Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur .....                     Paşinyandan Bakının xeyrinə gediş .....                     Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm .....                     Tikinti şirkətləri üçün böyük fürsət .....                     Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı .....                     “Haqqımda söz demək sənin başın üçün deyil” .....                     Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir .....                     "Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi .....                     “Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək” .....                     Kiçik balıqların okean istəyi: .....                     II Qaregin subaylıq əhdini pozub, övladı da var .....                     "Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" .....                     “Mən Putini Trampdan daha yaxşı anlayıram” .....                     Naxçıvanın yarıtmaz idarəçiliyi: HƏR HƏFTƏ... HƏR BAYRAM BAKIYA QAÇIRLAR... .....                     Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat .....                     II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaq .....                     Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı .....                     "Nə xoş mənə ki, adım artıq onlarla birlikdə çəkilmir" .....                     Bulvarda Aygün Kazımova izdihamı .....                     Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi .....                     Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? .....                     Rəna Soltanovanın daha bir qurbanı danışdı... .....                     Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi .....                     Binəqədidə başçının satmadığı YER QALMAYIB .....                     Ermənilərlə görüşən deputat: Dedilər biz belə sülh istəmirik .....                     Qazaxıstan şirkəti Azərbaycan bazarından geidir .....                     Vüqar Gülməmmədova ağır itki .....                     Mask yenidən Trampı dəstəklədi .....                     Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə .....                     ABŞ-də SSR-in bayrağı qaldırıldı .....                     Naxçıvanda “Kassap Döner”də KÜTLƏVİ XƏHƏRLƏNMƏ... .....                     Paşinyanın korteji qəzaya uğramayıb... .....                     Gəncə səhiyyəsi ACINACAQLI DURUMDA... .....                     ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var? .....                     Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... .....                     İcra başçısının iyun ayı üzrə ilk səyyar görüşü Orta Salahlı kəndində baş tutdu .....                     Vaqif Bayatlı Odərin kitabları təqdim olunacaq .....                     Azərbaycan dövlətçiliyinin xilas günü .....                     Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası .....                     Şəkidə Qarabağ qazisini SAYA SALAN YOXDUR... .....                 

Qərblə Rusiya arasında “qış savaşı”: “Kimin əli güclü olacaqsa...” - GƏLİŞMƏ
Tarix: 10-09-2022, 10:27 | Çap et
Qərblə Rusiya arasında “qış savaşı”: “Kimin əli güclü olacaqsa...”
Avropa İttifaqı (Aİ) dövlətləri son səkkiz ayda Rusiya qazının tədarükünü yarıbayarı azaldıb. Bu barədə “Qazprom”un yaydığı hesabatda bildirilir. Şirkətdən verilən məlumata görə, proses qarşıdakı aylarda da davam edəcək.

Qeyd edək ki, Ukraynaya qarşı hərbi təcavüzdən sonra Rusiya ilə Avropa arasında qaz savaşı başlayıb. Moskvada ümid edirlər ki, qışa kimi Avropa ciddi enerji böhranı ilə üzləşəcək və o səbəbən Ukraynanı silahlandırmağı dayandırıb Kiyevi Moskvaya güzəştə getməyə məcbur edəcək.

Bunu nəzərə alan Aİ ölkələri payız-qış mövsümünədək öz anbarlarını təbii qazla doldurmaqla məşğuldur. Buna xeyli dərəcədə nail olduğu iddia olunsa da, Rusiyanın da özünü əmin aparması Avropada qaz böhranın davam edəcəyini söyləməyə əsas yaradır. DİA.AZ xəbər verir ki, ReAL partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya müsahibəsində Rusiya ilə Avropa arasında qaz böhranı və digər mövzular ətrafında fikirlərini bölüşüb.

- Rusiya ilə Avropa arasında qaz böhranı davam edir. Avropanı çətin qışın gözlədiyinə dair iddialar mövcuddur. Sizcə, Rusiyanın Avropa qazını kəsməsi hansı nəticələrə gətirib çıxaracaq?

- Avropa hazırda Rusiyadan 48 faiz daha az maye qaz ixrac edir. Böyük Britaniyada isə bu rəqəm 49 faizdir. Bu, o deməkdir ki, ötən il Rusiyadan 170 milyard kubmetr qaz alınmışdısa, bu il bu rəqəm təxminən onun yarısı qədər olub. Lakin Avropa ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Rusiyadan aldığı maye qaza görə daha artıq vəsait ödəyir. Burada qəribə təzad yaranır. Avropa daha az qaz ixrac edir, ancaq daha çox vəsait ödəyir. Çünki özünün tətbiq etdiyi embarqolara görə maye qazın qiyməti artıb. Ortalama rus qazının qiyməti 2000-2500 avro civarında dəyişir. Ötən il isə bu rəqəm 300-400 ABŞ dolları civarında idi. Göründüyü kimi, qiymətlərdə altı dəfəyə yaxın artım baş verib. Rusiyadan icrac olunan maye qazın həcmi azalsa da, əldə etdiyi gəlirlər çoxalıb.

Bu gün Avropanın özündə də ciddi problemlər yaşanır. Həm Şərqi Avropada, həm Şimali Avropada qış fəslinin ağır keçəcəyi gözlənilir. Çünki maye qazın qiymətinin artması həm elektrik enerjisinin, həm istilik tariflərinin artmasına səbəb olur. Bu da öz növbəsində daxildə narazılıqların yaranmasına, istehsal müəssisələrinin, zavodların və fabriklərin bağlanmasına səbəb ola bilər. Misal üçün, alüminium və gübrə sənayesi müəssisələri artıq fəaliyyətini dayandırıb. Təbii ki, embarqolar Avropaya da təsirsiz ötüşmür. Hazırda müzakirə olunan əsas məsələ də bu mübarizədə Avropanın, yoxsa Rusiyanın dözümlü çıxacağı ilə bağlıdır.

- Rusiyanın təzyiqləri fonunda Qərbin geri çəkiləcəyini və Ukraynanı sülhə məcbur edəcəyini söyləyənlər də var. Dorğudanmı, ABŞ və Qərb Ukraynanı yarıyolda buraxacaq?

- Avropa mediasında, siyasi kluarlarında əsas müzakirələr məhz bununla bağlıdır. Ötən həftə Praqada iştirak etdiyim beynəlxalq tədbir zamanı bir daha əmin oldum ki, Avropanın əsas diqqəti Rusiyanın Ukraynaya qarşı təcavüzünə yönəlib. Əgər Ukrayna qış aylarına qədər ciddi hərbi uğura nail olarsa, o zaman tərəflər danışıqlar masası ətrafına keçə bilər. Qərb də, Ukrayna da buna çalışır ki, qış mövsümünə qədər torpaqların bir qismi işğaldan azad edilsin və Rusiya ilə yeni şərtlər əsasında danışıqlara başlanılsın. Lakin bu, baş verməsə, qışda Avropanın problemləri artacaq və əhalinin Ukrayna münaqişəsinə olan münasibəti dəyişə bilər. Bu da Rusiyanın maraqlarına uyğundur və Kreml bundan öz xeyrinə yararlanmağa çalışacaq. Bu gün həm Avropanı, həm də Ukrayna iqtidarını düşündürən əsas məsələ demokratik seçkilərdir. Anlayırlar ki, daxili narazılıqlar artdıqca, seçkilərdə qalib gəlmək şansları aşağı düşəcək. Hesab edirəm ki, qarşıdakı aylarda Qərb-Rusiya, eləcə də Rusiya-Ukrayna münasibətlərində həlledici bir dövr olacaq.

- Rusiyanın Ukraynaya qarşı təcavüzü Avropanı alternativ qaz mənbələri axtarışına sövq edir. Bu xüsusda maye qaz ixracatçısı olaraq Azərbaycanın da dünyada əhəmiyyəti artırmı?

- Təbii ki, Rusiyaya qarşı təzyiqlər digər maye qaz istehsalçıları və ixracatçılarının, habelə ölkəmizin qarşısında geniş imkanlar açır. Son səkkiz ayın nəticələrinə görə, Azərbaycanda ilk dəfədir ki, maye qazdan daxil olan gəlirlər neftdən daxil olan gəlirlərdən daha çox olub. Tarixdə ilk dəfə olaraq qaz satışından daxil olan valyutalar neft satışını üstələyir. Mövcud qiymətlər və Avropada maye qaza artan tələbat Azərbaycanın geosiyasi önəmini də artırır. Son dövrlər Azərbaycanla Avropa arasında yeni qaz sazişlərinin imzalanması, Cənubi və Şərqi Avropa ölkələrinin daha çox Azərbaycan qazına meyl etməsi, Bolqarıstan, Slovakiya kimi Rusiya qazından 90 faiz asılı olan dövlətlərin artan marağı bu qəbildəndir.

- Şimal qonşumuz bu məqsədlə ölkəmizə hər hansı təzyiq göstərə bilərmi? Yoxsa Moskvada Azərbaycanı özünə ciddi rəqib hesab etmirlər?

- Azərbaycan həcm olaraq ötən il Avropaya 9,8 milyard kubmetr maye qaz satıb. Bu il isə bu rəqəmin 11 milyard kubmetr olacağı gözlənilir. Rusiyadan isə Avropaya təxminən 170 milyard kubmetr qaz ixrac olunur. Bunun qarşısında Azərbaycanın icrac etdiyi qazın həcmi bir o qədər də yüksək deyil. Təbii ki, Rusiya bundan qıcıq olur. Buna sakit reaksiya verdiyini də söyləmək olmaz. Xüsusən rus mediasında zaman-zaman bu məsələlər gündəmə gətirilir. Lakin bunun Azərbaycanla Rusiya arasında gərgin münasibətlərə səbəb olacağı qənaətində deyiləm.

- Yeddi aya yaxındır ki, Ukraynaya qarşı təcavüz davam edir. Tərəflərdən heç biri xüsusi üstünlüyə malik deyil. Münaqişə finişə doğru yaxınlaşır, yoxsa hələ uzun müddət davam edəcək?

- İstənilən müharibə yekunda danışıqlar masası ətrafında həll olunur. Dünyada elə müharibə olmayıb ki, hansısa masada bitməsin. Hətta dünyada ən uzun və 100 illik müharibə kimi tarixə düşən Britaniya-Fransa müharibəsi də danışıqlar yolu ilə öz həllini tapıb. Şübhəsiz ki, bu müharibə də sülhlə bitəcək. Yəni, bir anlaşma olacaq. Lakin bu anlaşmaya qədər hansı tərəfin əli güclü olacaqsa, şərtləri də o diqtə edəcək. Mövcud şəraitdə Ukrayna hakimiyyəti, Zelenski və digər rəsmilər işğal faktı ilə barışmayacaqlar. Bu şərtlər daxilində hər hansı masaya oturması da mümkün deyil. Ona görə də Ukraynanın müəyyən hərbi uğurları labüddür ki, Rusiyadan müəyyən güzəştlər qoparmaq mümkün olsun. Ciddi hərbi uğurlar olmasa, Rusiya müharibənin uzanmasından daha çox dividend götürəcək. Bu, bir reallıqdır və bunu etiraf etmək lazımdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur - YAP-çı deputat
Bu gün, 13:12
Paşinyandan Bakının xeyrinə gediş – İki nəfəri belə ifşa etdi
Bu gün, 13:08
Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm - MÜSAHİBƏ
Bu gün, 13:06
Tikinti şirkətləri üçün böyük fürsət - 18,5 MİLYON MANATLIQ TENDER
Bu gün, 13:01
Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
Bu gün, 12:33
“Haqqımda söz demək sənin başın üçün deyil” - Manaf Ağayev HƏDƏLƏDİ
Bu gün, 12:29
Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir - Ermənistanın "strateji xəyanəti"
Bu gün, 12:22
"Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi - İcazə verin şübhələnək...
Bu gün, 12:21
“Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək”
Bu gün, 12:16
Kiçik balıqların okean istəyi: -SSRİ-nin bərpası real deyil
Bu gün, 12:04
II Qaregin subaylıq əhdini pozub, övladı da var - Nikol Paşinyan
Bu gün, 11:58
"Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" - Ekspert danışır
Bu gün, 11:55
“Mən Putini Trampdan daha yaxşı anlayıram” - Zelenski
Bu gün, 11:36
Naxçıvanın yarıtmaz idarəçiliyi: HƏR HƏFTƏ... HƏR BAYRAM BAKIYA QAÇIRLAR... - AXI NİYƏ?
Bu gün, 11:35
Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat - NƏ BAŞ VERİR?
Bu gün, 11:29
II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaq - GƏLİŞMƏ
Bu gün, 11:27
Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı - KİV
Bu gün, 11:23
"Nə xoş mənə ki, adım artıq onlarla birlikdə çəkilmir"
Bu gün, 11:20
Bulvarda Aygün Kazımova izdihamı - VİDEO
Bu gün, 11:12
Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi - AÇIQLAMA
Bu gün, 11:08
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR
Bu gün, 10:49
Rəna Soltanovanın daha bir qurbanı danışdı... - "İşimdən oldum, külli miqdarda pul itirdim"
Bu gün, 10:39
Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi
Bu gün, 10:30
Binəqədidə başçının satmadığı YER QALMAYIB - daha bir QANUNSUZLUQ
Bu gün, 10:24
Ermənilərlə görüşən deputat: Dedilər biz belə sülh istəmirik - MÜSAHİBƏ
Bu gün, 10:17
Qazaxıstan şirkəti Azərbaycan bazarından geidir
Bu gün, 10:12
Vüqar Gülməmmədova ağır itki
Bu gün, 10:00
Mask yenidən Trampı dəstəklədi
Bu gün, 09:56
Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə – “Hər kəs ehtiyatlı olsun!”
Bu gün, 09:36
ABŞ-də SSR-in bayrağı qaldırıldı
Bu gün, 09:34
Naxçıvanda “Kassap Döner”də KÜTLƏVİ XƏHƏRLƏNMƏ... - 17 nəfər...
Bu gün, 09:31
Paşinyanın korteji qəzaya uğramayıb... -Ermənistan DİN və mətbuat katibindən təkzib
Bu gün, 09:27
Gəncə səhiyyəsi ACINACAQLI DURUMDA... - NARAZILIQ VAR...
Bu gün, 09:24
ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var? - TƏFƏRRÜAT
Bu gün, 09:12
Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Bu gün, 09:03
İcra başçısının iyun ayı üzrə ilk səyyar görüşü Orta Salahlı kəndində baş tutdu - FOTO
Bu gün, 08:47
Vaqif Bayatlı Odərin kitabları təqdim olunacaq - FOTO
Bu gün, 08:42
Azərbaycan dövlətçiliyinin xilas günü - MƏQALƏ
Bu gün, 08:37
Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası - İsrafil Kərimovun yazısı
Bu gün, 08:35
Şəkidə Qarabağ qazisini SAYA SALAN YOXDUR... - Prezidentə MÜRACİƏT
Bu gün, 07:48
İcra başçısı HƏBS OLUNDU - Rusiyada...
Bu gün, 07:41
Paşinyanın yerinə sürpriz isim – Qarabağ qatili hakimiyyətə gətirilir?
Bu gün, 07:37
Rusiyanın bir sıra hava limanları fəaliyyətlərini dayandırıb - SİYAHI
Bu gün, 06:34
Bu şəxslərə ildə 1440 manat verilir: Bir şərtlə - TƏFƏRRÜAT
Bu gün, 06:31
'Bolt'dan taksi sifariş etdik və... - GİLEY
Bu gün, 06:26
Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:17
Paşinyanın bayram təbrikinin PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 06:14
Rusiyaya gedərkən yüz ölçüb bir biçin... - deputat ŞƏRH EDİR
Bu gün, 06:12
Vətəndaş 'Şirvanşah'ın umrunda da deyil - BU NƏDİ BELƏ?
Bu gün, 05:50
"Abituriyentlər artıq imtahanlara yox, öz güclərinə yox, DİM-in səhv etməyəcəyinə dua edirlər" - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru