Dövlət qurumu 9 000 qış gödəkçəsi alır .....                     44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar .....                     Pullarını falçılara qapdıranlar... .....                     Zaur Mikayılov 8 milyonu hara xərclədi? .....                     Kiyev üçün yeni hədəflər .....                     Bazara yeni mobil operator gəlməlidir ki, qiymətlər ucuzlaşsın? .....                     "Kilsə xalqın adı ilə xarici dövlətlərin siyasi alətinə çevirib" .....                     İmamoğluna görə Türkiyənin tanınmış müğənnilərinə qadağa qoyuldu .....                     Bakı dəstəkləmədi, İrəvanın dostu qəzəbləndi .....                     Ərdoğanın səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA .....                     "Kassap Döner" QALMAQALI: 17 nəfər zəhərləndi, məsuliyyət kimdədir? .....                     Dolların kursu dəyişəcək? .....                     Böyük güclərin Cənubi Qafqazda qarşıdurması .....                     "Artıq nələrim var, unutmuşam" .....                     Deputatlardan Paşinyanın təbrikinə reaksiya: .....                     Dönərxanalarda mütləq şəkildə sanitar və gigiyenik tələblərə əməl olunmalıdır .....                     Paşinyan iqtidarının təhlükəsizliyinin təminatçısı Türkiyə və Azərbaycandır .....                     2 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb öldü .....                     Xoşqədəmin atasının yasında izdiham .....                     Jurnalistə ağır itki üz verib .....                     Sabah Qazaxıstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək .....                     II Qaregin istefa verməlidir! .....                     Putinlə Tramp arasında münasibətlər işgüzardır .....                     Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib .....                     Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur .....                     Paşinyandan Bakının xeyrinə gediş .....                     Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm .....                     Tikinti şirkətləri üçün böyük fürsət .....                     Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı .....                     “Haqqımda söz demək sənin başın üçün deyil” .....                     Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir .....                     "Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi .....                     “Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək” .....                     Kiçik balıqların okean istəyi: .....                     II Qaregin subaylıq əhdini pozub, övladı da var .....                     "Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" .....                     “Mən Putini Trampdan daha yaxşı anlayıram” .....                     Naxçıvanın yarıtmaz idarəçiliyi: HƏR HƏFTƏ... HƏR BAYRAM BAKIYA QAÇIRLAR... .....                     Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat .....                     II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaq .....                 

Üçüncü qayıdış və çətin dilemma: Netanyahu İsrailin siyasətində nələri dəyişəcək? - İNCƏLƏMƏ...
Tarix: 17-11-2022, 08:26 | Çap et
Üçüncü qayıdış və çətin dilemma: Netanyahu İsrailin siyasətində nələri dəyişəcək?
Keçmiş Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı partiyaların koalisiyası İsraildə keçirilən parlament seçkilərində böyük üstünlüklə qələbə qazandı. O, iki dəfə İsrail hökumətinə başçılıq edib: 1996-1999-cu illərdə və 2009-2021-ci illərdə. Netanyahunun qayıdışı həm İsraildə, həm də dünyada qızğın müzakirələrə səbəb olan unikal və mübahisəli hadisədir. Yeni hökumət çox güman ki, ölkə tarixində ən sağçı hökumət olacaq. Amerikalı politoloqların fikrincə, bu, İsraillə ABŞ arasında münasibətləri parçalaya bilər. Vaşinqton həmçinin Netanyahunun Rusiya Prezidenti Vladimir Putinlə uzunmüddətli şəxsi münasibətindən və İsrailin Rusiya ilə yaxınlaşma perspektivlərindən narahatdır.

Təl-Əviv Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, israilli politoloq Emmanuel Navon “Lenta.ru” saytına müsahibəsində Netanyahunun gəlişi ilə İsrailin siyasətində hansı dəyişikliklərin olması barədə ətraflı danışıb. DİA.AZ müsahibəni AYNA-ya istinadla təqdim edir:

- Netanyahunun kabinetində ifrat sağçı siyasətçilərin mümkün üstünlüyü İsrailin xarici siyasətinə necə təsir edəcək?

- İndi Netanyahu çətin dilemma qarşısındadır. O, onu korrupsiyaya görə təqibdən qoruyan qanunu qəbul etməyə kömək edəcək ifrat sağçı hökumət qura bilər. Bununla belə, Nazirlər Kabinetinin ifrat sağçı və ultra-pravoslav siyasətçilərdən formalaşması İsrailin beynəlxalq nüfuzunu ciddi şəkildə sarsıdacaq və xarici siyasət manevrləri üçün meydanı daraldacaq.

Başqa variant da var: sağ mərkəzçi hökumətin formalaşdırılması. Bu, Netanyahunun xarici siyasət baxımından durumunu asanlaşdıracaq, lakin toxunulmazlıq haqqında qanundan çox güman ki, bundan imtina etməli olacaq.

Beləliklə, tərəzinin bir tərəfində ifrat sağçı hökumətin İsrailin beynəlxalq nüfuzuna vuracağı zərər var, digər gözündə davam edən cinayət təqibi ilə bağlı narahatlıqlar. İndi Netanyahu ikili oyun oynayır və bunu açıq şəkildə etiraf etməsə də, hər iki tərəflə danışıqlara davam edir. O, nəyi seçəcək, biz bunu bir neçə həftədən sonra biləcəyik.

- Netanyahunun Rusiyaya dost bir siyasətçi kimi baxması və onun rəhbərliyi altında İsraillə Rusiyanın yenidən yaxınlaşa biləcəyi barədə fikirlər var. Bu ssenari nə dərəcədə realdır?

- Netanyahunun xarici siyasətə yanaşması əsasən siyasi realizm və milli maraqlardan qaynaqlanır. Ukraynada müharibə yeni başlayanda Netanyahu müxalifət lideri kimi Rusiyaya qarşı kifayət qədər təmkinli mövqe tutdu. Hesab edirəm ki, bu, Rusiya ilə qarşıdurmanın İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Suriyadakı hərəkət azadlığına təsir göstərə biləcəyi qorxusu ilə bağlı idi. Ancaq döyüşlər başlayandan bəri çox şey dəyişdi. Ukraynada müharibə uzanır. Qərbdə vahid cəbhə yaranıb və ABŞ bütün müttəfiqlərdən, o cümlədən İsraildən Rusiyaya təzyiq göstərməyi tələb edir. Bütün bunlar Vladimir Putinlə uzun illər şəxsi münasibətləri inkişaf etdirməsinə baxmayaraq, Netanyahuya Rusiyaya qarşı mümkün olan ən sərt mövqedən çıxış etməkdən başqa seçim qoymur.

Ola bilsin ki, Netanyahu öz ifadəsində sələfi Yair Lapiddən daha diqqətli olacaq. Amma o, rəsmi olaraq Baş nazir kürsüsünə oturduğu zaman susmaq mümkün olmayacaq.

Son müsahibələrində Netanyahu eyham edib ki, o, ABŞ qarşısında müttəfiq öhdəlikləri ilə İsrailə Suriya hava məkanında hərbi əməliyyatlar keçirməyə imkan verən Rusiya ilə əməkdaşlıq arasında incə balansı saxlamağa çalışacaq.

- Müsahibələrində Netanyahu qələbə qazanacağı təqdirdə Ukraynaya silah verilməsinə icazə verəcəyini deyib. O, Baş nazir kürsüsündə olarkən bu addımı necə atacaq?

- Fikrimcə, İsrail üçün “qırmızı xətt” Rusiya ilə İranın əməkdaşlığı idi - xüsusən də pilotsuz təyyarələrin alınması ilə bağlı. Bu, İsraildə qeyri-dost hərəkət kimi qəbul edildi və İsrailin Ukraynaya hərbi yardımı məsələsində Netanyahunun əl-qolunu açdı.

- İranla əməkdaşlıq İsrail üçün niyə “qırmızı xətt”dir?

- İran İsrailin ən qatı düşmənidir. Rusiya ilə İran arasında hərbi əməkdaşlıq sayəsində ölkələrimiz qarşıdurma düşərgələrində qaldılar. Bəli, bu dronlar İsraili birbaşa təhdid etmir, amma bunun psixoloji və simvolik tərəflərini də unutmayaq.

- Ukraynanın İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sisteminin elementlərinin çatdırılmasında xüsusi maraq göstərdiyi bildirildi, lakin İsrail bunu rədd etdi. Yeni hökumət bu qərara yenidən baxa və texnologiyanın Ukraynaya tədarükünə razılıq verə bilərmi?

- Bir çox səbəbə görə buna şübhə edirəm. Bu, çox qabaqcıl texnologiyadır və İsrail çətin ki, onu kiminləsə paylaşsın. Lakin vəziyyətin necə inkişaf etməsindən asılı olacaq. Rusiyanın İrandan pilotsuz təyyarələr alması ilə bağlı məlumatları nəzərə alsaq, gələcək İsrail hökuməti Ukraynaya silah tədarükü məsələsində daha da irəli gedə bilər.

- Netanyahu Rusiya ilə Ukrayna arasında sülh vasitəçiliyinə cəhd edə bilərmi?

- Əminəm ki, Netanyahu müharibə tərəfləri arasında vasitəçi rolunu oynamaqdan məmnun olardı və onları məmnuniyyətlə sülh sazişinə aparardı. Amma axı onun sələfi artıq belə cəhdlər etmişdi: münaqişənin ilk günlərində o vaxt Baş nazir olan Bennet Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə çalışsa da, buna nail ola bilməyib.

Digər tərəfdən, o vaxtdan çox zaman keçib və döyüşlər hələ də Rusiya tərəfinin istədiyi kimi getmir. Bəlkə də indi danışıqlar üçün şərait yenicə formalaşıb və Netanyahu həm Putin, həm də Zelenski üçün məqbul vasitəçi ola bilər.

- İkitərəfli münasibətlərdə ən ağrılı məqamlardan biri Rusiyada “Soxnut” yəhudi agentliyinin mümkün ləğvi ilə bağlı vəziyyətdir. Netanyahu bu məsələdə hansı mövqe tutacaq və agentliyin Rusiyada bağlanması ikitərəfli münasibətlərə necə təsir edəcək?

- Düşünürəm ki, “Soxnut”un bağlanması münasibətlərimizi uzun illər, SSRİ ilə İsrail arasında 1991-ci ildə diplomatik münasibətlərin bərpasından əvvəlki dövrə qaytaracaq. Yeni hökumət isə “Soxnut”a qarşı təhdidlərə eyni şəkildə reaksiya verəcək – buna düşmənçilik hərəkətləri kimi yanaşacaq. Əminəm ki, Netanyahu bu məsələni müzakirə etmək üçün Putinlə şəxsi əlaqələrindən istifadə etməyə və agentliyin bağlanmayacağına əmin olmağa çalışacaq.

- Siz artıq İsraillə İran arasındakı düşmənçiliyi qeyd etdiniz. Netanyahunun gəlişi iki ölkə arasında, o cümlədən hərbi sahədə gərginliyin artmasına səbəb ola bilərmi?

- Əvvəkli hökumətlə yeni hökumət arasında İran məsələsində heç bir fikir ayrılığı yoxdur. İran İsraildə geniş konsensusun olduğu bir məsələdir. Lapid və Netanyahunun mövqeləri hətta bəzi nüanslar səviyyəsində də fərqlənmir. Yaxşı, bundan başqa, Lapid nüvə sazişini yenidən başlatmaq cəhdlərini elan edərkən Bayden administrasiyası ilə açıq tənqiddən və qarşıdurmadan çəkinməyə razı oldu.

Netanyahu xatırladığımız kimi, saziş ilk imzalananda Obama administrasiyasını çəkinmədən tənqid edirdi. Bununla belə, Bayden və Netanyahu onilliklərdir ki, bir-birlərini tanıyırlar, dostluq münasibətləri inkişaf etdiriblər. Buna görə də Netanyahunun Baydeni ictimaiyyət qarşısında utandıracağına şübhə edirəm.

- Netanyahu ilə Bayden administrasiyası arasında münasibətlər ümumilikdə necə inkişaf edəcək?

- ABŞ-da aralıq seçkiləri Respublikaçılar Partiyasının gözlədiyi nəticəni vermədi. “Qırmızı dalğa” baş tutmadı. Bu, yüksək səslə geri qayıtmağa ümid edən Tramp üçün güclü zərbədir. Respublikaçı namizədlərin qələbə qazanmasına bir çox hallarda məhz keçmiş Prezidentin fiquru mane olub. Ona görə də düşünürəm ki, aralıq seçkilərin nəticələri Trampın qayıdışı şansını demək olar ki, aradan qaldırıb. Amma hər halda, Baydenin prezidentliyinin qalan iki ilində Yaxın Şərqdə hər hansı böyük təşəbbüs gözləmək lazım deyil - nə Fələstin məsələsində, nə də İranla bağlı.

Ola bilsin ki, İsrail İrana qarşı hansısa birtərəfli addımlar atmağa çalışsın. Amma yenə də Netanyahu və Bayden bir-birlərini 40 ilə yaxındır tanıyırlar, onların yaxşı və möhkəm münasibətləri var və məncə, onların qarşıdurmada maraqlı olduğunu düşünmürəm. Amma ciddi birgə siyasi təşəbbüslər də gözləmirəm.

- Keçmişdə Netanyahunun Baş nazirliyi dövründə başladılan “İbrahim razılaşmaları” çərçivəsində Ərəb-İsrail nizamlanmasına dair gözləntilər varmı?

- Düşünürəm ki, Netanyahu “İbrahim razılaşmaları”nda iştirak edən ölkələrin sayını artırmaq istəyəcək. Bu, ilk növbədə Sudandır - onunla müqavilə əsasən ölkədəki siyasi qeyri-sabitliyə görə imzalanmayıb, lakin hələ də namizədlər siyahısındadır. Ola bilsin ki, Netanyahu Omanla da danışıqlar aparmağa çalışsın. Səudiyyə Ərəbistanının isə İsraillə münasibətləri normallaşdırmaq üçün substantiv addımlara hazır olduğuna əmin deyiləm.

“İbrahim razılaşmaları” Netanyahunun xarici siyasət gündəmində mütləq çox yüksək yer tutacaq və o, Bayden administrasiyası ilə birlikdə İsraillə münasibətləri normallaşdıran ərəb ölkələrinin sayını artırmağa hər cür cəhd edəcək.

- Mediada İranın Səudiyyə Ərəbistanına hücumunun gözlənildiyi barədə məlumat yayıb. Bu hal baş verərsə, Netanyahu hökuməti münaqişədə hansı mövqedən çıxış edəcək? İsrail Səudiyyə Ərəbistanına yardım edəcək?

- Bu yardım artıq var. İsrail və Səudiyyə Ərəbistanı ortaq düşmənə - İrana qarşı mübarizə aparmaq üçün artıq pərdəarxası hərbi və kəşfiyyat əməkdaşlığı qurub. İndi yeganə sual, dediyim kimi, səudiyyəlilərin İsraillə münasibətləri rəsmi şəkildə normallaşdırmağa hazır olub-olmamasıdır. Deyəsən, hazırda buna hazır deyillər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 9 000 qış gödəkçəsi alır - TENDER, ŞƏRTLƏR
Bu gün, 04:14
44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar - DAHA BİR ETİRAZ...
Bu gün, 04:06
Pullarını falçılara qapdıranlar... - NƏ ETMƏLİ?
Bu gün, 03:47
Zaur Mikayılov 8 milyonu hara xərclədi? - Ramana-Maştağa yolunu "yedilər"
Bu gün, 03:40
Kiyev üçün yeni hədəflər - GƏLİŞMƏ
Bu gün, 03:33
Bazara yeni mobil operator gəlməlidir ki, qiymətlər ucuzlaşsın? - AKTUAL
Bu gün, 03:30
"Kilsə xalqın adı ilə xarici dövlətlərin siyasi alətinə çevirib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:27
İmamoğluna görə Türkiyənin tanınmış müğənnilərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 03:23
Bakı dəstəkləmədi, İrəvanın dostu qəzəbləndi – Qərar təsdiqlənib
Bu gün, 03:19
Ərdoğanın səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA - "Bu məsələ ilə bağlı..."
Bu gün, 03:16
"Kassap Döner" QALMAQALI: 17 nəfər zəhərləndi, məsuliyyət kimdədir? - AKTUAL
Dünən, 18:05
Dolların kursu dəyişəcək? - EKSPERT AÇIQLADI
Dünən, 18:02
Böyük güclərin Cənubi Qafqazda qarşıdurması - Yeni mərhələ başlayır!
Dünən, 17:58
"Artıq nələrim var, unutmuşam"
Dünən, 17:48
Deputatlardan Paşinyanın təbrikinə reaksiya: - "Hərəkətləri görüntü xarakteri daşıyır"
Dünən, 17:41
Dönərxanalarda mütləq şəkildə sanitar və gigiyenik tələblərə əməl olunmalıdır - ÇAĞIRIŞ
Dünən, 17:39
Paşinyan iqtidarının təhlükəsizliyinin təminatçısı Türkiyə və Azərbaycandır - Erməni politoloqdan ilginc iddia
Dünən, 17:34
2 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb öldü
Dünən, 17:20
Xoşqədəmin atasının yasında izdiham - VİDEO
Dünən, 17:15
Jurnalistə ağır itki üz verib
Dünən, 17:13
Sabah Qazaxıstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Dünən, 17:11
II Qaregin istefa verməlidir! - Paşinyan katalikosa ÇAĞIRIŞ ETDİ
Dünən, 15:22
Putinlə Tramp arasında münasibətlər işgüzardır - Lavrov
Dünən, 15:19
Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib
Dünən, 15:16
Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur - YAP-çı deputat
Dünən, 13:12
Paşinyandan Bakının xeyrinə gediş – İki nəfəri belə ifşa etdi
Dünən, 13:08
Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm - MÜSAHİBƏ
Dünən, 13:06
Tikinti şirkətləri üçün böyük fürsət - 18,5 MİLYON MANATLIQ TENDER
Dünən, 13:01
Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
Dünən, 12:33
“Haqqımda söz demək sənin başın üçün deyil” - Manaf Ağayev HƏDƏLƏDİ
Dünən, 12:29
Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir - Ermənistanın "strateji xəyanəti"
Dünən, 12:22
"Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi - İcazə verin şübhələnək...
Dünən, 12:21
“Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək”
Dünən, 12:16
Kiçik balıqların okean istəyi: -SSRİ-nin bərpası real deyil
Dünən, 12:04
II Qaregin subaylıq əhdini pozub, övladı da var - Nikol Paşinyan
Dünən, 11:58
"Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" - Ekspert danışır
Dünən, 11:55
“Mən Putini Trampdan daha yaxşı anlayıram” - Zelenski
Dünən, 11:36
Naxçıvanın yarıtmaz idarəçiliyi: HƏR HƏFTƏ... HƏR BAYRAM BAKIYA QAÇIRLAR... - AXI NİYƏ?
Dünən, 11:35
Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat - NƏ BAŞ VERİR?
Dünən, 11:29
II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaq - GƏLİŞMƏ
Dünən, 11:27
Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı - KİV
Dünən, 11:23
"Nə xoş mənə ki, adım artıq onlarla birlikdə çəkilmir"
Dünən, 11:20
Bulvarda Aygün Kazımova izdihamı - VİDEO
Dünən, 11:12
Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi - AÇIQLAMA
Dünən, 11:08
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR
Dünən, 10:49
Rəna Soltanovanın daha bir qurbanı danışdı... - "İşimdən oldum, külli miqdarda pul itirdim"
Dünən, 10:39
Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi
Dünən, 10:30
Binəqədidə başçının satmadığı YER QALMAYIB - daha bir QANUNSUZLUQ
Dünən, 10:24
Ermənilərlə görüşən deputat: Dedilər biz belə sülh istəmirik - MÜSAHİBƏ
Dünən, 10:17
Qazaxıstan şirkəti Azərbaycan bazarından geidir
Dünən, 10:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru