“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                     Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar .....                     Əmək normalarının tətbiqi... .....                     Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib .....                     Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib .....                     Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir .....                     “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” .....                     Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… .....                     “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR .....                     Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri .....                     Paşinyan bir həftəlik məzuniyyətə çıxıb .....                     Hələ də bu şirkətə etibar edən varmı? .....                     Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil .....                     Baş redaktor vəzifəsindən ayrıldı .....                     Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif .....                     Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu .....                     Naxçıvanda nə haq var... nə də ədalət... .....                     “Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... .....                     Suriya-İsrail toqquşması bizim işimizə yaramır... .....                     NATO Azərbaycanda... ruslar əndişədə... .....                     Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... .....                     Bakı dayandı, Moskva davam edir .....                     Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır .....                     “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi .....                     Bura körpələri əmanət etmək olmaz .....                     Amerika Azərbaycanı rüsumla “vurur”? .....                     Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB .....                     Daha bir MTK gərgin yöndə irəliləyir .....                     YAĞ MAFİYASI İŞ BAŞINDA... .....                 

Putinin özünüifşa seansı: gizli şifrələrin aşkar etirafı - İNCƏLƏMƏ...
Tarix: 13-09-2023, 15:44 | Çap et
Putinin özünüifşa seansı: gizli şifrələrin aşkar etirafı
Rusiya Prezidenti Vladimir Putinin rəsmi tərcümeyi-halında onun Leninqrad Dövlət Universitetinin (LDU) hüquq fakültəsinin məzunu olduğu qeyd edilib. Və o, hüquqşünasların məşhur yumoristik kəlamını bilməyə bilməz: hər hansı bir araşdırmada kələfin ucunun özünə aparıb çıxarmamasıdır. Halbuki biz onun çıxışında məhz bunu gördük.

"Biz nizamlanma variantlarımızı təklif etmişik, bu, hamıya məlumdur. Ermənistan məlum Ermənistan-Azərbaycan münaqişəsindən sonra öz nəzarətində saxladığı 7 rayona nəzarət edirdi. Biz təklif etdik ki, Azərbaycanla elə bir razılaşma əldə edək ki, iki rayon - Kəlbəcər və Laçın və bütün Qarabağ faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalacaqdı. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı, baxmayaraq ki, biz 10-15 il Ermənistan rəhbərliyini razı salmağa çalışdıq. Müxtəlif variantlar vardı, amma hər şey bu sonluğa aparırdı”, - deyə Rusiya lideri Vladivostokda Şərq İqtisadi Forumunun plenar sessiyasında söyləyib.

Və bu, informasiya bombasının partlaması idi. Çünki Putin faktiki olaraq etiraf etdi ki, Azərbaycan ərazilərinin bir hissəsinin işğalına dəstək verməyə hazırmış. Bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin və separatizmə dəstəyin təzahürü adlandırılır. Yəni Rusiyanın özü indi bütün dünyaya münasibətdə məhz bunu nümayiş etdirir. Belə ki, Putin açıq və yüksək səslə etiraf etdi ki, bütün bu illər ərzində Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində heç də qərəzsiz olmayıb.

Bəli, Rusiya Federasiyasının Prezidenti yüksək səslə etiraf etdi ki, o, münaqişənin beynəlxalq hüququn və dövlətlərin ərazi bütövlüyü prinsipinin zərərinə həllini şəxsən özü tətbiq edib. O, münaqişəni Azərbaycanın dövlət və milli maraqları hesabına “həll etməyə” çalışırdı. Və bu, Rusiya Federasiyasının ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq baş verirdi. Bu, Rusiya və Putinin dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və hörmət etdiyini bəyan etməsinə baxmayaraq reallaşacaqmış.

Bu, onun Azərbaycanın ərazi bütövlüyünə və öz bəyanatlarına “hörmətinin” əsl qiymətidir. Onun ifadəsinə diqqət yetirin. Putin demir ki, Ermənistan ölkəmizin ərazilərinin 20 faizini işğal edib. O deyir ki, Ermənistan Azərbaycanın yeddi rayonuna nəzarət edirdi. İndi onun etiraf etməsi qalır ki, bu “nəzarət” Ermənistana Rusiyanın maksimum siyasi, hərbi və digər dəstəyi ilə baş tutub.

““Siz sonra nə edəcəksiniz” – sualmıza cavab verirdilər: “Mübarizə aparacağıq”. Sonda hər şey indi yaranmış vəziyyətə gəldi", - deyə Rusiya Prezidenti özünüifşa sessiyasını davam etdirib.

Belə ki, o, Ermənistanın iki keçmiş prezidentinin - Qarabağ xuntasının keçmiş liderləri olan Robert Köçəryan və Serj Sarkisyanın beynəlxalq hüquq normalarına riayət etmək istəməyərək maksimalist mövqe tutduğunu bildirib. Putin indi elə göstərmək istəyir ki, guya Köçəryanı və Sarkisyanı yola gətirmək üçün onun mexanizmləri yoxdur və olmayıb.

Əslində, təbii ki, var idi. Amma Rusiyanı 44 günlük müharibədən əvvəl yaranmış vəziyyət qane edirdi. Bu vəziyyət Kremlə eyni vaxtda həm Bakıya, həm də İrəvana təzyiq göstərməyə imkan verirdi. Üstəlik, gördüyümüz kimi, ərazilərimizi işğal altında saxlamaq planlarında İrəvanı dəstəkləyərək, daha çox Bakıya təzyiq olub.

Amma bu planları kim dayandırıb? Onları kim sıfırladı? Azərbaycan Prezidenti İlham Əliyev. Məhz ölkəmizin siyasi, hərbi və iqtisadi cəhətdən güclənməsi Ermənistan üçün faydalı olan və Rusiya Federasiyası tərəfindən dəstəklənən status-kvonun saxlanmasını mümkünsüz etdi. Sadə dillə desək, Azərbaycan ordusu 44 günlük müharibədə təkcə Ermənistan ordusunu deyil, Rusiya Federasiyasının planlarını da darmadağın etdi.

Buna şübhə edənlər üçün 44 günlük müharibə bitdikdən sonra Azadlıq meydanında baş tutan Qələbə paradını xatırlamağı təklif edirəm. Orada qənimət kimi götürülən Rusiya hərbi texnikası nümayiş etdirilib. Üstəlik, Ermənistan tərəfinin Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” də daxil olmaqla, Rusiya hərbi texnikası bu gün də Bakıdakı “Hərbi qənimətlər” parkında nümayiş etdirilir.

Ermənistan Respublikasının indiki rəhbərliyi, mən ayrıca qeyd edim, 44 günlük müharibədən əvvəl heç də qərbyönlü deyildi. İşğalçı ölkənin əvvəlki rəhbərləri kimi rusiyapərəst idi. İndi Qərbə yönəlik reveranslar etməyə çalışan Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deyə qışqırırdı.

Üstəlik, Rusiya 44 günlük müharibədən əvvəl və müharibə zamanı Ermənistanı silahla təmin edib. Rəsmi və qeyri-rəsmi yolla - fərq etməz. Deməli, Putinin hər şeyi yalnız “Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyan” hazırkı Ermənistan rəhbərliyinin üzərinə atmaq cəhdləri manipulyasiyadır.

Ermənistan rəhbərliyi faktiki etiraf etdiklərini şifahi olaraq etiraf etmək məcburiyyətində qaldı. Dinc danışıqlara hazırlığı simulyasiya etmək üçün. Eyni zamanda Ermənistanın dövlət büdcəsindən Qarabağ xuntasının maliyyələşdirilməsi davam edir. Vladimir Putin isə bütün bunları bilməyə bilməz, necə ki, rəsmi İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinə Rusiya Federasiyasının məhz birbaşa müdaxiləsini gözlədiyi üçün ritorikasını dəyişdiyini başa düşməyə bilməz.

Rusiya öz qələbəsinə arxayın olsaydı, bunu edə bilərdi. Amma məsələ ondadır ki, o, Azərbaycanın həm iqtisadi, həm hərbi gücünü, həm də Türkiyədən Azərbaycana hərtərəfli dəstəyin olmasını başa düşür. Putin bu təkzibolunmaz və aşkar faktı tanımırdı. Lakin onun indi dedikləri Kremlin planlarının nə olduğunu və hələ də qaldığını anlamaq üçün kifayətdir. Rusiya həmişə məşhur “parçala və hökm sür” postulatına uyğun hərəkət edib, hərəkət edir və etməyə çalışacaq.

Sadəcə etməyə çalışacaq. Çünki o, artıq planlarını həyata keçirə bilmir. Və sonra biz Rusiya Federasiyasının özünün parçalanacağı bir vəziyyəti görə bilərik. Və o zaman müxtəlif səviyyələrdə azərbaycanlı siyasətçilər özlərini sülhməramlılar rolunda sınayaraq iddia edə bilərlər ki, Rusiyanın iştirakı ilə münaqişələrə elə son qoyulmalıdır ki, Moskva və Sankt-Peterburqun nəzarətində qalsın…
//AYNA//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40
Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34
Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30
Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24
Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20
“Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17
Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12
NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03
Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03
“Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01
Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56
Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48
Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40
YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34
Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? - AÇIQLAMA
Bu gün, 06:31
Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Paşinyan Qərbə sülh görüntüsü verir, amma... - Bakı real imza və icra tələb edir
Bu gün, 06:24
Bakıda daha bir reper həbs olundu - BUNA GÖRƏ
Bu gün, 06:21
Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək
Bu gün, 06:19
Cənubi Qafqazda vəziyyəti izləyirik - ABŞ
Bu gün, 06:16
"Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı - TƏFƏRRÜAT
Bu gün, 06:14
Suriya lideri Dəməşqi tərk edib - KİV
Bu gün, 06:12
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib
Dünən, 19:55
Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür
Dünən, 19:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru