ADSEA-da "qudalar" işin suyunu çıxardıb... .....                     “Hilltop Heaven”də kriminal aləmin RƏSMİ TƏBLİĞATI .....                     Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır .....                     Öncə xalası oğlu həbs olundu, indi isə... .....                     “Qafqaz Müsəlmanları İdarəsi İranın təsirindən çıxa bilmir” .....                     Pensiya ilə bağlı mühüm xəbər: bu şəxslər tez çıxa bilər .....                     Trampın bu qərarı neftin qiymətini kəskin şəkildə artıra bilər .....                     Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıda bilmir? .....                     Dükaniçi MÖHTƏKİRLİK... .....                     İrəvan üçün SÜLH DÜSTURU .....                     "Rusiya və ABŞ-nin burada birtərəfli üstünlük qazanmasına imkan verilməməlidir" .....                     Plana düşən evlərə nə qədər kompensasiya veriləcək? .....                     “Melissa Group”un başında oturanlar yenə həbsə düşmək istəyir? .....                     Məhkəmə sisteminin ÇÜRÜKLÜYÜ .....                     Başsız qalan Gəncənin acınacaqlı halı .....                     Rusiyanın bu ərazisi “işğal” edilə bilər .....                     Vaqif Həsənov müəllimləri “quş” adlandırıb? .....                     Ən yaxşı model Bakı - İrəvan - Ankara tandemidir .....                     Bakı daimi danışıqlar meydanına çevrilmək istəyə bilərmi? .....                     Yenilənmiş ultimatum: Trampın xəbərdarlığının arxasında nə dayanır? .....                     6 uşaqla 1 otağa sığınsalar da... .....                     Şagirdi daha çox sayda dərslə yükləmək, lakin nəticə əldə etməmək... .....                     Onlayn iclasda katibəni qucaqlayan deputat işdən qovuldu .....                     Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? .....                     "Ehtiyatlı olun, aldanmayın" .....                     Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF .....                     Vaşinqton və London “gizli seçki” keçiriblər? .....                     “PetMall” baytarlıq klinikasından şikayət .....                     Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? .....                     Tiktoker "Roşka" intihara cəhd edib .....                     “Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub .....                     Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil .....                     "Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et" .....                     Rusiya benzin ixracına qadağa qoydu: .....                     Rusiyada şovinizm yüksək həddə çatıb .....                     İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb .....                     Bağça müdiri 2300 manat rüşvət aldı .....                     "Moskva İrana arxalanır" .....                     Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı .....                     Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin .....                 

Bayden uğur qazanmasa, Tramp və ya onun daha səriştəli “versiyası” geri qayıdacaq - TƏHLİL
Tarix: 18-01-2021, 09:34 | Çap et
Bayden uğur qazanmasa, Tramp və ya onun daha səriştəli “versiyası” geri qayıdacaq
İkinci Dünya Müharibəsindən sonra dünyanın lider dövlətinə çevrilən ABŞ hazırda gərgin daxili qarşıdurmayla üz-üzədir. Şübhəsiz ki, ölkə daxilində baş verən məlum hadisələr ABŞ-ın beynəlxalq arenadakı nüfuzuna çox ciddi neqativ təsir göstərir.

ABŞ-dakı liberal yönümlü mətbuatın gəldiyi qənaətə görə, Donald Tramp Amerikanın qlobal miqyasdakı rolunu bilərəkdən azaldıb və belə hesab olunur ki, Tramp administrasiyası dövründə Amerikanın qlobal mövqeyi ciddi şəkildə ziyan görüb. Lakin bütün bunlara baxmayaraq, ölkə içərisində Trampın populyarlığı kifayət qədər yüksək olaraq qalmaqdadır.

O da məlumdur ki, seçki kampaniyasının gedişində Co Bayden ABŞ-ın beynəlxalq nüfuzunu bərpa edəcəyinə söz verib. Bununla da Trampın ölkənin nüfuzuna vurduğu ziyanın aradan qaldırılacağı iddia olunur. Bəs, Bayden bu işin öhdəsindən gələ biləcəkmi və bunu hansı yolla həyata keçirməyə çalışacaq?

Bu mövzuyla bağlı ABŞ-ın “Project Syndicate” saytı “Amerika yenidən liderilik edə biləcəkmi?” başlıqlı məqalə dərc edib. “AzPolitika.info” həmin məqaləni təqdim edir:

”ABŞ-ın seçilmiş prezidenti Co Baydenin Amerikanı yenidən lider mövqeyinə gətirməsi gözlənilir. Baydenin Amerikanın qlobal liderliyini saxlaması və yenidən dirçəltməyə nail olması onun ABŞ-dakı daxili çəkişməni nə dərəcədə sakitləşdirə bilməsindən və həmçinin də qloballaşmanı ciddi təhlükə hesab edən elektoratdan asılı olacaq. Bayden dəfələrlə vəd edib ki, Donald Trampın hakimiyyəti dövründə ciddi şəkildə ziyan görən Amerikanın qlobal səviyyədəki mövqeyini və beynəlxalq reputasiyasını bərpa edəcək.

O, bu məqsədlə ABŞ-ı beynəlxalq təşkilatlara (məsələn, Ümumdünya Səhiyyə Təşkilatı ) və beynəlxalq müqavilələrə (Paris iqlim müqaviləsi və s.) yenidən qoşacaq. Tramp Amerikanı bu təşkilatlardan çıxarmışdı.

Bütün bu vədlər Amerikanın liberal dünya nizamındakı rəhbər roluna qayıtmaq niyyətini göstərir. Yəni, belə bir mövqe var ki, ABŞ Çinlə əməkdaşlıq etməklə yanaşı, həm də onunla effektli rəqabət apara bilər. Lakin belə görünür ki, artıq bir çox amerikalı öz ölkələrinin yenidən lider olmasını istəmir.

Baydenin noyabr seçiklərində qələbə qazanması Tramp və onun toksik populizmini dağıda bilmədi. Amma liberallar məhz bunu gözləyirdilər. Seçkilərin nəticəsinə görə, Bayden 81 milyon səs alıb və bu, ABŞ-ın prezident seçkiləri tarixində ən yüksək göstəricidir.

Trampa isə 74 milyon seçici səs verib ki, bu da tarixdə ikinci ən yaxşı nəticə sayılır. 2016-cı illə müqayisədə Trampa səs verən müxtəlif azlıqların da səsi artıb. Bütün bunların hamısı müxtəlif qalmaqallar və pandemiya ilə pis mübarizə fonunda baş verib.

Bəs, Trampın populyarlığının səbəbi nəylə izah edilir? Tanınmış filosof Piter Sinqer noyabr ayında belə bir izah verib: ”Demək olar ki, ABŞ-ın yarısı “ruhunu itirib””.

Bu diaqnoz şübhəsiz ki, Trampın seçici bazasının ən radikal elementlərinə aiddir və həmin kateqoriyaya ağ dərili millətçilər və neonasistlər daxildir. 6 yanvarda Kapitoliyə məhz onların nümayəndələri hücum çəkmişdilər.

Amma Trampı dəstəkləyən seçicilərin adi fanatiklər hesab edilməsi, məsələni xeyli bəsitləşdirir. Yada salmaq lazımdır ki, 2016-cı ildə Trampa səs verənlərin 6 faizi 2012-ci ildə Barak Obamaya səs vermişdi. 2020-ci ildə isə Tramp 2016-cı ildəkindən 10 milyon çox səs alıb.

Tramp ictimai dəstəyini müxtəlif mənbələrdən götürür. Onların içərisində irqçiliklə və ksenofobiya ilə yanaşı, həmçinin kənd seçicilərinin narazılığı, fəhlə sinfinin gəlirlərinin staqnasiyaya uğraması və ictimai bərabərsizliyin artması da mühüm yer tutur. Siyasi sistemə yad olan Tramp siyasi isteblişmentdəki fikir ayrılığından məharətlə istifadə edərək, Respublikaçılar Partiyasını sındırmağı və özünü hakimiyyətdən narazı olanların müdafiəçisi kimi təqdim etməyi bacarıb.

Sözügedən həmin seçici kütləsi onların problemlərini real həll edə bilməyəcək Donald Trampa inanmaqda yanılıblar. O isə həmin insanları üsyana qızışdıraraq, onları taleyin hökmünə buraxıb. Bir mühüm struktur faktoru var və bu faktor seçiciləri yanlışlığa sürükləməklə Trampın işini asanlaşdırıb. Belə ki, qloballaşma qaliblərlə yanaşı, həmçinin də xeyli sayda məğlublar ortaya çıxarıb. Öz istehsal müəssisələrini daha az xərc tələb edən ölkələrə köçürən iri şirkətlər qaliblər sırasındadır. Bu, onlara mənfəət marjasını əhəmiyyətli dərəcədə artırmağa kömək edib. Məğlub olmuşlar içərisində isə işini itirmiş milyonlarla amerikalı fəhlə var. İndi bu adamların üzərinə Amerikadakı irqçilik irsini də əlavə etsəniz, onda hadisələrin alovlanmasının səbəbi daha aydın görünər.

Amma qloballaşmadan təkcə işçi sinfi məyus olmayıb. Dünyanın iqtisadi mərkəzinin Çin kimi inkişaf etməkdə olan ölkələrə tərəf yerdəyişməsi üzündən bu ölkələr beynəlxalq institutlarda daha güclü möqe qazanırlar. Bir çox Amerika siyasətçisi üçün bu, qəbuledilməz sayılır. Onların fikrinə görə, əgər dünya nizamını dəstəkləmək naminə ABŞ öz üzərinə hamıdan daha çox məsrəflər götürürsə, onda deməli, onun maraqları daim birinci yerdə dayanmalıdır.

Özünün “İlk öncə Amerika” şüarına sadiq qalan Tramp ölkəni əvvəlki qlobal liderlik öhdəlikərindən imtinaya məcbur etdi və xaricdəki əməliyyatları azaltdı, Meksika ilə sərhədə divar çəkdi. O, məhz seçicilərin ondan istədiyini verdi. Və beləliklə də onun siyasəti qaçılmaz nəticələr meydana gətirdi.

Amerikanın beynəlxalq arenadan çəkilməsilə yaranmış vakkumu Çin doldurmağa başladı. Buna cavab olaraq, Tramp administrasiyası Çini ölümcül düşmən qismində təsvir etməyə başladı. Ticarət müharibəsi işə salındı və çoxsaylı sanksiyalar tətbiq olundu. Bəllidir ki, ABŞ Çinin yüksəlişilə heç zaman barışmayacaqdı və ona görə də Çin rəhbərliyi sakit müdafiə taktikasını seçdi.

Hazırda yaranmış qüsurlu həlqənin və antoqonizmin ortadan qaldırılması gərəkdir. Bayden administrasiyası iki məsələni xüsusən nəzərə almaldır.

Birincisi, Amerika iki dovşanı birdən tuta bilməz. Bu ölkə qlobal liderlikdən imtina edə bilməz və eyni zamanda, kiminsə onun yerini tutmasına da imkan verməməldir.

İkincisi, Amerikanın son dörd il ərzində qloballaşmadan uzaqlaşma dərəcəsi, onun Çindən uzaqlaşma dərəcəsilə eynilik təşkil edib.

Bütün bunlar o anlama gəlir ki, əgər Amerika lider mövqeyini qaytarmaq və bu mövqeyi uzun müddət saxlamaq istəyirsə, onda Bayden ictimai bərabərsizliyə və qloballaşma üzündən meydana gəlmiş izafi məsrəflərə qarşı mübarizə aparmalıdır. Əks təqdirdə, Tramp (və ya Trampın daha səriştəli versiyası) 2024-cü və ya 2028-ci ildə prezidentliyi geri qaytara biləcək. Beləliklə də Bayden administrasiyasının əldə edəcəyi istənilən tərəqqini geri çəkəcəklər.”
“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ADSEA-da "qudalar" işin suyunu çıxardıb... - "Varlılar yaşayan məhəllələrə daha çox su verilir"
Bu gün, 07:31
“Hilltop Heaven”də kriminal aləmin RƏSMİ TƏBLİĞATI - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:25
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır - Agentliyin anlaşılmaz açıqlamaları
Bu gün, 07:16
Öncə xalası oğlu həbs olundu, indi isə... - TENDERİ LƏĞV OLUNDU
Bu gün, 07:11
“Qafqaz Müsəlmanları İdarəsi İranın təsirindən çıxa bilmir” - İTTİHAM VAR...
Bu gün, 07:06
Pensiya ilə bağlı mühüm xəbər: bu şəxslər tez çıxa bilər – 10 il…
Bu gün, 07:04
Trampın bu qərarı neftin qiymətini kəskin şəkildə artıra bilər
Bu gün, 07:02
Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıda bilmir? - Ekspertdən sərt TƏNQİD
Bu gün, 06:57
Dükaniçi MÖHTƏKİRLİK... - CƏZASI VAR...
Bu gün, 06:54
İrəvan üçün SÜLH DÜSTURU - Başqa cür ola da bilməz...
Bu gün, 06:51
"Rusiya və ABŞ-nin burada birtərəfli üstünlük qazanmasına imkan verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:49
Plana düşən evlərə nə qədər kompensasiya veriləcək? - AKTUAL
Bu gün, 06:45
“Melissa Group”un başında oturanlar yenə həbsə düşmək istəyir? - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:27
Məhkəmə sisteminin ÇÜRÜKLÜYÜ - NARAZILIQ VAR...
Bu gün, 06:19
Başsız qalan Gəncənin acınacaqlı halı - əgər başçı olsaydı...
Bu gün, 06:14
Rusiyanın bu ərazisi “işğal” edilə bilər – Rəqibindən mübahisəli həmlə
Bu gün, 06:08
Vaqif Həsənov müəllimləri “quş” adlandırıb? - İTTİHAM VAR...
Bu gün, 06:06
Ən yaxşı model Bakı - İrəvan - Ankara tandemidir - AKTUAL
Bu gün, 06:03
Bakı daimi danışıqlar meydanına çevrilmək istəyə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 06:01
Yenilənmiş ultimatum: Trampın xəbərdarlığının arxasında nə dayanır?
Bu gün, 05:59
6 uşaqla 1 otağa sığınsalar da... - NAZİRƏ MÜRACİƏT
Bu gün, 05:55
Şagirdi daha çox sayda dərslə yükləmək, lakin nəticə əldə etməmək... - təhsil sisteminin effektivliyini şübhə altına alır
Bu gün, 05:50
Onlayn iclasda katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO
Bu gün, 05:45
Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? - ŞƏRH
Bu gün, 00:23
"Ehtiyatlı olun, aldanmayın" - FOTO
Bu gün, 00:21
Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF - “Naxçıvana quru yolu açaq”
Bu gün, 00:19
Vaşinqton və London “gizli seçki” keçiriblər? - KİV
Dünən, 18:03
“PetMall” baytarlıq klinikasından şikayət – “İtimi öldürdülər…”
Dünən, 18:01
Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? – İrəvan da razılaşır, lakin…
Dünən, 17:57
Tiktoker "Roşka" intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 17:45
“Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub - İRNA
Dünən, 17:38
Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil - ÇÜNKİ...
Dünən, 17:36
"Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et"
Dünən, 17:31
Rusiya benzin ixracına qadağa qoydu: - Azərbaycanda benzin BAHALAŞACAQ?
Dünən, 17:18
Rusiyada şovinizm yüksək həddə çatıb - İsazadə
Dünən, 17:09
İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb - İRNA
Dünən, 17:07
Bağça müdiri 2300 manat rüşvət aldı - Məhkəmə HÖKM OXUDU
Dünən, 17:05
"Moskva İrana arxalanır" - Yermak
Dünən, 17:00
Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı – Bu ölkələr birləşir
Dünən, 16:58
Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin - İlham İsmayıl
Dünən, 16:45
"Aqrarkredit" BOKT-a sözçü təyin olunub - DOSYE
Dünən, 16:43
Universitetlərin ilkin adlarını saxlamaq lazım idi - Firudin Cəlilov
Dünən, 16:40
Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir - DETALLAR
Dünən, 16:37
Allahverdi Yolçuyev yenə corab satacaq? - “Elə sevinmişdim, elə bildim ki, həll olunub, amma...”
Dünən, 16:28
Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı SƏRSƏM İDDİA
Dünən, 16:24
3 ildən bir forma dəyişməsi: - Zərurət, yoxsa gəlir mənbəyi?
Dünən, 16:22
Sülhü “baltalayan” əllər: - Biri Fransada, digəri ABŞ-də
Dünən, 16:19
İranda mühüm iclas: Azərbaycanla münasibətlər...
Dünən, 16:03
Fransanın “qətnamə oyunu”: - Erməni diasporası korrupsiyaya bulaşmış siyasətçiləri yönləndirir
Dünən, 16:01
Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb
Dünən, 15:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru