Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Rusiya ilə bundan sonra .....                     Bakı bunu tələb edir .....                     “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ .....                     “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” .....                     Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı .....                     Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI .....                     Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb .....                     Qriqoryan Tehranda Əraqçı ilə görüşüb .....                     İstanbulda nəticəsiz görüş .....                     “Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” .....                     Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə .....                     "O çörək sənə zəhər olsun" .....                     “Sülh müqaviləsi imzalanandan sonra .....                     Paşinyanın azərbaycanlılara dediyi sözlər .....                     “Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik .....                     İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı .....                     Azərbaycanın beton şirkəti .....                     "Qaradağ" ASC səhmdarlarını yığıncağa .....                     “Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək .....                     “Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib” .....                     Yenə AZNEFT... Yenə gəmi problemi... .....                     Ədalət partiyası .....                     Füzuli sakinin əmlakına ziyan vuran şəxs 10 manat cərimələndi .....                     Azərbaycanın əsas sülh şərti dəyişməz qalır... .....                     Tirana sammiti: Bakının diplomatiyasının zəfəri .....                     Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub .....                     Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir: .....                     Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan üç sənədi təsdiqlədi .....                     Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir .....                     Demokrat prezidentin gəlişi ilə Ağ Ev hökumətinin əvvəlki siyasətə qayıdışı mümkündürmü? .....                     Ağ Ev “Moody's”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib .....                     Peşə Təhsilində səssiz, imtahansız təyinat? .....                     Separatçıların ofisi də bağlanacaqmı... .....                     BDU-nun Faydalı qazıntılar muzeyinin BP və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmirdən sonra açılış mərasimi .....                     Memiş Bakıda, Qriqoryan Tehranda: Səhnə arxasında Zəngəzur? .....                     "Belə qaniçən olmaq lazım deyil..." .....                     "İşçilər buna niyə nəzarət etmir?!" .....                     Rusiyanın işğalı rəsmiləşdirəcək ABSURD SÜLH ŞƏRTLƏRİ .....                     Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? .....                 

Qərb Rusiyanı geri oturda biləcəkmi... - İki slavyanın “əzələ” savaşı
Tarix: 8-04-2021, 08:34 | Çap et
Qərb Rusiyanı geri oturda biləcəkmi...
ABŞ Rusiyanı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə, gərginliyi artırmamağa çağırıb. “Yeni Müsavat” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi deyib. Onun sözlərinə görə, hazırda Rusiyanın niyyətləri haqqında danışmaq çətindir. Ağ Evin mətbuat katibi Cen Psaki isə bildirib ki, Ukraynanın NATO üzvlüyünə qəbul olunması ilə bağlı qərarı Alyans verməlidir, ABŞ deyil: “Ukrayna NATO-ya çoxdan can atır. Bu məsələ ABŞ rəsmiləri ilə danışıqlar zamanı illərdir qaldırılır. Biz Ukrayna ilə bunu çoxdan müzakirə edirik. Onları qətiyyətlə dəstəkləyirik, onlarla ünsiyyət qururuq, sabitliyi pozan addımlara qarşı mübarizə aparırıq. Amma bu qərarı NATO qəbul etməlidir”.

Amerikalı rəsmilərin bu açıqlamalarından yenə görünür ki, Vaşinqton sərt olmayan ritorikada danışmağa üstünlük verir. ABŞ bu tendensiya ilə davam edərsə, Ukraynanın Rusiya ilə müharibəyə başlaması ağılsızlıq olar. Çünki 2014-cü ildə olan quru vəd təkrarlanacaq və əziyyət çəkən Ukrayna xalqı olacaq. Faktiki olaraq, Qərbin Rusiyaya təpkisi sözlərlə müşayiət olunur, tərəddüd göz önündədir və belə gedişlə rəsmi Kiyev Donbasda rus ordusuna qarşı döyüşə bilməz. Rusiya xarici işlər naziri Sergey Lavrov isə hesab edir ki, ABŞ başda olmaqla, Qərb Rusiyaya informasiya hücumuna başlayıb. Bu hücum Moskvanı geri oturmağa vadar edə bilərmi, cavabı çətin sualdır. Bəs Putin bu qədər gücü qarşısına alıb, Ukraynaya hücum əmri verəcəkmi?

Hələlik biz qoşunların sərhədlərə cəmləşdirilməsinin şahidiyik, real müharibə start götürməyib. Əslində slavyan xalqlarının savaşı hər iki ölkənin bir-birinə pislik etməsindən başqa bir iş deyil. Digər tərəfdən, Ukrayna müharibəyə hazır görünmür və sərhədlərə hərbi texnikanın yığılması Qərbin Kremlə gücünü göstərməsi xarakteri daşıdığını daha çox deməyə əsas yaradır.

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, 27 iyul 2020-ci ildə imzalanan atəşkəs razılaşmasından bəri Donbasda 28 ukraynalı hərbçi həlak olub. Dövlət başçısının sözlərinə görə, onlardan 24-ü bu il həyatını itirib: “Təkcə martın 26-dan bu günə qədər 8 hərbçimizi itirmişik”. Görünür ki, lokal toqquşmalar olur, amma genişmiqyaslı əməliyyatların başlanmasına qərar verilməyib. Bu xəbərlər, verilən açıqlamalar hansı nəticəyə gəlməyə əsas verir? Bölgədə irimiqyaslı müharibə gözlənilirmi?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, əslində vəziyyət gərginləşdirilib və məqsəd Ukraynanın NATO-ya üzvlük yolunda işlərinə mane olmaqdır. Deputatın fikrincə, Rusiya narahatdır ki, NATO qüvvələri Ukraynaya yerləşər və bölgədə balansı dəyişə bilər: “Mənə belə gəlir ki, söhbət təzyiqlərdən gedir, atəşkəs pozulur, ağır artilleriya istifadə edilir. Amma bütün bunlar təzyiq forması daşıyır və genişmiqyaslı müharibə çox güman ki, olmayacaq.

Baxmayaraq ki, bölgədə hər iki tərəf öz silahlı qüvvələrini yerləşdirməyə çalışır. Burada çox önəmlidir ki, beynəlxalq ictimaiyyət sərt mövqeyini ifadə eləsin. Beynəlxalq təşkilatlar öz təsirini göstərməlidirlər. Bizim onillərlə işləməyən Minsk Qrupu təcrübəmiz var və Ukrayna üçün də belə bir forma dondurulub. Ən azı bunu işlətmək lazımdır. Çünki mülki əhalinin qurban olduğu xəbərləri gəlməkdədir. Amma bütövlükdə böyük müharibə olmayacaq".

A.Mollazadə hesab edir ki, Qərbin Rusiyanı təzyiqlər yolu ilə geri çəkilməyə vadar etmək siyasətində vahid mövqe sezilmir: “Avropa Birliyinin mövqeyi, ”Normand Qrupu"nda olan Fransa və Almaniyanın sərgilədiyi münasibət daha yumşaq yanaşmadır, yəni Qərb cəbhəsindən birmənalı mövqe yoxdur".

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ukrayna ərazi bütövlüyünü təmin etmək istəyir. Siyasi analitik hesab edir ki, rəsmi Kiyev ən azı Donetsk və Luqanskda suverenliyini bərpa etmək niyyətindədir: “Bunun üçün lazım olan hərbi potensiala da malikdir. Üstəlik, ABŞ və NATO birmənalı elan edib ki, Rusiya proseslərə müdaxilə etsə, onlar da müxtəlif tədbirlərə əl atacaqlar”.

Q.Hüseynlinin zənnincə, qorxulu situasiya yaranıb: “Rusiya tez-tez nüvə silahına əl atacağını söyləyir, amma bunu siyasi şantaj sayıram. Hətta nüvə silahından istifadəyə yol versə belə, itkiləri böyük olacaq və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşa bilər. Ona görə də bu müharibədə Ukraynanın qalib gələcəyini, ən azı Dontesk və Luqanskda suverenliyini bərpa edəcəyini gözləyirəm. Ruslar hay-küy qaldırıblar ki, Ukraynanın dərinliklərinə qədər irəliləyəcəyik, amma istisna etmirəm ki, Rusiya son anda Luqansk və Donetskdə müharibəyə girməyə bilər”.

Ukraynalı hərbi ekspert Oleq Jdanov AYNA-ya şərhində qeyd edib ki, söhbət Almaniyanın, Fransanın və Rusiyanın Ukraynanı Kremlin siyasi orbitinə geri qaytarmaq üçün koordinasiyalı addımlarından gedir. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə təhlükəsi ilə əlaqəli bütün bu panika Ukraynanın hərbi-siyasi rəhbərliyi tərəfindən də yayılır. Mütəxəssis onların bu şəkildə lazımi qanun layihələrinin qəbul edilməsinə çalışdıqlarını iddia edir. Məsələn, yalnız Ukrayna prezidentinin qərarı ilə səfərbərlik elan etmədən ehtiyatda olanların çağırışı məsələsi. Üstəlik, hərbi ekspertin fikrincə, bu yolla Ukrayna rəhbərliyi diqqəti “Normandiya formatı”ndakı uğursuzluğa yönəltməyə çalışır. Analitikin qənaətincə, indi Rusiya tərəfi 19-29 mart tarixlərində Qara dənizdə keçirilən NATO-nun genişmiqyaslı təlimlərinə cavab verir. Jdanov NATO-nun siyasi bəyanatlarına baxmayaraq, İttifaqın heç bir hərbi hissəsinin döyüşə tam hazır vəziyyətə gətirilməməsinə də diqqət çəkib: “Eyni zamanda bütün bu vəziyyət rus təbliğatçıları üçün də faydalı oldu. Onlar sevdikləri ”atı minərək", Ukraynaya hücum etmək fikrində olmadıqlarını, sadəcə, Ukrayna ilə sərhədlər boyunca rusdilli əhalini “banderaçılardan qorumağa” hazır olduqlarını bildirdilər".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Bu gün, 12:37
Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Bu gün, 12:28
Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Bu gün, 12:18
“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Bu gün, 12:10
“Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Bu gün, 12:08
Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Bu gün, 12:04
Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Bu gün, 11:33
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Bu gün, 11:26
Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Bu gün, 11:24
İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Bu gün, 11:21
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Bu gün, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Bu gün, 11:03
"O çörək sənə zəhər olsun"
Bu gün, 10:58
“Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Bu gün, 10:57
Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Bu gün, 10:35
“Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik - Nizami Cəfərovdan ABSURD TƏKLİF
Bu gün, 10:27
İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı - “Times of İsrael”
Bu gün, 10:24
Azərbaycanın beton şirkəti - MƏNFƏƏT VƏ ZƏRƏRİNİ BÖLÜŞDÜRÜR
Bu gün, 10:20
"Qaradağ" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 10:18
“Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Bu gün, 10:15
“Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib” - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10
Yenə AZNEFT... Yenə gəmi problemi... - İşçilər 2 gündür gözlədilir...
Bu gün, 10:03
Ədalət partiyası yeni sədr SEÇƏCƏK
Bu gün, 09:53
Füzuli sakinin əmlakına ziyan vuran şəxs 10 manat cərimələndi - MƏHKƏMƏ
Bu gün, 09:50
Azərbaycanın əsas sülh şərti dəyişməz qalır... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
Tirana sammiti: Bakının diplomatiyasının zəfəri - İNCƏLƏMƏ
Bu gün, 09:35
Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub - ƏMR
Bu gün, 09:16
Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir: - "Rus dili imtahanından keçə bilməyən miqrant uşaqları sürgün edilsin!.."
Bu gün, 09:13
Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan üç sənədi təsdiqlədi
Bu gün, 09:09
Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir – Şagirdlər…
Bu gün, 09:07
Demokrat prezidentin gəlişi ilə Ağ Ev hökumətinin əvvəlki siyasətə qayıdışı mümkündürmü? - Bakıdan gözlənti
Bu gün, 09:03
Ağ Ev “Moody's”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib - "Politico"
Bu gün, 08:57
Peşə Təhsilində səssiz, imtahansız təyinat? – Direktor postuna “sürpriz” adam
Bu gün, 08:56
Separatçıların ofisi də bağlanacaqmı...
Bu gün, 08:46
BDU-nun Faydalı qazıntılar muzeyinin BP və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmirdən sonra açılış mərasimi - FOTO
Bu gün, 08:42
Memiş Bakıda, Qriqoryan Tehranda: Səhnə arxasında Zəngəzur? - NƏ BAŞ VERİR?
Bu gün, 08:36
"Belə qaniçən olmaq lazım deyil..." - NARAZILIQ!
Bu gün, 08:30
"İşçilər buna niyə nəzarət etmir?!" - ETİRAZ VAR...
Bu gün, 08:17
Rusiyanın işğalı rəsmiləşdirəcək ABSURD SÜLH ŞƏRTLƏRİ - SİYAHI
Bu gün, 08:07
Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? - BU DA FAKT...
Bu gün, 06:48
"Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" - deputat
Bu gün, 06:40
Paşinyanın SÜLH FIRLATMASI - İNCƏLƏMƏ
Bu gün, 06:36
“İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil - ÇÜNKİ...
Bu gün, 05:45
Güney Qafqazda sülh: Nə qədər REALDIR? - AKTUAL
Bu gün, 05:41
Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB - İDDİA
Bu gün, 05:32
Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
Bu gün, 05:25
Vətən uğrunda savaşa qatılsa da... - GİLEY
Bu gün, 05:21
Səhiyyə adına BİABIRÇILIQ
Bu gün, 05:17
"Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" - AXI NİYƏ?..
Bu gün, 05:00
İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIR - GƏLİŞMƏ
Bu gün, 04:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru