə ÜSULİ-CƏDİD-İ - BU NƏDİ BELƏ?
Bu gün, 08:30
Ermənistanın Çinlə bağlı planları... - Narahat olaqmı?
Bu gün, 07:17
Adil Kərimlinin üz-üzə qaldığı XAOS - BACARACAQMI?
Bu gün, 07:14
Zəngəzur dəhlizi başqa adla geri qayıdır - AKTUAL
Bu gün, 06:59
“Hell”in insan sağlamlığına zərəri - VİDEOFAKT
Bu gün, 06:55
İmişlinin başçısı ÖZBAŞINA QALIB - BU DA FAKT...
Bu gün, 06:51
Rəsmi Bakı sülh prosesinə ŞOU KİMİ BAXMIR... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:48
“Beverage Retail Group” QSC-nin 224 min manatdan artıq vergi borcu var - FOTO
Bu gün, 06:45
Müəllimlərin sertifikasiyadan kəsilməsinin səbəbkarı onlardır - ÇÜNKİ...
Bu gün, 06:41
“Paşinyan Türkiyə ilə yaxınlaşaraq Rusiyanın təzyiqinə davam gətirməyə çalışır” - Görünəni odur ki...
Bu gün, 06:36
Bu gün Elçibəyin doğum günüdür - ANIM
Bu gün, 06:32
İsrail də atəşkəsə eyni şərtlə razılaşıb - KİV
Bu gün, 06:28
İrandan gözlənilən açıqlama gəldi - Yalnız bu şərtlə
Bu gün, 06:26
İsrail və İran tam atəşkəsə razılaşıblar - Tramp
Bu gün, 06:20
İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi - "...gülünc görünürsünüz"
Bu gün, 00:18
Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib - DİQQƏT
Bu gün, 00:11
Azərbaycan şou-biznesinin gizli faktları - SİYAHI
Dünən, 21:01
Qətər öz hava məkanını bağlayıb
Dünən, 20:47
6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü – Ana həkim Günel Məmmədlidən şikayətçidir
Dünən, 20:42
“Heç bir düşmənçilikdən söz gedə bilməz” - Xalq artistlərindən Cavidana CAVAB
Dünən, 18:15
TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu
Dünən, 18:12
Sabiq partiya sədrinin oğlu vəfat etdi - FOTO
Dünən, 18:00
İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? - FOTO
Dünən, 17:55
İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır
Dünən, 17:52
"Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir – şirkətdən baş nazirin ittihamlarına cavab
Dünən, 17:46
Həbs edilən müğənni aranı qatdı – Yeni qalmaqal
Dünən, 17:37
Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Dünən, 17:32
İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Dünən, 17:27
“SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Dünən, 17:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru