"Yetim fəhlə 500 manatla NECƏ DOLANMALIDIR Kİ?" - ETİRAZ
Tarix: 9-05-2024, 10:56 |
Çap et
diaaz.space olaraq Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı tərəfindən dənizdə və quruda işləyən sıravi neftçilərin əməkhaqqılarının artırılması məsələsinə xüsusi diqqət ayırmaqdayıq.
ƏLAQƏDAR YAZI: "İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar" - ETİRAZ VAR...
Qeyd edək ki, bu olaya sosial şəbəkələrdə də geniş şəkildə müzakirə olunmaqdadır. Bunu nəzərə alaraq diaaz.space növbəti neftçi şikayətini təqdim edir. Beləliklə neft çalışanları adından edilən müraciətdə deyilir:
"Fəhlələri adam yerinə qoymurlar.
400-600 manata neftçi saxlayarlar?
Bunun adı rəsmən qansızlıqdır, amansızlıqdır, zülümdür, ölkənin inkşafina, inkişaf göstəricilərin, ölkənin inkiuşafı üçün dəridən-qabıqdan çıxan ölkə rəhbərliyinə xəyanətdir.
500 manata yox eee... heç 1000 manata da neftçi ailə saxlaya bilməz... Anlamırlar bunu yuxarıda oturanlar?
Təhsili bərbad gündədir. 1 uşağın hazırlığına, geyiminə, yoluna ən azından 400-500 lazımdır....
Bəs usaq sayı 2-dirsə?
Bəs yemək?
Bəs kommunal xərclər?
Dərmanlar?
Geyim... cərimə?
Yol-filan pulu?
Yetim fəhlə 500 manatla NECƏ DOLANMALIDIR Kİ?"