Psixoloqdan yazıçıya cavab: .....                     AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib .....                     YAP-çı deputat GÜCÜNÜ belə göstərir .....                     Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq .....                     Aİ ilə Ermənistan arasında dialoq başlayıb .....                     Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... .....                     Masazırda növbəti qanunsuz tikinti? .....                     Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib .....                     Rayona "nəzarət edən" avtoritet həbs olundu: .....                     Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb .....                     “İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” .....                     “Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ .....                     "Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" .....                     Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib .....                     "Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" .....                     Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? .....                     DMA da DTA-nın yolunu gedir: .....                     Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb .....                     Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi .....                     “Narkomanların sayı statistikadan çoxdur” .....                     “Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır .....                     Xanım deputat qadın qətli törədənlərə .....                     Ermənistan İctimai Radiosunun təxribatı .....                     AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir .....                     Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb .....                     Hərbi prokurorun müavini işdən çıxarıldı .....                     Böyürtkənli torpaq haqqında .....                     Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə .....                     Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR .....                     Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq .....                     Mikayıldan Tolikə CAVAB .....                     Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ .....                     Paşinyandan ermənilərə siyasi mesaj .....                     Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... .....                     “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” .....                     Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək .....                     Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... .....                     AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi .....                     Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI .....                 

Bu gün 3 prezident Soçidə Suriyanın taleyini həll edəcək
Tarix: 22-11-2017, 08:44 | Çap et
Bu gün 3 prezident Soçidə Suriyanın taleyini həll edəcək
Suriya prezidenti Bəşər Əsəd Rusiyaya səfər edib. Bu, müharibə başlayandan sonra Suriya prezidentinin ikinci xarici səfəridir. Soçidə Əsəd Rusiya prezidenti Putinlə görüşüb. Əsədin Rusiyaya səfəri həm də İŞİD-in Suriya ərazisindəki sonuncu əsas istehkamı olan İraq-Suriya sərhədində yerləşən Əbu Kamal şəhərinin İŞİD-dən geri alınması ilə eyni günə təsadüf edib.

Putin Bəşər Əsədlə generalların iştirakı ilə görüş keçirib və Suriya prezidentini terrorla mübarizəsinə görə təbrik edib. Putin eyni zamanda əlavə edib ki, Suriyada artıq terrora qarşı müharibə başa çatmaqdadır. Bəşər Əsəd isə bildirib ki, Rusiyanın Suriyada hərbi əməliyyatlara qoşulduğu son iki ildə həm cəbhədə, həm də siyasi baxımdan böyük nailiyyətlər əldə olunub. Qaçqın düşmüş bir çox suriyalı vətəninə geri dönə bilib. Əsəd bildirib ki, Suriya münaqişəsinin həlli ilə bağlı Rusiyanın dəstəyinə güvənirlər, eyni zamanda sülh və həll istəyən bütün tərəflərlə danışıqlarla işləməyə hazırdırlar. O, Rusiyaya minnətdarlığını da bildirib.

Əsədin Soçi ziyarəti Türkiyə, İran və Rusiya prezidentlərinin birgə sammitindən bir gün öncəyə təsadüf edib. Noyabrın 22-də liderlər Soçidə bir araya gəlib Suriya münaqişəsini müzakirə edəcəklər. Rusiya, Türkiyə və İran Astana prosesini aparan, Suriyada atəşkəs bölgələrinin qurulması planını həyata keçirən ölkələrdir.

Artıq Suriyada böyük müharibə başa çatır və indi liderlər bundan sonrakı proseslə bağlı “yol xəritəsi” müəyyən edəcəklər. Yeri gəlmişkən, bazar günü Antalyada 3 ölkənin xarici işlər nazirləri heyətlərin iştirakı ilə toplantı keçirilib. Və prezidentlərin görüşü ilə bağlı detallar razılaşdırılıb. Həmin görüşdən sonra Rusiya XİN rəhbəri Lavrov deyib ki, 3 ölkənin nazirləri mövqeləri uzlaşdırıblar.

Bundan başqa, Suriyanın cənubunda İordaniya sərhədinin yenidən Suriya ordusunun nəzarətinə keçməsi ilə bağlı Rusiya, İordaniya və ABŞ arasında danışıqlar da yekunlaşıb. Artıq Suriya ordusu sərhədin böyük hissəsini nəzarət altına alır. Ötən gün Əbu Kamal şəhərinin azad edilməsindən sonra İŞİD məsələsi də böyük ölçüdə həll olunub. İndi qalır, cənubda İsrail sərhədindəki silahlıların taleyi və şimalda Suriya-Türkiyə sərhədi, daha dəqiqi İdlib vilayəti. İdlibin şimal hissəsini Türkiyə ordusu nəzarətə götürsə də, iç ərazilər hələ də silahlıların nəzarətindədir. Görünür, Soçi toplantısında həm də İdlibin taleyi ilə bağlı qərar veriləcək.

Bundan sonrakı mərhələ isə Suriyanın şimalında böyük bir əraziyə nəzarət edən ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri alyansı, ya da başqa adla kürdlərlə Dəməşq arasında siyasi anlaşmanın əldə olunmasıdır.

Yeri gəlmişkən, Rusiya noyabr ayında Soçidə Suriyada mövcud olan etnik- dini və siyasi qrupların hamısının iştirak etdiyi konfrans təşkil etməyi planlaşdırır. Doğrudur, konfransa kürdlərin dəvət olunmasına Rusiyanın müttəfiqi Türkiyənin razılaşması mümkün görünmür. Ancaq Moskva bununla bütün tərəflərin iştirak etdiyi vahid bir həll variantına ümid edir.

Suriyada İŞİD problemi başa çatsa da, indi əsas ciddi mövzu kürdlərdir. Çünki kürdlər hazırda Suriya hökumətindən sonra ölkədə ən çox əraziyə nəzarət edən qüvvədir. Üstəlik, aprel ayından bu yana Pentaqon kürdləri davamlı olaraq silahlandırır. Raqqa əməliyyatı da artıq başa çatıb və kürdlər indi Suriyada ikinci əsas güc kimi çıxış edir. Ancaq kürdlər özləri də etiraf edir ki, Dəməşqlə anlaşmaya getməsələr, savaşın növbəti səbəbkarı olacaqlar. Hələlik Dəməşq kürdlərə ayrıca status verməyə həvəsli görünmür. Kürdlər isə artıq 3 ildən çoxdur ki, formal olaraq muxtariyyət elan ediblər, məclis formalaşdırıblar.

Kürd liderlər Türkiyə ilə savaş riskini də gözə alırlar. Bu səbəbdən də indi kürdlərin yeganə ümidi ruslardır. Çünki ruslar kürdlərə Dəməşqdən status ala bilər, həm də onları Türkiyədən qoruya bilərlər. Bunun üçünsə ehtimal ki, Rusiya kürdlərin ələ keçirdikləri bölgələrdən çıxmasını tələb edəcək. Soçi prosesi məhz bu məsələlərə aydınlıq gətirməlidir. Bu baxımdan terror başa çatsa da, Suriyada savaşın bitdiyini düşünmək tez olardı. Hər şey həm də rusların kürd mövzusunda ortaya qoyacağı plandan və onun qəbul edilməsindən asılı olacaq.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Psixoloqdan yazıçıya cavab: - “Heç bir bədii kitab psixoloqu əvəz edə bilməz”
Bu gün, 18:02
AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib – Kəskin qoxunun səbəbi ARAŞDIRILIR
Bu gün, 18:00
YAP-çı deputat GÜCÜNÜ belə göstərir - Həm də haqsız ola-ola...
Bu gün, 17:57
Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
Bu gün, 17:54
Aİ ilə Ermənistan arasında dialoq başlayıb - Qriqoryan
Bu gün, 17:52
Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... - SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI
Bu gün, 17:50
Masazırda növbəti qanunsuz tikinti? - VİDEO
Bu gün, 17:33
Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib
Bu gün, 17:31
Rayona "nəzarət edən" avtoritet həbs olundu: - hədə-qorxu, oğurluq...
Bu gün, 17:27
Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 17:18
“İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” - REAKSİYA
Bu gün, 17:16
“Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ – “Qara bazar”ın fırıldaqçıları KİMDİR?
Bu gün, 17:03
"Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" - İlahiyyatçı
Bu gün, 16:58
Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib - “Əl Ərəbiyyə”
Bu gün, 16:56
"Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" - deputat
Bu gün, 16:51
Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? - “Bura Suriya deyil, Siyəzəndir”
Bu gün, 16:48
DMA da DTA-nın yolunu gedir: - Payızda yay düşərgəsi təşkil edəcək
Bu gün, 16:41
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb - KİV
Bu gün, 16:38
Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi – Yeni müharibə
Bu gün, 16:33
“Narkomanların sayı statistikadan çoxdur” - Nail Kəmərli
Bu gün, 16:30
“Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:26
Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Bu gün, 16:24
Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Bu gün, 16:19
AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Bu gün, 16:14
Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Bu gün, 16:09
Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Bu gün, 16:00
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Bu gün, 15:55
Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Bu gün, 15:50
Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Bu gün, 15:48
Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Bu gün, 15:45
Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Bu gün, 15:44
Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Bu gün, 15:32
Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Bu gün, 15:28
Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Bu gün, 15:27
“Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” - deputat
Bu gün, 15:25
Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Bu gün, 15:22
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Bu gün, 15:20
Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Bu gün, 15:18
AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Bu gün, 15:13
Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Bu gün, 15:10
Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Bu gün, 13:09
Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Bu gün, 13:07
"Biz şokda idik" - İranlı general
Bu gün, 13:02
Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45
Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35
2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29
Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20
SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18
Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16
Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru