Rusiyaya qarşı “Krım işi”ndə qələbə: AİHM-in qərarı nə vaxt icra olunacaq? - Görünəni odur ki...
Tarix: 2-07-2024, 08:50 | Çap et
 Avropa İnsan Hüquqları Məhkəməsi Rusiya Federasiyası hökumətini 2014-cü ildə işğal başlayandan bəri müvəqqəti olaraq işğal olunmuş Krım Muxtar Respublikası ərazisi və Sevastopol şəhərində insan hüquqlarının pozulmasına dair inzibati təcrübəyə görə məsuliyyət daşıdığı qərarı verib. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) komissarı Marqatita Sokorenko bu barədə iyunun 25-də öz “Facebook” səhifəsində məlumat verib.
Xüsusilə, məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının təmin etdiyi çoxsaylı insan hüquqlarına Rusiya tərəfindən riayət edilməməsi ilə bağlı sübut edilmiş faktları aşkar edib: yaşamaq hüququ, işgəncəyə məruz qalmamaq hüququ, şəxsi azadlıq hüququ, hərəkət azadlığı hüququ, xüsusi mülkiyyət hüquqları, media azadlığı, dinc toplaşmaq və s.
Ukrayna media məkanında bu xəbər son dərəcə müsbət qarşılanıb və təkcə tərəfdaş ölkələrin koalisiyası deyil, həm də beynəlxalq məhkəmə institutları tərəfindən işğalçıya qarşı mübarizədə Ukraynaya dəstəyin növbəti təzahürü kimi qiymətləndirilib.
Ukraynanın ADER HABER hüquq firmasının hüquqşünası Andrey Kornienko məsələ ilə bağlı yazdığı analitik məqaləsində məsələnin detallarına toxunub. Hüquqşünas qeyd edib ki, son qərar əsasdır: “Ona əsasən AİHM Rusiya tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının pozulması faktlarını müəyyən edib. Amma gələcəkdə məhkəmə bu iş üzrə əlavə qərar - zərərçəkmişlərin xeyrinə ədalətli təminat verməli olacaq. Əslində, bu qərar pilotdur və açıq şəkildə digər dövlətlərarası işlərə baxılmasına da öz təsirini göstərəcək. Xüsusilə, Donetsk və Luqansk vilayətlərində insan hüquqlarının pozulmasına aid olan “Ukrayna və Hollandiya Rusiyaya qarşı işi”ndə. Bu, eyni amanda, vətəndaşların və ya hüquqi şəxslərin AİHM-ə təqdim etdiyi fərdi ərizələr əsasında Rusiya Federasiyasına qarşı işlərə baxılması prosesini sadələşdirəcək”.
“Lakin bütün müsbət məqamlara baxmayaraq, sual hələ də açıq qalır: AİHM-in qərarı necə həyata keçirilməlidir? İrəliyə baxsaq, onun Rusiya tərəfindən məcburi icrası üçün hüquqi alətlərin hələ mövcud olmadığını iddia etmək olar. Məsələ burasındadır ki, AİHM-in 46-cı maddəsində bəyan edilmiş yekun qərarlarının məcburi xarakter daşımasına baxmayaraq, onların praktikada icrası konvensiyanın iştirakçısı olan dövlətin iradəsi əsasında həyata keçirilir. Rusiya Avropa Şurasından çıxarılıb və 16 sentyabr 2022-ci ildən AİHM-in üzvü deyil. Lakin hətta 2022-ci ilin sentyabrına qədər Rusiya Federasiyası dövlətlərarası işlər üzrə AİHM qərarlarının icrasından bütün vasitələrlə yayınıb. Bunun bariz nümunəsi AİHM-in “Gürcüstanın işi” üzrə Rusiyaya qarşı 2021-ci il yanvarın 21-də qəbul etdiyi qərarıdır”, - deyə Sokorenko hesab edir.
Bununla belə, hüquqşünas qeyd edib ki, iddiaçılar, o cümlədən Ukrayna ümid edir ki, Rusiya Federasiyası gələcəkdə nə vaxtsa Avropa Şurasına qayıtmaq niyyətindədir: “Və sonra AİHM-in bütün qərarlarına əməl etməyə borclu olacaq. Ukrayna Ədliyyə Nazirliyi keçən il bildirmişdi ki, Ukrayna öz tərəfdaşlarına beynəlxalq orqanların məhkəmə qərarlarının qüvvəyə mindiyi təqdirdə müharibədən zərər çəkmiş ukraynalılara itkiləri ödəməyə imkan verəcək kompensasiya mexanizmi yaratmağı təklif edir. Əslində kompensasiya mexanizminin tətbiqi təkcə AİHM qərarlarının icrası kontekstində deyil, həm də Rusiya Federasiyasının hərbi təcavüzü nəticəsində dəymiş zərərin ödənilməsinə dair milli məhkəmələrin və beynəlxalq arbitrajların məhkəmə aktlarına münasibətdə vacibdir. Amma indiyədək rəsmilər konkret razılaşmaların əldə olunması ilə bağlı, məsələn, belə bir mexanizmin modeli ilə bağlı heç bir təfərrüat verməyiblər. Lakin yəqin ki, ukraynalı beynəlxalq hüquqşünasların və diplomatların səyləri kompensasiya mexanizminin Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirəsini nəzərdə tutmasını təmin etməyə yönələcək”.
“Beləliklə, bu gün AİHM-in “Krım işi” ilə bağlı qərarı daha çox siyasi əhəmiyyət kəsb edir və onun təzminat şəklində hüquqi nəticələrini yəqin ki, illərlə gözləməli olacağıq. Lakin buna baxmayaraq, Rusiyanın təcavüzündən əziyyət çəkən hər kəs milli və beynəlxalq məhkəmə qurumları ilə əlaqə saxlamalı, Rusiya tərəfindən törədilən qanun pozuntularını sənədləşdirməli və dəymiş ziyanın həcmini təsdiqləməlidir. Gec-tez Rusiya Ukraynaya vurduğu ziyanı ödəmək məcburiyyətində qalacaq”, - deyə hüquqşünas məqaləsini tamamlayıb.
AYNA.az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Görusdakı iclasda Zəngəzurdan Naxçıvana yol verilməsini müzakirə edib... -“Johovurd”
Bu gün, 10:31 |
|
|
|
• Bakıda özbaşına tikinti işləri aparan şəxsə hökm oxundu
Bu gün, 10:29 |
|
|
|
• Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR
Bu gün, 10:26 |
|
|
|
• Əcnəbi seyrə balonlarla çıxır: Xəzər rayonunda isə zibili eşşəklə daşıyırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:24 |
|
|
|
• Jurnalist Rəşad Baxşəliyevə ağır itki üz verib
Bu gün, 10:19 |
|
|
|
• Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti uzadıldı - AÇIQLAMA
Bu gün, 10:17 |
|
|
|
• Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm... - İTTİHAM VAR...
Bu gün, 10:13 |
|
|
|
• Bu şəhərdə 2 milyon manatlıq yol işləri hələ ki, kağız üzərində qaldı
Bu gün, 10:04 |
|
|
|
• Ruslar Azərbaycandan gələn bu məhsullara da QADAĞA QOYDU - Rosselxoznadzor İŞ BAŞINDA
Bu gün, 09:59 |
|
|
|
• Boksçumuz erməniyə qalib gəlib çempion oldu - FOTO
Bu gün, 09:55 |
|
|
|
• Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi - TƏFƏRRÜAT
Bu gün, 09:53 |
|
|
|
• KAPİTAL BANK digər banklardan NİYƏ GERİDƏ QALIR? - BU DA FAKT!
Bu gün, 09:47 |
|
|
|
• “Azercell” müştərilərini rəsmən BOĞAZA YIĞIB... - ETİRAZ VAR...
Bu gün, 09:41 |
|
|
|
• Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 09:31 |
|
|
|
• Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - 150 - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:27 |
|
|
|
• Müəyyən səbəbdən iş yerində olmayan işçinin... - ekspert danışır...
Bu gün, 09:22 |
|
|
|
• Vilayətinin SURİYA SANCISI... - Molla rejimi sərsəmləməkdə davam edir...
Bu gün, 09:17 |
|
|
|
• Azərbaycanın Karapetyanı KİM OLACAQ? - belə birisi VARMI?
Bu gün, 09:07 |
|
|
|
• "İcraçı Kredit Agentliyi" BOKT ləğv olunur
Bu gün, 09:04 |
|
|
|
• Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra... - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 08:55 |
|
|
|
• Trampın vaxt qoymaqlığı... - NƏ BAŞ VERİR?
Bu gün, 08:52 |
|
|
|
• Kodlaşdırma vaxtı çatır: Qiymət “göydə uçuşur” - NƏ ETMƏLİ?
Bu gün, 07:56 |
|
|
|
• Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 07:48 |
|
|
|
• Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI - Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ
Bu gün, 07:44 |
|
|
|
• İrəvanla Bakı arasında yekun anlaşma... - AN MƏSƏLƏSİDİR...
Bu gün, 07:38 |
|
|
|
• Azərbaycan-Ermənistan sülh danışıqları: Detallar üzə çıxır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• Göyçay sakinləri niyə narazılıq edir? - VİDEOMÜRACİƏT
Bu gün, 07:20 |
|
|
|
• Qusarda tənəzzül edən təhsil sistemi - AXI NİYƏ?..
Bu gün, 07:15 |
|
|
|
• Ev tikmək istəyənlərə vacib xəbər – Bunu mütləq edin, əks halda…
Bu gün, 07:11 |
|
|
|
• "Bu təklifin reallaşması yaxşı müəllimlərin sistemdən sıxışdırılıb çıxarılmasına səbəb ola bilər" - ÇÜNKİ...
Bu gün, 07:08 |
|
|
|
• Orta məktəb şagirdi nazirə rəsmən DƏRS KEÇDİ - MÜRACİƏT
Bu gün, 07:06 |
|
|
|
• Səbail məhkəməsinin icraçıları qanun tanımır - NAZİRƏ AÇIQ MƏKTUB
Bu gün, 07:02 |
|
|
|
• "ARKOZ Qazax Sement Zavodu"nun yarım milyonluq borcu üzə çıxdı - 600 minlik yük kimin çiynindədir?
Bu gün, 06:39 |
|
|
|
• Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə... - Azərbaycanla sülh əldə etmək çətin olacaq
Bu gün, 06:35 |
|
|
|
• Ətin qiyməti bahalaşır: SƏBƏB NƏDİR? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• Ata Abdullayevin Amerikalı arvadı Ombudsman Aparatında - FOTO
Bu gün, 06:21 |
|
|
|
• Trampın Zəngəzur planı - GƏLİŞMƏ
Bu gün, 06:18 |
|
|
|
• " “Qafqaz Evi” ideyası praktikada mümkün deyil..." - partiya sədri
Bu gün, 06:11 |
|
|
|
• İrəvan rədd etdi, Türkiyə “bilmirik” dedi, Bakı susdu – Regionu silkləyən TƏKLİF
Bu gün, 06:06 |
|
|
|
• "Anam mənim evimdir" - FOTO
Bu gün, 05:36 |
|
|
|
• "Qumar kralı"nın adamları azadlığa çıxdılar - 8 illik hökm ləğv edildi
Bu gün, 05:31 |
|
|
|
• Oğul Şıxlinskinin həbsi buna görə imiş - TƏFƏRRÜAT
Bu gün, 01:00 |
|
|
|
• Ermənistan Fransaya hərbi attaşe təyin edib
Dünən, 18:00 |
|
|
|
• Əmək məcəlləsinin pozulması halları... - Ekspert danışır...
Dünən, 17:47 |
|
|
|
• FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb – 239 min ayrıldı
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı – rusiyalı idmançıya gözlənilməz qadağa
Dünən, 17:38 |
|
|
|
• Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər - BUNDAN SONRA...
Dünən, 17:34 |
|
|
|
• ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi - TƏFƏRRÜAT
Dünən, 17:30 |
|
|
|
• Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
Dünən, 17:13 |
|
|
|
• Paşinyan yeni katolikos axtarır
Dünən, 17:10 |
|
|
|
|