Gəncə xanının ilginc "Seçki-2015" planları... - Elmar Vəliyev “deputat lobbisi” yaradır
Tarix: 26-08-2015, 11:00 | Çap et
 Məlum olduğu kimi, bu ilin payızında Milli Məclisə seçkilər keçiriləcək. Gözlənilir ki, bu seçkilərdə ali qanunverici orqanın tərkibi əhəmiyyətli şəkildə yenilənsin. Ən maraqlı məqam isə builki parlament seçkilərindən sonra bəzi iri məmurların himayəsi altında parlamentə düşən şəxslərin mandatsız qalacağına dair iddialardır. Elə bu səbəbdən də bəzi oliqarxlar özlərinə yaxın olan daha çox şəxsə deputatlıq mandatı vermək üçün indidən hərəkətə keçiblər. Məsələ burasındadır ki, Milli Məclis üzvlərinin müəyyən bir hissəsi ayrı-ayrı iri məmurların himayəçiliyi sayəsində parlamentə vəsiqə alırlar. Bu il müəyyən iri məmurların xətti ilə parlamentə düşən millət vəkillərinin mandatsız qalacağına dair xəbərlər digər oliqarxları həvəsləndirib və onlar boşalacaq həmin yerlərə məhz öz adamlarını yerləşdirmək istəyirlər. Redaksiyamıza daxil olan məlumata görə, belə nüfuzlu məmurlardan biri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdir. Məlumatı verən mənbənin sözlərinə görə, son vaxtlar Elmar Vəliyev öz mövqelərini gücləndirməklə məşğuldur: “Bilirsiniz ki, o, 2004-2011-ci illərdə isə Yevlax Şəhər Icra Hakimiyyətinin başçısı vəzisində çalışdıqdan sonra 2011-ci ilin fevralında ölkənin ikinci böyük şəhərinin – Gəncənin Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Bundan sonra Elmar Vəliyevin nüfuz dairəsi daha da genişlənməyə başlayıb. Hazırda Gəncədən başqa, Yevlax, Bərdə və Tərtər rayonları da Vəliyevin “əhatə dairəsi” kimi qəbul olunur. Həmin rayonlarda təyinatlar Gəncənin icra başçısının bilavasitə marağı və təsiri ilə həyata keçirilir”. Qaynaq bildirir ki, artıq Elmar Vəliyev 2015 parlament seçkiləri zamanı özünün Milli Məclisdə “deputat lobbisi”nin olması üçün çalışmağa başlayıb: “2010-cu ildə keçirilən parlamentə seçkilərdə Gəncənin indiki icra başçısı hakim Yeni Azərbaycan Partiyasının (YAP) Yevlaxdan deputatlığa namizədi Vaqif Abdullayev əvəzinə, özünə yaxınlığı ilə bilinən İlham Məmmədovun mandat almasını təmin etmişdi. V.Abdullayev isə sonradan Beyləqana icra başçısı təyin edildi. Bununla da, o, Vəliyevin maneələrinə rəğmən karyera yollarında addımlayacağının mesajını verdi. Gəncənin icra başçısının eyni təcrübədən builki parlament seçkilərində də yararlanacağına dair məlumatlar var”. Qaynaq bildirir ki, Elmar Vəliyevin Gəncədəki seçki dairələrindən namizədlər arasında öz adamlarını seçdirəcəyi birmənalıdır, bundan başqa, o, “əhatə dairəsi”ndə saxladığı Yevlax, Bərdə və Tərtər rayonlarında da məhz, özünə yaxın şəxsləri deputat seçdirmək istəyir: “Hətta bu rayonlarda hakim partiyanın namizədləri başqa şəxslər olsa belə, Vəliyevin istəyi onları öz adamlarına məğlub etdirmək, bununla da parlamentdə ən azı 6-7 adamının oturmasına nail olmaqdır”. Mənbə bildirir ki, digər iri məmurlar kimi, Elmar Vəliyevə də parlamentdə daha çox millət vəkilinin olması hökumət daxilində dayaqlarını gücləndirmək, iqtidardaxili rəqiblərlə mübarizədə əlavə qüvvə qazanmaq, hökumət içindəki proseslərə təsir imkanlarını artırmaq və daha yuxarı mövqelərə yüksəlmək üçün lazımdır: “Amma yerli təcrübə göstərir ki, aşırı siyasi iddia nümayiş etdirmək, hədsiz güclənmək və hakimiyyətdaxili proseslərdə daha çox təsir imkanı qazanmaq arzusu bəzən əks-effekt verir. İndiyədək bir çox oliqarxlar məhz buna görə öz karyeralarından, sərvətlərindən, hətta azadlıqlarından məhrum olublar. Odur ki, Elmar Vəliyevin də iqtidar içində həlledici fiqurlardan birinə çevrilmək istəyi, türklər demiş, “tərs də təpə bilər”. Yəni parlamentdə öz “lobbisi”ni qurmaqla daha da möhkəmlənməyi hədəfləyən Gəncənin icra başçısının bununla özünə qarşı qıcıq yaratması da mümkündür. Belədə isə onun “zərərəsizləşdirilməsi” prosesinin başlaması qaçılmazdır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tanınmış həkimə Laçında vəzifə verildi - FOTO
Bu gün, 00:06 |
|
|
|
• "Təmir gedən yollarda təhlükəsizlik sıfırdır" - ETİRAZ
Bu gün, 00:00 |
|
|
|
• Tovuzda daha bir dəhşət: azyaşlı qıza zorakılıq – Araşdırma başlandı
Dünən, 23:59 |
|
|
|
• Görüşün 8 avqusta təyin olunması təsadüf deyil! - AÇIQLAMA
Dünən, 23:57 |
|
|
|
• ABŞ-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa doğru irəliləyir - AKTUAL
Dünən, 23:55 |
|
|
|
• Vaşinqtondan Azərbaycan və Ermənistan arasında sülh və Zəngəzur dəhlizi barədə açıqlama - DETALLAR
Dünən, 23:52 |
|
|
|
• ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın diplomatik manevr imkanlarının artıracaq - ŞƏRH
Dünən, 18:04 |
|
|
|
• Rusiyada atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar - TƏFƏRRÜAT
Dünən, 18:00 |
|
|
|
• Altı medalı olan qazinin əlilliyi niyə kəsilib? - NARAZILIQ VAR...
Dünən, 17:56 |
|
|
|
• Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib - TƏFƏRRÜAT
Dünən, 17:51 |
|
|
|
• Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi - 1 milyon manata
Dünən, 17:48 |
|
|
|
• Ermənistanın dövlət borcu 13 milyardı ötüb
Dünən, 17:42 |
|
|
|
• “Yeni Klinika”nın 15-ci mərtəbəsində əlavə təmir işlərinə 265 314 AZN xərclənəcək
Dünən, 17:40 |
|
|
|
• Keşlədə evi sökülən sakinlərə nə ev, nə də pul veriləcək? - AKTUAL
Dünən, 17:32 |
|
|
|
• Saakaşvili Bakıdan gələn xəbərə sevindi – Tamam başqa proses gedir!
Dünən, 17:26 |
|
|
|
• Ermənistan şübhəli əraziyə çevriləcək - Danielyan
Dünən, 17:24 |
|
|
|
• Sülhün altına mina qoyulub: - Ermənistanı xəritələrin taleyini düşünməyinə məcbur etməliyik
Dünən, 17:22 |
|
|
|
• İcra Hakimiyyətinin 150 minlik tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 17:18 |
|
|
|
• Jurnalistin mikrafonunu sındıran restoran kassiri belə CƏZALANDIRILDI
Dünən, 17:15 |
|
|
|
• Nabrandakı məşhur hoteldəki “yemək davası”nın görünməyən tərəfi
Dünən, 17:13 |
|
|
|
• Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
Dünən, 17:10 |
|
|
|
• Ayvazovskinin heykəli ətrafında süni ajiotaj və: Kremlin Bakıya mesajı - ŞƏRH
Dünən, 16:44 |
|
|
|
• Füzulidə Muğam Mərkəzinin otaqları kirayəyə verilir? - BU NƏDİ BELƏ?
Dünən, 16:38 |
|
|
|
• Göygöl İcra Hakimiyyəti iki ildə yolları 3 dəfə təmir etdirib - 1.5 milyonluq tenderlər
Dünən, 16:35 |
|
|
|
• Bakıda dostları gənc oğlanı parkda yuxuya verib qaçdı - Cinayət tərkibi...
Dünən, 16:30 |
|
|
|
• Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Dünən, 16:25 |
|
|
|
• Tarixi an: Bakı Vaşinqton vaxtına “keçdi” – Mühüm xəbərlər gözlənilir
Dünən, 16:20 |
|
|
|
• Akopyan razılaşdırılan sənəd barədə: - Bakıdan icazəsiz açıqlaya bilmərik
Dünən, 16:18 |
|
|
|
• Bakı və İrəvan TRİPP-in reallaşdırılmasına başlayır - AÇIQLAMA
Dünən, 16:17 |
|
|
|
• Azərbaycan prezidenti ABŞ-da belə qarşılandı - VİDEO
Dünən, 16:03 |
|
|
|
• “İki ilə yaxındır hazırlaşdığım imtahana buraxılmadım” - NARAZILIQ VAR...
Dünən, 15:56 |
|
|
|
• Rusiya mediası həşirdə: Moskva Qafqazı "çerez Vaşinqton" itirir - GƏLİŞMƏ
Dünən, 15:52 |
|
|
|
• Qəbələdə yerləşən “Caspian Fish Seafood” restoranına getməyin…. - Müştəridən çağırış
Dünən, 15:48 |
|
|
|
• AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:28 |
|
|
|
• Brilliant Dadaşova paltarla dənizə girdi
Dünən, 15:25 |
|
|
|
• Minsk Qrupunun buraxılması ilə bağlı sənəd İMZALANACAQ
Dünən, 15:19 |
|
|
|
• Ermənistan BƏƏ ilə saziş imzalayacaq
Dünən, 15:16 |
|
|
|
• ABŞ Zəngəzura nəzarəti üzərinə götürür, Naxçıvana maneəsiz keçid açılır - AKTUAL
Dünən, 15:12 |
|
|
|
• İlham Əliyev ABŞ-yə işgüzar səfər edib
Dünən, 15:05 |
|
|
|
• Dövlət qurumu SMS paketi satın aldı - 20 MİLYON ƏDƏD!
Dünən, 15:03 |
|
|
|
• MİQ üzrə vakant yerlərin gizlədilməsi məsələsinə aydınlıq gətirilib
Dünən, 14:58 |
|
|
|
• Naxçıvan səhiyyəsi PİYADA QALDI: Maşınlar müsadirə olundu... - ŞOK SƏBƏB
Dünən, 14:49 |
|
|
|
• “AFB Bank”ın biznes kreditlərinin 70%-i 25 nəfərə məxsusdur – ŞOK HESABAT
Dünən, 13:10 |
|
|
|
• Trampın vasitəçiliyi ilə sülhə doğru – Azərbaycan və Ermənistan liderləri AĞ EVDƏ
Dünən, 13:05 |
|
|
|
• Ermənistanda etiraz aksiyası keçirən Hindistan vətəndaşları dövlətlərarası yolu bağlayıb - KİV
Dünən, 12:58 |
|
|
|
• 41 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:56 |
|
|
|
• Rusiya Zəngəzur dəhlizinə qarşı deyil, amma... - İNCƏLƏMƏ
Dünən, 12:44 |
|
|
|
• “Ermənistan yoxdur, biz hər şeyi itirib, Cenifer Lopezi tapmışıq”
Dünən, 12:42 |
|
|
|
• Bakı-Tiblisi qatarının fəaliyyətə başlamasına hazırlıq gedir - AÇIQLAMA
Dünən, 12:36 |
|
|
|
• Məktəb direktoru təyinatında KÖHNƏ ÜSULLAR... - İTTİHAM VAR...
Dünən, 12:27 |
|
|
|
|