Pəhləvini İsrailə aparan GÜC: Ssenari necə yazılır? - İNCƏLƏMƏ...
Tarix: 18-04-2023, 17:13 | Çap et
 ABŞ-də yaşayan sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin İsrailə səfəri kartların açıq oynanıldığını göstərir. Bu səfər İran rejiminin daxildə və xarici ölkələrdəki zorakılıq alovunu, regionda qeyri-sabitlik yaratmaq səylərini gücləndirdiyi vaxta təsadüf edir. Beləcə, Pəhləvinin Holokostu Anma Günündə İsrailə gedərək Baş nazir Benyamin Netanyahu ilə görüşünün üzərinə çəkilən sirr pərdəsi qaldırılır. Təbii ki, Holokostla bağlı İsrailə dəstək simvolik örtükdür və işin altından Pəhləvinin İranda rejimi dəyişdirmək cəhdləri üçün tuta biləcəyi mövqe dəqiqləşdirmələri çıxır. Siyasətdə çərxi-fələyi döndərən fiqurlar hazırlanarkən onların kütləni ələ almaq üçün situasiyaları idarə edə bilmək bacarıqlarını yoxlayırlar. Ancaq Rza Pəhləvi yeni fiqur deyil, üstəgəl İranda şahlıq rejiminin və onun mirasının alovlu tərəfdarları da yoxdur, ancaq alternativ fiqur kimi yenə Pəhləvi meydanda tutulur. İnandırıcı deyil ki, Pəhləvini hakimiyyət zümrəsində hansısa bir kürsünün “sahibi” kimi hazırlayırlar, yox, o, sadəcə, psixoloji üstünlük üçün lazımdır. Pəhləvi vasitəsilə şahlıq rejimindəki hüquq və azadlıqlar haqqında nostalji hisslər coşdurulur, indiki molla rejiminin məntiqini dağıtmaq üçün istifadə edilir. Ancaq İrandakı etiraz aksiyalarının motivində keçmiş günlərə qayıtmaq deyil, ölkəni teokratik rejimin buxovundan qurtarıb daha irəliyə aparmaq dayanır. Bunlar etirazçıların səmimi hisslərini ifadə edən hissələrinə aiddir, lakin aksiyalar həm də SEPAH və xarici qüvvələr tərəfindən də qızışdırılır. Yəni etirazların təşkili, onların idarə edilməsi, “qırmızı xət”lərin müəyyən olunması hələ Pəhləvinin hakimiyyətə hazırlanması demək deyil. Ancaq İranın tanınmış xadiminin İsrailə ilk açıq səfəri bəzi mətləbləri açır, məsələn, Təl-Əviv oğul Pəhləviyə sərmayə qoymağı nəzərdən keçirə bilər. Bu, daha çox ABŞ-nin təklifi və ssenarisi kimi qavranılır və böyük ehtimalla Vaşinqton İsraillə Rza Pəhləvi arasındakı bağlantını qurmaqla özünün beynəlxalq siyasətdəki insan hüquqları mövzusunu inkişaf etdirir. İsrailin üzərinə düşən vəzifə Pəhləvi fiqurunu cilalamaqdır, onun potensialını təftiş etmək və bundan sonra gəldiyi qərarları ABŞ-yə açıqlamaqdır. İsrail Pəhləvinin hakimiyyətə gətirilməsində maraqlı deyil, ola bilsin ki, ona İranla müharibə perspektivi kontekstində mövqe seçmək barədə düşünür. İndi Pəhləvi qarşısında təlimat qoyulacağı gözləniləndir və bunu üç istiqamət üzrə təsvir etmək olar. 1. ABŞ Pəhləvini İrandakı etirazçıları bir nöqtədə birləşdirmək üçün yetişdirir; 2. İrandakı etirazlar ABŞ-nin yararına işləyən formada yönləndirilir; 3. İsrail daxili qarışıqlıqlardan istifadə edərək İranın hərbi obyektlərini atəş altında saxlayır. Bu ssenaridə Pəhləvi həmçinin İranda İsrailə qarşı ictimai əhvali-ruhiyyəni ölçən indikator kimi də çıxış etməlidir. PROQNOZ: Pəhləvi kartının kozıra çevriləcəyi inandırıcı deyil, çünki İrandakı etirazların motivində sonuncu şahın oğluna istinadlar yox dərəcəsindədir. İran Pəhləvinin İsrailə səfərinə cavab verəcək, bunun səsi Livan, Suriya və Fələstin cəbhələrində çıxacaq. Hətta ehtimal etmək olar ki, İran İsrailin daxilində də aktlar planlaşdırsın. İranın cavab verəcəyi coğrafiya ABŞ və Avropanı da əhatə edə bilər, çünki Tehran Qərbdə molla rejiminə dissident olanların aradan götürülməsinə çalışır. Aqşin Kərimov - DİA.AZ


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kassap Döner" QALMAQALI: 17 nəfər zəhərləndi, məsuliyyət kimdədir? - AKTUAL
Bu gün, 18:05 |
|
|
|
• Dolların kursu dəyişəcək? - EKSPERT AÇIQLADI
Bu gün, 18:02 |
|
|
|
• Böyük güclərin Cənubi Qafqazda qarşıdurması - Yeni mərhələ başlayır!
Bu gün, 17:58 |
|
|
|
• "Artıq nələrim var, unutmuşam"
Bu gün, 17:48 |
|
|
|
• Deputatlardan Paşinyanın təbrikinə reaksiya: - "Hərəkətləri görüntü xarakteri daşıyır"
Bu gün, 17:41 |
|
|
|
• Dönərxanalarda mütləq şəkildə sanitar və gigiyenik tələblərə əməl olunmalıdır - ÇAĞIRIŞ
Bu gün, 17:39 |
|
|
|
• Paşinyan iqtidarının təhlükəsizliyinin təminatçısı Türkiyə və Azərbaycandır - Erməni politoloqdan ilginc iddia
Bu gün, 17:34 |
|
|
|
• 2 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb öldü
Bu gün, 17:20 |
|
|
|
• Xoşqədəmin atasının yasında izdiham - VİDEO
Bu gün, 17:15 |
|
|
|
• Jurnalistə ağır itki üz verib
Bu gün, 17:13 |
|
|
|
• Sabah Qazaxıstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Bu gün, 17:11 |
|
|
|
• II Qaregin istefa verməlidir! - Paşinyan katalikosa ÇAĞIRIŞ ETDİ
Bu gün, 15:22 |
|
|
|
• Putinlə Tramp arasında münasibətlər işgüzardır - Lavrov
Bu gün, 15:19 |
|
|
|
• Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib
Bu gün, 15:16 |
|
|
|
• Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur - YAP-çı deputat
Bu gün, 13:12 |
|
|
|
• Paşinyandan Bakının xeyrinə gediş – İki nəfəri belə ifşa etdi
Bu gün, 13:08 |
|
|
|
• Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm - MÜSAHİBƏ
Bu gün, 13:06 |
|
|
|
• Tikinti şirkətləri üçün böyük fürsət - 18,5 MİLYON MANATLIQ TENDER
Bu gün, 13:01 |
|
|
|
• Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
Bu gün, 12:33 |
|
|
|
• “Haqqımda söz demək sənin başın üçün deyil” - Manaf Ağayev HƏDƏLƏDİ
Bu gün, 12:29 |
|
|
|
• Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir - Ermənistanın "strateji xəyanəti"
Bu gün, 12:22 |
|
|
|
• "Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi - İcazə verin şübhələnək...
Bu gün, 12:21 |
|
|
|
• “Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək”
Bu gün, 12:16 |
|
|
|
• Kiçik balıqların okean istəyi: -SSRİ-nin bərpası real deyil
Bu gün, 12:04 |
|
|
|
• II Qaregin subaylıq əhdini pozub, övladı da var - Nikol Paşinyan
Bu gün, 11:58 |
|
|
|
• "Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" - Ekspert danışır
Bu gün, 11:55 |
|
|
|
• “Mən Putini Trampdan daha yaxşı anlayıram” - Zelenski
Bu gün, 11:36 |
|
|
|
• Naxçıvanın yarıtmaz idarəçiliyi: HƏR HƏFTƏ... HƏR BAYRAM BAKIYA QAÇIRLAR... - AXI NİYƏ?
Bu gün, 11:35 |
|
|
|
• Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat - NƏ BAŞ VERİR?
Bu gün, 11:29 |
|
|
|
• II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaq - GƏLİŞMƏ
Bu gün, 11:27 |
|
|
|
• Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı - KİV
Bu gün, 11:23 |
|
|
|
• "Nə xoş mənə ki, adım artıq onlarla birlikdə çəkilmir"
Bu gün, 11:20 |
|
|
|
• Bulvarda Aygün Kazımova izdihamı - VİDEO
Bu gün, 11:12 |
|
|
|
• Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi - AÇIQLAMA
Bu gün, 11:08 |
|
|
|
• Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR
Bu gün, 10:49 |
|
|
|
• Rəna Soltanovanın daha bir qurbanı danışdı... - "İşimdən oldum, külli miqdarda pul itirdim"
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi
Bu gün, 10:30 |
|
|
|
• Binəqədidə başçının satmadığı YER QALMAYIB - daha bir QANUNSUZLUQ
Bu gün, 10:24 |
|
|
|
• Ermənilərlə görüşən deputat: Dedilər biz belə sülh istəmirik - MÜSAHİBƏ
Bu gün, 10:17 |
|
|
|
• Qazaxıstan şirkəti Azərbaycan bazarından geidir
Bu gün, 10:12 |
|
|
|
• Vüqar Gülməmmədova ağır itki
Bu gün, 10:00 |
|
|
|
• Mask yenidən Trampı dəstəklədi
Bu gün, 09:56 |
|
|
|
• Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə – “Hər kəs ehtiyatlı olsun!”
Bu gün, 09:36 |
|
|
|
• ABŞ-də SSR-in bayrağı qaldırıldı
Bu gün, 09:34 |
|
|
|
• Naxçıvanda “Kassap Döner”də KÜTLƏVİ XƏHƏRLƏNMƏ... - 17 nəfər...
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın korteji qəzaya uğramayıb... -Ermənistan DİN və mətbuat katibindən təkzib
Bu gün, 09:27 |
|
|
|
• Gəncə səhiyyəsi ACINACAQLI DURUMDA... - NARAZILIQ VAR...
Bu gün, 09:24 |
|
|
|
• ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var? - TƏFƏRRÜAT
Bu gün, 09:12 |
|
|
|
• Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Bu gün, 09:03 |
|
|
|
• İcra başçısının iyun ayı üzrə ilk səyyar görüşü Orta Salahlı kəndində baş tutdu - FOTO
Bu gün, 08:47 |
|
|
|
|