Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına yeni rəhbər seçilib
Tarix: 7-11-2017, 08:19 |
Çap et
İtaliya Qızıl Xaç Komitəsinin rəhbəri Françesko Rokka Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) yeni prezidenti seçilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, F.Rokka bu vəzifəyə ötən gün BQXQACF-ın Antalyada keçirilən baş assambleyasında seçilib.
O bu postda 2009-cu ildən təşkilatın rəhbəri çalışmış Tadateru Konoeni əvəzləyəcək. Federasiyanın baş katibi 2014-cü ildən Elxac Əs-Sisidir.