244 milyonluq AZALMA .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub .....                     Rəvanədən Zaurun sualına REAKSİYA: .....                     Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? .....                     Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır .....                     Çinlə qurulan yeni münasibətlər... .....                     12 ildir evsiz qalan Xalq artisti... .....                     Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? .....                     "Evimi satıb kirayədə qalıram..." .....                     Təbrizdə polis idarəsinə silahlı hücum .....                     Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? .....                     Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: .....                     BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib .....                     Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” .....                     “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” .....                     “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” .....                     Bakıda adam bıçaqlayan ictimai fəala .....                     "Rafaellə Coşqun mənə şok yaşatdı" .....                     Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu .....                     9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək .....                     Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb .....                     Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR .....                     İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub .....                     Şərurda vətəndaşın işi TƏRS GEDİR... .....                     Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... .....                     Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi .....                     Paşinyanın “Vatikana yürüşü” .....                     "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." .....                     Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi .....                     Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib .....                     “Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək .....                     Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... .....                     Əmək müqaviləsinə xitam verilməsi... .....                     Amerikasayağı Zəngəzur dalanı: .....                     15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? .....                     "Pulu verməkdən imtina edirlər" .....                     “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, .....                     Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək .....                     Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? .....                     Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? .....                 

Ankaranın Ukrayna ilə bağlı “qırmızı xətti” - Ərdoğanın qərarı nə olacaq?
Tarix: 10-04-2021, 09:32 | Çap et
Ankaranın Ukrayna ilə bağlı “qırmızı xətti”
Moskva və Kiyev arasında gərginlik pik həddə yaxınlaşmaqdadır. 10 apreldə Ukrayna prezidenti Vladimir Zelenski ilə Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan arasında Ankarada müharibə öncəsi kritik görüş gözlənilir. Zelenski Donbasda vəziyyətin kəskinləşməsi, Rusiyanın sərhədə qoşun cəmləşdirməsi və irimiqyaslı müharibə riskinin artması fonunda Türkiyəyə səfər edəcək. O da məlumdur ki, Ukrayna Türkiyədən “Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin iri partiyasını alıb, habelə bu təyyarələrin birgə istehsalı barədə razılıq əldə olunub.

Hər kəsi bu sual düşündürür, Türkiyənin Ukrayna qərarı və ya seçimi necə olacaq? Rəsmi Ankara necə etməlidir ki, Rusiya ilə inkişafda olan münasibətlər zərər görməsin? Ərdoğan tərəflər arasında vasitəçi ola bilərmi?

Bu arada Rusiya prezident administrasiyası rəhbərinin müavini Dmitri Kazak Ukraynanı hədələyərək deyib ki, Kiyev hərbi əməliyyatlara başlasa, bu, Ukraynanın sonunun başlanğıcı olacaq. Bu informasiya savaşının elementidir, yoxsa real hədə?

Politoloq Əhəd Məmmədli mövzu barədə “Yeni Müsavat”a danışdı: “Türkiyə Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. Rusiya ilə Ukrayna arasında müharibə olacağı təqdirdə belə Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək. Azərbaycanın ərazi bütövlüyü kimi Ukraynanın da suverenliyi Türkiyə üçün qırmızı cizgidir. Lakin bütün bunlara rəğmən, Türkiyə Rusiya ilə də münasibətləri qoruyub saxlayacaq. Hər iki dövlət çox milyardlı münasibətlər, kontraktlar, sazişlər bağlayıb. Bu əlaqələrdən imtina nə Ankara, nə də Moskvanın maraqlarına qətiyyən cavab vermədiyi üçün bu iki derjava bir-birləri ilə münasibətləri qoruyub saxlayacaq.

Bəli, Ərdoğan tərəflər arasında vasitəçi ola bilər. Təbii, bu vasitəçiliyi Zelenski ilə Putin qəbul etsə. Amma görünən odur ki, Rusiya hələlik barış yox, təhdid yolunu seçib. Rusiya 2016-cı ilin aprel müharibəsində Azərbaycanla da təhdid dili ilə danışmışdı. Rusiya real güc görməyənə qədər geri çəkilmir. Bunun üçün Ukrayna, Azərbaycan kimi real güc göstərməlidir ki, Rusiya geri çəkilsin. Rusiyanın da geri çəkilməyi üçün ABŞ birmənalı şəkildə Ukraynanın arxasında durmalıdır. Təbii ki, Türkiyə də Ukraynaya dəstək verməlidir. Ancaq belə olan halda Rusiya geri çəkiləcək. Rusiya, Donbasa görə ABŞ, Türkiyəni arxasına alıb, Ukrayna ilə müharibənin riskini dərk edib, güzəştə gedə bilər".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğanın vasitəçi olacağına inanmır: “Ukrayna-Rusiya münasibətləri o qədər gərgindir ki, heç bir dövlət bu istiqamətdə vasitəçi ola bilmir. Avropa dövlətləri çalışır, amma nəsə aldıra bilmirlər. Müəyyən formatlar yarandı. Bunların heç biri kömək edə bilmədi. Rusiya separatçılara dəstək verməyə davam edir. Atəşkəs intensiv olaraq pozulmaqdadır. Rusiyanın planında var ki, Ukraynanı iki yerə bölsün. Türkiyə üçün də çətin durum yaranıb. Çünki həm Rusiya, həm də Ukrayna ilə çox yaxın münasibətləri var. Digər tərəfdən siz də doğru olaraq xatırlatdınız ki, Ukrayna qardaş ölkədən pilotsuz uçuş təyyarələri alıb. Bu, Kremlin heç bir halda xoşuna gələ bilməz. Amma Türkiyənin öz milli və təhlükəsizlik maraqları var. Rəsmi Ankara daha ağır çətinliyə sürüklənə bilər. Amerika öz hərbi gəmilərini Qara dənizə göndərib. 1936-cı ildəki Montro anlaşması var. Böyük hərbi gəmilər üçün Türkiyədən icazə almalı idilər. İndi qardaş ölkə həmin gəmilərin Qara dənizə girişinə icazə versə, Rusiya ilə münasibətlərdə böyük gərginlik yaşayacaq. İcazə verməyəndə isə Ukrayna və Amerika ilə böyük gərginlik yaşayacaq. Yaxın günlərdə Türkiyə belə çətin seçimlə üz-üzə qala bilər. Bütün hallarda Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Amma istənilən halda qardaş dövlət münaqişədə iştirakçı olmayacaq. Separatçılıqla bağlı şimal qonşumuzun siyasətini Türkiyə bəyənməsə də, bunu etməz. Çünki ortaq layihələr var. Qaz anlaşmaları mövcuddur. Hərbi anlaşmalar var. S 400-lər məsələsi də var. Türkiyə çalışacaq ki, bu məsələdə çox da üzdə görünməsin. Amma çətin seçimlərlə üzləşməyə də özünü hazırlamalıdır. Yuxarıda dediyim kimi bunlardan biri ABŞ hərbi gəmilərinin Qara dənizə yaxınlaşmasıdır”.

Politoloq Dmitri Kazakın açıqlamasına da toxundu: “Bu, birbaşa real hədədir. Rusiyanın konkret planı hər kəsə məlumdur, Ukraynanı bölmək planı. Rusiya tək Krım, Donbasla kifayətlənmək istəmir. Rusdilli olan və Rusiyaya simpatiya bəsləyən Ukrayna ərazilərini ələ keçirmək istəyir. Bu açıqlama həm də sırf real proqramdır. Ukraynaya mesaj göndərilir ki, müharibəyə başlasanız, biz daha çox irəliləyə bilərik. Kremli sanksiyalar da qorxutmur. Çünki rəsmi Moskva kifayət qədər sanksiyalarla üz-üzədir. Rusiya işğalçılıq siyasətini Ukrayna yönəlik davam etdirmək istəyir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
244 milyonluq AZALMA – “Neftin qiyməti çox aşağı düşəcək”
Bu gün, 15:44
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:42
Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Bu gün, 13:37
Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Bu gün, 13:32
Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Bu gün, 13:23
Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Bu gün, 13:04
12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Bu gün, 12:58
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Bu gün, 12:53
"Evimi satıb kirayədə qalıram..."
Bu gün, 12:51
Təbrizdə polis idarəsinə silahlı hücum
Bu gün, 12:46
Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Bu gün, 12:22
Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Bu gün, 12:17
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Bu gün, 12:13
Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Bu gün, 12:06
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Bu gün, 12:03
“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Bu gün, 11:55
Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Bu gün, 11:50
"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Bu gün, 11:40
Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:29
9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Bu gün, 11:15
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Bu gün, 11:11
Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Bu gün, 11:06
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Bu gün, 11:00
Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Bu gün, 10:57
Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Bu gün, 10:53
Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Bu gün, 10:51
Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Bu gün, 10:48
"Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Bu gün, 10:38
Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:26
Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Bu gün, 10:18
“Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 10:14
Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Bu gün, 10:00
Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Bu gün, 09:53
Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Bu gün, 09:47
15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:45
"Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Bu gün, 09:41
“Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Bu gün, 09:33
Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Bu gün, 09:31
Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Bu gün, 09:18
Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Bu gün, 09:10
Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” – Erməni səfir
Bu gün, 09:07
“Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Kreml xəsislik edir, yoxsa qabalıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00
Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu - DETALLAR
Bu gün, 08:58
Sülh üçün “dəmir-beton”qarantiya - İNCƏLƏMƏ
Bu gün, 08:51
Fərdi əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:48
KONTAKT HOME yenə də problem yaradır - GİLEY
Bu gün, 08:39
Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... - GƏLİŞMƏ...
Bu gün, 08:28
Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... - elə bil QƏDƏRİNİ BİLİR...
Bu gün, 07:32
Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru