Şatdaun ABŞ-nin nüvə arsenalının modernləşdirilməsini təhdid edir .....                     “Azercell” İŞ BAŞINDA: Növbəti bahalaşma dalğası... .....                     "Boyum 151 sm-dir, gizlətmirəm" .....                     "Kabinetdə oxumağa pis baxmıram" .....                     "Putin "Narıncı inqilab" vaxtı mənə etirazları zorla yatırmağı təklif etdi" .....                     Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı .....                     Daha bir icra hakimiyyətində əməliyyat .....                     Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq .....                     Bir nazir, bir agentlik sədri vəzifədən ÇIXARILACAQ .....                     Zaqatala sakinini döyüb öldürən .....                     Eynulla Fətullayevdən Mehdiyevlə bağlı mövqe .....                     Cənubi Qafqazdan Ağ Evə uzanan yeni "geopolitik tunel" .....                     Ermənistanda “Trans Akademiyası” yaradılıb: LGBT liderləri yetişdirirlər .....                     "Dəyişən yalnız icra başçılarıdır, sistem isə eyni qalır" .....                     AMEA-nın “Gənclər Akademiyası”na sədr təyin edildi .....                     “DTX-nın yeni həbslər həyata keçirməsi ehtimalı böyükdür...” .....                     Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı” sürətlənir, geniş həbslər bu tarixdən başlanacaq .....                     GDU nəzdində Regional Kollecdə nə baş verir? .....                     “Ermənistanda vətəndaş qarşıdurması olacaq” .....                     Xalq artisti "Şən gənc"dən niyə getdi? .....                     GƏLƏCƏKDƏN GƏLƏN DOVĞA... .....                     “Paşinyan İrəvanda Əliyevin şərəfinə məscid tikəcək” .....                     Nazir hamilə arvadının şəklini paylaşdı .....                     Ermənilər sərhəddə bunkerlər tikirlər .....                     ABŞ məhkəməsi əslən Dmanisidən olan avtoritetə 25 il həbs cəzası verib .....                     “Əgər referendum keçirilsəydi, çox riskli olardı” .....                     Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzindən 9 milyonluq sifariş .....                     Bakı razılaşmaları praktiki müstəviyə köçürür .....                     “Çempionat oyunlarımızda 3-4 min azararkeş görəndə sevinirik” .....                     Sabah bəzi yerlərə yağış yağacaq .....                     Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirib .....                     Müştəri taksidən düşmək istəmədi .....                     Tovuzda bacı qardaşını döyüb dişlərini tökdü .....                     G7 ölkələri Ukraynanın enerji sisteminin bərpasına yardım edəcək .....                     Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində qalmaqal: İşçilər naziri döyüblər? .....                     Paşinyana ağır ittiham .....                     Sərdar Cəlaloğlunun bacısı oğlunun nədə ittiham olunduğu bilindi .....                     Qızı şikayət etdi, Sabirabadda direktorun 100 minlik yeyintisi üzə çıxdı .....                     Toy kortejində "iki təkər" qaldıran azərbaycanlıya cinayət işi açıldı .....                     Bu şirkət nazirliyin tenderinə “zerkalnı” məbləğ təklif edib .....                 

ƏLİ İNSANOVUN ARİF QARAŞOV KARTI
Tarix: 31-01-2012, 11:47 | Çap et
ƏLİ İNSANOVUN ARİF QARAŞOV KARTI

BÖYÜK PULLARA SAHİB OLAN KEÇMİŞ XİDMƏT RƏİSİ AKTİV SİYASƏTƏ QAYIDIR

DİA.AZ: - Hələ bir müddət əvvəl Azərbaycanda struktur islahatları fonunda bəzi dövlət qurumları ləğv olunaraq, ayrı-ayrı komitə və nazirliklərə birləşdirilirdi. Həmin proseslər nəticəsində Dövlət Reyester Xidməti (DRX) də bu zaman ləğv olunaraq, Dövlət Əmlakını İdarəetmə Komitəsinin ixtiyarına verildi. Komitənin tərkibində hal-hazırda departament kimi fəaliyyət göstərən həmin qurumun başında bir zamanlar duran Arif Qaraşov isə yeni təşkilatın başına keçməkdən imtina etdi. Qeyd edək ki, bu, əvvəlcədən gözlənilən hal idi. Çünki Qaraşov Kərəm Həsənovun əlinin altında işləməyi heç bir zaman qəbul edəcək biri kimi tanınmırdı. Neçə illər idi DRX-nin başında dayanan bu şəxs ayrıca "dövlət" kimi fəaliyyət göstərir və heç kimə də hesabat vermirdi..

Bütün bu prosesin nəticəsi olaraq ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə ləğv edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov hələ də yeni vəzifəyə təyinat almayıb. Xatırladaq ki, həmin orqan eyni sərəncamla yeni yaradılan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) tərkibində fəaliyyət göstərir. Əmlak Məsələləri Dövlət Komitəsinə Arif Qaraşovun deyil, daha gənc və potensial kadr, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sabiq sədri Kərəm Həsənovun rəhbərlik etməsi birincinin həmin post uğrunda aktiv fəaliyyətə keçməsi ilə nəticələnib. Nəzərinizə çatdıraq ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşovun bu günə kimi hansısa vəzifəyə təyin edilməməsi həm də ona münasibətin göstəricisidir.

Baş verən dəyişikliyə münasibət bildirən mütəxəssislərin sözlərinə görə, Arif Qaraşovun rəhbərlik etdiyi qurum əslində, Kərəm Həsənovun sədri olduğu komitə ilə oxşar vəzifələri yerinə yetirirdi. Sadəcə, Kərəm Həsənovun vaxtilə hökumətin işinə yaraması, ona olan etimadı doğrultması faktı bu kadrın yeni komitədə sədr kimi qalmasına təsirsiz ötüşməyib. Çünki Arif Qaraşovdan fərqli olaraq Kərəm Həsənov bir qədər müstəqil fikirli, qanunlara hörmət edən şəxs kimi tanınır. Bu arada Arif Qaraşovun son fəaliyyətləri ilə bağlı qəzetimizə yeni məlumatlar daxil olub. Verilən xəbərlərdə bildirilir ki, Arif Qaraşov 2009-cu ilin 19 mayında itirdiyi vəzifəsinə yenidən qayıtmaq, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə rəhbər təyin olunmaq uğrunda ciddi səylər göstərir. O, artıq iki ildən artıq davam edən işsizliyi ilə barışa bilməyərək Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri postuna yiyələnmək uğrunda bütün vasitələrdən yararlanmağa çalışır. Aldığımız xəbərlərdə qeyd edilir ki, Arif Qaraşov son günlərə kimi təhsil naziri Misir Mərdanovun da köməyindən yararlanmağa can atıb. Amma sonuncunun gələcək fəaliyyəti üçün şübhəli detalların ortaya çıxması Arif Qaraşovun ümidlərini heçə endirib. Məsələ burasındadır ki, Qaraşovla yaxın münasibətlərdə olan Misir Mərdanovun bir neçə gündən sonra vəzifəsindən uzaqlaşdırılacağı, təhsil naziri vəzifəsinə ali təhsil ocaqlarından birinin rektorunun gətiriləcəyi bildirilir. Elə buna görə də Arif Qaraşovun təsir rıçaqları xeyli zəifləyib. Qəzetimizi bilgiləndirən mənbənin sözlərinə görə, Arif Qaraşovun komitə sədri vəzifəsinə təyin edilməsi şanslarını sıfıra endirən əsas cəhətlərdən biri də onun öz varidatını Azərbaycandan xaricə daşımasıdır. Söylənilənlərə görə, məhz bu xəbər yuxarılara çatdırılıb və burada böyük narazılıqla qarşılanıb. Amma məsələ yalnız narazılıqla bitməyib.

Bu barədə verilən məlumatlarda vurğulanır ki, DRX-nin ləğvindən sonra Qaraşovun bir zamanlar başçılıq etdiyi qurumda yoxlamalara start verilib. Ciddi yeyinti və qanunsuzluq faktları üzə çıxarıldıqdan sonra onu keçmiş rəhbərin qarşısına qoyublar. Məlumatlara görə, Qaraşova deyilib ki, əgər "artıq-əskik" hərəkət edərsə, bu faktları istintaqa göndərib məsələ ilə bağlı araşdırma aparacaqlar. Həmin olayın ardından başqa halların da baş verdiyinə dair məlumatlar verilir. Deyilir ki, Qaraşovun nəzarətində olan bəzi biznes sahələri əlindən alınıb. Həmçinin bir neçə iri əmlakını da ondan alaraq, özünküləşdirənlər olub.

Ancaq "artıq-əskik" məsələsinin ardından başqa bir qəribə xəbər yayılmağa başlayıb. Verilən informasiyalarda vurğulanır ki, Arif Qaraşov başına gətirilən oyundan sonra bunun əvəzini çıxmaq üçün xeyli müddət imiş düşünürmüş. Nəhayət, bu yaxınlarda onun yekun qərar verdiyi iddia edilir. Bildirilir ki, sabiq xidmət rəhbəri yeni müxalifət partiyası yaratmaq qərarına gəlib. Həmin partiyanın hansı adda olacağı barədə isə hələlik heç bir məlumat yoxdur.

Qaynaqlar qeyd edirlər ki, Arif Qaraşov əslən Qərbi Azərbaycandan olduğundan bu kontingentə daha çox bel bağlayır. Keçmiş səhiyyə naziri Əli İnsanovun həbsindən sonra narazı düşən və pərakəndə şəkildə fəaliyyət göstərən bu elektoratı bir araya gətirmək üçün isə Qaraşov qısa müddətdə göstərdiyi fəaliyyəti ilə çox şey edə bilər. Eyni zamanda, bunun üçün ona Əli İnsanovu dəstəkləmək lazım gələcək ki, artıq xəbərlərdə də bunun təsdiqini tapdığı diqqəti çəkir. Məlumatlara görə, Qaraşovun yeni yaradacağı siyasi partiya sabiq nazirin tərəfdarlarını öz ətrafında birləşdirəcək və ona dəstək verəcək.

Nəzərə almaq lazımdır ki, hazırkı məqamda Qərbi Azərbaycandan olan soydaşlarımızı siyasi proseslərə cəlb edib, onları aktivləşdirmək kifayət qədər ciddi məsələdir. Bu kontingent uğrunda illərdən bəri mübarizə aparan istər hakimiyyət, istərsə də müxalifət hələ də real olaraq nəticələr əldə etməyiblər. Çünki narazı olan elektoratın bir araya gətirilməsi mümkün olmayıb. Həmçinin hadisələrin parlament seçkiləri ərəfəsində baş verməsi də sıradan bir hal deyil və belə düşünmək mümkündür ki, iqtidar bundan narahat olacaq. Çünki indiki həssas məqamda qərbi azərbaycanlıların siyasi partiya yaradaraq, onun ətrafında mübarizə aparmaları siyasi elitanı silkələyə bilər. Həm də hakimiyyətin içindəki eyni regionun nümayəndələrinin də onlarla əlbir işləmək ehtimalları risqləri bir qədər artırır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şatdaun ABŞ-nin nüvə arsenalının modernləşdirilməsini təhdid edir - "Fox News"
Bu gün, 09:01
“Azercell” İŞ BAŞINDA: Növbəti bahalaşma dalğası... - İNDİ DƏ...
Bu gün, 08:59
"Boyum 151 sm-dir, gizlətmirəm" - VİDEO
Bu gün, 08:55
"Kabinetdə oxumağa pis baxmıram"
Bu gün, 08:48
"Putin "Narıncı inqilab" vaxtı mənə etirazları zorla yatırmağı təklif etdi" - Ukraynanın sabiq prezidenti
Bu gün, 08:44
Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar
Dünən, 23:39
Daha bir icra hakimiyyətində əməliyyat – o da həbs edildi
Dünən, 23:10
Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq
Dünən, 18:11
Bir nazir, bir agentlik sədri vəzifədən ÇIXARILACAQ - TƏFƏRRÜAT
Dünən, 18:00
Zaqatala sakinini döyüb öldürən daha bir nəfər SAXLANILDI
Dünən, 17:48
Eynulla Fətullayevdən Mehdiyevlə bağlı mövqe - Bəlkə, FHN-ə hücum edək?
Dünən, 17:46
Cənubi Qafqazdan Ağ Evə uzanan yeni "geopolitik tunel" - Tramp bu regionu Qərbin Avrasiya sisteminə birləşdirir
Dünən, 17:42
Ermənistanda “Trans Akademiyası” yaradılıb: LGBT liderləri yetişdirirlər - MƏNHUS SİYASƏT
Dünən, 16:51
"Dəyişən yalnız icra başçılarıdır, sistem isə eyni qalır" - ONA GÖRƏ DƏ...
Dünən, 16:48
AMEA-nın “Gənclər Akademiyası”na sədr təyin edildi - BUNDAN SONRA...
Dünən, 16:40
“DTX-nın yeni həbslər həyata keçirməsi ehtimalı böyükdür...” - ÇÜNKİ...
Dünən, 14:05
Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı” sürətlənir, geniş həbslər bu tarixdən başlanacaq - Kürəkəni də...
Dünən, 14:03
GDU nəzdində Regional Kollecdə nə baş verir? - Emin Əmrullayev və Ülkər Səttarova niyə susur..
Dünən, 13:58
“Ermənistanda vətəndaş qarşıdurması olacaq”
Dünən, 13:33
Xalq artisti "Şən gənc"dən niyə getdi?
Dünən, 13:32
GƏLƏCƏKDƏN GƏLƏN DOVĞA... - SAB HEYRƏTLƏNDİRİR...
Dünən, 13:29
“Paşinyan İrəvanda Əliyevin şərəfinə məscid tikəcək” - KİV
Dünən, 13:21
Nazir hamilə arvadının şəklini paylaşdı - Tənqid olundu
Dünən, 13:20
Ermənilər sərhəddə bunkerlər tikirlər - Orduya yeni silahlar verildi
Dünən, 13:15
ABŞ məhkəməsi əslən Dmanisidən olan avtoritetə 25 il həbs cəzası verib
Dünən, 13:05
“Əgər referendum keçirilsəydi, çox riskli olardı” - MÜSAHİBƏ
Dünən, 13:03
Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzindən 9 milyonluq sifariş - QALİB
Dünən, 13:01
Bakı razılaşmaları praktiki müstəviyə köçürür - ŞƏRH
Dünən, 12:55
“Çempionat oyunlarımızda 3-4 min azararkeş görəndə sevinirik” – Qurbanov
Dünən, 12:50
Sabah bəzi yerlərə yağış yağacaq - belə deyirlər...
Dünən, 12:47
Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO
Dünən, 12:46
Müştəri taksidən düşmək istəmədi - Maşını polis şöbəsinə sürdü
Dünən, 12:43
Tovuzda bacı qardaşını döyüb dişlərini tökdü - TƏFƏRRÜAT
Dünən, 12:41
G7 ölkələri Ukraynanın enerji sisteminin bərpasına yardım edəcək
Dünən, 12:36
Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində qalmaqal: İşçilər naziri döyüblər? - "...təzə nazirin danlağının dozası çox olub"
Dünən, 12:34
Paşinyana ağır ittiham - Revanşistlər müdafiədən çıxır
Dünən, 11:48
Sərdar Cəlaloğlunun bacısı oğlunun nədə ittiham olunduğu bilindi - Bu qədər cəza gözləyir
Dünən, 11:38
Qızı şikayət etdi, Sabirabadda direktorun 100 minlik yeyintisi üzə çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:27
Toy kortejində "iki təkər" qaldıran azərbaycanlıya cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 11:14
Bu şirkət nazirliyin tenderinə “zerkalnı” məbləğ təklif edib
Dünən, 11:05
Ramiz Mehdiyevin arvadı da işdən çıxarıldı - ƏMR
Dünən, 11:03
Məşhur xanəndə duet ortağı ilə SEVGİLİDİR? - özləri aydınlıq gətirdi
Dünən, 10:58
Gürcüstan Avronest PA-da iştirakını dayandırıb
Dünən, 10:54
Donald Trampın oğlu Ermənistana səfər edəcək - KİV
Dünən, 10:51
“İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur” - Partiya sədri
Dünən, 10:46
"TikTok"da saxta elanlar vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
Dünən, 10:41
“Oğlumun bədəni 70 faiz çürüyüb, dərman pullarımızı məktublara veririk” -Əməkdar artistdən ürək ağrıdan ETİRAFLAR
Dünən, 10:38
“Varfarin”lə bağlı YENİ XƏBƏR – Qıtlıq aradan QALXIB?
Dünən, 10:36
Elmira Rəhimova səhhətindən danışdı - “Həkimlərin nəzarəti altındayam”
Dünən, 10:16
“Ramiz Mehdiyevin pulu büdcəmizdən çoxdur, Rusiyanın adamıdır...” - Rəşid Mahmudov
Dünən, 10:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru