Evlərdən 100 min manatdan çox OĞURLUQ .....                     Paşinyan üçün saat işləmir .....                     Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır .....                     Rusiya ordusuna qoşulan azərbaycanlılar .....                     "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir" .....                     Pərvin Quliyev prokuror təyin olundu .....                     Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti .....                     Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi .....                     Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? .....                     Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? .....                     Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur .....                     Paşinyan Vardanyanla bağlı xahişi .....                     Yazıçılar yasda verilən ehsana etiraz edir .....                     “Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” .....                     Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: .....                     “Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb .....                     Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı .....                     İki ölkə arasında gərginlik azalıb .....                     Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib .....                     Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan .....                     Yol var, amma getmək olmur .....                     Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər .....                     Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış .....                     Sumqayıt Bulvarında təmir planları təxirə salındı .....                     Bakıdan Paşinyana çağırış .....                     "Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər .....                     Şirkətlərin "Premium Bank"a inamı azalır .....                     Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... .....                     Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər .....                     Bu quşçuluq şirkətinin direktoru dəyişir .....                     Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... .....                     Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU .....                     QHT sədri dənizdə şok keçirdi .....                     “Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” .....                     HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... .....                     Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı .....                     Milli Dram Teatrının direktoruna ağır itki üz verdi .....                     Yeni geopolitik konfiqurasiya və Azərbaycan .....                     Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? .....                     Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... .....                 

PARTİYALAR QAZANCLARINI GİZLƏDİRLƏR
Tarix: 14-02-2012, 12:29 | Çap et
PARTİYALAR QAZANCLARINI GİZLƏDİRLƏR

AZƏRBAYCAN SİYASƏTİNDƏ MALİYYƏ ŞƏFFAFLIĞI YOX DƏRƏCƏSİNDƏDİR

Milli Məclisin yaz sessiyasında “Siyasi partiyalar haqqında” qanun layihəsinə əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir. Layihədə əsas diqqət çəkən məqamlardan biri partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı məsələnin öz əksini tapmasıdır. Partiyaların maliyyələşdirilməsi necə olacaq?

Uzun müddətdir bununla bağlı müzakirələr gedir və hələ ki yekdil rəy formalaşmayıb. Bəziləri partiyaların seçkilərdə qazandığı uğura görə maliyyələşdirilməsini, digərləri isə başqa kriteriyaların nəzərə alınmasını istəyir. Şübhəsiz ki, layihə yaxın zamanda müzakirəyə çıxarılıb qəbul olunacaq. Hansı partiyaya nə qədər maliyyə veriləcəyi bəlli deyil. Bəlli olan budur ki, Azərbaycanda fəaliyyət göstərən partiyaların əksəriyyəti maliyyə sarıdan problemlərinin olduğunu iddia edirlər. Bununla belə, həmin partiyalar mövcuddurlar, bəziləri hətta hakimiyyətə iddialıdır. Görəsən, maliyyə baxımından korluq çəkdiklərini iddia edən partiyalar 2011-ci ildə nə qazanıb və qazandıqlarını necə xərcləyiblər? Qeyd edək ki, indi qüvvədə olan qanuna əsasən partiyalar üzvlük haqları, ianələr və sair hesabına maliyyələşə bilərlər.

Azərbaycanda rəsmi dövlət qeydiyyatından 50-dən çox siyasi partiya keçib. Bu partiyaların heç biri dövlət tərəfindən maliyyələşmir. Bəs görəsən hansı siyasi partiya illik maliyyə hesabatını olduğu kimi təqdim edə bilər?
Bununla bağlı Modern.az saytı üzdə olan partiyaların bir neçəsi ilə əlaqə saxlayıb.

2012-ci il fevralın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında partiyanın 2011-ci ilə dair hesabatı dinlənilib. Partiyanın mətbuat xidmətinin məlumatına görə, İdarə Heyətinin iclasında partiyanın 2011-ci il maliyyə hesabatı təsdiqlənib. Ötən il üzvlük haqlarından partiya büdcəsinə 4 milyon 711 min 974 manat daxil olub. Həmin vəsaitin 4 milyon 611 min 323 manatı YAP-ın rayon (şəhər) təşkilatlarının və İcra Katibliyinin xərclər smetasını təşkil edib. Vəsaitin 2 milyon 59 min manatı əmək haqlarının ödənilməsinə, 687 min manatı müxtəlif xarakterli partiya tədbirlərinin maliyyələşdirilməsinə, 196 min manatı ezamiyyət xərclərinə, 326 min manatı nəqliyyat vasitələri və inventarların alınmasına, 170 min manatı cari təmir işlərinə, 178 min manatı təsərrüfat xərclərinə, 61 min manatı çap işlərinə, qalan hissəsi isə kommunal, icarə haqqı, rabitə xərcləri, bank xidməti və sair istiqamətlərə sərf edilib.

Musavat Partiyası başqanının müavini Tofiq Yaqublu partiyanın maliyyə qaynaqlarının çox məhdud olduğunu bildirib:
“Musavat partiya üzvlərinin ödədikləri üzvlük haqları və ianələr hesabına maliyyələşir. Bizim maliyyə xərclərimiz partiya qərərgahının kommunal xərclərinə yönəlir, bundan əlavə müəyyən tədbirlərin keçirilməsinə sərf olunur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, bütün fəaliyyətlər ictimai əsaslarla, könüllülük prinsipi ilə həyata keçirilir: “Partiyanın fəaliyyətində hər hansı maliyyə əməliyyatı həyata keçirilmir. Təbii ki, bu təəssüf doğurucu bir haldır. Bunun əsas səbəbi onunla bağlıdır ki, partiya üzvlərinin böyük əksəriyyəti işsizdi. Eyni zamanda, ölkədə elə bir vəziyyət yaranıb ki, iş adamlarının, sahibkarların, imkanlı şəxslərin partiyalara maliyyə dəstəyi göstərməsi, ianə köçürməsi çox ciddi risk yaradır. Ona görə də partiyanın fəaliyyəti demək olar ki, maliyyəsiz həyata keçirilir. Bu baxımdan mən sizə konkret bir rəqəm deyə bilmərəm. Bzim hansısa formada maliyyə əməliyyatlarımız olmayıb”.
F.Qəhrəmanlı AXCP-yə kənar ianələrin daxil olmadığını bildirib:
“Yalnız partiyanın zəruri xərcləri meydana çıxarsa, o zaman üzvlərin özünün könüllü topladığı vəsait hesabına, yerli strukturların vasitəsi ilə hər hansı bir iş görülür. Ancaq böyük həcmdə nəyinsə alınmasına zərurət yarananda bu da mərkəzləşdirilmiş qaydada partiyanın hesabına köçürülən vəsait hesabına olur. Çünki bizdə maliyyə əməliyyatları aparılmır. Sadəcə olaraq hansısa şuarın yazılmasına, yaxud da haraya stul alınmalıdırsa kimsə təşəbbüs göstərib öz vəsaiti ilə bunu həyata keçirir. Maliyyələşmə xüsusi qaydada vəsait toplanması yolu ilə həyata keçirilmir ki, orda hansısa hesabatlar aparılsın. Səbəb də odur ki, partiya üzvlərinin böyük əksəriyyəti imkansız insanlardı, iş imkanları yoxdu. Ona görə üzvluk haqqı ödəmə imkanları da məhduddur”.

Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa 2011-ci ildə 600-1000 manat arası vəsait xərcləndiklərini deyib: “Bu, əsasən qərargahın saxlanılmasına xərclənən vəsaitlərdi”.
F.Mustafa Azərbaycandakı siyasi partiyaların maliyyə baxımından çox miskin vəziyyətdə olduğunu bildirib: “Partiyalar siyasi həyatda ona görə aktiv iştrak edə bilmirlər ki, heç bir maddi vəsaitləri yoxdu, ancaq üzvlük haqqı hesabına yaşayırlar. Bu da ölkənin demokratik imicinə böyük zərbə vuran göstəricilərdən biridi. Çalışırıq ki, partiyalar büdcədən maliyyələşsin və hesablarda bu məsələlər öz əksini tapsın”.

“Azərbaycan Demokrat Partiyası (ADP) üzvlərinin sosial-iqtisadi vəziyyətini nəzərə alıb, keçici olaraq onlardan üzvlük haqqının toplanmasını dayandırmışıq”. Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun dediyinə görə, partiya ümumiyyətlə maliyyələşmir:
“Çünki fəaliyyətimiz minimum həddədi. Geniş fəaliyyət göstərmirik, xaricə səfərlərimiz yoxdu, regionlara getmirik. Burdakı tədbirlər üçün isə maliyyə vəsaitinə ehtiyac yoxdu, partiyanın mərkəzi aparatındakı üzvlərimiz ictimai əsaslarla işləyirlər. Cüzi maliyyə xərcləri lazım olanda isə öz cibimizdən qoyuruq”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli deyib ki, olmayan malyyədən nə hesabat verilməlidi: “Hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının elə də böyük maliyyə imkanları yoxdu. Ona görə onların maliyyə hesabatı vermələri də heç maraqlı deyil. Olmayan maliyyədən necə hesabat verə bilərsən? Ancaq hakim Yeni Azərbaycan Partiyasının (YAP) maliyyə mənbələri məlumdu. Ona görə də onlar hər ilin sonunda öz maliyyə hesabatını verirlər. Əgər YAP-ın yerində hər hansı digər siyasi partiya olsa, o da maliyyə hesabatı verəcək”.
E.Mirzəbəyli sonra ərtaflı məlumat almaq üçün BAXCP-nin təşkilati məsələlər üzrə müavini Yaşar Kələntərli ilə əlaqə saxlamağı məsləhət görüb. Y.Kələntərlinin sözlərinə görə, partiyada üzvlük haqqı yığılmır: “Konkret olaraq maliyyə hesabatları ilə bağlı heç nə deyə bilmərəm, çünki məlumatlı deyiləm”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə hesab edir ki, bu gün heç bir siyasi partiya dövlət büdcəsindən maliyyələşmir: “Ona görə siyasi partiyaların hardan maliyyələşmələri və maliyyələrini hansı istiqamətdə yönəltmələri barədə məlumat öyrənməyin özü düzgün deyil. Bu gün partiyalar daxili imkanları, üzvlük haqları və qismən də ianələr hesabına maliyyələşirlər. Ona görə hesab edirəm ki, Azərbaycan reallığında partiyaların maliyyə ilə bağlı məlumatlarının ictimailəşməsi düzgün deyil. Əgər partiyalar gələcəkdə dövlət büdcəsindən maliyyələşəcəklərsə, onda şübhəsiz ki, hesabatlar da olacaq”.

Vətəndaş Həmrəyliyi Partiyası sədrinin təşkilati işlər üzrə müavini Samir Əsədlinin dediyinə görə, elə böyük maliyyə imkanları yoxdur: “Sadəcə olaraq maliyyə hesabatı Nəzarət Təftiş Komissiyasına (NTK) verilir. Rəhbərlikdə təmsil olunan şəxslərin ianələri əsasında partiyanın cari fəaliyyəti qurulur. Əsasən üzvlük haqları və yerli təşkilatlardan yığılanlar həmin rayonların maddi-texniki bazasının təmin olunmasına sərf olunur. Bu böyük hesabat olmadığından, eyni zamanda VHP heç hardan maliyyə yardımı almadığı üçün, heç yerə hesabat da vermirik. Rayonlarda keçirilən tədbirlər yerli təşkilatların öz hesabına, mərkəzdə isə partiya rəhbərlərinin hesabına maliyyələşdirilir. Xarici ölkəyə hər hansı tədbirə kimsə dəvət olunursa, öz hesabına gedir-gəlir. Konkret elə bir böyük rəqəm yoxdu ki, mən onu deyim. Partiyanın fəaliyyəti daha çox ictimai əsaslarla qurulur. Demək olar ki, bütün müxalifət partiyaları fəaliyyətlərini bu istiqamətdə qurur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Bu gün, 13:02
Paşinyan üçün saat işləmir - ŞƏRH
Bu gün, 13:00
Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Bu gün, 12:58
Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Bu gün, 12:57
"Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Bu gün, 12:53
Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Bu gün, 12:47
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Bu gün, 12:44
Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Bu gün, 12:42
Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Bu gün, 12:32
Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Bu gün, 12:29
Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Bu gün, 12:26
Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Bu gün, 12:12
“Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Bu gün, 12:04
Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Bu gün, 11:58
“Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Bu gün, 11:56
Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı - QALİB ŞİRKƏT
Bu gün, 11:53
İki ölkə arasında gərginlik azalıb - ARAŞDIRMA
Bu gün, 11:41
Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var
Bu gün, 11:37
Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan - Ekspertdən reaksiya
Bu gün, 11:33
Yol var, amma getmək olmur - NARAZILIQ VAR...
Bu gün, 11:27
Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər - NİYƏ DƏ YOX?
Bu gün, 11:14
Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış - Molla rejimi BAŞINI İTİRİB...
Bu gün, 11:08
Sumqayıt Bulvarında təmir planları təxirə salındı – 2 TENDER LƏĞV EDİLDİ
Bu gün, 10:59
Bakıdan Paşinyana çağırış - “Tör-töküntülərin ipini yığ!”
Bu gün, 10:52
"Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər - İNCƏLƏMƏ
Bu gün, 10:48
Şirkətlərin "Premium Bank"a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
Bu gün, 10:46
Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... - İLGİNC İDDİA
Bu gün, 10:38
Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər - ŞƏRH
Bu gün, 10:28
Bu quşçuluq şirkətinin direktoru dəyişir
Bu gün, 10:08
Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... - “The Washington Post”
Bu gün, 10:00
Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB
Bu gün, 09:53
QHT sədri dənizdə şok keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:52
“Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” - ƏKS HALDA...
Bu gün, 09:47
HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... - MALƏSƏF...
Bu gün, 09:40
Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:36
Milli Dram Teatrının direktoruna ağır itki üz verdi
Bu gün, 09:31
Yeni geopolitik konfiqurasiya və Azərbaycan - AKTUAL
Bu gün, 09:05
Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... - “Hraparak”
Bu gün, 08:56
“Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 08:54
Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Bu gün, 08:50
Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Bu gün, 08:48
Qida Sənayesi Kolleci adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:46
Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35
5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34
Adil Vəliyev şəhid ailəsinə qarşı... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:29
“FSB”nin Bakıda kəsilən “qolu” - hibrid savaşçılarının baş hədəfi
Bu gün, 08:25
`Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru