Rəvanədən Zaurun sualına REAKSİYA: .....                     Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? .....                     Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır .....                     Çinlə qurulan yeni münasibətlər... .....                     12 ildir evsiz qalan Xalq artisti... .....                     Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? .....                     "Evimi satıb kirayədə qalıram..." .....                     Təbrizdə polis idarəsinə silahlı hücum .....                     Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? .....                     Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: .....                     BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib .....                     Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” .....                     “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” .....                     “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” .....                     Bakıda adam bıçaqlayan ictimai fəala .....                     "Rafaellə Coşqun mənə şok yaşatdı" .....                     Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu .....                     9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək .....                     Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb .....                     Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR .....                     İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub .....                     Şərurda vətəndaşın işi TƏRS GEDİR... .....                     Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... .....                     Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi .....                     Paşinyanın “Vatikana yürüşü” .....                     "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." .....                     Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi .....                     Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib .....                     “Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək .....                     Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... .....                     Əmək müqaviləsinə xitam verilməsi... .....                     Amerikasayağı Zəngəzur dalanı: .....                     15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? .....                     "Pulu verməkdən imtina edirlər" .....                     “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, .....                     Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək .....                     Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? .....                     Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? .....                     Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” .....                     “Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” .....                 

Lavrovun Türkiyəni hədəf alan açıqlaması - erməni damarı yoxsa...
Tarix: 14-04-2021, 08:53 | Çap et
Lavrovun Türkiyəni hədəf alan açıqlaması
Rusiya xarici işlər naziri Sergey Lavrov yenidən erməni xislətini ortaya qoyub. Bu dəfə Lavrov Türkiyəni hədəfə alıb. Ermənipərəst nazir mətbuat konfransında Ankaranın Kiyevə dronlar satması ilə bağlı məlumatı şərh edərkən deyib ki, Rusiya Türkiyə və digər ölkələri Ukraynada militarist ab-havanı qızışdırmaqdan çəkinməyə çağırır. “Kiyevdəki rejim ağılsız addımlar ata bilər ki, bunun da axırı pis qurtaracaq. Dərhal deyim ki, əlaqə qurduğumuz bütün məsul ölkələrə - Türkiyə də bunlardan biridir - Kiyevin döyüş ruhlu bəyanatlarını təhlil etməyi qətiyyətlə tövsiyə edirik və onları bu militarist duyğuları bəsləməmək üçün xəbərdar edirik”.

Rusiya XİN başçısı ABŞ-a məxsus hərbi gəmilərin Qara dənizə keçidini də pisləyib. O “Vaşinqtonun Ukraynada hansı məqsədlər güddüyünü bilmirəm”, - deyə açıqlama verib. Aydındır ki, Türkiyənin Kiyevə siyasi və hərbi dəstəyindən Moskva narazıdır. Amma nədənsə bu narazılığı ermənipərəst Lavrov dilə gətirdi.

Xatırladaq ki, Rusiyanı qıcıqlandıran əsas məsələ Ukrayna prezidenti Zelenskinin Türkiyəyə səfəri olub. Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edərək bu ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Ukraynanın şərqindəki vəziyyətə toxunan Ərdoğan bildirib ki, bu barədə Zelenski ilə fikir mübadiləsi aparıb və inanır ki, böhranı siyasi yolla aradan qaldırmaq olar. Türkiyə prezidenti vurğulayıb ki, Minsk razılaşmaları çərçivəsində Ukraynanın şərqində gərginliyi azaltmaq vacibdir. Ukrayna və Türkiyənin müdafiə sahəsində əməkdaşlığını isə Ərdoğan “vacib element” adlandıraraq, onun hansısa üçüncü dövlətin əleyhinə yönəlmədiyini vurğulayıb.

Görüşü təhlil etsək görərik ki, Ərdoğan münaqişənin hərb yox, sülh yolu ilə həllinə üstünlük verdiyini deyib. Belə isə Lavrov hansı qızışdırıcılıqdan danışır? Rusiya-Türkiyə arasındakı gərginliyin səbəblərindən biri də ABŞ gəmilərinin Qara dənizə girməsidir. Azərbaycan tərəfini düşündürən suallardan biri də budur ki, iki tərəfdaş ölkə arasında münasibətlərin gərginləşməsi Dağlıq Qarabağdakı vəziyyətə necə təsir edəcək? Münasibətlər korlansa, Rusiyanın Qarabağ, Suriya və Liviyada Ankara ilə əməkdaşlığı riskə girə bilərmi?

Mövcud durumu qiymətləndirən politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya rəsmiləri başlarını itirib, ünvanı da səhv salıblar: “Ərdoğanı bu cür mesajlarla qorxutmaq olmaz. Nəinki Türkiyə, bütün normal dövlətlər, o cümlədən Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, Krımı Ukraynanın ərazisi hesab edir. Türkiyə müstəqil dövlətdir, Ukrayna ilə əlaqələri intensivləşdirir, Ukraynaya silah satır, Krımın ilhaqını tanımır. Ancaq o da faktdır ki, Ərdoğan Zelenski ilə görüşündə Rusiya əleyhinə heç bir fikir səsləndirmədi və Rusiyanın adını belə çəkmədi. Etik qaydalara əməl etdi. Ancaq görünür, Türkiyənin Ukraynaya verəcəyi dəstək Rusiyanı bu şəkildə qıcıqlandırıb. Gəlib başqa ölkənin torpağını işğal edib, digər bir ölkəyə qarşı isə ittihamlar səsləndirir. Bu, Türkiyəni qorxutmaq məqsədi daşıyır. Ardınca Rusiyanın əl atdığı yollara baxın, öz vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb, pandemiya baxımından təhlükəli yer olduğunu bildirib. Bir qədər sonra Türkiyə pomidorunun idxalına da qadağa qoya bilərlər. Pomidor qadağasını Azərbaycana qarşı da istifadə edirdi, ancaq o mərhələ artıq geridə qaldı. İndi Rusiyadan kimsə qorxmur, çəkinmir. Rusiya özünü düşünsün ki, bu cür siyasətlə özündə mərkəzdənqaçma meylləri güclənə bilər”.

Politoloq vurğuladı ki, Ukrayna ilə savaş Rusiyanın özünə də baha başa gələ bilər: “Getdikcə digər dövlətlərdən Ukraynaya dəstək artır, Krımı Ukrayna ərazisi kimi tanıyırlar. Rusiya artıq kimisə təkləyə bilməz, Türkiyə ətrafında türkdilli dövlətlərin ciddi bir bloku yaranır. Azərbaycan da Rusiyanın siyasətindən narazıdır. Prezident İlham Əliyev də aprelin 13-də beynəlxalq ekspertlərlə keçirdiyi görüşdə bildirdi ki, В«İsgəndərВ» raketləri ilə bağlı Putinlə danışıb, lakin o, heç bir aydınlıq gətirməyib. Rusiya artıq heç kimi qorxuda bilməz. Doğrudur, bir çox ölkələr Rusiya ilə əməkdaşlıqda maraqlıdır. Lakin Rusiya müxtəlif ölkələrdə separatçılara dəstək verəndə, torpaqları ilhaq edəndə anlamalıdır ki, heç kim onun yanında dayanmayacaq”.

Ukrayna məsələsində Rusiya ilə Türkiyə arasında yaranan gərginliyin, bu iki ölkənin Suriyada, Liviyada, Qarabağdakı əməkdaşlığına zərbə vura biləcəyi ehtimalına toxunan politoloq vurğuladı ki, onsuz da Rusiya Qarabağda Azərbaycana kifayət qədər problem yaradıb: “Rusiya Suriyada İdlib şəhəri ətrafında Türkiyəyə müəyyən problemlər yaratmaq istəyə bilər. Hesab edirəm ki, bir müddət sonra Rusiyada Zelenskinin Türkiyəyə səfərini unudacaqlar və başa düşəcəklər ki, Türkiyə ilə əməkdaşlıq Rusiya üçün vacibdir. Rusiya ilə əməkdaşlıq da Türkiyə üçün vacibdir. Rusiyanın beynəlxalq aləmdə elə çox dostu yoxdur. Türkiyə isə rəsmi Moskva üçün strateji tərəfdaşdır ”.

ABŞ hərbi gəmilərinin Qara dənizə daxil olması ilə bağlı Rusiyanın Türkiyədən narazılığına münasibət bildirən E.Şahinoğlu dedi ki, bu məsələdə Türkiyə qınana bilməz: “Qara dənizə giriş qaydalarla tənzimlənir, onlardan Türkiyə də kənara çıxa bilməz. Türkiyə boğazların qapısını bağlaya bilməz. ABŞ gəmilərinin Qara dənizə daxil olması ilə bağlı Rusiya Türkiyəni qınaya bilməz. Ərdoğan Zelenski ilə görüşdə də açıq dedi ki, müharibənin əleyhinədir. Belə olan halda, Rusiya Ərdoğandan nə istəyir ?”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Bu gün, 13:37
Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Bu gün, 13:32
Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Bu gün, 13:23
Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Bu gün, 13:04
12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Bu gün, 12:58
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Bu gün, 12:53
"Evimi satıb kirayədə qalıram..."
Bu gün, 12:51
Təbrizdə polis idarəsinə silahlı hücum
Bu gün, 12:46
Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Bu gün, 12:22
Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Bu gün, 12:17
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Bu gün, 12:13
Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Bu gün, 12:06
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Bu gün, 12:03
“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Bu gün, 11:55
Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Bu gün, 11:50
"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Bu gün, 11:40
Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:29
9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Bu gün, 11:15
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Bu gün, 11:11
Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Bu gün, 11:06
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Bu gün, 11:00
Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Bu gün, 10:57
Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Bu gün, 10:53
Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Bu gün, 10:51
Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Bu gün, 10:48
"Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Bu gün, 10:38
Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:26
Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Bu gün, 10:18
“Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 10:14
Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Bu gün, 10:00
Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Bu gün, 09:53
Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Bu gün, 09:47
15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:45
"Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Bu gün, 09:41
“Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Bu gün, 09:33
Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Bu gün, 09:31
Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Bu gün, 09:18
Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Bu gün, 09:10
Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” – Erməni səfir
Bu gün, 09:07
“Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Kreml xəsislik edir, yoxsa qabalıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00
Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu - DETALLAR
Bu gün, 08:58
Sülh üçün “dəmir-beton”qarantiya - İNCƏLƏMƏ
Bu gün, 08:51
Fərdi əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:48
KONTAKT HOME yenə də problem yaradır - GİLEY
Bu gün, 08:39
Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... - GƏLİŞMƏ...
Bu gün, 08:28
Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... - elə bil QƏDƏRİNİ BİLİR...
Bu gün, 07:32
Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24
38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız - AYB ÜZVÜNDƏN ANARA MƏKTUB
Bu gün, 07:21
Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... - nə izah edən var, nə də izahat verən...
Bu gün, 07:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru