Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır? .....                     Təyyarəmizdə bu nə dəliklərdir? .....                     Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb .....                     “Hələ müəyyən edə bilməyiblər” .....                     Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb .....                     ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir .....                     Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur .....                     Ermənistanla səfirliklərin açılması .....                     4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib .....                     Kredit daha çox hansı sektora yönəlib? .....                     Diplomların tanınmaması normaldır... .....                     “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? .....                     Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı .....                     AZAL-dan MATƏM PAYLAŞIMI .....                     “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” .....                     Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ .....                     Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib .....                     "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" .....                     Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... .....                     Təyyarə qəzasından sağ çıxan şəxs: .....                     “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü .....                     Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub .....                     Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı .....                     Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR .....                     Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ .....                     Sədri dəyişən metropolitendə nə dəyişəcək? .....                     “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” .....                     Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... .....                     Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var .....                     Matəm günündə dərs olacaq? .....                     Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? .....                     Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... .....                     Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər .....                     Sabiq deputatı Fərhad Qəribov vəfat edib .....                     Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... .....                     Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir .....                     Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır .....                     67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub .....                     Dekabrın 26-da Azərbaycanda matəm elan edilib .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər .....                 

Qərb Ərdoğanın prezident olmasını niyə istəmir? - “The Washington Post” bu suala cavab verir
Tarix: 31-03-2023, 14:59 | Çap et
Qərb Ərdoğanın prezident olmasını niyə istəmir?
Türkiyədə mayda keçirəcək seçkidə iqtidar partiyası AKP-ni Rəcəb Təyyib Ərdoğan, ana müxalifət partiyası CHP-ni isə Kamal Qılıncdaroğlu təmsil edəcək.
Sirr deyil ki, Qərb Tayyib Ərdoğanın prezident olmasını istəmir. Niyə istəmir? Bu suala Qərbin öz dilindən verilmiş cavabı təqdim edirəm. Sitatlar “The Washington Post” qəzetində gedən “The World’s Most Important Election in 2023 Will Be in Turkey” (2023-cü ildə dünyanın ən mühüm seçkisi Türkiyədə olacaq) adlı məqalədən götürülüb. 2023-cü ilin 9 yanvarında çap olunan yazı siyasi təhlilçi Bobby Ghosh tərəfindən qələmə alınıb.
O, yazır ki, Türkiyədəki seçkinin nəticəsi “Vaşinqton və Moskvada, eləcə də Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrikadakı paytaxtlarda geosiyasi və iqtisadi hesablamaları formalaşdıracaq. “Royal United Services Institute for Defense and Security Studies”-in baş elmi işçisi Ziya Meral deyir: “Türkiyədə baş verənlər təkcə Türkiyəni etikiləməyəcək...Türkiyə orta gücə sahib ölkə hesab oluna bilər, lakin Türkiyədəki seçkidə böyük dövlətlərin özəl maraqları var”.
Gördüyünüz kimi, birmənalı olan odur ki, Türkiyədəki seçkinin istənilən nəticəsi, dünyanın siyasi, iqtisadi və hərbi mənzərəsinə yeni nizam verəcək. Yəni heç bir şey əvvəlki kimi olmayacaq. Mustafası, fərq eləməz, Ərdoğan və ya Qılıncdaroğlu prezident seçilsin-hər iki halda dünya çapında ciddi dəyişikliklər olacaq. Amma fərqli istiqamətlərdə...
Məqalədə deyilir ki, Qərb liderləri Ərdoğanın iqtidardan getməsinə şad olacaqlar: “ Ərdoğan Rusiyadan raketdən müdafiə sistemləri almaqla NATO-nun təhlükəsizliyini (Yunanıstana isə belə bir irad bildirilmir. Elbəyi Həsənli) pozdu, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü əngəlləməklə alyansı məyus etdi, dəfələrlə Avropanı qaçqınlarla doldurmaqla hədələdi və son aylarda Yunanıstana qarşı getdikcə daha döyüşkən ritorikadan istifadə etdi. Ankaranın Vaşinqtonla münasibətləri o həddə qədər gərginləşib ki, yüksək səviyyəli türk rəsmiləri ABŞ-ı Ərdoğana qarşı dövlət çevrilişini dəstəkləməkdə və terrorçu qruplarla əməkdaşlıqda suçlayırlar.
ABŞ və Avropa Ərdoğanın dünyadakı proseslərə pozucu təsirindən narahatdır, xüsusən Qərbin Vladimir Putinlə qarşıdurması gücləndiyi bir vaxtda bu, heç arzulanan deyil. Ərdoğanın tərəf müqabili kimi faydası məhduddur: Keçən ilin yayında o, Ukraynadan taxıl və bitki yağı axınının davam etdirilməsinə dair razılaşmanın əldə olunmasına kömək etsə də, Ərdoğan “əziz dostu” Vladimirə heç bir maneə törətmədi”.
“Vaşinqtonun və Avropa paytaxtlarının xarici siyasət dairələrində bir çoxları onun Qərbə qarşı soyuqluqdan geri çəkilə biləcəyinə ümid bəsləsələr də, Ərdoğanın dünyagörüşü əksər qərblilərin düşündüyündən daha radikaldır. Ərdoğan rəsmi Ankaranın getdikcə daha çox nüfuz etdiyi Türkiyənin yaxın qonşuluğu ilə bağlı ambisiyaları Amerika və Avropanın təsirini tamamlamaq deyil, “onları əvəz etmək və onlara qarşı çıxmaqdır”, politoloq Səlim Koru deyir.
Bu məqamı bir az “xırdalayaq”. Yəni Türkiyə qonşu ölkələrə getdikcə daha çox nüfuz edir. ABŞ və Avropa İttifaqı istəyir ki, Türkiyə həmin ölkələrdə özünün yox, Qərbin maraqlarından çıxış etsin, Qərbin maraqlarının təmsilçisi qismində yer alsın. Türkiyə isə nəyinki bunu etmir, tam əksinə, Qərbin maraqlarına qarşı çıxır və öz maraqlarını daha kəskin şəkildə qabardır. Biz bunu Türkiyənin Cənubi Qafqaza bağlı yeritdiyi siyasətdə aydın gördük. Aydındır ki, Türkiyə Cənubi Qafqazda Qərbin marağından çıxış etsəydi ən azı Azərbaycana siyasi və hərbi dəstək verməməli idi...
Yenidən məqaləyə qayıdıram: “İstanbul EDAM analitik mərkəzinin direktoru Sinan Ülgen deyir ki, Ərdoğan məğlub olarsa, “onun varisi Türkiyəni mövqeyi Qərb üçün daha rahat olan fərqli bir xarici siyasət aktyoruna çevirəcək”.
“Ancaq bu baş versə belə, heç kim sürətli 180 dərəcə dönüş gözləməməlidir. Ərdoğanın türk qurumlarını - hökuməti, ordunu, akademik dairələri, dini qurumları və medianı radikal dünyagörüşünə kökləmək üçün 20 il vaxtı olub. Yeni prezident olsa, Ərdoğanın tikdirdiyi binanı sökməli olacaq. Bunu həyata keçirmək çətindir, çünki Ərdoğanın AK Partiyası parlamentdə əhəmiyyətli bir varlıq olaraq qalacaq, dəyişikliyə şiddətlə müqavimət göstərəcək”.
Bir daha xatırladım ki, bu məqalə bu il yanvarın 9-da yazılıb. Onda hələ Türkiyədə zəlzələ olmamışdı, “Altılı Masa (+HDP)” müxalifətin vahid namizədi kimi Kamal Qılıncdaroğlunu seçməmişdi.
Sözügedən məqalədə deyilir ki, “Ərdoğanın üstünlük verdiyi rəqib CHP-yə 12 il rəhbərlik edən bir qədər rəngsiz (solğun) veteran siyasətçi Qılıncdaroğludur. Bir çox türk politoloqları deyirlər ki, daha gənc, daha xarizmatik İmamoğlu daha güclü rəqib olacaq”.
Şübhəsiz ki, İmamoğlunun şansı daha yüksək idi. Ancaq “Altılı Masa” sanki Tayyib Ərdoğanın sifarişi ilə Kamal Qılıncdaroğlunu önə verdi...
Mənim baxışıma görə, Ərdoğanın böyüklüyü ondadır ki, o, Türkiyəni ABŞ başda olmaqla Qərbin caynağından qoparmağa çalışır, heç şübhəsiz ki, o, bir daha prezident seçilsə, Türkiyə Qərbin əsarətindən birdəfəlik qurtulacaq. Qərb Türkiyənin Osmanlı əzəmətinə dönüşünün qarşısını almaq üçün Ərdoğan iqtidarını 2023-cü ildə bitirmək istəyir. Bitirə bilməsə, Türkiyənin inkişafının qarşısını almaq mümkün olmayacaq...
Məsələ belədir: Türkiyə qüdrətli dövlət olmaq istəyirsə, öz maraqlarından çıxış etməlidir. Yox əgər Türkiyə Qərbin əlaltısı qismində mövcud olmaq istəyirsə, onda ABŞ-ın çaldığı ilə oynamalıdır...
Ancaq məqalədə də deyildiyi kimi, Türkiyəni Qərbin təlimatı ilə idarə etmək bundan sonra çox çətin olacaq. Hətta müxalifət seçkidən qalib çıxsa belə AKP Türkiyənin Qərbin təlimatları ilə idarə olunmasına şiddətli müqavimət göstərəcək...
Bir şeyi də deyim. Əlbəttə, Türkiyə Qərbə qarşı düşmən mövqedə olmalı deyil. Ancaq Qərblə münasibətdə Türkiyə öz maraqlarını arxa plana ata da bilməz. Atsa, Türkiyə super-gücə çevrilə bilməz. Ona görə də Türkiyə öz milli və dövlət maraqlarını Qərblə uzlaşdıraraq qarşılıqlı anlaşma şəraitində yoluna davam etməlidir. Qərblə münasibəti kəskinləşdirmək Türkiyəyə qətiyyən lazım deyil. Əksinə, münasibətləri mümkün qədər yumşaltmaq və anlaşma nöqtələrinə istinad etməklə irəliləmək lazımdır. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Ancaq ən optimal yol budur...

Elbəyi HƏSƏNLİ - DİA.AZ

MƏQALƏ BURADA: The World’s Most Important Election in 2023 Will Be in Turkey










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:51
Təyyarəmizdə bu nə dəliklərdir? - Qazaxıstan rəsmisinin cavabı
Bu gün, 21:46
Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb - 23 vətəndaşımız ölüb
Bu gün, 21:43
“Hələ müəyyən edə bilməyiblər” - Stüardessanın qardaşı danışdı
Bu gün, 21:08
Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb - Nəqliyyat naziri
Bu gün, 21:03
ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova
Bu gün, 19:32
Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 19:09
Ermənistanla səfirliklərin açılması Azərbaycanla koordinasiyalı şəkildə reallaşacaq
Bu gün, 19:00
4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib
Bu gün, 18:58
Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Bu gün, 18:16
Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Bu gün, 18:04
“Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Bu gün, 17:52
Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Bu gün, 17:41
AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Bu gün, 17:31
“Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Bu gün, 17:21
Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Bu gün, 17:15
Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Bu gün, 17:13
"Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Bu gün, 17:06
Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Bu gün, 17:02
Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Bu gün, 16:57
“Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Bu gün, 16:46
Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Bu gün, 16:43
Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Bu gün, 16:40
Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Bu gün, 16:37
Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Bu gün, 16:33
Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Bu gün, 16:30
“İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Bu gün, 16:27
Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Bu gün, 16:22
Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Bu gün, 16:20
Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:19
Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Bu gün, 16:01
Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:59
Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Bu gün, 15:57
Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Bu gün, 15:55
Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Bu gün, 15:54
Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - ADLAR
Bu gün, 15:51
Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır - TƏFSİLAT
Bu gün, 15:42
67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
Bu gün, 15:41
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib - SƏRƏNCAM
Bu gün, 15:33
AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər - HƏR BİRİNƏ MİNNƏTDARIQ!
Bu gün, 15:31
Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq - Putin
Bu gün, 15:27
Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib - QƏRAR
Bu gün, 15:23
Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
Bu gün, 15:10
Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi - GƏLİŞMƏ
Bu gün, 15:08
Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır - FOTO
Bu gün, 15:05
Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər - FOTO
Bu gün, 15:04
32 nəfər sağdır, vəziyyəti ağır olanlar var
Bu gün, 14:50
Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb
Bu gün, 14:34
Faciə ilə bağlı YEKUN RƏQƏMLƏR... - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 14:20
Paşinyan qəza ilə bağlı başsağlığı verdi - FOTO
Bu gün, 14:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru