Müflisləşmə: Cahangir Əsgərov niyə "qabıqdan çıxarıldı"... - "AZAL" şefi postunda dəyişiklik gözlənilir...
Tarix: 2-06-2015, 11:32 | Çap et
 Son vaxtlar Azərbaycanda ayrı-ayrı oliqarxların maliyyə vəziyyəti ilə bağlı ürəkaçan olmayan xəbərlər yayılır. Aydın hiss olunur ki, onlar ciddi maddi çətinliklərlə üz-üzədirlər.
Görünən odur ki, neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində neft gəlirlərinin azalması, eyni zamanda manatın devalvasiyası istər iri məmurların, istərsə də onların himayə etdikləri iş adamlarının maliyyə vəziyyətini xeyli ağırlaşdırıb. Bunu işçilərin ixtisarından tutmuş onların maaşlarının vaxtlı-vaxtında ödənməməsinədək bir çox neqativ hallar açıq şəkildə göstərir. Oliqarx şirkətlərinin gəlirlərinin kəskin azalması yönündə də intensiv xəbərlər gəlməkdədir. Bütün bunlar iri məmurlar və iş adamlarının maliyyə qaynaqlarının ciddi böhran keçirdiyini təsdiqləyir. Dünənsə belə bir məlumat yayıldı ki, Azərbaycan futbolunda daha bir klub dağılmaq təhlükəsiylə üzləşib. Məlumatı maraqlı edən isə dağılmaq təhlükəsi ilə yaşayan həmin futbol klubu ölkənin aparıcı oliqarxlarından biriin - “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun himayəsi altında fəaliyyət göstərirdi. AZAL “şefi”nin maliyyələşdirdiyi və rəhbərlik etdiyi qurumun adını daşıyan futbol klubu fəaliyyətini dayandıra bilər. Buna səbəb isə "təyyarəçilər"in himayəçisi, Cahangir Əsgərovun maliyyə durumunun xeyli pisləşməsidir. AZAL futbol klubundakı mənbənin verdiyi məlumata görə, Əsgərov müflis olma həddindədir. Elə bu səbəbdən də onun klubunun futbolçulara üç aylıq borcu yaranıb. Azərbaycan Premyer-Liqasının 2014/15 mövsümünün sonunda borcun ödəniləcəyi bildirilsə də, klubun sahibi "pul yoxdu" mesajını göndərib. Futbolçulara istirahətdən qayıdandan sonra borcların ödəniləcəyi ilə bağlı vəd verilib. Mənbənin verdiyi məlumata görə, vəd yerinə yetirilməyəcək. Çünki AZAL rəhbəri ümumiyyətlə, klubdan imtina etmək niyyətindədi. Mənbə onu da bildirib ki, yaxın bir ay ərzində bütün suallara aydınlıq gələcək. Ola bilsin ki, Əsgərov klubun buraxılması ilə bağlı göstəriş versin. Mənbə onu da deyib ki, vəziyyətin ağır olması barədə klubun rəhbər şəxsləri və baş məşqçi Tərlan Əhmədov məlumatlandırılıb. Əsgərovun maliyyə durumu o qədər pisləşib ki, AZAL “şefi” klubun Şüvəlanda yerləşən stadionunu da satmaq niyyətindədi. Təbii ki, alan olsa... Onu da deyək ki, Cahangir Əsgərovun ciddi maliyyə çətinliyi ilə üzləşməsi onun son vaxtlar ayrı-ayrı KİV-lərdə ciddi tənqid hədəfinə çevrildiyi bir vaxta təsadüf edir. Xüsusilə AZAL-ın uçuş biletlərinin xeyli baha olması bu qurumu müstəqil ekspertlərin, ictimaiyyət nümayəndələrinin, media orqanlarının tənqid hədəfinə çevirib. Bəzi qaynaqların iddiasına görə, son aylarda Əsgərovun bu və digər mövzularla bağlı kəskin tənqidlərlə qarşılaşması təsadüfi deyil. Hesab olunur ki, AZAL-da rəhbər dəyişikliyinin baş verməsi üçün zaman yetişib. Elə “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərinə qarşı genişmiqyaslı ittihamlar da məhz ictimai rəyi belə bir dəyişikliyə hazırlamaq üçün məqsədyönlü kampaniyanın tərkib hissəsi hesab olunur. Belə bir vaxtda AZAL “şef”inin maddi böhranla üzləşməsinə dair xəbərin yayılması, onun maliyyələşdirdiyi klubun dağılmaq həddinə çatmasına, hətta “baş təyyarəçinin” klubuna məxsus stadionu satmaq istəməsinə dair informasiyanın dövriyyəyə buraxılması maraq doğurur. İstisna etmək olmaz ki, həmin məlumatların məhz indiki vaxtda ictimailəşməsi AZAL rəhbərinin başı üzərində “qara buludların” dolaşdığı - yəni onun əvəzlənəcəyi ilə bağlı bir müddətdir yayılan iddiaların reallaşa biləcəyinin təzahürüdür. Çünki Azərbaycan təcrübəsində hansısa aparıcı oliqarxın postundan kənarlaşdırılması ilk növbədə onun maddi baxımdan zəiflədilməsi ilə başlayır. Ola bilər ki, indi belə bir “maliyyə zəiflədilməsi” Cahangir Hacyevlə bağlı baş verir. Əgər bu versiya doğrudursa, onda biz çox keçmədən onun postundan kənarlaşdırılması barədə xəbəri də oxuya bilərik.
DİA.AZ bildirir ki, bu arada "AZAL" şefinin postundan alınacağı ilə bağlı da müəyyən informasiyalar yayılıb ki, bu barədə də geniş məlumatı az sonra diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın diplomatik manevr imkanlarının artıracaq - ŞƏRH
Bu gün, 18:04 |
|
|
|
• Rusiyada atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar - TƏFƏRRÜAT
Bu gün, 18:00 |
|
|
|
• Altı medalı olan qazinin əlilliyi niyə kəsilib? - NARAZILIQ VAR...
Bu gün, 17:56 |
|
|
|
• Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib - TƏFƏRRÜAT
Bu gün, 17:51 |
|
|
|
• Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi - 1 milyon manata
Bu gün, 17:48 |
|
|
|
• Ermənistanın dövlət borcu 13 milyardı ötüb
Bu gün, 17:42 |
|
|
|
• “Yeni Klinika”nın 15-ci mərtəbəsində əlavə təmir işlərinə 265 314 AZN xərclənəcək
Bu gün, 17:40 |
|
|
|
• Keşlədə evi sökülən sakinlərə nə ev, nə də pul veriləcək? - AKTUAL
Bu gün, 17:32 |
|
|
|
• Saakaşvili Bakıdan gələn xəbərə sevindi – Tamam başqa proses gedir!
Bu gün, 17:26 |
|
|
|
• Ermənistan şübhəli əraziyə çevriləcək - Danielyan
Bu gün, 17:24 |
|
|
|
• Sülhün altına mina qoyulub: - Ermənistanı xəritələrin taleyini düşünməyinə məcbur etməliyik
Bu gün, 17:22 |
|
|
|
• İcra Hakimiyyətinin 150 minlik tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 17:18 |
|
|
|
• Jurnalistin mikrafonunu sındıran restoran kassiri belə CƏZALANDIRILDI
Bu gün, 17:15 |
|
|
|
• Nabrandakı məşhur hoteldəki “yemək davası”nın görünməyən tərəfi
Bu gün, 17:13 |
|
|
|
• Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
Bu gün, 17:10 |
|
|
|
• Ayvazovskinin heykəli ətrafında süni ajiotaj və: Kremlin Bakıya mesajı - ŞƏRH
Bu gün, 16:44 |
|
|
|
• Füzulidə Muğam Mərkəzinin otaqları kirayəyə verilir? - BU NƏDİ BELƏ?
Bu gün, 16:38 |
|
|
|
• Göygöl İcra Hakimiyyəti iki ildə yolları 3 dəfə təmir etdirib - 1.5 milyonluq tenderlər
Bu gün, 16:35 |
|
|
|
• Bakıda dostları gənc oğlanı parkda yuxuya verib qaçdı - Cinayət tərkibi...
Bu gün, 16:30 |
|
|
|
• Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Bu gün, 16:25 |
|
|
|
• Tarixi an: Bakı Vaşinqton vaxtına “keçdi” – Mühüm xəbərlər gözlənilir
Bu gün, 16:20 |
|
|
|
• Akopyan razılaşdırılan sənəd barədə: - Bakıdan icazəsiz açıqlaya bilmərik
Bu gün, 16:18 |
|
|
|
• Bakı və İrəvan TRİPP-in reallaşdırılmasına başlayır - AÇIQLAMA
Bu gün, 16:17 |
|
|
|
• Azərbaycan prezidenti ABŞ-da belə qarşılandı - VİDEO
Bu gün, 16:03 |
|
|
|
• “İki ilə yaxındır hazırlaşdığım imtahana buraxılmadım” - NARAZILIQ VAR...
Bu gün, 15:56 |
|
|
|
• Rusiya mediası həşirdə: Moskva Qafqazı "çerez Vaşinqton" itirir - GƏLİŞMƏ
Bu gün, 15:52 |
|
|
|
• Qəbələdə yerləşən “Caspian Fish Seafood” restoranına getməyin…. - Müştəridən çağırış
Bu gün, 15:48 |
|
|
|
• AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:28 |
|
|
|
• Brilliant Dadaşova paltarla dənizə girdi
Bu gün, 15:25 |
|
|
|
• Minsk Qrupunun buraxılması ilə bağlı sənəd İMZALANACAQ
Bu gün, 15:19 |
|
|
|
• Ermənistan BƏƏ ilə saziş imzalayacaq
Bu gün, 15:16 |
|
|
|
• ABŞ Zəngəzura nəzarəti üzərinə götürür, Naxçıvana maneəsiz keçid açılır - AKTUAL
Bu gün, 15:12 |
|
|
|
• İlham Əliyev ABŞ-yə işgüzar səfər edib
Bu gün, 15:05 |
|
|
|
• Dövlət qurumu SMS paketi satın aldı - 20 MİLYON ƏDƏD!
Bu gün, 15:03 |
|
|
|
• MİQ üzrə vakant yerlərin gizlədilməsi məsələsinə aydınlıq gətirilib
Bu gün, 14:58 |
|
|
|
• Naxçıvan səhiyyəsi PİYADA QALDI: Maşınlar müsadirə olundu... - ŞOK SƏBƏB
Bu gün, 14:49 |
|
|
|
• “AFB Bank”ın biznes kreditlərinin 70%-i 25 nəfərə məxsusdur – ŞOK HESABAT
Bu gün, 13:10 |
|
|
|
• Trampın vasitəçiliyi ilə sülhə doğru – Azərbaycan və Ermənistan liderləri AĞ EVDƏ
Bu gün, 13:05 |
|
|
|
• Ermənistanda etiraz aksiyası keçirən Hindistan vətəndaşları dövlətlərarası yolu bağlayıb - KİV
Bu gün, 12:58 |
|
|
|
• 41 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:56 |
|
|
|
• Rusiya Zəngəzur dəhlizinə qarşı deyil, amma... - İNCƏLƏMƏ
Bu gün, 12:44 |
|
|
|
• “Ermənistan yoxdur, biz hər şeyi itirib, Cenifer Lopezi tapmışıq”
Bu gün, 12:42 |
|
|
|
• Bakı-Tiblisi qatarının fəaliyyətə başlamasına hazırlıq gedir - AÇIQLAMA
Bu gün, 12:36 |
|
|
|
• Məktəb direktoru təyinatında KÖHNƏ ÜSULLAR... - İTTİHAM VAR...
Bu gün, 12:27 |
|
|
|
• Rusiyadan Azərbaycanı narahat edən hərbi zərbə – Nələr baş verir?
Bu gün, 12:21 |
|
|
|
• Vaşinqton görüşündə masada olacaq – “Bakı güzəştə getmədən dəhliz alacaq”
Bu gün, 12:18 |
|
|
|
• Sabunçu məhkəməsinin sədrinə ağır itki üz verib
Bu gün, 12:02 |
|
|
|
• "Bərdə-Aqrotexservis"-ə direktor seçiləcək
Bu gün, 12:01 |
|
|
|
• Pakistanda keçiriləcək hərbi paradda iştirak edəcək şəxsi heyət yola düşüb
Bu gün, 11:52 |
|
|
|
• Kremldə görüş, səmada PUA
Bu gün, 11:51 |
|
|
|
|