“Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” .....                     Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd .....                     “Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar: .....                     Tramp-Putin görüşü Pekində reallaşa bilər .....                     Əliyev və Paşinyan Ağ Evdə görüşəcək? .....                     Şahid: Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq .....                     Mingəçevir su anbarında su səviyyəsi 1 metrə yaxın azalıb .....                     35 milyon azərbaycanlıya göz yuman İran rəsmisi: Bir ovuc erməni ilə fəxr edir .....                     Əkrəm Əylisili Elçin Əfəndiyevin dəfnində niyə yox idi? .....                     İrəvan Paşinyanın ABŞ-a səfəri ilə bağlı yayılan xəbərlərə .....                     AZAL Türkmənistana çarter reysi təşkil edəcək .....                     Dövlət Xidməti tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzaladı .....                     Pezeşkian münasibətləri normallaşdırmağa çalışır, amma… .....                     Anar Abdullayev məhkəmə zalında həbs olunub .....                     Yunanıstan Aİ-nin əli ilə Türkiyəni cəzalandırmaq istəyir .....                     Bakıda su yoxdur: Azərbaycan suyu xaricə satır? .....                     Nikol seçkilərdə qələbə qazandıqdan sonra... .....                     İlham Əliyevin öz oyunu və ya öz qaydalarını yazan oyunçu .....                     Ruslar Qarabağda tikdi, Bakı “sökülsün” dedi .....                     Zelenski tezliklə ölkədən qaça bilər .....                     Nazirlik stadionun təmirinə 1,1 milyon manat xərcləyəcək .....                     21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib .....                     Türkiyə şirkətinin ölkəmizdəki filialı Qarabağda 5 milyonluq tenderlər uddu .....                     Naxçıvanda 5,2 milyonluq üç tender eyni şirkətə getdi .....                     Krımda Rusiyanın 5 qırıcısı vurulub .....                     Tokayevin Türkiyəyə səfərinin geosiyasi əhəmiyyəti .....                     Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı .....                     Ermənistanda beynəlxalq investisiya dələduzluğu .....                     Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı .....                     “Mənim həyətimdən boru keçirmək istəyirlər” .....                     Naxçıvanda dövlətə məxsus yeni idarəetmə orqanı yaradılıb .....                     Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır .....                     Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu .....                     Neft Fondundan 317 minlik qəribə tender: .....                     Mədinə Bağırova təqaüdə göndərildi .....                     Vaşinqtondan NƏ GÖZLƏYƏK? .....                     Mixail Qusman Bakıya gəldi .....                     Gürcüstan BTQ-də daşınmaların artmasına çalışır .....                     Rusiyadakı miqrantların yaxınlarının nəzərinə .....                     Hərbi Prokurorluğa yeni idarə rəisi təyin edildi .....                 

Dövlət Miqrasiya Xidmətində əcnəbilərdən necə pul çıxarılır? - Gürcüstanlı soydaşlarımızı soyanlar əcnəbilərə vətəndaşlıq satır
Tarix: 27-08-2014, 13:09 | Çap et
Dövlət Miqrasiya Xidmətində əcnəbilərdən necə pul çıxarılır?
DİA.AZ: - Azərbaycana xaricdən gələn miqrantların sayı artdıqca bu sahədə boşluqlar da özünü göstərməyə başlayıb. Hal-hazırda ölkədə nə qədər miqrantın olduğunu dəqiq deyən yoxdur. Bu sahənin mütəxəssisləri bildirirlər ki, Dövlət Miqrasiya Xidmətinin rəsmi açıqlamaları reallığı əks etdirmir. Bu barədə hətta Milli Məclisdə müzakirə olunmuşdu. Millət vəkilləri Dövlət Miqrasiya Xidmətinin Azərbaycana gələn miqrantlarla bağlı verdiyi statistik məlumatlar yetərincə dəqiq olmadığını bildirmişdilər. Və bu sahəyə diqqətin artırılması qeyd edilmişdi.

Çünki əməkçi miqrant adı ilə Azərbaycana gələn əcnəbilərin çox qismi rəsmi qeydiyyata düşmürlər. Daha çox Gürcüstandan və İrandan olan bu şəxslər qeydiyyatsız fəailiyyət göstəririlər. Çünki onlar əməkçi miqrant kimi ölkəmizdə işləmək üçün lazım olan sənədləri yığsalarda, qeydiyyat üçün Miqrasiya Xidmətindən dövlət rusumu adı altında külli miqdarda rüşvət tələb olunduğunu iddia edirlər. Özü də nə az, nə çox - hərəsinə 2-3 min manat.

Bəs əslində əməkçi miqrant kimi Azərbaycana gələn əcnəbilər hansı sənədləri toplamalı və nə qədər rüsum ödəməlidirlər. DİA.AZ olaraq araşdırmamıza görə, xarici vətəndaşlar fərdi qaydada əməkçi miqrant kimi Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidir. Bunun üçün miqrant əvvəlcə nazirliyin miqrasiya şöbəsindən vahid ərizə formasını almalı və orada niyə Azərbaycanda işləmək istədiyini əsaslandırmalıdır. Bundan başqa, xarici əmək miqrantlarından pasport (viza müddətinin başa çatmasına ən azı 3 ay qalmaqla), ali təhsil haqqında diplomu (və ya sertifikat), işləyəcəyi müəssisənin təsis sənədlərini, Azərbaycanda qeydiyyatda olduğunu təsdiq edən vəsiqənin (bu sənəd Daxili İşlər Nazirliyi tərəfindən verilir) surətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki müvafiq komissiyaya təqdim etməlidir. Komissiya isə bu sənədləri Dövlət Miqrasiya Xidməti ilə müzakirə etdikdən sonra xarici vətəndaşın miqrant kimi Azərbaycanda işləməsinə icazə verilir. Bundan sonra miqrant 45 manat məbləğində dövlət rüsumu ödəməklə əmək fəaliyyətinə başlaya bilər.

Bundan əlavə Beynəlxalq təcrübəyə əsasən, ölkəyə əmək fəaliyyəti üçün gələn əcnəbi avtomatik olaraq immiqrant statusu almalıdır. Qanunda isə əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşayış hüququnu Azərbaycanda ən azı iki il yaşadıqdan sonra tanımağı nəzərdə tutur. Digər tərəfdən onlar müvəqqəti qalma və müvəqqəti yaşama mərhələlərini keçməlidir. Müvəqqəti qalma müddəti giriş vizasının müddəti ilə məhdudlaşır. Vizasız giriş hüququ olan şəxslər - məsələn, MDB ölkələrinin sakinləri - Azərbaycanda 90 günə qədər qala bilərlər.

Bundan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 1 il müddətinə qədər müvəqqəti yaşama icazəsi almalıdırlar, bu icazə dörd dəfə eyni müddətə uzadıla bilər. Və hər dəfə də yeni icazə almaq üçün Miqrasiya Xidmətinə müraciət etməlidir. Təbii ki, rüşvət vermə proseduru yenidən təkrarlanmalıdır. Yalnız Azərbaycanda iki il yaşadıqdan sonra xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs 5 il müddətinə immiqrant statusu ala bilər.

Digər tərəfdən normal ölkələrdə xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər immiqrant statusu almaq üçün gedəcəyi ölkənin diplomatik missiyasına müraciət edir. Onlar ölkəyə gəlmədən immiqrant statusu və ya imtina cavabı ala bilərlər. Bizdə bütün məsələlər burda həll olunur. Onlar əvvəlcə iş icazəsi, sonra müvəqqəti yaşama icazəsi, bundan sonra immiqrant statusu almaq üçün Azərbaycana gəlməli və yerində məmurlarla görüşməlidirlər. Yəni bura gəlmək istəyən əcnəbi bilavasitə məmurların bığının altından keçməlidir. Və bu cür pullu iş bilavasitə Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi miqrasiya idarəsinin məmurları ilə görülür.

Ancaq söhbət elədiyimiz əcnəbilər sənədləri toplayıb, dövlət rüsumu ödədikdən sonra da qeydiyyata düşməyin mümkün olmadığını bildirirlər. Onların dediyinə görə hal-hazırda qeydiyyata düşməyin ən asan yolu miqrant dəllallarına müraciət etməkdir. Həmin dəllallar müxtəlif adda şirkətlər yaradaraq, guya əcnəbilərin Azərbaycana gəlib işləməsini təmin edirlər. Və bu şirkətlərin vasitəsilə 2-3 min manat pulun miqdarında kimi istəsən Dövlət Miqrasiya Xidmətindən qeydiyyatdan keçirə bilərsən. Özü də bunun üçün yuxarıda sadalanan sənədlərin hamısı tələb olunmur. Yalnız əcnəbi vətəndaşın pasportu və pulu kifayətdir.

DİA.AZ bildirir ki, miqrant dəllallarının yaratdıqları şirkətlər əcnəbi vətəndaşları idmançı, turist adı ilə ölkəyə gəlməsinə köməklik edir. Və onları pulun hesabina əməkçi miqranta çevirirlər. Bəzi hallarda isə bu əcnəbilər insan alverinin qurbanı olurlar. Onlar dediyim kimi, idman, futbol, turist, hansısa sahənin mütəxəssisi kimi bura gətirilir, sonra isə pasportunu əlindən alıb restoranlarda, şadlıq evlərində ayrı-ayrı məqsədlərlə çalışdırırlar. Misal üçün, şadlıq evlərində qara qul kimi, xonça tutan kimi işləyən və yaxud müştəri cəlb etmək üçün qapıda duran qara dərili əcnəbiləri əksəriyyət görüb. Hətta onları televiziya ekranlarına belə çıxardıblar. Bu insanlar kimdir, hansı adla orda çalışırlar, onları kimlər himayə edir? Bütün bunlar növbəti araşdırmalarımızda...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” - Lenin dövlət yaratmamışdı, işğal etmişdi!
Bu gün, 17:45
Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd – Bu addım problemi aradan QALDIRACAQ?
Bu gün, 17:40
“Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar: - Regionda gərginlik artacaq
Bu gün, 17:38
Tramp-Putin görüşü Pekində reallaşa bilər - “Podmoskovie seqodnya”
Bu gün, 17:36
Əliyev və Paşinyan Ağ Evdə görüşəcək? – İrəvandan cavab
Bu gün, 17:33
Şahid: Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq - Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
Bu gün, 17:31
Mingəçevir su anbarında su səviyyəsi 1 metrə yaxın azalıb - NƏ ETMƏLİ?
Bu gün, 17:18
35 milyon azərbaycanlıya göz yuman İran rəsmisi: Bir ovuc erməni ilə fəxr edir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 17:16
Əkrəm Əylisili Elçin Əfəndiyevin dəfnində niyə yox idi? - AÇIQLAMA
Bu gün, 17:12
İrəvan Paşinyanın ABŞ-a səfəri ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Bu gün, 17:08
AZAL Türkmənistana çarter reysi təşkil edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 17:06
Dövlət Xidməti tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzaladı - BU NƏDİ BELƏ?
Bu gün, 17:03
Pezeşkian münasibətləri normallaşdırmağa çalışır, amma… - NƏ BAŞ VERİR?
Bu gün, 16:17
Anar Abdullayev məhkəmə zalında həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 16:07
Yunanıstan Aİ-nin əli ilə Türkiyəni cəzalandırmaq istəyir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:05
Bakıda su yoxdur: Azərbaycan suyu xaricə satır? - AÇIQLAMA
Bu gün, 16:00
Nikol seçkilərdə qələbə qazandıqdan sonra... Konstitusiyanı dəyişdirəcək!
Bu gün, 15:58
İlham Əliyevin öz oyunu və ya öz qaydalarını yazan oyunçu - GƏLİŞMƏ
Bu gün, 15:51
Ruslar Qarabağda tikdi, Bakı “sökülsün” dedi – Erməniləri həyəcanlandıran çağırış
Bu gün, 15:49
Zelenski tezliklə ölkədən qaça bilər - “Komsomolskaya Pravda”
Bu gün, 15:46
Nazirlik stadionun təmirinə 1,1 milyon manat xərcləyəcək
Bu gün, 15:44
21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - RƏSMİ
Bu gün, 15:40
Türkiyə şirkətinin ölkəmizdəki filialı Qarabağda 5 milyonluq tenderlər uddu - DETALLAR
Bu gün, 15:35
Naxçıvanda 5,2 milyonluq üç tender eyni şirkətə getdi - QALİB ŞİRKƏT
Bu gün, 15:32
Krımda Rusiyanın 5 qırıcısı vurulub
Bu gün, 15:25
Tokayevin Türkiyəyə səfərinin geosiyasi əhəmiyyəti - İNCƏLƏMƏ
Bu gün, 15:13
Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı - TƏFƏRRÜAT
Bu gün, 15:09
Ermənistanda beynəlxalq investisiya dələduzluğu
Bu gün, 15:07
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı - Foto
Bu gün, 15:02
“Mənim həyətimdən boru keçirmək istəyirlər” – Naxçıvanda özbaşınalıq
Bu gün, 15:00
Naxçıvanda dövlətə məxsus yeni idarəetmə orqanı yaradılıb - BUNDAN SONRA...
Bu gün, 14:28
Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır
Bu gün, 13:06
Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu - SİYAHI
Bu gün, 13:04
Neft Fondundan 317 minlik qəribə tender: - Maşın yuma, təkərqaraltma, salonun təmiz qalması…
Bu gün, 13:02
Mədinə Bağırova təqaüdə göndərildi
Bu gün, 13:01
Vaşinqtondan NƏ GÖZLƏYƏK? - GƏLİŞMƏ
Bu gün, 12:58
Mixail Qusman Bakıya gəldi - FOTO
Bu gün, 12:55
Gürcüstan BTQ-də daşınmaların artmasına çalışır
Bu gün, 12:53
Rusiyadakı miqrantların yaxınlarının nəzərinə – Pis xəbər
Bu gün, 12:49
Hərbi Prokurorluğa yeni idarə rəisi təyin edildi - ƏMR
Bu gün, 12:45
SEPAH-dan Azərbaycana qarşı daha bir SƏRSƏM İDDİA: - “İsrail Xudafərindən 17 km aralıda hava limanı tikib”
Bu gün, 12:33
AMB “Viator Mikro Kredit Azərbaycan” BOKT-u və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 12:30
Fransa Azərbaycanda səfir vəzifəsinə namizədini təqdim edib
Bu gün, 12:22
41 dərəcəyədək isti gözlənilir - belə deyirlər...
Bu gün, 12:20
ABŞ ordusu Cənubi Qafqazda: - Bu bölgədə hansı proseslərin xəbərçisidir?
Bu gün, 12:19
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
Bu gün, 12:12
Misir Mərdanov bahalı kostyumlarını insanlara paylayacaq? – Özü danışdı
Bu gün, 12:08
Mərkəzi Asiyanı böyük problemlərdən xilas etməyə çalışırlar - “Nezavisimaya qazeta”
Bu gün, 12:05
Məşhur “tender kralı” yarım milyon borca düşüb - TƏFƏRRÜAT
Bu gün, 12:01
Azərbaycan “İbrahim sazişləri”nə qoşulmayacaq: Ona görə ki... - GƏLİŞMƏ
Bu gün, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru