Arzu Rəhimov Nərimanovdakı adamını başsız buraxıb... - Belə səfərbər ola bilmərik...
Tarix: 16-05-2015, 09:32 | Çap et
 Son vaxtlar redaksiyamıza Nərimanov rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntularından bəhs edən məlumatlar daxil olmaqdadır. Bu xüsusda bilgilərini bizimlə paylaşan məlumatlı şəxsin sözlərinə görə, sözügedən idarədə bir sıra neqativ məqamlar, əsasən də imkanlı şəxslərin övladlarının müxtəlif yollarla “yararsız” kimi həqiqi hərbi xidmətdən yayındırma halları son zamanlar geniş vüsət alıb. Mənbə bildirir ki, şöbədə çalışan şəxslər hərbi xidmətə çağrılan imkanlı gənclərə müəyyən şərtlər daxilində onların hərbi xidmətdən yayınmalarına şərait yaradırlar. Aldığımız bir çox məlumatlarda vurğulanır ki, qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Açıqlamalarda Nərimanov rayon SHXÇ İdarəsinin rəisi Qəşəm Mahmudov tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması prosedurunun son dərəcə təkmilləşdirildiyi iddia olunur. Belə ki, Qəşəm müəllim bu qənaətdədir ki, rüşvət alınan insanların sayı, belə maxinasiyalara görə ifşa olunub tutulmaq riski ilə düz mütənasibdir. Buna görə də bir neçə vətəndaşdan yığılacaq məbləği elə bir nəfər “etibarlı” şəxsdən almaq daha məqsədəuyğundur. Maraqlıdır ki, bu zaman idarə rəisi başqa xüsusda olan bir çox digər riskləri gözə almaqdan qətiyyən çəkinmir. Belə ki, bir müddət əvvəl aldığımız məlumatda erməni iş adamları ilə tərəfdaşlıq etdiyi iddia olunan Salman Hüseynovun oğlu Samir Hüseynovun hazırda Ukraynanın Vinnitsa şəhərində yaşadığı və oradakı Texniki Universitetin tələbəsi olduğu qeyd olunmuşdu. İşin maraqlı tərəfi isə Samir Hüseynova məhz Nərimanov rayon SHXÇ İdarəsi tərəfindən möhlət hüququnun verilməsidir. Bu hüququn hansı səbəbdən, hansı xəstəliyinə və ya qüsuruna görə verildiyi də məlum deyil. Əgər möhlət onun Vinnitsa Texniki Universitetində oxuması ilə bağlıdırsa, o zaman sual meydana çıxır: Təhsil Nazirliyi bu ali məktəbin diplomunu tanıyırmı? Vinnitsa Texniki Universiteti ilə hər hansı bir müqavilə varmı? Bizim dəqiqləşdirmələrə görə, Azərbaycan Təhsil Nazirliyi ilə VTU arasında heç bir əlaqə yoxdur və onların diplomları da tanınmır. Bəs görəsən Qəşəm Mahmudov hansı əsasla Samir Hüseynova möhlət hüququ tanıyıb? Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz dəfələrlə qeyd etmişik ki, son illər ərzində hərbi komissarlıq strukturlarında həyata keçirilən islahatlara və bu islahatların bir təzahürü kimi Rayon Hərbi Komissarlıqlarının səlahiyyətlərinin yeni yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) müvafiq rayon şöbələrinə verilməsinə baxmayaraq, bu qurumların da fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya aktları ilə müşayiət olunur. Əslində bir müddət əvvəl həyata keçirilən islahatlarla bağlı bu qurumların ətrafında dolaşan qalmaqallara son qoyulacağını gözlənyənlər də az deyildi. Lakin Səfərbərlik xidmətinin bir sıra rayon şöbələri öz fəaliyyətləri ilə keçmiş RHK-lar arasında hətta cüzi bir dəyişikliyi də hiss etdirmədi.
Qeyd etmək lazımdır ki, bu gün cəmiyyətdə formalaşmış ictimai rəy ümumiyyətlə Səfərbərlik xidmətinin fəaliyyətindən çoxsaylı narazılıqlara dəlalət edir. Məhz bu səbəbdən də son vaxtlar bu qurumlarda yer almış ciddi qanun pozuntuları barədə tənqidi materiallar ölkənin bir çox informasiya vasitələrində mütəmadi olaraq yayımlanmaqdadır. Bununla belə son vaxtlar ölkədə məhz hərbi xidmətə çağırış idarələrinin fəaliyyət sahəsini əhatə edən antikorrupsiya tədbirlərinin intensivləşməsi də diqqəti cəlb edir. Ümid edirik ki, müvafiq qurumlar tərəfindən ən qısa zamanda Nərimanov rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin fəaliyyəti də tam ciddiliyi ilə nəzarətə götürüləcəkdir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskvanı narahat edən Bakı gedişi – Zelenski birbaşa əlaqəyə keçdi
Dünən, 18:02 |
|
|
|
• Ermənistandan sürpriz Zəngəzur mesajı: - Bir addım qaldı
Dünən, 18:00 |
|
|
|
• Atasının qətlini sifariş verən Fərəc Fərəcova hökm oxundu
Dünən, 17:51 |
|
|
|
• "Bəzən gülümsəmək, hər şeyi dəyişdirmək üçün kifayətdir"
Dünən, 17:48 |
|
|
|
• Qadın kassirlər fəhlə kimi işlədilir - Ekspert xəbərdarlıq edir
Dünən, 17:44 |
|
|
|
• Məhkəmə Vətən müharibəsi qazisinə bu cəzanı verdi - TƏFƏRRÜAT
Dünən, 17:42 |
|
|
|
• Sülh prosesində İran və Rusiya FAKTORU: - Ermənistanın durumu çətindir
Dünən, 17:39 |
|
|
|
• Telekommunikasiya şəbəkələrinə qoşulmaqla bağlı tariflər müəyyənləşib
Dünən, 17:34 |
|
|
|
• "Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz" - "Azercell"dən ŞİKAYƏT
Dünən, 17:31 |
|
|
|
• Rus bölmələrinin bağlanması artıq şərt oldu: Rusiya dərs vəsaiti də vermir - GƏLİŞMƏ
Dünən, 17:26 |
|
|
|
• Rusiyanın İÇİNDƏ SIXILAN AZƏRBAYCAN QAZI... - ONSUZ DA...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda kişi istidən öldü - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Bu artıq sıradan müharibə deyil – Böyük ərazinin tam işğalı başlayır
Dünən, 17:14 |
|
|
|
• İcra başçısı bir məmuru işdən çıxardı, üçünün vəzifəsini dəyişdi - TƏFƏRRÜAT
Dünən, 17:08 |
|
|
|
• Tikintiyə sərf edilən vəsaitin 82%-i işğaldan azad olunan rayonların payına düşüb
Dünən, 17:03 |
|
|
|
• “Atəşgah” Sığorta Şirkəti”nin İdarə Heyətində dəyişiklik
Dünən, 17:00 |
|
|
|
• Ağ Şəhərdə “kupça”sız sakinlərdən məcburi parkinq haqqı – “Evimizi almışıq, küçədə yer tapmırıq”
Dünən, 16:58 |
|
|
|
• Ermənistanda yol qəzasında 1 hərbçi ölüb, 3-ü yaralanıb - Shamshyan.com
Dünən, 16:56 |
|
|
|
• ABŞ Rusiyanın nüvə bazaları istiqamətinə kəşfiyyat təyyarəsi göndərib
Dünən, 16:54 |
|
|
|
• Uyğunsuz təkliflər 2,6 milyon manatlıq tenderi ləğvə apardı - DETALLAR
Dünən, 16:06 |
|
|
|
• Məktəbli formalarının qiymətləri artacaq? - RƏSMİ
Dünən, 16:04 |
|
|
|
• Tramp Əliyev və Paşinyanı qonaq edəcək - Dünya sülhü gözləyir
Dünən, 15:59 |
|
|
|
• Bakıda köşk işçisini aldatdılar: - Üzərində “etibarsızdır” yazılan dollarlar alıb
Dünən, 15:58 |
|
|
|
• Rusiyada həbs olunan Azərbaycan diasporunun rəhbəri istintaq təcridxanasında hansı şəraitdə saxlanılır
Dünən, 15:52 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyi “Azpetrol”dan 137 min manatlıq benzin alacaq - TƏFƏRRÜAT
Dünən, 15:48 |
|
|
|
• Dini düşmənçilikdə ittiham olunan İmamverdi Əhmədova hökm oxundu
Dünən, 15:45 |
|
|
|
• Azərbaycanın İranla müharibədə İsraili dəstəklədiyinə dair hansı sübutlar var? - Yusif Pezeşkian
Dünən, 15:43 |
|
|
|
• Ermənistanda PANİKA: Trampla görüşdən sonra... – Moskvanın ilginc təxribat planı
Dünən, 15:38 |
|
|
|
• Bu ilin yeddi ayında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
Dünən, 15:35 |
|
|
|
• Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən sabiq vəzifəlisinin məhkəməsi başlayıb
Dünən, 15:32 |
|
|
|
• Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Dünən, 15:00 |
|
|
|
• Ağlar günə qalan NAXÇIVAN SƏHİYYƏSİ... - İLGİNC FAKTLAR...
Dünən, 14:59 |
|
|
|
• Qazi 2 ilə yaxındır ki, diplomunu ala bilmir - “İşləmək istəyirəm, çarəsiz qalmışam...”
Dünən, 13:42 |
|
|
|
• Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarına razılıq verib - “X”
Dünən, 13:32 |
|
|
|
• Putin Kremldə Uitkoffu qəbul edir - KİV
Dünən, 13:10 |
|
|
|
• “Qarabağ”ın təklifini geri çevirdi, bu kluba “HƏ” söylədi
Dünən, 13:03 |
|
|
|
• Qadınları təhqir etdiyinə görə işdən çıxarılan Fərhad Pərviziyə Nura Suridən REAKSİYA – QALMAQAL
Dünən, 12:54 |
|
|
|
• Moskva üçün tək çıxış yolu İrəvanda çevriliş etməkdir... - AKTUAL
Dünən, 12:50 |
|
|
|
• Hərbi Prokurorluqda yeni təyinat - ƏMR
Dünən, 12:47 |
|
|
|
• Penitensiar Xidmətin Alay komandiri vəfat edib
Dünən, 12:45 |
|
|
|
• Ekologiya naziri postuna 3 namizəd var - AKTUAL
Dünən, 12:38 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:29 |
|
|
|
• “Qarabağ” Çempionlar Liqasına vəsiqə QAZANA BİLƏR
Dünən, 12:26 |
|
|
|
• İrəvanda inanılmaz proses: Cəbhədə yeni “yem”, ardınca müharibə – Görün nələr yazılır
Dünən, 12:22 |
|
|
|
• Həyat yoldaşını 9 dəfə bıçaqlayan şəxs ifadə verdi - MƏHKƏMƏ
Dünən, 12:19 |
|
|
|
• Bakıda Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirilib - VİDEO
Dünən, 12:12 |
|
|
|
• Geosiyasi reallıqlar dəyişib: - Rusiya Azərbaycana qarşı əvvəlki gücdə deyil
Dünən, 12:10 |
|
|
|
• Dövlət qurumu auditor seçib - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Dünən, 12:08 |
|
|
|
• Vaşinqtonda qurulan sülh masası və bölgədə pozulan səssizlik - NƏ BAŞ VERİR?
Dünən, 12:01 |
|
|
|
• İlqar Mustafayev “əmlak kralı” imiş: Ağ Şəhərdən Şüvəlana qədər... - DETALLAR
Dünən, 11:59 |
|
|
|
|