"Kassap Döner" QALMAQALI: 17 nəfər zəhərləndi, məsuliyyət kimdədir? .....                     Dolların kursu dəyişəcək? .....                     Böyük güclərin Cənubi Qafqazda qarşıdurması .....                     "Artıq nələrim var, unutmuşam" .....                     Deputatlardan Paşinyanın təbrikinə reaksiya: .....                     Dönərxanalarda mütləq şəkildə sanitar və gigiyenik tələblərə əməl olunmalıdır .....                     Paşinyan iqtidarının təhlükəsizliyinin təminatçısı Türkiyə və Azərbaycandır .....                     2 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb öldü .....                     Xoşqədəmin atasının yasında izdiham .....                     Jurnalistə ağır itki üz verib .....                     Sabah Qazaxıstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək .....                     II Qaregin istefa verməlidir! .....                     Putinlə Tramp arasında münasibətlər işgüzardır .....                     Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib .....                     Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur .....                     Paşinyandan Bakının xeyrinə gediş .....                     Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm .....                     Tikinti şirkətləri üçün böyük fürsət .....                     Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı .....                     “Haqqımda söz demək sənin başın üçün deyil” .....                     Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir .....                     "Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi .....                     “Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək” .....                     Kiçik balıqların okean istəyi: .....                     II Qaregin subaylıq əhdini pozub, övladı da var .....                     "Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" .....                     “Mən Putini Trampdan daha yaxşı anlayıram” .....                     Naxçıvanın yarıtmaz idarəçiliyi: HƏR HƏFTƏ... HƏR BAYRAM BAKIYA QAÇIRLAR... .....                     Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat .....                     II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaq .....                     Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı .....                     "Nə xoş mənə ki, adım artıq onlarla birlikdə çəkilmir" .....                     Bulvarda Aygün Kazımova izdihamı .....                     Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi .....                     Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? .....                     Rəna Soltanovanın daha bir qurbanı danışdı... .....                     Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi .....                     Binəqədidə başçının satmadığı YER QALMAYIB .....                     Ermənilərlə görüşən deputat: Dedilər biz belə sülh istəmirik .....                     Qazaxıstan şirkəti Azərbaycan bazarından geidir .....                 

Ukraynada fəlakət: Moskva hər vasitəyə əl atır, bircə qalır nüvə silahı - NƏ BAŞ VERİR?
Tarix: 12-10-2022, 11:15 | Çap et
Ukraynada fəlakət: Moskva hər vasitəyə əl atır, bircə qalır nüvə silahı
Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə və bir neçə digər şəhərə raket zərbələri endirib. Təkcə oktyabrın 10-da paytaxtda 4 güclü partlayış səsinin eşidildiyi bildirilir. Dneprdə isə azı 3 partlayışın baş verdiyi qeyd olunur.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Kiyevə atılan raketlərdən biri Vladimirskaya küçəsinə düşüb. Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi məhz bu küçədə yerləşir. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi də həmin əraziyə yaxın məsafədədir.

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirə zamanı bildirib ki, rəsmi Kiyevin “cinayətlərini” cavabsız qoymaq mümkün deyil: “Səhər yüksək dəqiqlikli silahlarla Ukraynanın enerji, hərbi və rabitə infrastrukturlarına kütləvi zərbələr endirilib. Ukrayna terror aktlarını Rusiya ərazisində davam edəcəyi halda bizim cavabımız sərt və öz miqyasına görə həmin təhdid səviyyəsinə müvafiq olacaq”.

Krım körpüsünün partladılması ilə bağlı danışan Putin vurğulayıb ki, "Kiyev özünü ən təhlükəli terrorçu qruplarla bir cərgəyə qoyub".

Qeyd edək ki, Moskva işğal və ilhaq etdiyi Krım, Donetsk, Luqansk, Xerson və Zaparojye bölgələrini özünün “qırmızı xətti” elan edib və bildirib ki, həmin ərazilərə qarşı hər hansı hücum, akt baş verərsə, istənilən bütün vasitələrə əl atılacaq.

Bu təhdid özlüyündə nüvə silahından istifadəni də ehtiva edirmi? Ukraynada baş verənlər Üçüncü Dünya müharibəsinə və bəşəriyyətin böyük faciəsinə səbəb ola bilərmi?

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin üzvü, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Rusiya-Ukrayna müharibəsi çox gərgin fazaya qədəm qoyub: “Elə bir vəziyyət yaranıb ki, artıq nə Qərb, nə də Rusiya geri çəkilə bilir. Ukrayna sadəcə platsdarm rolunu oynayır. Ukraynada infrastrukturun 75 faizi məhv olub. On minlərlə ev dağıdılıb. Müharibəyə görə bu ölkəyə bir 1 trilyon dollardan çox ziyan dəyib. Düzdür, Qərb Ukraynaya yardım edir. Amma bu yardımların əksəriyyəti kreditdir. Yəni, Ukraynanın üzərinə maliyyə məsuliyyəti qoyur. Müharibənin bir günü Ukrayna üçün 200 milyon dollara başa gəlir”.

“Rusiya isə bu müharibədə hər gün 900 milyon dollar itirir. Getdikcə müharibənin miqyası böyüyür. Münasibətlər gərginləşir və tərəflər güzəşt siyasətindən birmənalı şəkildə imtina edir. Krımda körpünün partladılması, ardınca paytaxt Kiyev və digər şəhərlərə Rusiyanın raket zərbələri endirməsi bunun bariz nümunəsidir. Hesab edirəm ki, gələn ilin yayına qədər Ukrayna dözüm nümayiş etdirə bilsə, Krım istisna olmaqla, digər şəhərlərdən rus ordusunu çıxarmağa müvəffəq olacaq. Lakin bu barədə qəti proqnoz vermək mümkün deyil”, - deyə deputat bildirib.

Onun fikrincə, nüvə müharibənin başlayacağı barədə ehtimallar səsləndirilsə də, bu, real deyil: “Əvvəla, ona görə real deyil ki, Rusiya nüvə silahından istifadə etsə, NATO da bu silahdan ona qarşı istifadə edəcək. Nəticədə dünyada nüvə müharibəsi başlayacaq və bu, bəşəriyyətin sonunu gətirəcək. Nə qərblilər, nə də ruslar yaşamaq üçün digər planetlərə üz tutasıdırlar. Ona görə də hər bir tərəf “qırmızı cizgiləri” bilir və dayanmaq lazım olduğu yerdə dayanacaqlar. Çünki nüvə müharibəsinə başlamaq intihar etməkdir. Buna isə, yəqin ki, nə Qərb, nə də Rusiya gedəcək”.

“Bu gün Rusiya elitasında təmsil olunan məmurlarının çoxunun övladları Avropada yaşayır, orada biznes qurublar. Digər yandan, Rusiya iqtisadiyyatı müharibənin fonunda sürətlə kiçilir. Büdcəni doldurmaq lazımdır. Bu isə asan məsələ deyil. Qərbdə də ciddi inflyasiya hökm sürür. Dünya iqtisadi böhranını şərtləndirən əsas səbəblərindən biri Ukrayna ilə bağlıdır. Təkcə İspaniyada 42 faiz inflyasiya qeydə alınıb. Bu, dəhşətli bir rəqəmdir. Avropa Rusiya qazından asılıdır və qış aylarında donmamaq üçün Moskva ilə hesablaşmağa məhkumdur. Kreml də Qərblə hesablaşmağa məcburdur. Ortada təbii bir asılılıq var və bütün bunların fonunda nüvə müharibəsinin başlaması inandırıcı deyil”, - deyə Quliyev vurğulayıb.

Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin analitiki Azər Xudiyev baş verənləri AYNA-ya şərh edərkən söyləyib ki, oktyabrın 10-u səhər saatlarında Kiyevdə çox ciddi patlayışlar olub: “Əhali təşviş içindədir, paytaxta yenidən raket zərbələrinin endiriləcəyi gözlənilir. Dövlət qurumları fəaliyyət göstərsə də, bəzi qurumlar, tədris və özəl müəssisələr fəaliyyətini dayandırıb. Hazırda nisbi sakitlik yaransa da, yenidən hücumların olacağı ehtimalı var. Bu barədə rəsmi Kiyev əhaliyə xəbərdarlıq da edib”.

“Yəqin ki, bu hücumlar bir neçə gün ərzində davam edəcək. Ukraynanın Krım körpüsünü vurmasından sonra Moskvanın bu cavabı gözlənilən idi”, - deyə həmsöhbətimiz qeyd edib.

Lakin Xudiyev hesab edir ki, ruslar bununla heç nəyə nail ola bilməyəcəklər: “Ukrayna ordusu döyüş əzmini qoruyur və istənilən təxribata cavab vermək iqtidarındadır. Artıq Kremldə də başa düşürlər ki, gözlədikləri effekti əldə etmirlər və bu səbəbdən mülki əhalini hədəfə almağa çalışırlar. Paytaxtın bəzi yerlərində elektrik enerjisi kəsilib. Poçtlar isə işləmir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kassap Döner" QALMAQALI: 17 nəfər zəhərləndi, məsuliyyət kimdədir? - AKTUAL
Bu gün, 18:05
Dolların kursu dəyişəcək? - EKSPERT AÇIQLADI
Bu gün, 18:02
Böyük güclərin Cənubi Qafqazda qarşıdurması - Yeni mərhələ başlayır!
Bu gün, 17:58
"Artıq nələrim var, unutmuşam"
Bu gün, 17:48
Deputatlardan Paşinyanın təbrikinə reaksiya: - "Hərəkətləri görüntü xarakteri daşıyır"
Bu gün, 17:41
Dönərxanalarda mütləq şəkildə sanitar və gigiyenik tələblərə əməl olunmalıdır - ÇAĞIRIŞ
Bu gün, 17:39
Paşinyan iqtidarının təhlükəsizliyinin təminatçısı Türkiyə və Azərbaycandır - Erməni politoloqdan ilginc iddia
Bu gün, 17:34
2 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb öldü
Bu gün, 17:20
Xoşqədəmin atasının yasında izdiham - VİDEO
Bu gün, 17:15
Jurnalistə ağır itki üz verib
Bu gün, 17:13
Sabah Qazaxıstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Bu gün, 17:11
II Qaregin istefa verməlidir! - Paşinyan katalikosa ÇAĞIRIŞ ETDİ
Bu gün, 15:22
Putinlə Tramp arasında münasibətlər işgüzardır - Lavrov
Bu gün, 15:19
Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib
Bu gün, 15:16
Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur - YAP-çı deputat
Bu gün, 13:12
Paşinyandan Bakının xeyrinə gediş – İki nəfəri belə ifşa etdi
Bu gün, 13:08
Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm - MÜSAHİBƏ
Bu gün, 13:06
Tikinti şirkətləri üçün böyük fürsət - 18,5 MİLYON MANATLIQ TENDER
Bu gün, 13:01
Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
Bu gün, 12:33
“Haqqımda söz demək sənin başın üçün deyil” - Manaf Ağayev HƏDƏLƏDİ
Bu gün, 12:29
Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir - Ermənistanın "strateji xəyanəti"
Bu gün, 12:22
"Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi - İcazə verin şübhələnək...
Bu gün, 12:21
“Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək”
Bu gün, 12:16
Kiçik balıqların okean istəyi: -SSRİ-nin bərpası real deyil
Bu gün, 12:04
II Qaregin subaylıq əhdini pozub, övladı da var - Nikol Paşinyan
Bu gün, 11:58
"Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" - Ekspert danışır
Bu gün, 11:55
“Mən Putini Trampdan daha yaxşı anlayıram” - Zelenski
Bu gün, 11:36
Naxçıvanın yarıtmaz idarəçiliyi: HƏR HƏFTƏ... HƏR BAYRAM BAKIYA QAÇIRLAR... - AXI NİYƏ?
Bu gün, 11:35
Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat - NƏ BAŞ VERİR?
Bu gün, 11:29
II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaq - GƏLİŞMƏ
Bu gün, 11:27
Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı - KİV
Bu gün, 11:23
"Nə xoş mənə ki, adım artıq onlarla birlikdə çəkilmir"
Bu gün, 11:20
Bulvarda Aygün Kazımova izdihamı - VİDEO
Bu gün, 11:12
Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi - AÇIQLAMA
Bu gün, 11:08
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR
Bu gün, 10:49
Rəna Soltanovanın daha bir qurbanı danışdı... - "İşimdən oldum, külli miqdarda pul itirdim"
Bu gün, 10:39
Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi
Bu gün, 10:30
Binəqədidə başçının satmadığı YER QALMAYIB - daha bir QANUNSUZLUQ
Bu gün, 10:24
Ermənilərlə görüşən deputat: Dedilər biz belə sülh istəmirik - MÜSAHİBƏ
Bu gün, 10:17
Qazaxıstan şirkəti Azərbaycan bazarından geidir
Bu gün, 10:12
Vüqar Gülməmmədova ağır itki
Bu gün, 10:00
Mask yenidən Trampı dəstəklədi
Bu gün, 09:56
Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə – “Hər kəs ehtiyatlı olsun!”
Bu gün, 09:36
ABŞ-də SSR-in bayrağı qaldırıldı
Bu gün, 09:34
Naxçıvanda “Kassap Döner”də KÜTLƏVİ XƏHƏRLƏNMƏ... - 17 nəfər...
Bu gün, 09:31
Paşinyanın korteji qəzaya uğramayıb... -Ermənistan DİN və mətbuat katibindən təkzib
Bu gün, 09:27
Gəncə səhiyyəsi ACINACAQLI DURUMDA... - NARAZILIQ VAR...
Bu gün, 09:24
ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var? - TƏFƏRRÜAT
Bu gün, 09:12
Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Bu gün, 09:03
İcra başçısının iyun ayı üzrə ilk səyyar görüşü Orta Salahlı kəndində baş tutdu - FOTO
Bu gün, 08:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru