“Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” .....                     Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu .....                     Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb .....                     Mülayim cənub küləyi əsəcək .....                     Arkoz Holdinq... ÇOBANLARA QARŞI! .....                     BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən .....                     Tramp savaşa DUR dedi... DURDU! .....                     Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi .....                     Prezident onlara “general-mayor” rütbəsi verdi .....                     Prezident sərəncam imzaladı .....                     Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi .....                     Bakıda icra başçısı birinci müavinini işdən çıxardı .....                     Azərbaycanlı müğənninin rus sevgilisi .....                     SEPAH və ETTELAAT yeni qurum yaradır .....                     Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub .....                     Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı .....                     Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir .....                     Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq .....                     BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi .....                     Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... .....                     İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir .....                     Xəyal Rzaya ağır itki üz verib .....                     “İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU .....                     Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... .....                     Evə girib qadına seksual hərəkətlər edən azərbaycanlıya HÖKM OXUNDU .....                     Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... .....                     İsrail-İran SAVAŞI BİTDİMİ? .....                     Eldar Quliyevə qarşı ŞOK İTTİHAM .....                     "Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..." .....                     Kremlin `K` variantı... .....                     Bu, dələduzluq deyil... BƏS NƏDİR? .....                     KONTAKT HOME hamını BOĞAZA YIĞIB .....                     Referendum üçün gerisayım BAŞLADI .....                     Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış .....                     Ağstafada yaşıllığı gözgörəsi məhv edirlər .....                     Qağayılar XƏBƏR VERİR: Xəzər ÇİRKAB İÇİNDƏDİR... .....                     "Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur" .....                     “Coffeemania Next” külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Monitorinqlər “statistik hesabat” səviyyəsindən yuxarı qalxa bilmir" .....                 

Sərkisyan diqqəti “xarici düşmən”ə yönəltməyə çalışır
Tarix: 26-07-2016, 08:56 | Çap et
Sərkisyan diqqəti “xarici düşmən”ə yönəltməyə çalışır
Ermənistanın paytaxtında bir həftədən çoxdur baş qaldıran gərgin hadisələr səngimək bilmir. İrəvanda polis-patrul alayının binasını ələ keçirən silahlı qrup bütün girovları azad etsə də, hələ də yerləşdiyi binanı tərk etməyib. Məlumata görə, paralel olaraq müxalif qruplar Sərkisyanın istefasını və həbsdə olan Jiray Sefilyanın azad olunmasını tələb edən silahlılara dəstək aksiyaları keçirir.

Qeyd edək ki, girov əməliyyatı 17 iyulda başlayıb. Silahlı qrup polis bölməsinə daxil olaraq polkovniki öldürüb, prezident Serj Sərkisyanın istefasını tələb edib. Onlar radikal müxalifət lideri, keçmiş döyüşçü Jirayr Səfilyanın azad edilməsini istəyirlər. Sonrakı günlərdə silahlılar girovları azad etsələr də, təslim olmaqdan imtina ediblər.

İrəvanda post-patrul polisinin binasını nəzarətdə saxlayan yaraqlıların yerləşdiyi ərazinin üzərində vertolyotların uçduğu barədə xəbərlər var. Virtualaz.org xəbər verir ki, silahlı qrupun nümayəndələri vertolyotun 102-ci Rusiya hərbi bazasına məxsus olduğunu iddia edir. İrəvanın digər rayonları üzərində də hərbi vertolyotların uçuş keçirdiyi haqda xəbərlər var. Bu, silahlı qrupa hücum əməliyyatının başlamasına hazırlıq getdiyi barədə təxminlərə yol açıb. Hərçənd ki, Ermənistan hakimiyyəti vasitəçilik edən qarabağlı general Vitali Balasanyana vəd edib ki, silahlılara qarşı xüsusi əməliyyat keçirməyə hazırlaşmır. Bir gün əvvəl binanı tərk etmək istəməyən silahlı qrup hakimiyyətin onlara yemək verilməsini qadağan etməsinə etiraz olaraq, polis maşınını yandırıb.

Özlərini “məğlubedilməz döyüşçülər” adlandıran silahlı qrupun üzvü Varujan Avetsyan qeyd edib ki, onlar həmçinin polisin pilotsuz uçan aparatını da vurublar. “Bizə yemək, işıq vermirlər, əlaqəni kəsiblər. Buna görə də biz etirazımızı bu cür bildiririk. Polis maşınını yandırdıq, həmçinin bizim olduğumuz zonaya göndərilən pilotsuz aparatı iki atəşlə məhv etdik. Əhval-ruhiyyəmiz yaxşıdır, çünki biz azad olunmuş ərazidəyik. Bütün xalqı etiraza səsləyirik”, - deyə o bildirib. Hazırda silahlı qrup olduqları binanı tərk etmir və əvvəlki tələblərini irəli sürürlər. Ermənistanda müxalifət onlara dəstək verir. Dünən Sarkisyanın qiyamçıların lideri olan J.Sefilyanla görüşməyə razı olduğu haqda məlumatlar yayılmışdı. Lakin hakimiyyət əvvəlcə polis binasının azad olunmasını və qiyamçıların hüquq-mühafizə orqanlarına təslim olmasını tələb edib.

Bundan əvvəlki gün isə silahlı qrup polis maşınını yandırmışdı. Polis qiyamçıların ələ keçirdikləri post-patrul binasının divarlarından birini uçurmağa başlasa da, silahlıların zərərsizləşdirilməsi ilə bağlı əməliyyat sona çatdırılmayıb. Sərksiyan hakimiyyətinin qiyamçıların “nazı” ilə oynaması ortaya bir sıra suallar çıxarır, hətta bunun bir oyun olduğu barədə iddialar da var.

Lakin bir sıra müşahidəçilərin fikrincə, hakimiyyətində parçalanma ab-havası hökm sürən Serj Sərkisyan sərt addımların xalqın etirazlarına səbəb olacağından və hakimiyyətə qarşı kütləvi itaətsizliyə start veriləcəyindən ehtiyatlandığı üçün qiyamçıları mühasirədə saxlamaqla onların təslim olmasını gözləyir. Qiyamçıların zəbt etdikləri alayın yaxınlığında dəstək mitinqi isə fasilələrlə davam edir. “Təsis Məclisi”nin üzvü Alek Ynigomşyan mitinqdə bildirib ki, alayın ərazisində rabitə, elektrik enerjisi kəsilib, qida yoxdur. Ərazidə yaralı var, amma ona tibbi yardım göstərilmir.

İşğalçı ölkədə vəziyyətin gərginləşdiyi şəraitdə Qarabağ danışıqlarının taleyinin necə olacağı gündəmin əsas müzakirə mövzularındandır. Bütün müşahidələr göstərir ki, S.Sərksiyan ölkəsində və Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsində maraqlıdır. Şübhə yox ki, işğalçı ölkənin prezidenti qalan il yarımlıq səlahiyyət müddətini də başa vurmaq üçün hətta xalqını qırğına verməkdən də çəkinməyəcək. Onsuz da hakimiyyətə qan tökməklə yiyələnən Sərkisyanın başqa alternativi qalmayıb və o, bu günlərdə səslənən “Serj, rədd ol!” tələbinə əməl edib hakimiyyətdən gedərsə, pis perspektivlərlə qarşılaşacağını gözəl anlayır. Eyni zamanda Ermənistan prezidenti Qarabağ danışıqlarını pozmaqla ağasının - Rusiyanın güzəştlərlə bağlı təkliflərindən yayınmağa, Qarabağın işğalında rol oynamış cinayətkar dəstələrin qəzəbindən sığortalanmağa cəhd göstərir.

Bir müddət əvvəl S.Sərksiyanın Qarabağa növbəti qanunsuz gəlişi zamanı veteranlarla bir araya gələrək “blindajlar qazın, onları möhkəmlədin, müharibə gözləyin. Əgər Azərbaycan Qarabağın öz müqəddəratını təyinetmə statusu ilə razı deyilsə, o zaman bizim başqa yolumuz qalmır, müharibə eləmək zorundayıq” - demişdi. Bununla Sərkisyan erməni xalqını və ona “asi” çıxmış müdafiə naziri Seyran Ohanyanı Azərbaycanla təhdid etməklə yanaşı, hakimiyyətinə qarşı çıxanları neytrallaşdırmağa, diqqəti “xarici düşmənə” yönəltməyə çalışmışdı. Cəbhədəki son gərginliklər, Azərbaycanın iki hərbçisinin qətlə yetirilməsi və bunun qarşılığında Azərbaycan ordusunun cavab tədbiri görməyə əl atmağa vadar olması da son nəticədə Sərkisyana məkrli planlarını davam etdirmək imkanı yaradır. Ancaq erməni prezident hələ anlamaq istəmir ki, o, olduqca qorxulu bir oyun oynayır və aprel hadisələri ona dərs olmalıdır. Ümumiləşdirsək, Ermənistan prezidentinin danışıqlar masasından yayınmaq üçün qurduğu təhlükəli oyunlar onun öz başında çatlaya bilər.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanın Dağlıq Qarabağ siyasəti artıq dalana dirənib: “Rusiya, Qərb, ATƏT və təbii ki, Azərbaycan tərəfi məsələnin həllində müsbət bir addım atılmağını tələb edir. Sərkisyan və onun komandası isə hər cür yola əl atırlar ki, məsələ uzansın. Sərkisyandan olsa, bu gün istefa verib gedər ki, cavabdehliyi öz üzərinə götürməsin, lakin separatçılara verdiyi müstəqillik vədləri bunun qarşısını kəsir. Buna görə də tez-tez Dağlıq Qarabağa səfərlər edərək separatçılarla görüşür, müxtəlif variantlar təklif edir və bunun əsasında bəyanatlar verir. Düşünürəm ki, İrəvanda təşkil edilən mitinqlər və qondarma müxalifətçi olan Səfilyan da bir siyasi gedişdir, səbəb olmasa da bir bəhanədir. Düzdür, bununla Qərb özünə yönümlü müxalifəti formalaşdırır və xalqı gələcək üçün hazırlayır. Bu, bir tərəfdən də Rusiyanın təsirinin azaldılması üçün edilir”.

A.Nağıyevin fikrincə, əgər proseslərin sonucunda Sərkisyan devirsə belə, bu, münaqişənin həllinə müsbət təsir göstərməyəcək: “Sərisyan bununla vaxtı uzada bilər. Lakin nə qədər və hara qədər? Buna görə də Rusiya generalitetinin İrəvana səfərindən sonra müxalifətin mitinqini dağıtmaq və girovları azad etmək qərarı verildi”. Politoloq qeyd etdi ki, Rusiya bu gün Ermənistanda münaqişələrin olmasının marağında deyil: “Çünki istər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən məğlub ola bilər və tam nəzarəti itirər. Ona görə də Sərkisyanı hakimiyyətdə saxlamağa məcburdur və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təsirlərini gücləndirməlidir. Burada həm nüfuz məsələsi, həm də münaqişənin həlli müsbət nəticə versə, Qərb tərəfdən bir sıra güzəştlər ala bilər. Yəni Qərb və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm bir dönüş yaranması üçün vəziyyətdən istifadə edərək həm Rusiyaya, həm də Ermənistana təsirini gücləndirməlidir”.

***

Ötən həftə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov mətbuata açıqlamasında bildirmişdi ki, Bakı Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verməyə hazırdır. Bundan əvvəl isə S.Sərkisyan iddia etmişdi ki, bütün dünya yığılsa belə, Qarabağ ermənilərini Azərbaycanın tərkibində yaşamağa inandıra bilməz. Erməni prezidentin növbəti bəhanəsini kəsmək üçün Bakıdan verilən bəyanata qarşı tərəfdən reaksiya verilmədi, görünür, düşmən ölkənin hakimiyyəti bu kimi rəylərin erməni cəmiyyətində oturuşmasında maraqlı deyil. Bəs danışıqlarda Azərbaycanın bu mövqeyi ortaya qoyması hansısa nəticəni verə bilərmi?

Ermənistandakı hadisələr kontekstində də fikirlər maraqlıdır, ölkə qarışıb, Sərkisyan bu qarışıqlıqdan necə çıxacaq və Qarabağ məsələsi arxa plana keçə bilərmi?

A.Nağıyev hesab edir ki, burada əsas məqam hansı mərhələdən sonra muxtariyyət verilə biləcəyindən gedir: “Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində istinad oluna biləcək sənədlər Madrid prinsipləri və Kazan protokolları eyni zamanda BMT-nin qətnamələri ola bilər. Bu sənədlərdə də əsas müddəalar erməni qoşunlarının qeyri-şərtsiz olaraq Azaərbaycanın işğal altındakı ərazilərindən çıxarılması və bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyətin və ya digər statusun verilməsindən söhbət gedə bilər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Ziyafət Əsgərov haqlıdır: “Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində yüksək muxtariyyət status verilə bilər. Bunu biz hər zaman təkrarlamalıyıq ki, beynəlxalq aləm görsün ki, xoşniyyətliyik və Dağlıq Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşları sayır və onlara yüksək haqlar verməyə hazırıq. İkincisi, bu mesajın əhəmiyyəti odur ki, Ermənistan hakimiyyəti və beynəlxalq aləm də bir daha anlasınlar ki, yüksək muxtariyyət bizim maksimum güzəştimizdir. Bundan o tərəfə müstəqillikdir ki, separatçılar belə bir təklifi Azərbaycandan heç zaman gözləməsinlər. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Dağlıq Qarabağa dünyada və Avropada mövcud olan istənilən muxtariyyət statusu verilə bilər. Mənim özüm dünyada mövcud olan 10 muxtariyyət modelini tətbiq edib kitab yazmışam. Gəldiyim qənaət odur ki, bu modellərin hər biri Dağlıq Qarabağ üçün yararlıdır, ermənilərin və azərbaycanlıların birgə təhlükəsiz yaşayışına təminat verir”.

E.Şahinoğlunun fikrincə, sadəcə, Ermənistan hakimiyyəti hələ işğalçılıq xəstəliyindən qurtula bilmir: “Demək, bu xəstəliyi onun canından biz çıxartmalıyıq. Necə çıxara biləcəyimizi isə aprel ayında göstərdik”. Siyasi təhlilçi prezidentlərin növbəti görüşündən real nəticə gözləmir: “Ümumiyyətlə, masa arxasında konstruktiv danışıqların getdiyinə əmin deyiləm. Çünki birincisi, Ermənistan hakimiyyəti əvvəlkitək Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razı deyil, ikincisi, böyük dövlətlər bu məqsədlə İrəvana təsir və təzyiq etmirlər. Digər bir məqamı da nəzərə almaq məcburiyyətindəyik. Ermənistan prezidenti Serj Sərkisyanın ölkəsindəki mövqeləri getdikcə zəifləyir.

Ermənistan faktiki vətəndaş müharibəsi astanasındadır. Belə vəziyyətdə o ancaq hakimiyyətini və ailəsini qorumaq haqqında düşünür, Dağlıq Qarabağ onun üçün arxa plana keçib. Ona görə də belə vəziyyətdə Sərkisyanın danışıqlarda geri addım atacağını gözləmək əbəsdir. Məsələ burasındadır o gözləyə bilər, biz gözləyə bilmərik. Ona görə də bir müddət sonra yenidən işğalçıya təzyiq etmək məcburiyyətində qalacağıq”.

Hələ ki Sərkisyanın oyunlarını seyr edən ATƏT-in Minsk Qrupunun həmsədrləri isə işğalçıya təpki göstərmək əvəzinə, növbəti dəfə tərəflərin “atəşkəs rejiminə ciddi riayət etməli olduğu barədə” çağırış etməklə kifayətləndilər. Özü də iki Azərbaycan hərbçisinin şəhid olmasından sonra yox, bir erməni əsgərinin Azərbaycan torpağında cavab atəşi nəticəsində öldürülməsindən sonra.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Bu gün, 12:34
Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 12:30
Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Bu gün, 12:27
Mülayim cənub küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:25
Arkoz Holdinq... ÇOBANLARA QARŞI! - İşləsələr də, pullarını ala bilmirlər...
Bu gün, 12:23
BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən DGK-nın sabiq vəzifəli şəxsləri azadlığa buraxılıb
Bu gün, 12:21
Tramp savaşa DUR dedi... DURDU! - Sülhə OL desə... OLACAQMI?
Bu gün, 12:19
Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Bu gün, 11:19
Prezident onlara “general-mayor” rütbəsi verdi - ADLAR
Bu gün, 11:17
Prezident sərəncam imzaladı - ONLARI TƏLTİF ETDİ
Bu gün, 11:15
Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Bakıda icra başçısı birinci müavinini işdən çıxardı - ƏMR
Bu gün, 11:08
Azərbaycanlı müğənninin rus sevgilisi - FOTO
Bu gün, 11:01
SEPAH və ETTELAAT yeni qurum yaradır
Bu gün, 10:59
Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub - Paşinyan
Bu gün, 10:57
Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 10:07
Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq - İLGİNC
Bu gün, 10:01
BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi - Azərbaycanı tənqid edənlər SUSUR...
Bu gün, 09:59
Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... - AXI NİYƏ?
Bu gün, 09:57
Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... - “İravunk”
Bu gün, 09:50
İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir - BUNDAN SONRA...
Bu gün, 09:45
Xəyal Rzaya ağır itki üz verib
Bu gün, 09:43
“İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT
Bu gün, 09:41
Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... - "ArmTimes"
Bu gün, 09:38
Evə girib qadına seksual hərəkətlər edən azərbaycanlıya HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 09:35
Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:26
İsrail-İran SAVAŞI BİTDİMİ? - Görünəni odur ki... YOX!
Bu gün, 09:24
Eldar Quliyevə qarşı ŞOK İTTİHAM - GÖRÜN NƏ OYUNLARDAN ÇIXIB Kİ...
Bu gün, 09:20
"Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..." - Qarabaö Qazisi şikayətçidir...
Bu gün, 09:10
Kremlin `K` variantı... - Görünəni odur ki...
Bu gün, 09:00
Bu, dələduzluq deyil... BƏS NƏDİR? - NARAZILIQ VAR...
Bu gün, 08:58
KONTAKT HOME hamını BOĞAZA YIĞIB - ETİRAZ VAR...
Bu gün, 08:51
Referendum üçün gerisayım BAŞLADI - AKTUAL
Bu gün, 08:44
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - ortada dəlil var, sübut var...
Bu gün, 07:42
Ağstafada yaşıllığı gözgörəsi məhv edirlər - VİDEOFAKT
Bu gün, 07:35
Qağayılar XƏBƏR VERİR: Xəzər ÇİRKAB İÇİNDƏDİR... - VİDEO
Bu gün, 07:18
"Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur" - GİLEY
Bu gün, 07:13
“Coffeemania Next” külli miqdarda vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 07:04
"Monitorinqlər “statistik hesabat” səviyyəsindən yuxarı qalxa bilmir" - FAKT BUDUR!
Bu gün, 07:00
Qadağa və cərimələr başlayır: Mollalar, sadlıq evləri, qızdan 5 yaş böyük oğlan və daha nələr.... - TƏFƏRRÜAT
Bu gün, 06:57
Gəncədə abadlaşdırma üçün 191 min manatlıq satınalma – qalib 10 manatlıq şirkət
Bu gün, 06:55
"Aşağı bal yığan müəllimlər məktəbdə qalmamalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:52
İranla İsrail arasında savaşın dayanması sülh deyil, nəfəs fasiləsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
İranda təşviş: azərbaycanlılar silah istəyir! – Yeni müharibə başlaya bilər
Bu gün, 06:45
Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində BÖYÜK YEYİNTİ - adını TENDER qoyublar... AMMA...
Bu gün, 06:41
Binəqədinin hər şeyə QADİR EL XANI... - NARAZILIQ VAR...
Bu gün, 06:35
Lokal münaqişədən iri savaşa: Üçüncü Dünya müharibəsi təhlükəsi - NƏ BAŞ VERİR?
Bu gün, 00:08
“Müğənnilər 10 minə toya gedir, amma 100 manatlıq paltarın pulunu vermir” – Tanınmış modelyer şou-biznesi topa tutdu
Bu gün, 00:04
16 yaşlı qızı qaçıran axund işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru