“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                     Bakıda falçı evini satan qadının başına OYUN AÇDI .....                     Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... .....                     Afət həmkarlarına MEYDAN OXUDU: .....                 

Nəticəsiz görüş və müvəqqəti “atəşkəs” - Barmaqlar tətikdə
Tarix: 9-12-2021, 14:37 | Çap et
Nəticəsiz görüş və müvəqqəti “atəşkəs”
ABŞ və Rusiya prezidentləri Co Bayden ilə Vladimir Putin arasında ilk dəfə telekonfrans formatında ikitərəfli danışıqlar baş tutub. Görüş iki saatdan çox davam edib.

Liderlərin söhbəti zamanı Ukrayna ətrafındakı vəziyyət və NATO-nun şərqə doğru genişlənməsi, strateji sabitlik məsələləri və ikitərəfli gündəlik müzakirə olunub. Həmçinin regional təhlükəsizlik mövzularına, o cümlədən Əfqanıstandakı vəziyyətə toxunulub.

Qeyd edək ki, iki lider arasındakı bu görüş Baydenin ABŞ Prezidenti vəzifəsinə gəlişindən sonra sayca beşincidir. Bundan əvvəl iki dövlətin başçıları üç dəfə telefonla danışıb, iyunun ortalarında isə Cenevrədə təkbətək görüş keçiriblər. Təkbətək söhbət iki saata yaxın davam edib.

Dünya KİV-lərinin yaydığı məlumata görə, görüşdə hər hansı razılıq əldə olunmayıb. Gözləndildiyi kimi, ABŞ Rusiyanı Ukrayna məsələsində geri addım atmağa razılaşdıra və təhrik edə bilməyib.

Politoloq Şahin Cəfərli AYNA-ya açıqlamasında deyib ki, Ukrayna məsələsində hər iki tərəf öz mövqeyində qalıb: “Görüşsonrası verilən açıqlamalardan bu qənaətə gəlmək olar ki, tərəflər hər hansı ciddi razılığa gələ bilməyiblər. Lakin ehtimalım ondan ibarətdir ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma gedəcəkdisə, artıq bu görüşdən sonra bunu etməyəcək. Ən azından bir müddət bu istiqamətdə nisbi sakitlik hökm sürəcək. Bununla yanaşı, Ukrayna məsələsinə görə ABŞ, o cümlədən Avropa ilə Rusiya arasında gərgin münasibətlər davam edəcək. Bu görüş regiona yalnız qısa müddətlik sabitlik vəd edir”.

“Vaşinqton və Avropa dövlətləri açıq şəkildə mesaj verdilər ki, Ukraynaya qarşı genişmiqyaslı hücumlar olarsa, Rusiya ağır iqtisadi sanksiyalara məruz qalacaq. Hansı ki, bu, özlərinin də dediyi kimi, indiyə qədər həyata keçirmədikləri və risk etmədikləri sanksiyalar olacaq. Bu sırada Rusiyanın enerji şirkətləri ilə əməkdaşlığın dayandırılması, SWIFT köçürmə sistemindən, yəni beynəlxalq banklararası ödəniş sistemindən kənarda saxlanılması, Rusiya liderlərinin bank hesablarının dondurulması yer alır. Əgər bu sanksiyalar tətbiq edilərsə, Rusiya iqtisadiyyatı nəinki sarsılar, darmadağın olar”, - ekspert söyləyib.

Onun sözlərinə görə, bu günə qədər Qərb Moskvaya qarşı ciddi təzyiqlərə əl atmırdı: “Daha çox öz simasını qorumağa çalışırdı. Beynəlxalq aləmə göstərirdi ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti ilə barışmaq niyyətində deyil. Əslində isə, bütün körpüləri yandırmırdı. Bu dəfə daha prinsipial mövqe nümayiş etdirirlər. Həm ABŞ və Avropa, həm də Kreml tərəfindən barışmaz mövqe müşahidə edirik. Düşünürəm ki, “bu xəmir hələ çox su aparacaq”. Bütün hallarda Moskva Ukraynanı itirmək faktı ilə barışmayacaq. Buna imkan verməmək üçün bütün yollara əl atacaq”.

“Qərbin postsovet məkanında əsas marağı Baltikyanı və Qara dəniz ölkələri ilə bağlıdır. Sovet İttifaqının dağılmasından sonra Baltikyanı dövlətlər NATO-ya və Avropa Birliyinə üzv oldu. Artıq Moskvanın onlara təsir imkanı yoxdur. Qara dəniz ölkələrindən isə Ukrayna və Gürcüstanı qorumağa çalışacaqlar. Digər dövlətlərlə bağlı Qərbin prinsipial mövqe tutacağını güman etmirəm. Bu sırada Orta Asiya ölkələrini, o cümlədən Azərbaycan və Ermənistanı göstərmək olar. Qarabağ münaqişəsinə münasibətdə Qərbin loyal yanaşmasını, Rusiyanın üstün mövqeyi ilə barışmasını bu amillə izah etmək olar”, - deyə Cəfərli fikrini tamamlayıb.

Sabiq dövlət katibi, siyasi icmalçı Qabil Hüseynli AYNA-ya şərhində sözügedən görüşün nəticəsiz qaldığına bildirib: “Putin görüşdə sərt mövqe nümayiş etdirdi və görüş nəticəsiz qaldı. Rusiya Prezidenti açıq şəkildə bildirdi ki, Ukrayna məsələsi onlar üçün “qırmızı xətdir”. Açıq şəkildə bəyan etdi ki, NATO şərqə, Rusiyanın sərhədlərinə doğru genişlənməsə, o zaman Moskva da Ukrayna ilə bağlı siyasətindən imtina edəcək. Əlavə etdi ki, vaxtilə Qorbaçov və Reyqan arasında razılıq olub ki, NATO bu regiona sirayət etməyəcək. Onun söylədiklərinə isə Bayden istehza ilə yanaşırdı və bütün bunlar göstərir ki, münasibətlər gərgin olaraq qalmaqdadır”.

“Görünən odur ki, hər iki tərəf öz mövqeyində qalır və Ukrayna məsələsində israrlıdır. ABŞ və Avropa nəyin bahasına olursa-olsun, həm Ukrayna, həm də Gürcüstanın NATO-ya üzv olmasına çalışır. Rusiya isə hər vəchlə bunun qarşısını almaq istəyir. Moskvanın yürütdüyü siyasət anlaşılan deyil və dövlətlərin daxili işlərinə kobud müdaxilə cəhdidir. Artıq Sovet İttifaqı yoxdur və digər dövlətlər kimi, Ukrayna da müstəqildir. Özü bilər, hansı quruma üzv olur və ya olmur. Rusiya drijor çubuğunu yerə qoymalıdır”, - deyə politoloq vurğulayıb.

Hüseynlinin sözlərinə görə, Kreml bilir ki, bu dalğa sonda onun özünü vuracaq: “Əslində bu kimi addımları ilə gələcəkdə özünü gözləyən təhlükələrdən qorunmağa çalışır. Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücumlara start verərsə, Qərbin sərt təpkiləri ilə qarşılaşacaq. Artıq bunu həm ABŞ, həm də Avropa rəsmiləri açıq şəkildə bəyan ediblər. Nəzərə almaq lazımdır ki, münaqişələr zaman-zaman dərinləşir və yekunda bu böhran dərin konfliktlərə və hətta daha arzuolunmaz nəticələrə gətirib çıxara bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Dünən, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Dünən, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Dünən, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 10:45
London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur - AKTUAL
Dünən, 10:41
Tramp Moskva və Pekini bombalamaqla hədələyib - CNN
Dünən, 10:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru