«TEXNİKABANK» SƏDRİNİ KİM TUTDURUB?
Tarix: 15-03-2012, 11:36 | Çap et
BU İŞDƏ ETİBAR ƏLİEYVƏ RƏQİB OLAN “AMAY” ŞEFİNİN DƏ ADI HALLANIR
DİA.AZ: - Səbayel Rayon Məhkəməsi martın 10-da «Texnikabank» Müşahidə Şurasının sədri və səhmdarı Etibar Əliyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri qərarı çıxarıb.
Etibar Əliyev Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə - dələduzluqda təqsirləndirilir. Onu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs edib, hazırda istintaqı da MTN-də aparılır.
Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İnam Hacıyev həbs barədə şərh verməsə də, deyib ki, bunun bankın işinə heç bir təsiri yoxdur:
««Texnikabank»ın açıq və uğurlu fəaliyyəti davam edir. İşlər normal şəkildə gedir. Hər şey qaydasındadır. Heç bir problemimiz yoxdur».
Mərkəzi Bankın statistikasına əsasən, «Texnikabank» 2011-ci ildə Azərbaycanda 6-cı yerdə qərarlaşıb. Onun bazar payı təxminən 6 faizdir. Qeyd edək ki, «Texnikabank» Beynəlxalq Bank kimi sistem əhəmiyyətli bank olmasa da (Beynəlxalq Bankın bazar payı 40 faizdir), burda qanunvericiliyə zidd hər hansı proses ölkənin bank sisteminə mənfi təsir edə bilər. Təbii ki, bu, bankın gələcək taleyindən, sonrakı proseslərdən asılıdır. Bu məsələ nə dərəcədə ciddidir? Mərkəzi Bank onun barəsində sərt addımlar atsın, lisenziyası əlindən alınsın və bank bağlansın. Ola bilsin, həmin bankın təsisçilərinin dəyişməsi və ya həbs olunan şəxsin mülkiyyətinin alınması kimi addımlar atılsın.
Bu arada ekspertlər xüsusi ilə qeyd edirlər ki, bank sektoru çox həssas sistemdir. Orda hər hansı xoş olmayan məlumat birbaşa bankın reputasiyasına təsir edir. Bu da insanların o bankdan üz döndərməsinə gətirib çıxarır. Təbii ki, bu həbs bankın fəaliyyətinə təsir edəcək. Amma bu, problemin həllinin necə tapılmasından asılı olacaq. Yəni, hansı məqsədlə o həbs olunubsa, ondan çox şey asılı olacaq.
«Texnikabank» Müşahidə Şurasının sədrinin həbs olunması bankın fəaliyyəti haqda müştərilərdə də suallar yaradır. Şəhərdə bir neçə yerdə «Texnikabank»ın ATM-lərində heç bir növbə müşahidə etmədik. Yalnız bircə yerdə bir təqaüdçü sadəcə bankomatların bəzən işləmədiyindən gileyləndi. Məlumat üçün bildirək ki, «Texnikabank» Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə yaradılıb. Hazırda bankın 35 filialı və 5 şöbəsi fəaliyyət göstərir. Bankın səhmdarları «World Wines Private Company» (75%), «Kazimir Caspian Fund Limited» (10%) və Etibar Əliyevdir (15%).
«Texnikabank» ın prezidentinin həbs edilməsi məsələsinin arxasında başqa siyasi məqamlar da ola bilər. DİA.AZ-a daxil olan məlumatlara əsasən, söhbət hakimiyyətin ən yüksək dairələrindən idarə edilir. Etibar Əliyevin daha çox Baş Prokurorluqdan himayə edildiyi, onun xüsusilə ağır məqamlarda prokurorluğun Anti Korrupsiya idarələrindən himayə edildiyi bildirilir.
E.Əliyevin həbs edilməsi yeni bir mövzunu da gündəmə gətirib. «A.M.A.Y»ın prezidenti Abdulla Abdullayev məhz E.Əliyevdən şikayətçi olaraq dövlət qurumlarına xüsusilə də prezidentə də müraciət etdi. Hətta A.Abdullayevin bu məsələ ilə bağlı olaraq ətraflı məlumatlar verməsi, onun ən yaxın adamlarının həbs olunması məsələsi də kifayət qədər diqqəti cəlb edir. «A.M.A.Y» prezidenti yaxınlarının məhz «Texnikabank» ın rəhbərinin şikayətləri əsasında həbs edildiyi söylənilir. Məsələ burasındadır ki, Etibar Əliyev bir neçə dəfə Abdulla Abdullayevlə şəxsən görüşmüş və ona hakimiyyətin ən yüksək dairələrindən ticarət mərkəzinin Xətaidə yerləşən binasını dəyər-dəyməzinə geri istəmişdi.
Məsələ burasındadır ki, bu geri istəmə məsələsində Mərkəzi Bankın prezidenti Elman Rüstəmov da iştirak edib. Maraqlıdır ki, bu məsələ ilə bağlı olaraq A.Abdullayev deyir ki, onunla sepat danışıqlarda Elman Rüstəmovun da iştirak etməsi, həmçinin də Etibar Əliyevin bu prossesdə iştirakı bütün hallarda bank rəhbərinin öz sözünü deyil, konkret olaraq yüksək dairələrin sifarişini icra edib. Maraqlıdır ki, A.Abdullayev bu məqamları mətbuata açıqlamadan bu barədə danışa biləcəyi anonsunu vermişdi. İş adamı demişdi ki, əslində ortada olan arqumentlər ondan ibarətdir ki, ortada dövlət başçısının məlumatı olmadan sahibkarlığın sıradan çıxarılmasına yönəlik kifayət qədər sərt addımlar atılıb.
Maraqlıdır ki, bu məsələ ilə bağlı olaraq aparılan araşdırmalar da göstərir ki, əslində Azərbaycanda bir iş adamının sıradan çıxarılması məsələsi, onun dünyaca məşhur olan biznesini bircəgündə əlindən alınması məsələsində bir bank rəhbəri yaxından iştirak edir. Maraqlıdır ki, bu məsələ ilə bağlı olaraq apardığımız araşdırmalar zamanı əslində bankın daxilində də bir sıra islahatlar da həyata keçirilə bilər. Bütün hallarda ortada olan bir məsələ ilə bağlı olaraq çox maraqlı məlumatlar da almışıq. Abdulla Abdullayev biznesinin, mülkiyyətinin əlindən alınması dönəmində siyasi fəaliyyətlə məşğul olacağını bəyan etdi. Hətta o bir QHT də yaratdı. Demokratik İslahatlara Vətəndaş Dəstəyi adlanan bu QHT bir müddət kifayət qədər aktiv fəaliyyət göstərdi. Hətta bu qurum bir sıra siyasi məsələlərə də münasibət bildirdi.
Amma çox qısa zamanda təşkilat qeybə çəkildi. Abdulla Abdullayev isə mətbuatdan maksimum uzaq dayanmağa üstünlük verdi. Çox maraqlıdır ki, iş adamının bir QHT yaratmaqla hakimiyyətlə anlaşdığı, hətta həbsdə olan yaxınlarını azadlığa buraxdığı da bildirilir. Maraqlıdır ki, iş adamı əlində olan yaşayış binalarını, hətta «A.M.A.Y» ın binasını da kimlərəsə peşkəş olaraq hədiyyə etmək istəyib. Lakin onun bu jestinin qarşılığında Etibar Əliyevlə olan konfilikti ciddi şəkildə araşdırılmağa başlayıb. Nəticə etibarilə də bank rəhbəri qurban verilib.
Maraqlıdır ki, bu məsələ ilə bağlı olaraq bir sıra məlumatlar var ki, iş adamının banka olan borcunun da silinməsi və qarşılığında onun yenidən iş dünyasına qayıdaraq iqtidarın siyasi kursunu açıq şəkildə müdafiə edəcəyi gözlənilir.
Başqa bir məlumatda isə bildirilir ki, Anti Korrupsiya İdarəsinin rəsmi qərarı ilə iş adamının telefonlarının dinlənilməsi zamanı da ortaya heç bir konkret fakt çıxmayıb. Hətta bir zamanlar xəbər yayıldı ki, guya A.Abdullayev baş prokurorun ünvanına nalayiq ifadələr də işlədib. Sonradan bu məlumat da təsdiqlənmədi. Mətbuatda belə bir informasiya yayıldı və dərhal da təkzib olundu.
Deməli, bunca təzyiqlərlə üzləşdiyi zamanlarda, hakim ailəyə illərdir ki, sədaqəti ilə seçilən iş adamı sınaq müddətindən uğurla çıxa bildi. Maraqlıdır ki, iş adamının sıradan çıxması ilə bağlı olaraq verilən siyasi qərar artıq dəyişdirilib. Dünən bütün gün ərzində Abdulla Abdallayevlə əlaqə saxlamağa cəhd etsək də heç bir nəticəsi olmadı. İş adamının cib telefonlarının heç birinə cavab verən olmadı.
Bütün hallarda ən azından qarşı-qarşıya dayanan iki biznes adamından birinin sıradan çıxdığı, ümumiyyətlə bu məsələ ilə bağlı olaraq Abdullayevin qələbə qazandığını iddia etmək olar. Bu barədə aldığımız məlumatlarda deyilir ki, əslində iş adamı bu barədə mətbuata danışmamaqla, həbsdə olan yaxınlarını da səs-küysüz azadlığa buraxmaq istiqamətində danışıqlar aparır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
• Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10 |
|
|
|
• Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
• Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00 |
|
|
|
• Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
• Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27 |
|
|
|
• "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25 |
|
|
|
• Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23 |
|
|
|
• «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18 |
|
|
|
• Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09 |
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
• İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57 |
|
|
|
• XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45 |
|
|
|
• İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39 |
|
|
|
• Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37 |
|
|
|
• Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• 4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28 |
|
|
|
• Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26 |
|
|
|
• Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21 |
|
|
|
• Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
• Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06 |
|
|
|
• Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03 |
|
|
|
• İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26 |
|
|
|
• Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22 |
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
|