Şəmkirdə bir ayın əsgəri həyatını itirdi .....                     Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? .....                     “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” .....                     Agentlik peyin almaq üçün tender keçirib .....                     İcazəsiz klinikaların SONU: .....                     Hər iki ölkədə sülhə qarşı çıxanlar var .....                     Zəngəzur dəhlizi açılır: .....                     Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb .....                     Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır .....                     Sənət adamları bu klublara azarkeşlik edirlər .....                     Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib .....                     Dron hücumu ilə NATO-ya mesaj: .....                     Rus politoloq sarsaqladı .....                     Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır .....                     Rusiyada benzin sürətlə bahalaşır .....                     Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür .....                     Deputat özünə yeni sayt yaratdı .....                     Suriyada Hizbullah üzvləri həbs olunub .....                     ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? .....                     "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" .....                     Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan .....                     "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" .....                     Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ .....                     Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: .....                     Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                     Paşinyanın adamı Azərbaycana gəldi .....                     Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq .....                     Dövlətin strateji obyekti Azercell-ə verilir .....                     907-ci düzəliş birdəfəlik ləğv edilməlidir .....                     Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi .....                     Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür .....                     Sülh müqaviləsinə sayılı günlər qaldı .....                     Xaçmaz xəstəxanasında FACİƏ .....                     "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... .....                     Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                     Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? .....                     "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil" .....                     “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu .....                     Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” .....                 

Müxalifət İran hakimiyyətinə, rejim isə Ağ ev administrasiyasına etimad göstərmir
Tarix: 11-03-2025, 06:30 | Çap et
Müxalifət İran hakimiyyətinə, rejim isə Ağ ev administrasiyasına etimad göstərmir
Donald Tramp prezidentliyinin birinci dönəmində İranın neft və təbii qaz sektoruna sanksiyaları gücləndirmişdi. Bu məhdudlaşdırıcı tədbir nəticəsində İslam Respublikasının iqtisadiyyatı çətin vəziyyətə düşüb. Ölkənin milli valyutası olan tümən dollara nisbətdə yüz min dəfə ucuzlaşıb.

Yenidən hakimiyyətə gəldikdən sonra Tramp İrana qarşı maksimum təzyiqi nəzərdə tutan tədbirlər planını imzalayaraq, Tehranın neft satışını sıfıra endirməyi hədəfləyib. Bununla belə o, Tehran hakimiyyəti ilə danışıqlara hazır olduğunu da bildirir.

Fevral ayında ABŞ Dövlət Departamenti maksimum təzyiq kampaniyası çərçivəsində İranın neft və neft-kimya sənayesində fəaliyyət göstərən 16 qurum və gəmiyə qarşı sanksiyalar tətbiq etdiyini elan edib.

Bundan başqa, Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Surinam, Hindistan, Çin, Malayziyadan olan 22 şəxsə məhdudlaşdırıcı tədbir gördüyünü, 13 gəminin aktivinin dondurulduğunu bildirib. ABŞ-nin xarici siyasət xidmətinin açıqlamasına əsasən, qanunsuz daşıma üzrə

vasitəçilər şəbəkəsi İran neftinin Asiyadakı alıcılar üçün yüklənməsi və daşınmasında öz rolunu gizlətməyə çalışır. Bəyanatda həmçinin qeyd olunub ki, indiyədək bu şəbəkə vasitəsilə Asiya bazarlarına yüz milyonlarla dollar dəyərində xam neft daşınıb.

ABŞ Dövlət Departamenti əlavə edib ki, tətbiq olunan sanksiyalar İran rejiminə qarşı Donald Trampın maksimum təzyiq kampaniyasının həyata keçirilməsində ilk addımdır. Məqsəd İslam Respublikasının terror fəaliyyətini maliyyələşdirmək üçün neft gəlirlərini toplamaq səylərini əngəlləməkdir.

Dövlət Departamenti bildirib ki, bu qanunsuz maliyyə əməliyyatları İran rejiminə imkan yaradır ki, öz bədxah fəaliyyətini maliyyələşdirsin. Bu imkanın ondan alınmasına yönəlmiş tədbirlərin davam etdirilməsi vacibdir: “İslam Respublikası enerji sektorundan əldə etdiyi gəlirləri ABŞ müttəfiqlərinə qarşı hücumları maliyyələşdirmək, terrorizmi dəstəkləmək, sabitliyi pozan fəaliyyəti həyata keçirmək üçün istifadə etdiyi müddətdə, Vaşinqton Tehranı məsuliyyətə cəlb etmək üçün bütün vasitələrdən istifadə edəcək”.

ABŞ-nin maliyyə naziri Skott Besant bu yaxınlarda bildirib ki, Ştatlar İslam Respublikasının neft ixracını gündəlik 100 min barrelə qaytarmaq üçün maksimum təzyiq siyasətindən istifadə etmək niyyətindədir.

Onun sözlərinə görə, İran rejimi hazırda gündə 1,5 milyondan 1,6 milyon barrelədək neft ixrac edir: “Bununla da dünyada terror fəaliyyətini maliyyələşdirir”.

Maksimum təzyiq tədbirləri ilə yanaşı, Donald Tramp İran hakimiyyətinə danışıqlar da təklif edib. Bildirib ki, İslam Respublikası rəhbərləri ilə görüşüb danışmağa hazırdır.

Yeri gəlmişkən, prezidentliyinin birinci dövründə - 2019-cu ilin iyununda o, Yaponiyanın o vaxtkı Baş naziri Sindzo Abe vasitəsi ilə İranın ali rəhbəri Seyid Əli Xameneiyə məktub göndərmişdi. Onda İranın lideri bildirmişdi ki, Trampa cavabı yoxdur: “ABŞ prezidentinin səsləndirdiyiniz mesajına da cavab olmayacaq”.

S.Abenin ABŞ prezidenti adından İran liderinə verdiyi mesaj da məlum deyil.

Xatırladaq ki, Abe həmin il iyunun 12-də Tehrana səfər edib. Bu, son 41 ildə Yaponiya baş nazirinin İrana ilk səfəri idi. Bundan əvvəl bəzi xarici KİV Abenin Osakada keçiriləcək G-20 sammitində Trampla Xameneinin görüşünü təşkil etmək istədiyini yazmışdı.

Bu günlərdə ABŞ lideri “Fox Business Network”a müsahibəsində bildirib ki, martın 6-da ayətullah Xameneiyə məktub göndərib. O, məktubda İranın nüvə proqramına dair danışmaq istədiyini bildirib: “İran danışığa razılıq verməsə bu çox pis olacaq. İranın nüvə silahı ola bilməz. Başqa üsullar da var”.

Martın 7-də Ağ evdə jurnalistlərə İranla bağlı açıqlamasında deyib: “İranla bağlı tezliklə nə isə olacaq, bunu eşidəcəksiniz. Biz bu ölkə ilə bağlı son ana gəlmişik. Ona nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Mən hərbi əməliyyatlar başlamaqdansa İranla sülh sazişi bağlamağa üstünlük verirəm. Ancaq ikinci variant da problemi həll edəcək”.

Donald Tramp əlavə edib ki, 2020-ci il prezident seçkisində qalib gəlsəydi, bir ay ərzində İran hakimiyyəti ilə razılığa gələrdi.

Onun sözlərinə görə, Cozef Bayden administrasiyasının sanksiya tətbiqindən imtina etməsi ilə pulu olmayan İslam Respublikası zəngin neft yataqları sayəsində qısa müddət ərzində 300 milyard dollar kapital toplaya bilib. Tramp əlavə edib ki, İran hazırda “dünya tarixində maraqlı dövr” yaşayır: “Tezliklə nəsə baş verəcək. Çox, çox tezliklə”.

Əvvəllər danışıqlara daha çox maraq göstərən Məsud Pezeşkian da Xameneinin mövqeyindən çıxış edir. O deyib ki, seçkiqabağı kampaniyası zamanı Qərblə danışıqların tərəfdarı olub. Prezident olandan sonra da bu mövqedə qalıb. Ancaq Xamenei danışıqlar tərəfdar olmadığından, o da ali rəhbərinin mövqeyindən çıxış edir: “Bizi təhdid edənlərlə danışıq apara bilmərik”.

İran müxalifəti də İslam Respublikası və ABŞ liderləri arasında danışıqlara qarşıdır. Ancaq onların yanaşması rəsmi Tehranın məsələyə münasibətindən fərqlənir.

Siyasi fəal, İslam Respublikası hakimiyyətinin əleyhdarlarından biri Məsih Əlinejad bildirib ki, İslam Respublikası ilə danışıqlar İran və Yaxın Şərq xalqlarına xəyanətdir: “Bu respublika terrorçudur. İslahatlara və danışıqlara məruz qalmır”.

Onun sözlərinə görə, Qərb ölkələri İran hakimiyyətinin “virus və xərçəng” olduğunu bilməlidir: “Bu hakimiyyət məhv edilməyənə qədər yalnız İran xalqının həyatı üçün deyil, bütün insanlar üçün bir fəlakət mənbəyi olacaq”.

Siyasi fəal Tehran rejimi ilə danışıqların onların həyatı üçün də təhlükə yaradacağını vurğulayıb.

Bu baxımdan, Donald Tramp Xamenei ilə dialoqa başlayacağı halda, müxalifətin vəziyyətinin, mövqeyinin də nəzərə alınması vacib sayılır.

Beləliklə, İran-ABŞ sammitini hələ ki yalnız Donald Tramp istəyir. Onun arzusunun reallaşması üçün Tehranın Vaşinqtona etibarı vacibdir. Hələlik müxalifət İran hakimiyyətinə, rejim isə Ağ ev administrasiyasına etimad göstərmir, inanmır.

Çünki İslam Respublikasının hakimiyyəti uçurum astanasındadır. Bu baxımdan, hıtta Trampın Xamenei ilə danışıqlara cəhd etməsi də məntiqli görünmür.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Bu gün, 16:34
Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Bu gün, 16:18
“Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Bu gün, 16:16
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Bu gün, 16:09
İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Bu gün, 16:07
Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Bu gün, 16:04
Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Bu gün, 15:57
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Bu gün, 15:49
Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 15:45
Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Bu gün, 15:42
Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Bu gün, 15:40
Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Bu gün, 15:38
Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Bu gün, 15:33
Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Bu gün, 15:13
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16
"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08
Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru