Niyə məhz KAPİTAL BANK-dakı hesablarımız QARƏT OLUNUR? - "ƏN ZƏİF BƏND"DİRMİ?
Tarix: 14-06-2024, 11:17 | Çap et
“Facebook-da qarşıma Kapital Bankın loqosu ilə eyni olan bir reklam kampaniyası çıxdı. Girdim orada tələb olunduğu kimi, telefon nömrəmi, kartın nömrəsini yazdım və şifrəni yazanda onlardan telefonuma kod gəldi. Kod göndəriləndə mən daha da inandım ki, bu, ancaq Kapital Bankdan gələ bilər…”
Bakı sakini İlham Yusifzadə BBC Azərbaycancaya sosial mediada kiber-dələduzlar tərəfindən necə aldadıldığını izah edir. 50 yaşlı müsahibimiz bu ilin aprelində onun Kapital Banka aid kredit kartından 5 min 600 manat vəsaitin oğurlandığını deyir.
“Şifrəni yazanda, mənə bildirildi ki, şifrə doğru deyil və o anda kartım bloklandı. Sonra kartımda olan vəsaitin çəkildiyini gördüm”, - İlham Yusifzadə BBC Azərbaycancaya bildirib.
İlham Yusifzadə son dövrlərdə Azərbaycanda sosial media platformalarında səhifə, kanal və platformalar vasitəsilə kiber-dələduzluqla üzləşmiş onlarla şəxsdən biridir.
Kapital Bankdan BBC Azərbaycancaya bildirilib ki, müxtəlif dələduz qruplar “əhalinin etimadından sui-istifadə edərək banklar adından müştərilərin fərdi məlumatlarını ələ keçirməyə” cəhd göstərirlər. Bank belə şəbəkə hesablarını şikayət etdiyini deyir.
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə müxtəlif üsullarla istifadəçilərin aldadılması hallarının gündən-günə artdığını bildirir.
Google YouTube məzmununa icazə varmı? Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
“Nə vaxtsa özümün belə bir kampaniyanın qurbanı olacağımı təsəvvür etmirdim”, -ixtisasca hərbçi olan İlham Yusifzadə deyir.
O bildirir ki, həmişə bu cür reklamlar görəndə ailəsinə, qohum-əqrəbasına, tanışlarına bu kampaniyaların fırıldaq olduğunu deyirmiş.
Orijinala bənzəyən və insanları asanlıqla aldadan reklamlar və ya kampaniyalar fişinq adlanır, informasiya texnologiyaları üzrə mütəxəsis Rəşad Əliyev BBC Azərbaycancaya deyib.
Oxford lüğətinə görə, fişinq və ya phishing vebsayt və ya elektron poçt vasitəsi ilə insanların şəxsi məlumatlarını, bank hesab nömrələrini və digər məlumatlarını onlara verməsini təmin etməklə adamlardan pul oğurlamaq fəaliyyətidir.
Kiber dələduzluqda yalnız saxta bank reklamlarından deyil, xaricdə təhsil, onlayn oyunlar, onlayn ticarət kimi digər şirnikləndirici üsullardan da istifadə edilir, Əliyev əlavə edir.
Fişinq qurbanı olmuş İlham Yusifzadə deyir ki, iki il əvvəl oxşar hadisə ilə üzləşsə də, həmin vaxt dələduzlar onun kartından vəsait çıxarmağa nail olmayıblar.
“Həmin vaxt oğlumun internet üzərindən oyun oynaması üçün 20 dollar məbləğində ödəniş etməyimizi istədilər. O vaxt da Kapital Bank kartımdan ödəniş etmək istəyəndə kartım bloklandı, amma heç bir vəsait çıxılmadı”.
İlham Yusifzadəni düşündürən sual isə odur ki, necə olur ki, iki il əvvəl hesabı bank tərəfindən qorunduğu halda, bu dəfə onun kartından pulun çıxarılmasına “icazə veriblər”.
“Bu dəfə kartımdan ilk köçürmə digər bank kartına köçürülüb. Həmin vəsait dərhal yenidən mənim kartıma qaytarılıb və 5 dəqiqə sonra başqa bir Kapital Bank hesabına köçürülüb”, - İlham Yusifzadə bildirib.
Bunu əsas gətirən İlham Yusifzadə iddia edir ki, dələduzluqla məşğul olan səhifəni işlədənlər bankın “indiki və ya keçmiş əməkdaşlarıdır”.
Kapital Bank hər hansı əməkdaşının bu işdə iştirakı ilə bağlı iddialarla razılaşmır və müştəri məlumatlarının məxfiliyini təmin etmək üçün "ciddi qaydalar və prosedurlar" olduğunu deyir.
“Bununla yanaşı əməkdaşlarımız müştəri məlumatlarının məxfiliyini qorumaqla bağlı xüsusi təlimatlar alır və onların fəaliyyəti xüsusi nəzarət mexanizmi ilə təqib olunur. ...bankımızla bağlı bugündək baş verən dələduzluq hallarının araşdırılması zamanı heç bir hadisədə bank əməkdaşının iştirakına rast gəlinməyib”, - Kapital Bankın BBC Azərbaycancaya təqdim etdiyi yazılı cavabında qeyd olunub.
Kapital Bankdan həmçinin bildirilib ki, əgər müştərinin vəsaiti dələduzluq yolu ilə digər Kapital Bank kartına köçürülübsə, həmin müştəri barədə məlumatlar yalnız hüquq mühafizə orqanlarına verilir.
“Qarşı tərəfin məlumatlarını müştəriyə təqdim edilməsi üçün isə mütləq məhkəmə qərarı olmalıdır”, bankın açıqlamasında yazılıb.
Kapital Bankdan bildirilib ki, ödəniş xarici ölkələrə yönəlmiş köçürmə formasında olarsa və müəyyən bir saytın və ya ödənişin yüksək risk daşıdığı sistem tərəfindən aşkarlanarsa, o zaman bu barədə müştəriyə xəbərdarlıq edilir və lazım gəldikdə isə ödəniş və yaxud kart bloklanır.
Ölkədaxili əməliyyatlarda isə 3D təhlükəsizlik kodu tələb olunduğundan bu kodun daxil edilməsilə icra edilən əməliyyatlar şübhəli hesab olunmur, bankdan bildirilib.
Ödəniş kartdan karta olarsa və bu proses kart sahibi tərəfindən kodun daxil edilməsi ilə icra olunarsa, o zaman bloklanma “texniki olaraq mümkün deyil”.
Bunu əsas gətirən bank, bu səbəbdən İlham Yusifzadənin ilk köçürməsinin qarşısının alındığını, lakin digər halda isə köçürmənin qarşısının alınmadığını bildirib.
İlham Yusifzadənin sözlərinə görə, onu aldadan Kapital Bankın oxşar səhifəsi bu gün də sosial şəbəkələrdə aktivdir və “insanları soymağa davam edir”.
Bankın bildirdiyinə görə, təkcə 2023-cü ildən bu günə kimi saxta məlumatlar yayaraq dələduzluq fəaliyyəti həyata keçirən 100-ə yaxın veb-sayt, 800-dən çox isə sosial şəbəkə hesabı şikayət edilərək bağlanılıb.
Fişinqdən necə qorunmalı? Daxili İşlər Nazirliyi isə son dövrlərdə yaydığı məlumatlarında sosial şəbəkələrdə dələduzluq hallarının geniş yayılması barədə xəbərdarlıq edib.
"Faktların təhlili göstərir ki, vətəndaşlar instaqram, teleqram, feysbuk, tik-tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb”, - deyə DİN sözçüsü Elşad Hacıyev bildirib.
O, məsələn, təkcə bir gündə - may ayının 13-də ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu oğurlanmış 23 halı sadalayıb.
DİN rəsmisi kiberüsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olmağı, onları danışmadan, yazışmadan bloklamağı məsləhət görüb”.
Bundan başqa, xəbərdarlıq edilib ki, kibercinayəti törədənlər insanlarla Azərbaycan dilində ünsiyyət qura bilə, istifadəçilərin məlumatlarını sosial şəbəkə hesablarından götürə, hətta onlarla dostları vasitəsilə əlaqə saxlaya bilərlər.
İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Əliyev tövsiyə edir ki, vətəndaşlar müştərisi olduqları bankların əməliyyatları, və ya kampaniyaları barədə məlumatları yalnız həmin bankların rəsmi saytından və ya rəsmi sosial şəbəkə hesablarından götürsünlər.
O həmçinin vətəndaşlar arasında bununla bağlı maarifləndirmə işlərinə ehtiyac olduğunu deyir.
İlham Yusifzadə indi itirdiyi 5 min 600 manat vəsaiti qaytarmağa çalışır. Bununla bağlı Daxili İşlər Nazirliyinə də yazılı müraciət etdiyini bildirib.
İlham Yusifovun müraciəti ilə bağlı Daxili İşlər Nazirliyindən BBC Azərbaycancaya bildirilib ki, köçürülmə xaricdən həyata keçirilib və hadisə araşdırılır.
İlham Yusifzadə isə kiber dələduzların tapılması üçün mübarizəsini davam etdirəcəyini və məhkəməyə gedəcəyini deyir.
O, ən azından başqalarının da bu tələyə düşməməsini istəyir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Bu gün, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Bu gün, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Bu gün, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Bu gün, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Bu gün, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Bu gün, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Bu gün, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Bu gün, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Bu gün, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Bu gün, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Bu gün, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Bu gün, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Bu gün, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Bu gün, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Bu gün, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Bu gün, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Bu gün, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24 |
|
|
|
• Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22 |
|
|
|
• "Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18 |
|
|
|
• "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14 |
|
|
|
• ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02 |
|
|
|
• Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57 |
|
|
|
|