Güney Azərbaycan Taqımının qurucuları: «Ali Baş Komandanımız İlham Əliyevin əmrindəyik» - Güneydə ordumuz yarandı
Tarix: 11-08-2014, 12:27 |
Çap et
DİA.AZ: - Bir neçə gün əvvəl İlham Əliyevə «sən bizim də prezidentimizsən, Qarabağ uğrunda savaşmaq üçün bizə şərait yaradın, biz Azərbaycanda hərbi xidmət keçmək istəyirik» deyə müraciət edən 3 minə yaxın Güney Azərbaycan türkü adından edilən müraciətin müəllifləri bu gün DİA.AZ-a maraqlı bir məlumat yollayıblar.
Xəbəri verən güneyli soydaşlarımız bildirir ki, artıq Güney Azərbaycanın Təbriz şəhərində qardaşlarımız «Güney Azərbaycan Taqımı» yaradıblar və onlar Təbrizdə özlərinə qərargah yaradaraq, Xalq Səfərbərliyi həyata keçirirlər.
diaaz.space-a daxil olan məlumatda həmçinin qeyd olunur ki, Taqımın hərbi qaydada uyğun olaraq rəhbərliyi də formalaşdırılıb: «Buna Güney Azərbaycan Ordusu də deyə bilərsiniz. Biz hər an Quzey Azərbaycandan və hörmətli prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevdən əmr gözləyirik. Onun əmrindəyik».