Yeni geopolitik konfiqurasiya və Azərbaycan .....                     Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? .....                     Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... .....                     “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi .....                     Azərbaycanla sərhəddə gizli toplantı .....                     Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir .....                     Qida Sənayesi Kolleci adlı BAZAR... .....                     Bakıdan Kiyevə uzadılan kömək əli .....                     5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var .....                     Adil Vəliyev şəhid ailəsinə qarşı... .....                     “FSB”nin Bakıda kəsilən “qolu” .....                     `Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... .....                     Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... .....                     "Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" .....                     "Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır" .....                     AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir .....                     Həmkarlar İttifaqında nə baş verir? .....                     10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb .....                     Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” .....                     Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi .....                     ƏT BAZARINDA MÖHTƏKİRLİK... .....                     “Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər .....                     Regionla bağlı qorxunc ssenari .....                     "Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" .....                     Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? .....                     “Little Stars” uşaq bağçası, YOXSA... .....                     “Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ .....                     Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT .....                     Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib .....                     Bu məşhur istirahət məkanı zibillik içərisindədir - .....                     Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! .....                     Gömrük sistemində rütbə ədalətsizliyi .....                     Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri .....                     ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib .....                     Çimərliyə maşınla girənlərə sərt sözlər: .....                     Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi .....                     Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı .....                     Təmir-tikinti materialları bazarı “od tutub yanır” .....                     Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub .....                     Dəfn müavinəti də hamıya veriləcək: .....                 

Rusiya Avropanın enerji xəritəsini dəyişdirir – Polşa bundan sonra qazı Almaniyadan alacaq
Tarix: 3-11-2021, 09:48 | Çap et
Rusiya Avropanın enerji xəritəsini dəyişdirir
Havalar soyuduqca, Rusiyanın Avropa İttifaqına qarşı qaz basqıları da artıb.

Ovqat.com-un məlumatına görə, Rusiyadan Yamal-Avropa boru kəməri vasitəsilə Polşa üzərindən Avropaya qaz axını tamamilə dayandırılıb.

Bundan əlavə, “Qazprom” Ukrayna üzərindən Avropaya nəql etdiyi qaz axışını da yarıbayarı azaldıb. Məlumata görə, “Qazprom” 2022-ci ilin birinci rübündən üçüncü rübünədək Ukraynanın qaz nəqli sistemi ilə əlavə tranzit imkanları bron etməyib. Halbuki, Ukraynanın GTS operatoru hərracda Sudja stansiyası ilə gündə 9,8 milyon kubmetrə qədər və Soxranovka stansiyasından gündə 5,2 milyon kubmetrə qədər əlavə qaz nəql etmək üçün tranzit imkanlarını təklif etmişdi. Yəni, ümumilikdə, gündə 15 milyon kubmetrədək əlavə həcmdən söhbət gedirdi. Görünən budur ki, Ukraynanın bu təklif qəbul olunmayıb.

“Qazprom”-un Polşadan və Ukraynadan keçən kəmərlərlə bağlı qərarından sonra Avropada qazın qiyməti 15%-dən çox artıb. Hazırda London ICE birjasında min kubmetr qazın qiyməti 880 dollara yüksəlib. Bir çox Qərb analitikləri, o cümlədən “Bloomberg” nəşrinin enerji mütəxəssisləri “Qazprom”un bu addımlarını davam edən enerji böhranı fonunda Rusiyanı Avropada vəziyyəti gərginləşdirməkdə ittiham ediblər. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin əvvəllər söz vermişdi ki, “Qazprom” Avropanın ehtiyacı olan bütün qazı tədarük etməyə hazırdır.

“Qazprom”un hərraclarda iştirakdan imtinasından sonra Ukraynanın GTS operatorunun rəhbəri Sergey Makoqon həyəcan təbili çalın: Rusiya qazının Ukrayna ərazisindən tranziti oktyabrın 1-i ilə müqayisədə noyabrın 1-dən sutkada 57 milyon kubmetrə qədər azalıb. Nəzərə alsaq ki, bu zamanadək Ukraynadan Avropaya qaz nəqli sutkada 86 milyon kubmetr idi, bu nəqlin 1\3-nin azalması anlamına gəlir. Üstəlik, Ukrayna ilə “Qazprom” arasında bağlanmış müqaviləyə əsasən, rus şirkəti bu boru xəttinə sutkada 109 milyon kubmetr qaz vurmalıdır. Belə çıxır ki, tranzit müqavilədə nəzərdə tutulandan iki dəfə çox azalıb. Bu minvalla “Qazprom” may ayının sonuna qədər Aİ-yə təxminən 5 milyard kubmetr qaz tədarük etməyəcək. Ötən şənbə günündən etibarən Yamal-Avropa vasitəsilə Polşadan qaz nəqlinin dayandırılmasını da hesaba qatsaq, bu rəqəm xeyli böyüyür.

“Qazprom” isə Avropanın enerji analitiklərinin şərhləri ilə razılaşmır. Şirkətin fikrincə, Ukrayna tranzitinin azalması və Polşa üzərindən isə tamamilə dayandırılması qanunidir və Avropa İttifaqına qaz nəqlinin kəsintisi anlamına gəlmir. Bu kəsintilər onunla izah oluna bilərdi ki, oktyabrın 1-dən “Qazprom” Macarıstana Ukraynadan deyil, “Türk axını”nın davamı olan “Balkan axını” ilə qaz tədarük etməyə başlayıb. Təbii olaraq, Ukrayna vəziyyətin bu cür dönüşündən çox narazı qalıb, hətta “Qazprom”la Macarıstan arasında razılaşmanın Avropanın enerji qanunvericiliyinə nə dərəcədə uyğun olub-olmadığına hüquqi qiymət vermək üçün Avropa Komissiyasına müraciət edib.

Polşa üzərindən qaz nəqlinə gəlincə, Almaniyanın təbii qaz kəməri operatoru “Gascade” şirkəti də etiraf edib ki, 30 oktyabr 2021-ci il şənbə günündən etibarən “Qazprom” tərəfindən idarə olunan Yamal-Avropa boru kəmərindən qaz almaq mümkün deyil. Açıqlamaya görə, boru kəmərinin Almaniyaya giriş nöqtəsi olan Mallnovaya qaz axını dayanıb. Qaz indi Polşadan Almaniyaya yox, tam əksinə, Almaniyadan Polşaya axacaq.

Rusiyanın Avropaya qaz nəqli xəritəsini yenidən cızması iki səbəblə izah olunur. İlk səbəb, sözsüz ki, Moskvanın “üzünə ağ olan” keçmiş müttəfiqlərini “xəyanətlərinə” görə cəzalandırmaq cəhdidir. Moskvanın məqsədi öz ətrafındakı Rusiya əleyhdarı hakimiyyətləri sarsıtmaq, ya özündən asılı vəziyyətə gətirməklə əvvəlki istehşamını bərpa etmək, ya da onları devirib Rusiyapərəst qüvvələri hakimiyyətə gətirməkdir. Məqsəd Şərqi Avropa ölkələrini Qərbdən uzaqlaşdırmaq olduğundan “Qazprom” vasitəsilə həyata keçirilən bu tədbirlər iqtisadi yox, siyasi xarakter daşıyır və Avropa İttifaqı qanunları ilə daban-dabana ziddiyyət təşkil edir. Bu səbəbdən də qurumun müvafiq orqanlarının ciddi reaksiyası ilə üzləşə bilər.

Digər bir səbəbdən isə, Rusiyanın Avropanı qaz böhranı faktı qarşısında qoyaraq, özünün “Şimal axını-2” layihəsini ona qəbul etdirmək ola bilər. Məlum olduğu kimi, Avropaya qaz nəqlini ikiqat artıracaq “Şimal axını-2” boru kəmərinin inşası artıq tamamlanıb, hətta borular qazla da doldurulub. Layihənin fəaliyyətə başlaması üçün “Qazprom” Almaniya Federal Şəbəkə Agentliyinin sertifikatını gözləyir. Bundan əlavə, Aİ də qaz direktivinə uyğun olaraq xətti təsdiq etməlidir. Rusiyanın qaz ixtisarları da Aİ-yə təzyiq etmək istəyi ilə əlaqələndirilir.

“Qazprom” isə Avropaya qaz nəqlini azaltmasını tamamilə hüquqi prosedurlarla izah edir. Şirkətin iddiasına görə, Yamal - Avropa vasitəsilə Polşadan tranziti ilə bağlı bağlanan müqavilə 2020-ci ildə başa çatıb. Bundan sonra Polşa “Qazprom” ilə yeni tranzit müqaviləsi imzalamaq istəməyib. Varşava Avropa rəsmiləri tərəfindən təklif olunan hərraclarda tranzit imkanlarının bron edilməsi sxeminə keçib. Buna görə də, Polşadan keçən boruya qaz vurulmur. Ukrayna ilə bağlanan müqavilənin bitməsinə isə hələ 2 il var. Buna baxmayaraq, “Qazprom” Ukraynanın tələb etdiyi həcmdə qaz verməyə borclu deyil, 2022-ci ildə müqavilənin yenilənməsinə də həmçinin.

Qiymətlərin bahalaşmasının əsl günahkarına gəlincə, Moskvanın fikrincə, bu, digər tədarükçülər arasında axtarılmalıdır. Çünki Norveç, Əlcəzair, ABŞ kimi digər tədarükçülər Avropaya qaz nəqlini artırıb onu enerji böhranından xilas edə bilərlər. Onlar isə nəinki bunu etmir, hətta ABŞ Avropaya LNG qazı tədarükünü tamamilə dayandırıb, daha çox qazanc əldə etmək üçün öz sıxılmış qazını Asiya bazarına çıxarır.

Bir sözlə, Rusiyanın ABŞ-la qaz müharibəsinin acılarını Avropa çəkir. Xüsusilə qış aylarında Avropanı soyuqla imtahana çəkilmək gözləyir.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni geopolitik konfiqurasiya və Azərbaycan - AKTUAL
Bu gün, 09:05
Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... - “Hraparak”
Bu gün, 08:56
“Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 08:54
Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Bu gün, 08:50
Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Bu gün, 08:48
Qida Sənayesi Kolleci adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:46
Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35
5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34
Adil Vəliyev şəhid ailəsinə qarşı... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:29
“FSB”nin Bakıda kəsilən “qolu” - hibrid savaşçılarının baş hədəfi
Bu gün, 08:25
`Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT
Bu gün, 06:52
"Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:47
"Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır"
Bu gün, 06:45
AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Bu gün, 06:38
Həmkarlar İttifaqında nə baş verir? – Yaxın qohumu Sahib Məmmədovu tərk etdi
Bu gün, 06:34
10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb - DETALLAR
Bu gün, 06:28
Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” - AKTUAL
Bu gün, 06:26
Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi - "Birləşin, təşkilatlanın, etiraz edin..."
Bu gün, 06:23
ƏT BAZARINDA MÖHTƏKİRLİK... - kimlərsə məqsədli şəkildə...
Bu gün, 06:20
“Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər - AXI NİYƏ?..
Bu gün, 06:17
Regionla bağlı qorxunc ssenari – Gizli bomba 49 ildən sonra “partlaya bilər”
Bu gün, 06:15
"Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" - deputat
Bu gün, 06:13
Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? - ARAŞDIRMA
Bu gün, 06:06
“Little Stars” uşaq bağçası, YOXSA... TƏHLÜKƏ MƏNBƏYİ?
Bu gün, 06:05
“Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ - piyada yolu zəbt edildi
Bu gün, 06:00
Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT - Küçə ticarəti, NARAZI SAKİNLƏR.....
Bu gün, 05:57
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 02:57
Bu məşhur istirahət məkanı zibillik içərisindədir - - FOTO
Bu gün, 02:55
Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 18:07
Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Dünən, 18:06
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Dünən, 17:58
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Dünən, 17:44
Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Dünən, 17:42
Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Dünən, 17:35
Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Dünən, 17:28
Təmir-tikinti materialları bazarı “od tutub yanır” – Qiymətlər kəllə çarxa çıxdı!
Dünən, 17:25
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Dünən, 17:21
Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Dünən, 17:08
Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Dünən, 17:02
“Trampın növbəti şousu” - Sky News
Dünən, 17:00
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:53
Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? – ŞOK detallar
Dünən, 16:50
Hərbi prokurora müavin təyin olunub - ƏMR
Dünən, 16:47
Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? - GƏLİŞMƏ
Dünən, 16:04
Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir
Dünən, 16:03
Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Dünən, 15:59
Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 15:58
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Dünən, 15:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru