Afrin əməliyyatının nəticələri nə olacaq?
Tarix: 22-01-2018, 08:59 | Çap et
 Hazırda Afrində yaşananlar Türkiyənin bölgədəki mövqeyini gücləndirəcək. Afrinin nəzarətə götürülməsi Türkiyənin təhlükəsizliyi baxımından olduqca önəmlidir və PKK, YPG və PYD terror təşkilatlarına ciddi sarsıdıcı zərbə olacaq.
Axar.az xəbər verir ki, bu sözləri analitik Vüqar Zifəroğlu Türkiyə üçün Afrin əməliyyatının əhəmiyyətinə münasibət bildirərkən qeyd edib. O vurğulayıb ki, Afrin Türkiyənin terrorla mücadiləsində son dərəcə ciddi nöqtədir:
“Xüsusən son dönəmlərdə PKK/PYD qruplaşmaları bu ərazidən sızaraq, Türkiyənin sərhəd məntəqələrini təhdid etməkdədirlər. Afrin PKK-nın Suriya qolu PYD üçün bir lojistik və hərəkat mərkəzi rolunu oynamaqda idi. Digər tərəfdən bu bölgə Türkiyənin “Fərat Qalxanı” əməliyyatı ilə təmizlədiyi bölgəni də təhdid edir. Bildiyiniz kimi, "Fərat Qalxanı" yalnız Türkiyə sərhədində İŞİD təhlükəsini aradan qaldırmadı, həmçinin kürd qruplaşmalarının nəzarətində olan iki bölgə - Afrin və Kobani arasında tampon bölgə yaratdı. Bununla da kürd qruplaşmalarının Türkiyənin Suriya ilə sərhədi boyu uzanan bir koridorun qurmasının qarşısı alındı. Bu baxımdan Afrindən hazırda xüsusilə Azezə yönəlik hücumlar və Əl-Baba doğru bu bölgədən mütəmadi olaraq edilən təzyiqləri vurğulaya bilərik. Üçüncü vacib məqam, Suriyada qarşı duran güclərin balansı ilə bağlıdır. Afrinin yerləşdiyi nöqtənin “Fərat Qalxanı” ilə Türkiyənin nəzarət etdiyi bölgə və İdlib arasında birləşmə nöqtəsi olmasıdır. Şübhəsiz ki, əgər bu ərazi Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarətinə keçsə, burada bir bütövlük təmin olunacaq. Bu isə Suriya ilə bağlı müzakirələrdə Türkiyənin mövqelərini gücləndirəcək”.
Analitik bildirib ki, Rusiya və İranın rəsmi Ankaranın mövqeyini anlayışla qarşılaması mühümdür:
“Hətta Rusiyanın öz hissələrini əməliyyatların getdiyi ərazilərdən uzaqlaşdırdığı ilə bağlı xəbərlər yayıldı. Burada diqqət çəkən ən önəmli məqam, Moskvanın bu addımı bölücülərin liderlərinin onlara yardım üçün müraciət etmələri fonunda atması oldu. Rusiya indiki məqamda Türkiyə ilə tərəfdaşlıqdan vaz keçmək niyyətində deyil və xarici faktorların təsiri ilə formalaşmış Ankara-Moskva-Tehran üçbucağının daha dayanıqlı, möhkəm olmasında maraqlıdır. Hətta Rusiya XİN-in başlanan əməliyyata görə ABŞ-ı qınaması və bununla da Türkiyəni haqlı hesab etməsini də olduqca önəmli diplomatik addım hesab etmək olar. Lakin birmənalı şəkildə vurğulamalıyıq ki, Amerika da sözügedən qruplaşmalara görə Türkiyə ilə üz-üzə gəlmək niyyətində deyil. Afrin əməliyyatlarının olduqca önəmli nəticələri olacaq. Bu ilk növbədə İŞİD-dən sonra bölgədəki boşluğu ABŞ-ın dəstəyi ilə doldurmağa çalışan bölücü kürd qruplaşmalarına öldürücü zərbələr vuracaq.
İkinci məqam, Türkiyə mövqelərini gücləndirməklə bölgənin gələcəyi ilə bağlı daha böyük söz sahibi olmaq imkanı əldə edəcək”.
Qeyd edək ki, Türkiyə Afrin istiqamətində terror koridorunun yarılması üçün əməliyyatlara başlayıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neftçilər Günü... - Müasir Azərbaycanın şanlı tarixi...
Bu gün, 00:13 |
|
|
|
• Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür
Bu gün, 00:10 |
|
|
|
• Psixoloqdan yazıçıya cavab: - “Heç bir bədii kitab psixoloqu əvəz edə bilməz”
Dünən, 18:02 |
|
|
|
• AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib – Kəskin qoxunun səbəbi ARAŞDIRILIR
Dünən, 18:00 |
|
|
|
• YAP-çı deputat GÜCÜNÜ belə göstərir - Həm də haqsız ola-ola...
Dünən, 17:57 |
|
|
|
• Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
Dünən, 17:54 |
|
|
|
• Aİ ilə Ermənistan arasında dialoq başlayıb - Qriqoryan
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... - SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI
Dünən, 17:50 |
|
|
|
• Masazırda növbəti qanunsuz tikinti? - VİDEO
Dünən, 17:33 |
|
|
|
• Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib
Dünən, 17:31 |
|
|
|
• Rayona "nəzarət edən" avtoritet həbs olundu: - hədə-qorxu, oğurluq...
Dünən, 17:27 |
|
|
|
• Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• “İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” - REAKSİYA
Dünən, 17:16 |
|
|
|
• “Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ – “Qara bazar”ın fırıldaqçıları KİMDİR?
Dünən, 17:03 |
|
|
|
• "Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" - İlahiyyatçı
Dünən, 16:58 |
|
|
|
• Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib - “Əl Ərəbiyyə”
Dünən, 16:56 |
|
|
|
• "Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" - deputat
Dünən, 16:51 |
|
|
|
• Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? - “Bura Suriya deyil, Siyəzəndir”
Dünən, 16:48 |
|
|
|
• DMA da DTA-nın yolunu gedir: - Payızda yay düşərgəsi təşkil edəcək
Dünən, 16:41 |
|
|
|
• Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb - KİV
Dünən, 16:38 |
|
|
|
• Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi – Yeni müharibə
Dünən, 16:33 |
|
|
|
• “Narkomanların sayı statistikadan çoxdur” - Nail Kəmərli
Dünən, 16:30 |
|
|
|
• “Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Dünən, 16:26 |
|
|
|
• Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Dünən, 16:24 |
|
|
|
• Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Dünən, 16:19 |
|
|
|
• AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Dünən, 16:14 |
|
|
|
• Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Dünən, 16:09 |
|
|
|
• Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Dünən, 16:00 |
|
|
|
• Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Dünən, 15:55 |
|
|
|
• Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Dünən, 15:50 |
|
|
|
• Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Dünən, 15:48 |
|
|
|
• Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Dünən, 15:45 |
|
|
|
• Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Dünən, 15:44 |
|
|
|
• Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Dünən, 15:32 |
|
|
|
• Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Dünən, 15:28 |
|
|
|
• Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Dünən, 15:27 |
|
|
|
• “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” - deputat
Dünən, 15:25 |
|
|
|
• Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Dünən, 15:22 |
|
|
|
• Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Dünən, 15:20 |
|
|
|
• Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Dünən, 15:18 |
|
|
|
• AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Dünən, 15:13 |
|
|
|
• Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Dünən, 15:10 |
|
|
|
• Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Dünən, 13:09 |
|
|
|
• Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Dünən, 13:07 |
|
|
|
• "Biz şokda idik" - İranlı general
Dünən, 13:02 |
|
|
|
• Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Dünən, 12:45 |
|
|
|
• Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Dünən, 12:35 |
|
|
|
• 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Dünən, 12:29 |
|
|
|
• Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Dünən, 12:20 |
|
|
|
• SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Dünən, 12:18 |
|
|
|
|