Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                 

İslahatçı Pezeşkiandan islahat gözləntisi: İran dəyişir? - İNCƏLƏMƏ
Tarix: 12-07-2024, 09:00 | Çap et
İslahatçı Pezeşkiandan islahat gözləntisi: İran dəyişir?
Erkən seçkilər nəticəsində liberal islahatların və çoxvektorlu xarici siyasətin tərəfdarı olan islahatçı Məsud Pezeşkian İranın yeni Prezidenti oldu. Seçki kampaniyası zamanı o, qadınlara və milli azlıqlara daha böyük azadlıqların təmin edilməsinin zəruriliyindən danışıb, həmçinin ABŞ və Qərb ölkələri ilə sanksiyaların ləğvi ilə bağlı dialoqun mümkünlüyünü söyləyib. Eyni zamanda, bəzi KİV-lər Rusiya-İran münasibətlərində mümkün soyuqlaşmadan yazmağa başlayıblar.

Rusiyalı tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Şərq Mədəniyyəti Mərkəzinin rəhbəri, politoloq Lana Ravandi-Fədai “Lenta.ru”ya müsahibəsində Pezeşkianın hakimiyyətə gəlməsinin ölkə üçün nə demək olduğunu, onun daxili və xarici dövlətlərlə siyasətində hansı yol tutmaq niyyətində olması barədə fikirlərini səsləndirib.

- İranda keçirilən seçkilərdə islahatçı Məsud Pezeşkian qalib gəldi. Pezeşkian kimdir?

- Pezeşkian 1954-cü ildə Mehabad şəhərində anadan olub. Qərbi Azərbaycan vilayətinin paytaxtı, azərbaycanlı-kürd əhalisinin qarışıq yaşadığı şəhərdir. Türk əsillidir. İxtisasca ürək cərrahıdır. Üstəlik, İraqla müharibə zamanı hərbi həkim işləyib, tez-tez cəbhəyə gedib.

1994-1999-cu illərdə Pezeşkian Təbriz Tibb Universitetinin rektoru olub. Onun ilk ciddi siyasi vəzifəsi 1997-2001-ci illərdə Məhəmməd Hatəminin islahatçı hökumətində səhiyyə nazirinin müavini olmaq olub. Həmin hökumətin tərkibində 2001-2005-ci illərdə səhiyyə naziri vəzifəsində çalışıb.

Bundan sonra o, beş dəfə İran Parlamentinə deputat seçilib. 2016-2020-ci illərdə (mərkəzçi praqmatik Həsən Ruhaninin hökuməti altında) parlament sədrinin birinci müavini vəzifəsində çalışıb.

- Onun qələbəsindən sonra İranda nə dəyişə bilər?

- İranda daxili siyasi həyatın əhəmiyyətli liberallaşması həqiqətən də baş verə bilər. Məsələn, qadın geyimlərinə nəzarətin zəifləməsi, yeni müstəqil medianın yaranması və müəyyən mövzuların müzakirəsinə qoyulan qadağanın aradan qaldırılması kimi. Milli azlıqların hüquqları da ciddi şəkildə genişləndirilə bilər. Yeni Prezident məktəblərdə fars dili ilə yanaşı azlıqların dillərinin də tədrisinin, həmçinin yerli ədəbiyyatın tədrisinin, yerli dillərdə mətbuat və kitab nəşrinin inkişafının tərəfdarıdır. Əgər bütün bunlara nail olmaq mümkün olsa, o zaman İranda etiraz əhval-ruhiyyəsinin səviyyəsi xeyli azalacaq və məsələn, 2022-ci ildə müşahidə olunduğu kimi, belə intensiv kütləvi etirazlar olmayacaq.

- İran Prezidenti fiquru bu ölkədə nə dərəcədə əhəmiyyətlidir?

- Daxili və xarici siyasətdə əsas səlahiyyətlər təbii ki, Ali Dini Lider Əli Xamneinin əlində cəmləşib. Bu, ömürlük vəzifəsinə seçilən, ən yüksək kürsüdə olan şəxsdir. Ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyən edən Ali Dini Liderdir. Rəhbər dəyişməyincə, başqa sözlə, ölkənin daxili və xarici siyasətində köklü dəyişiklik olmayacaq. Prezident İran siyasi sistemində yalnız ikinci şəxsdir.

- Bəs İran Prezidentinin funksiyası tam olaraq nədir?

- Prezident ilk növbədə ölkəni beynəlxalq arenada təmsil edir. Lakin o, bir sıra mühüm spesifik səlahiyyətlərə də malikdir. Məsələn, Prezident hökuməti təyin edir (parlament tərəfindən təsdiq edildikdən sonra), həmçinin əyalət qubernatorlarını da təyin edir. Prezidentin ritorikası ölkədəki daxili siyasi atmosferə ciddi təsir edir, məmurlar Prezidentin çıxışlarını dinləyirlər. Əgər Prezident, məsələn, islahatçı Məhəmməd Hatəminin etdiyi kimi, daim liberallaşmaya ehtiyac olduğunu bəyan edirsə, elita onu dinləyir və zaman keçdikcə cəmiyyət üzərində nəzarət faktiki olaraq zəifləyir.

- Pezeşkianın Ali Dini Liderlə necə münasibət quracağı artıq məlumdurmu?

- Məsud Pezeşkian ilk açıqlamasında deyib ki, Xamenei ilə ziddiyyət təşkil etmək fikrində deyil və əsas məsələlərdə ona tabe olmağa hazırdır. Əvvəlki prezidentlər də ümumən dini rəhbərə sadiq idilər, baxmayaraq ki, Məhəmməd Hatəmi o vaxt bəzən “ümumi xətt”dən əhəmiyyətli dərəcədə kənara çıxırdı, daha böyük liberallaşmaya doğru gedirdi. Amma o, ən əsas məsələdə rəhbərlə ziddiyyət təşkil etmədi.

Hazırda ölkə rəhbərliyi üçün əsas məsələ dövlətin dinlə qırılmaz əlaqəsi, İsraillə diplomatik münasibətlərin yolverilməzliyi, geyimdə və gündəlik həyatda islami məhdudiyyətlərin aradan qaldırılmasının mümkünsüzlüyüdür.

- Ümumiyyətlə, İran Prezidenti Tehranın xarici siyasətində hansı rol oynayır?

- Xarici siyasətin əsas konturlarını dini rəhbər müəyyən edir. Amma səfərlər edən Prezidentdir və dünyanın aparıcı mediasının diqqət mərkəzində olan Prezidentdir. O, qarşıdurma bəyanatları deyil, güzəştə getsə və ölkənin maraqlarını bacarıqlı və effektiv şəkildə müdafiə edərsə, İranın dünyadakı nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldə bilər.

Ona görə də deyə bilərik ki, dünya İranı təbii ki, Prezidentin bəyanatları prizmasından qəbul edir ki, dünya əhalisinin əksəriyyəti siyasi sistemin incəliklərinə bələd deyil. Belə bir təəssürat yaranır ki, prezident İranda əsas məmurdur. Baxmayaraq ki, reallıqda belə deyil.

Nümunə olaraq bir tərəfdən Məhəmməd Hatəminin, digər tərəfdən isə Mahmud Əhmədinejadın siyasətini göstərmək olar.

Məhəmməd Hatəmi Prezident olduğu dövründə Qərbdə, xüsusilə Avropa İttifaqında, eləcə də 2001-ci ildə səfərdə olduğu Rusiyada İran haqqında təəssüratları xeyli yaxşılaşdıra bilmişdi. Mahmud Əhmədinejad dövründə isə əksinə, İran Qərblə tamamilə əlaqələri kəsdi. Baxmayaraq ki, təbii ki, Qərbin İranı özünə tabe etmək istəyinə və Qərb elitasının özlərinin bu ölkəyə qarşı qeyri-dost addımlarına göz yummaq olmaz. Rusiya ilə münasibətlər də müəyyən dərəcədə mürəkkəbləşmişdi. Burada müəyyən yanlış hesablamalar, prezidentin həddən artıq sərt və qarşıdurma xarakterli bəyanatları da rol oynayıb.

- Xarici siyasətdə Pezeşkiandan nə gözləmək olar?

- Biz başa düşməliyik ki, Pezeşkian balanslaşdırılmış və çoxvektorlu xarici siyasətin tərəfdarıdır. Bu o deməkdir ki, İran Qərb dünyası ilə münasibətlərini mümkün qədər yaxşılaşdıracaq, eyni zamanda, Rusiya, Çin, Hindistan və Avrasiyanın digər əsas ölkələri ilə münasibətlərini pisləşdirməyəcək. Bununla belə, Qərb onunla münasibətləri yaxşılaşdırmaq istəyən ölkələrdən müəyyən güzəştlər tələb etməyə meyllidir. Ona görə də gözləmək olar ki, İranın Rusiya və Avrasiya ölkələri ilə münasibətlərinin inkişafı ən azı yeni Prezidentin hakimiyyətinin əvvəlində səngiyəcək. Əgər ABŞ-da keçirilən prezident seçkilərində respublikaçılar qalib gəlsələr, yeni Prezident sadəcə olaraq onlarla münasibətləri yaxşılaşdıra bilməyəcək. Respublikaçılar, xüsusən də Donald Tramp İslam rejimini qəbul etmir və İranı hər cür sanksiyalarla boğmaq siyasətinin tərəfdarıdır. Bu halda Pezeşkian növbəti sanksiyaların mənfi təsirini azaltmaq üçün Rusiya və Çinlə münasibətləri aktiv şəkildə inkişaf etdirməyə davam etməli olacaq.

- Pezeşkianin qalib gəlməsi Qəzza zolağındakı münaqişəyə necə təsir edə bilər?

- Pezeşkianın bütün aparıcı İran siyasətçiləri kimi İsrailin Qəzzaya hücumlarını pisləyəcəyini, lakin mərhum Prezident İbrahim Rəisidən daha az sərt bəyanatlar verməsini gözləmək olar. Mənə elə gəlir ki, yeni Prezident apreldə olduğu kimi, İsraili birbaşa atəşə tutmaq kimi hərəkətlərdən imtina edəcək, münaqişənin həlli üçün diplomatik üsullar tapmağa çalışacaq.

AYNA.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt küçələri yenidən yuyuldu
Bu gün, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru